İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 224,08 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.05.2018
ölçüsü224,08 Kb.
#43613
növüYazi
1   2   3   4   5   6   7   8

19 

 

ARAYIŞ 

Vasif Vaqif oğlu Hüseynov həqiqətən Bakı şəhərində Atatürk prospekti, 35-

ci evin 43-cü mənzilində yaşayır. 

Arayış Maliyyə Nazirliyinə təqdim edilmək üçündür. 

 

6№-li Mənzil  - İstismar  

İdarəsinin rəisi:                                                                     

 

Mövzu 4. İŞGÜZAR MƏKTUB MƏDƏNIYYƏTI. 

 Sual 16.

 

Epistolyar üslub barədə məlumat verin. 

Yunanca  –  epistole,  latınca  –  epistola  sözləri  “məktub”  deməkdir.  Amma 

epistolyar  üslub  təkcə  məktubları  əhatə  etmir.  Epistolyar  üslub  ən  mübahisəli 

üslubdur.  Çünki  bu  üslubu  müstəqil  üslub  hesab  etməyənlər  vardır.  Epistolyar 

üsluba hansı yazı nümunələri daxildir? Bu məsələ ətrafında da yekdil fikir yoxdur. 

Amma ən tutarlı arqument üslubun adıdır. Bir halda ki, epistola “yazıb göndərmə, 

iki  tərəf  arasındakı  yazışma”  deməkdir,  onda  epistolyar  üslubu  mübahisəli  hesab 

etməyə ehtiyac yoxdur. Bundan əlavə, nəzərə almaq lazımdır ki, epistolyar üslubda 



korrespondent  (yazan)  ve  adresat  (alan)  olur.  Buna  görə  də,  təkcə  məktublar 

deyil,  nəsihətnamələri,  öyüdnamələri,  dəvətnamələri,  çağırış  tipli  yazıları  da 

epistolyar üsluba aid etmək olar.  

 Sual 17. 

Məktub barədə məlumat yazın. 

Əməli  yazıların  ən  geniş  yayılmış  növlərindən  biri  məktubdur.  Bu  yazı 

növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həyatında daha çox 

təsadüf edilir.  




20 

 

Məktublar.  “Məktub”  sözü  ərəb  mənşəlidir.  Məktub  yazışmanın  ən  qədim 

növlərindəndir. Məktubun yazanı və alanı olur. Habelə məktubun yazılma vaxtı və 

yeri  olur.  O,  monoloji  daxili,  yazılı  nitq  formasında  olur.  Məktubda  onun 

məzmunundan  asılı  olaraq,  habelə  yazışanların  münasibətindən  asılı  olaraq 

müxtəlif söz və söz birləşmələrindən istifadə olunur.  

Əgər məktub yazan və məktub alan arasında səmimi münasibət varsa, burada 

əzizim,  dostum,  qardaşım,  əziz  bacım  və  s.  kimi  söz  və  söz  birləşmələri 

işlənəcəkdir.  Əksinə,  qeyri-səmimi  münasibət  qeyri-səmimi  sözlərlə,  xoşagəlməz 

ifadələrlə ifadə ediləcək.  

Məktub yazarkən aşağıdakı sistem gözlənilməlidir:  

1.

 



Müraciət hissəsi. Yazının bu hissəsində şəxsin adı, sənəti və hörmət 

əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir.  



             Bəzi  hallarda  müraciət  olunan  şəxsin  ad  və  soyadı  ayrı-ayrı  nəzakət 

ifadələri ilə müşayiət olunur: Məsələn: «Azərbaycan Respublikasının Baş naziri 

Rasim Həsənov cənablarına».   

       Məktub  bir  neçə  ünvana  göndərilməli  olduqda  bu  zaman  ünvan  qeyd 

edildikdən sonra məktubun surətinin kimə göndərildiyi də əlavə edilir.  

       Məsələn: «Göyçay rayon İcra hakimiyyətinə.  

Surəti:  Göyçay  şəhəri,  S.Rüstəm  küçəsi,  mənzil  45.  Nüşabə  Ramiz  qızı 

Məmmədovaya» 

Məktubda  əsas  mətn  2  hissədən  də  ibarət  ola  bilər:  məsələnin  mahiyyəti 

(mövcud vəziyyət) və xahiş edilən mətləb. Məktubun əsas mətni həm sadə geniş 

cümlə  şəklində,  həm  də  mürəkkəb  cümlə  şəklində  ola  bilər.  Murəkkəb  cümlə 

şəklində  olan  variant  Azərbaycan  dili  üçün  daha  münasib,  daha  səlis  səslənir. 

Müraciət  hissəsi  məktubun  başlığı  sayılır.  Belə  başlıq,  əsasən,  əmr    cümləsi 

şəklində qurulur.  




21 

 

Ümumi hissə. Burada məktublaşan şəxslərin əhval-ruhiyyəsi, vəziyyəti öz 



əksini tapır: 

-

 



Hörmətli dostum, necə istirahət edirsən, kefin necədir? 

    Arzum budur ki, həmişə gümrah və xoşbəxt olasan. 

-

 

Əziz  bacım,  yaz  görüm,  dərslərin  necə  gedir?  Dərs  ilini  hansı 



qiymətlərlə  başa  vuracaqsan?  Məndən  narahat  olma.  Çalışıram  ki,  bütün 

qiymətlərim əla olsun və s. 

               3Fərqləndirici hissə. Bu, məktubun əsasını, məzmununu əhatə edir. 

Burada yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilir: 

                «Hörmətli  müəllim,  Sizin  təklif  etdiyiniz  kitablardan  F.Kərimzadənin 

«Çaldıran  döyüşü»,  S.Rüstəmxanlının  «Ömür  kitabı»,  E.Mahmudovun  «Kainat 

gəmisi» adlı əsərlərini oxumuşam. Onların hamısı xoşuma gəldi.  

4.Yekunlaşdırıcı hissə (məktubun sonluğu

«Hörmətli  müəllim,  Sizi  narahat  etdiyim  üçün  üzr  istəyirəm.  Sizə  uğurlar 

arzulayıram. 

Hörmətlə, tələbəniz Günel Təbrizli» 

Yaxud: «Əziz bacım, məktubu bitirirəm. Səbirsizliklə cavab gözləyirəm. 

Xudahafiz, sevimli bacın İlahə». 

15 mart 2014-cü il.  

Sual 18.   İşgüzar məktub nümunələri  yazın.  

Mətbuat yayımı şöbəsinə 

2015-ci  il  üçün  abunə  yazılışı  kampaniyasında  aşağıdakı  mətbu  orqanlarına 

abunə  yazılmaq  üçün  (qəzet  və  jurnalların  siyahısı  verilir)    ödəniləcək  vəsaitin  

miqdarını göstərməyinizi xahiş edirik.  

          ----------- rayon bələdiyyəsinin sədri:                M.Məmmədov 



22 

 

Məlumat məktubuna aid nümunə 



Göndərilən materialların qiymətləndirilməsi tələbinə cavab olan  

qısa məlumat məktubu 

Şirkət  işçilərinin  attestasiyasının  keçirilməsi  üzrə  metodiki  tövsiyələrin 

təqdim  olunmuş  rəyinə  aşağıdakı  irad  verilmişdir:  şirkətdə  10  il  iş  stajına  və 

əvvəlki  attestasiyalarda  müsbət  nəticələrə  sahib  olan  işçilərin  attestasiyasını 

aparmaq lazım deyil.  

Qalanları metodiki tövsiyə layihəsi ilə razıdırlar. 



“Məlumat veririk ki,.. ” açar ifadələri ilə başlayan qısa məlumat məktubu 

Məlumat veririk ki, şirkətimizin məhsullarından ibarət sərginin müddətinin  

3  həftəyə  qədər  uzadılması  təklifi  ona  göstərilən  yüksək  səviyyəli  maraq 

səbəbindən qəbul olunacaqdır. 



 Dəvət məktubu  

Dəvət  məktubu  keçirilən  hər  hansı  tədbir  haqqında  informasiyadan 

ibarət olmaqla,  adresata bu tədbirdə iştirak etməsi üçün dəvəti özündə ehtiva 

edən işgüzar məktubdur.  

Dəvətlər  məktub  blankında  tərtib  olunduğu  kimi  müxtəlif  bədii  tərtibat 

elementli sərbəst formatda da tərtib oluna bilər.  

Dəvət  məktublarında  bir  qayda  olaraq  adresata  şəxsi  müraciətlər  edilir  və  

“Hörmətli...!” ,  “dəvət edirik” kimi açar ifadələrdən istifadə olunur: 

“sizi... ...iştirak etməyə dəvət edirik” 

“...sizi sərgiyə dəvət edirik”  

“... sizi ... iştirak etməyə dəvət edirik” 

Yuxarı  təşkilatlara,  hakimiyyət  orqanları  və  idarələrinə,  məşhur  şəxslərə 

göndərilən  dəvət  məktubları  təşkilat  rəhbəri  tərəfindən  imzalanmalıdır.  Bu 

məktublar onlara poçt və ya kuryer vasitəsilə göndərilir. Elektroəlaqə (xüsusilə də 

faksimil əlaqə) vasitəsilə göndərmək məqbul sayılmır.   

Poçt  və  ya  faksimil  əlaqə  vasitəsilə  dəvət  məktublarının  göndərilməsinə 

yalnız  keçirilən  tədbirin  işçi  xarakteri  (müşavirələr,  kollegiya,  komissiya,  şura 




Yüklə 224,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə