İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 224,08 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix14.05.2018
ölçüsü224,08 Kb.
#43613
növüYazi
1   2   3   4   5   6   7   8

23 

 

iclası)  daşıdığı  və  ya  tədbir  təşkilatçılarının  buraya  daha  çox  iştirakçı  cəlb 



olunmasında  (elmi  konfranslar,  simpoziumlar,  seminarlar  və  b.)  maraqlı  olduğu 

halda yol verilir. Sonuncu halda dəvət məktubunda konkret şəxsin imzası əvəzinə 

tədbirin keçirilməsini  təmin  edən  təşkilatın  adı  yazılır:  “Təşkilat  komitəsi” və  ya 

Konfransın təşkilat komitəsi” və s. Dəvət məktubu tədbir təşkilatçılarının sayı bir 

neçə  olduğu  halda,  bir  neçə  və  ya  bir  şəxs  –  təşkilati  komitə  rəhbəri  tərəfindən 

imzalana bilər.  

Çox  sayda  dəvət  məktublarının  paylanılması  zamanı  təşkilatda  faksimil 

imzasından  istifadə  olunur  və  onların  istifadə  qaydası  təyin  olunursa,  rəhbərin 

həqiqi imzası faksimil ilə əvəz oluna bilər. 

Dəvət məktublarına aid nümunələr  

Şəxsi dəvət məktubu 

Hörmətli Abdulla Əhmədov! 

Sizi  “Şahdağ”  şirkətinin  yaranmasının  10  illik  yubileyinə  həsr  olunmuş  təntənəli 

yığıncaq mərasiminə dəvət edirik. 

Yığıncaq  Ş.Əzizbəyov  küç.,  10.  ünvanında  saat  16.  00-da  şirkətin  baş  ofisinin 

konfrans-zalında keçiriləcəkdir. 

 

“Şahdağ”  şirkətinin  müdiri                                                   A.Əliyev                                                                                     

   

Sual 19. Reklam məktubu nədir? 

Reklam  məktubu  əldə  edilməsinə  həvəsləndirmə  formasında  əmtəə  və 

xidmətlərin təsvirini birləşdirən ticari məktubdur. Ticari fəaliyyəti həyata keçirən 

istənilən  şirkət  istehsal  olunmuş  məhsul  və  ya  göstərilən  xidmətlərin  reklamı  ilə 

məşğul ola bilər. İşgüzar yazışma təcrübəsində məzmununa görə müxtəlif reklam 

məktublarından istifadə olunur. Onları şərti olaraq iki qrupa ayırmaq olar: 

- əmtəə və xidmətlər təklifini verən məktublar; 

- şirkət haqqında məlumatı özündə ehtiva edən məktublar. 




24 

 

İşgüzar  məktubların  göstərilən  növlərindən  başqa  reklamda  əmtəə  və 



xidmətlər  haqqında  ətraflı,  bəzən  isə  bütün  təfsilatı  ilə  göstərilən  müxtəlif  növ 

elanlar,  bülletenlər  (qısa  rəsmi  məlumatlar)  geniş  tətbiq  olunur.  Onlar  reklam 

məktubları deyil, lakin  reklam fəaliyyətini dəstəkləyir və bir qayda olaraq şirkət və 

ya  əmtəə  haqqında  ilkin  informasiyanı  məhz  reklam  məktubundan  və  ya  digər 

üsulla  maraqlı tərəfin tələbinə müvafiq şəkildə təqdim olunurlar. 

Sual 20. Reklam məktubları necə tərtib olunur? 

Reklam məktubları aşağıdakı qaydalara riayət edilməklə tərtib olunur: 

1.

 

Müxtəsərlik. Reklam məktubu bir səhifədən artıq olmamalıdır, belə ki, 



bir səhifədən artıq həcmə malik reklam mətni çox güman ki, axıra qədər 

oxunmayacaqdır. 

2.

 

Zərurilik.  Reklam  məktubunun  mətni  lakonik,  aydın,  məlumatverici 



olmalıdır.  Reklam  məktubunda  şirkət,  onun  təklif  etdiyi  əmtəə  və 

xidmətlər  haqqında  ətraflı  məlumat  verilməsinə  ehtiyac  yoxdur.  Yalnız  

şirkəti, onun mallarını digər istehsalçılardan fərqləndirən cəhətləri nəzərə 

çatdıran ən əhəmiyyətli məlumatları göstərmək lazımdır.    

3.

 

Dəqiqlik. Reklam məktubunda şirkətin xidmətlərini, onun nailiyyətlərini 



və üstünlüklərini həddən artıq tərifləmək lüzumsuzdur, belə ki, istənilən 

məlumatı hər zaman yoxlamaq heç də çətin məsələ deyil.     

4.

 

Bezdirici  olmamaq.  Əmtəə  və  xidmətlərin  təklifi  hədsiz  dərəcədə 



təkidlə  təklif  olunmamalıdır.  Təklifin  hətta  müxtəlif  variantlarda  belə 

dəfələrlə təkrarı alıcıda ondan imtina hissi yarada bilər. Reklam məktubu 

bezdirici deyil, inandırıcı olmalıdır.  

5.

 



Qəti  tərtibat.  Reklam  məktubu  şirkətin  təqdimolunma  forması 

olduğundan,  heç bir bəzək elementi (qızıl güllər, çiçəklər, budaqlar və 

s.)  istifadə  olunmadan  yazı  üçün  gərəkli  bütün  rekvizitlərlə  blankda 

tərtib olunmalıdır.  




25 

 

6.



 

Üslubi tərtibatın səmərəliliyi. Reklam məktubunun tərtibatında şrift 13-

dən, sətirlərarası interval isə 1,5-dən kiçik olmamalıdır.  

Reklam məktubunun tərtibi zamanı müəyyən qaydalara riayət olunmalıdır.  

Belə ki, reklam məktubunda təklif olunan əmtəə və xidmətlər haqqında 

məlumat verildiyindən, o aşağıdakı sxem üzrə yaradılır:  

1.

 



Adresata  müraciət  (məsələn,  “Hörmətli  cənablar!”  və  ya  “Hörmətli 

məsləkdaşlar!”).  

2.

 



Şirkətin qısa xarakteristikası.  

3.

 



Əmtəə və xidmətlərin əsas dəyərlərinin sadalanması ilə təqdim olunması. 

4.

 



Əlavə və ya əlaqədar şərtlərin göstərilməsi. 

5.

 



Əməkdaşlığın  konkret  formaları  (topdan  və  pərakəndə  satış,  göstərilən 

xidmətlər) haqqında təklif. 

6.

 

Lazım  gəldikdə  malların  nümunəsinin  verilməsi,  əmtəə  və  xidmətlər 



haqqında  ətraflı  məlumatın  verilməsinə  hazırlığın  bildirilməsi  və 

möhtəməl alıcıda yarana biləcək bütün mümkün suallara cavab.   

7.

 

Əməkdaşlığa ümidin ifadəsi. 



8.

 

İmza (vəzifə, inisiallar, soyad). 



Şirkəti  təqdim  edən  reklam  məktubu  aşağıdakı  sxem  əsasında  tərtib 

olunur: 

1.

 



Adresata müraciət. 

2.

 



Şirkətin qısa xarakteristikası. 

3.

 



 Eyni əmtəə və xidmətləri təqdim edən rəqiblərlə müqayisədə şirkətin əsas 

fəaliyyət  istiqaməti,  onun  nailiyyətləri,  dəyər  və  üstünlükləri  haqqında 

məlumat. 

4.

 



Əməkdaşlığın konkret formaları haqqında təklif. 

5.

 



Şirkət  haqqında  ətraflı  məlumat  verməyə  hazırlığın  bildirilməsi  və 

əməkdaşlığa dair bütün suallara cavab vermək.   

7. Əməkdaşlığa ümidin ifadəsi. 



26 

 

8. İmza (vəzifə, inisiallar, soyad). 



İş təcrübəsində nəinki şirkət və onun struktur bölmələrinin rəhbərləri, hətta 

sıravi  işçilər  –  menecerlər,  baş  menecerlər,  mütəxəssislər  və  s.  tərəfindən 

imzalanan  reklam  məktubları  ilə  qarşılaşmaq  olar.  Lakin  məktuba  daha  yüksək 

etimadın  yaranması  və    alıcıya  təsir  göstərilməsi  üçün  yaxşı  olar  ki,  məktub 

struktur  bölmə  rəhbəri  vəzifəsindən  aşağı  vəzifəli  şəxs  tərəfindən  imzalanmasın, 

şirkəti təmsil edən məktublar isə ümumiyyətlə rəhbər və ya onun müavinlərindən 

biri tərəfindən imzalansa daha yaxşı olar.  

Reklam məktublarının tərtibi zamanı işgüzar yazışmanın ümumi qaydalarına 

riayət  olunmalıdır,  lakin  yazıya  diqqət  cəlb  etmək  üçün  mətnin  müxtəlif  üslubi 

tərtibat növündən istifadə olunması  mümkündür. Məsələn, ayrı-ayrı, daha önəmli 

mətn hissələri üçün müxtəlif şriftlərdən istifadə etmək, mətnin ayrı-ayrı hissələrini 

yarımqara  şriftlə  ayırmaq  olar.  Lakin  bu  zaman  tərtibat  effektinin  məktubun 

məğzindən diqqəti yayındırmaması üçün müəyyən qaydalar gözlənilməlidir.  

                                   

Mövzu 5. TƏQDIMAT, ƏMR. 

 

Sual 21.Təqdimat barədə məlumat verin. 

 «Təqdimat»  sözü  ərəb  mənşəli  olub,  “təqdim”  sözündəndir.  “Təqdim”  sözü 

ərəb dilində çoxmənalıdır: 1) irəli sürmək, irəli çəkmək; 2) bir şəxsin hüzuruna bir 

şeyi,  bir  nəfəri  gətirmək;  3)  bir  adamı  başqasının  hüzuruna  çıxararaq  onları 

görüşdürmək, tanış etmək.  

Təqdimat  rəsmi  sənəd  olaraq  aşağı  vəzifəli  şəxsin  yuxarı  vəzifəli  şəxs 

qarşısında hər hansı bir məsələni qaldırması, irəli sürməsi, xahiş eiməsi zərurətində 

yazılır.  Təqdimat  ərizə  və  tələbnamə  deyil.    Təqdimat  ərizədən  yuxarı, 

tələbnamədən  aşağıda  dayanan  bir  xahişnamədir.  Məsələn,  bir  nəfərin  mükafata, 

təqaüdə,  vəzifəyə  təqdim  edilməsi.  Təqdimat  yalnız  xoş  niyyətlər  üçün  yazılmır. 




27 

 

Eyni  zamanda,  hər  hansı  bir  səbəbdən  işçi  yuxarı  qurumun  rəhbəri  qarşısında 



məsələ qaldırır – təqdimat yazır. Cəza tədbiri əmr formasında icra edildikdə əmrdə 

kimin  təqdimatı  əsasında  cəza  verildiyi  göstərilir.  Və    yaxud  yuxarı  qurumun 

iclasında  müzakirə  edildikdə  təqdimatın  tam  mətni  oxunur.  Təqdimatın  forması 

təxminən ərizə kimidir.  



Sual 22.  Təqdimat nümunələri yazın. 

Nümunə 

Universitetin rektoruna  

TƏQDİMAT 

Bu ilin mart-aprel aylarında respublika ali məktəbləri arasında keçirilən idman 

yarışlarında  universitetimizin  tələbələri  də  iştirak  etmiş  və  fərəhli  nəticələr  əldə 

etmişlər. Belə ki, onlardan 2 nəfəri sərbəst güləş üzrə, 1 nəfəri boks üzrə, 2 nəfəri 

isə  yüngül  atletika  üzrə  birinci  yerə  çıxmışdır.  Həmin  tələbələrə    təşəkkür  elan 

etməyinizi Sizdən xahiş edirəm. 



Sərbəst güləş üzrə: 1 Qəzənfər Əli oğlu Məmmədov 

                         2. Kamran Səfər oğlu Həsənov 



Boks üzrə: 1. Fazil Nağı oğlu Vəliyev 

Yüngül atletika üzrə:   1. Cünel Əmrah qızı Cəfərova 

                               2. Kübra Nəsir qızı Xəlilova 



Bədən tərbiyəsi və idman  

kafedrasının müdiri:                                                       F.Əliyev. 

                                                                                          12.02.2015 

 


28 

 

                                                                         Təhsil Şöbəsinin müdiri 



                                    F.Z.Bəşirova  

6 saylı orta məktəbinin 

                                                      direktoru A.Qalibovdan                                                                                                                                                                      

TƏQDİMAT 

 

Ə.Ə.Hüseynov  6  saylı  orta  məktəbin  dil-ədəbiyyat  müəllimidir.  40  illik 



pedaqoji iş stajına malikdir. APU-nu bitirib. Öz işinin öhdəsindən layiqincə gəlir. 

Qayğıkeş və savadlıdır. Yüzdən çox şagirdi müxtəlif sənət, peşə sahibidir. Üç kitab 

müəllifidir. Ali kateqoriyalı müəllimdir. Bu günlərdə onun anadan olmasının 60 ili 

tamam olacaqdır. Kollektivdə dərin hörmətə malikdir. İctimaiyyət arasında böyük 

nüfuz sahibidir.  

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ə.Ə.Hüseynovun 60 illik yubileyinin 

rayon təhsil işçiləri ilə birlikdə keçirilməsinə şərait yaratmağınızı   xahiş edirəm. 

 

                                                          A.Qalibov 

                  15.02.2015  



  

                    Sual 23.

 

Əmr barədə məlumat verin.

 

         «Əmr»  ərəb  sözü  olub,  bir  işin  görülməsi  üçün  verilən  hökm  və 

göstərişi özündə ehtiva edən sənəddir. Aşağıdakı mənalarda işlədilir:  

Əmr etmək – bir işin görülməsini hökmlə tapşırmaq, buyurmaq. 

Əmr vermək – sərəncam yazmaq, nəşr etmək, elan etmək. 

Yazılı  sənəd  kimi,  əsasən,  hökumət  orqanlarının,  idarə,  müəssisə,  təşkilat  və  s. 

rəhbərlərinin  rəsmi  sərəncamı  hesab  edilir.  Hərbi  Komissarlığın  əmri,  universitet 

rektorunun əmri, işə qəbuletmə, işdən azadetmə, müəyyən işi tapşırma, komissiya 

yaratma, tədbir keçirmə, kitabça nəşrini təsdiqetmə və s.  



29 

 

A.  Əmrin  mahiyyəti  –  Nazirliklərin,  baş  idarələrin,  yerli  idarəetmə 

orqanlarının,  onların  şöbə  və  idarə  rəhbərlərinin,  habelə  birliklərin,  müəssisə, 

təşkilatların  rəhbərlərinin    idarəetmə  aktı.  Hüquqi  təbiətinə  görə  əmr  müəyyən 

ictimai münasibətləri nizama salan hüquq normaları aktıdır. Bəzi hallarda müəssisə 

rəhbəri  əmr  verərkən  həmkarlar  təşkilatının  razılığını  almalı,  əmri  hüquqşünasla 

razılaşdırmalıdır. Əmr imzalandığı andan qüvvəyə minir.  

B. Əmrin məzmunu – Hüquqi akt olaraq əmrlər çoxməzmunlu olur. İşə qəbul 

etmək, işdən azad etmək, töhmət vermək, təşəkkür etmək, iş rejimində dəyişiklik 

etmək, idarə və müəssisənin daxilində struktur dəyişiklikləri etmək  və s. bu kimi 

məsələlər müəssisə rəhbərinin əmri ilə hüquqi qüvvəyə minir.  

Əmrlər xüsusi formada verilir. Vərəqin birinci sətrində əmr verilən müəssisənin adı 

qeyd  edilir.  İkinci  sətirdə  “əmr”  sözü  yazılır.  Üçüncü  sətirdə  sol  tərəfdən  əmrin 

verildiyi  tarix,  sağ  tərəfdə  isə  əmrin  verildiyi  şəhərin  adı  yazılır.  Aşağıda  əmrin 

verilmə  səbəbi  və  məqsədi  göstərilir.  Ondan  aşağıdakı  sətirdə  vərəqin  ortasında 

«ƏMR  EDİRƏM»  sözləri  yazılır.  Sonra  isə  əmrin  məzmunu  verilir.  Əgər  əmr 

müəyyən şəxsə və ya şəxslərə aiddirsə, onda şəxsin (şəxslərin) adı, atasının adı və 

soyadı əvvəlcə qeyd edilir. Onun qаrsışında isə əmrin ona aid hissəsi verilir. Əmrin 

aşağı hissəsində əmrin əsası verilir. Sonra əmri verən məsul şəxsin vəzifəsi, titulu, 

adı və soyadı göstərilir. Rəhbər imzasından sonra əmri hazırlayan və əmri verməyə 

razılıq vermiş şəxsin imzası verilir. Əmrin icrası ilə bağlı olan, yəni əmrlə əlaqəsi 

olan qurumlara göndərilməsi haqqında qeydlə  tamamlanır.  

C. Əmrin dil xüsusiyyəti – Əmrlər ədəbi dildə verilir. Onların dili rəsmi olur. 

Orada heç bir subyektiv münasibət bildirən söz və ifadəyə yol verilmir.  



 

 

 

 


30 

 

Sual 24. Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat yazın. 

Əmr,  bir  qayda  olaraq,  şərh  və  sərəncam  hissələrindən  ibarət  olur.  Şərh 

hissəsində  əmr  verilməsi  üçün  əsas  götürülən  faktlar  ifadə  edilir,  sərəncam 

hissəsində  isə  görülməli  tədbirlər  sadalanır.  Əmrin  sərəncam  hissəsi  mətn 

qaydalarından  «əmr  edirəm»  sözləri  ilə  başlanır.  Nəzərdə  tutulan  fikirlər  ərəb 

rəqəmləri ilə nömrələnən bəndlər üzrə yerləşdirilir. Hər bənd struktur bölməsinin 

konkret icrasının və ya vəzifəli şəxsin adının və soyadının göstərilməsi ilə başlanır.  

Əmrin  mətni  əlaqədar  struktur  bölmələri  lazımi  hallarda  isə  tabelikdə  olan 

əlaqədar  təşkilatlarla  razılaşdırılır.  Əmrin  layihəsinin  son  variantına  ancaq  əmri 

imzalayan və tarix qoyan təşkilat rəhbəri düzəlişlər edə bilər. Əmri hazırlayarkən 

icraçı onun struktur bölmələrə və tabelikdə olan təşkilatlara göndərilmək zərurətini 

və  əmrin  tirajını  müəyyən  edir.  Ünvan  sahiblərinin  siyahısı  həmin  əmrin  son 

vərəqinin  əks  tərəfində  çap  olunur  və  ya  müstəqil  sənəd  kimi  əlavə  edilir  (  tiraj 

böyük olduqda). 

Əmrlər təqvim ili boyunca nömrələnir və müvafiq kitabda qeydə alınır  

 

Sual 25. Əmr nümunələri yazın. 

BAKI MAŞINQAYIRMA ZAVODU ÜZRƏ 

63 SAYLI ƏMR 

Bakı şəhəri   

 

 

 

 

 

 «02» fevral 2015-ci il                                                           

Zavodda  dəftərxana  işinin  daha  səmərəli  təşkili  və  sənədləşmənin  düzgün 

aparılması məqsədi ilə  

ƏMR EDİRƏM: 

1.

 



Zavod  üzrə  bütün  əmrlər  lazımi  nüsxələrdə  və  əmrdə  göstərilən 

əsaslarla birlikdə ümumi şöbəyə  təqdim edilsin. 

2.

 

Təqdimatlar  və  ərizələr  ümumi  şöbədə    qeydiyyatdan  keçirilsin  və 



mənim dərkənarımdan sonra yenidən ümumi şöbəyə  təqdim edilsin. 


31 

 

3.



 

Zavoddan  gedən  bütün  məktublar  və  cavab  məktubları  3  nüsxədə, 

zavoda  daxil olan məktub əsasla birlikdə ümumi şöbəyə  təqdim edilsin. 

4.

 



Sənədləşmənin  düzgün  aparılıb-aparılmaması  barədə  ümumi  şöbənin 

müdiri mənə xəbər versin. 

             Əmr bütün struktur bölmələrə göndərilsin. 

             Əsas: Ümumi şöbə  müdirinin təqdimatı. 



BAŞ DİRЕКTОR:                                                 Z.N.ƏHMƏDOV 

 

 “Fidan” Elm İstehsalat Birliyi üzrə  

12 saylı əmr  

Bakı şəhəri  

 

 

 

 

 

24 yanvar 2015-ci il 

      İlham İman oğlu İmanov 01.02.2015-cü il tarixdən maaşı ştat cədvəlinə uyğun 

olmaqla bir ay sınaq müddəti ilə mühəndis təyin edilsin.  

Əsas: İ.İmanovun ərizəsi   



Baş  direktor:   

 

 

                    Ə.Əliyev 

 

“Fidan” Elm İstehsalat Birliyi üzrə 



13 saylı əmr  

 

Bakı şəhəri  

 

 

 

 

 

5 fevral  2015-ci il 

I. Etibar Cavanşir oğlu Məmmədov - elektrik montyoru 05.02.2015-ci il tari- 

                                                                xindən Azərbaycan Respublikası Əmək 

              qanunvericiliyinin 37-ci maddəsinin I 

              bəndi ilə tutduğu vəzifədən azad edilsin. 

  

 

Əsas: Etibar Məmmədovun ərizəsi 



 


32 

 

II. E.Məmmədovun öhdəsində olan elektrik avadanlığı müvəqqəti olaraq sex rəisi 

Elçin Kazımova təhvil verilsin və təhvil-təslim aktla rəsmiləşdirilsin.  

 

“Fidan” EİB-nin direktoru:   



 

 

  Ə.Əliyev 

 

 

 



 

 

Yüklə 224,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə