1
İşin Təsviri (ToR)
Gəncə-Qazax İqtisadi Rayonunda kənd təsərrüfatı -
turizm əlaqələndirilməsinin endogen potensialları üzrə
baza qiymətləndirmə tədqiqatı (Turizm üzrə ekspert üçün)
“Gəncə - Qazax iqtisadi rayonunda yerli və regional
inkişafa dəstək (SLRD)” fəaliyyəti çərçivəsində
Bu ToR AAP 2013 altında Aİ Bakı missiyası və German BMZ - Almaniyanın İqtisadi
Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilən "Gəncə - Qazax
iqtisadi rayonunda yerli və regional inkişafa dəstək" (SLRD) məqsədli layihə üçün həyata
keçiriləcək ilkin sorğu üsullarını və tədbirləri müəyyən edir. Bu layihə Almaniya Beynəlxalq
Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda yaxşı yerli idarəetmə” proqramı
tərəfindən Azərbaycanda tərəfdaş qurum olan İqtisadiyyat və Sənaye Nazirliyinin aparıcı
tərəfdaşlığı ilə həyata keçiriləcək.
1.Ümumi məlumat
2
Azərbaycan 2014-cü ildə adambaşına düşən ÜDM - nin 7,986 Abş Dolları səviyyəsi ilə yuxarı
orta gəlirli ölkədir. Güclü artım və ünvanlı sosial yardım proqramlarının nəticəsində
yoxsulluğun səviyyəsi 2000-ci ildə 50%-dən 2014-cü ildə 5% - ə qədər kəskin aşağı enib.
Qeyri-neft sektorunun payı 2009-2014 illər ərzində 45% -dən 61.5% -ə qədər artsa da, neft
ehtiyyatlarının hasilatı və ixracı hələ də ÜDM - nin 39%-ni təşkil edir. Hökumətin hədəfi
2020-ci ilə qədər ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisinin 80%-ə qədər artırılmasıdır.
Azərbaycanın ümumi sahəsi 86.600 km2-dir və əhalisinin sayı 2014-ci ilin sonuna 9.6 milyon
nəfər (50.3% qadın) təşkil edib. Ümumi əhalinin təxminən 47% -i kənd yerlərində yaşayır.
Regional inkişaf proqramına əsasən Azərbaycan 10 iqtisadi rayon (IR) və paytaxt şəhərə
(Bakı) bölünür. Əhalinin təxminən 77% - i regionlarda, 23%- i Bakıda yaşayır (Dövlət
Statistika Komitəsi - 2014). Ölkənin əsas problemi neft sərvətlərinin uzunmüddətli, dayanıqlı
və tarazlı iqtisadi artım üçün yenidən bölüşdürülməsidir. Geniş qəbul olunmuşdur ki, rayon və
kənd yerlərinin inkişafı üçün yeni yanaşmaların həyata keçirilməsi qeyri-neft iqtisadiyyatının
inkişafının stimullaşdırılması, ölkənin ümumi rəqabət qabiliyyətinin artırılması və kənd
yerlərindən şəhərlərə keçid təzadları probemi baxımından xüsusi əhəmiyyət kəsb edir. 2003-
cü ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcminin yalnız 26,8 faizi daxili
mənbələrdən maliyyələşirdisə, 2013-cü ildə daxili investisiyaların xüsusi çəkisi 62,5 faizə
çatmışdır.
Azərbaycanın inzibati ərazi bölgüsü 66 rayon, 77 şəhər, 14 şəhər rayonu, 257 qəsəbə və 4260
kəndi əhatə edən 10 İqtisadi Rayondan ibarətdir. İdarəetmə paralel şəkildə bələdiyyə
ittifaqları altında kənd, qəsəbə və şəhər səviyyələrində bələdiyyələr tərəfindən həyata keçirilir.
Gəncə - Qazax iqtisadi rayonunda bələdiyyələrin sayı 287-dir ki, onlar 1.200.000 nəfər əhalini
əhatə edir (ümumi əhalinin 13%-i).
Gəncə-Qazax iqtisadi rayonu Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax,
Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə
Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir.
Onun ərazisinin ümumi sahəsi 12500 min km² olmaqla Azərbaycan Respublikasının ərazisinin
14,4 %-ni təşkil edir. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili
düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000-2000 metr yüksəklikdə), yüksək
dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu
zonalara müvafiq olaraq müxtəlifdir.
İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında
mühüm rol oynamışdır. Əhalinin ümumi sayı 1103 min nəfər olmaqla ölkə əhalisinin 13,6 %-
ni təşkil edir. Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın təbii resurslara zəngin
regionlarından birirdir.
Gəncə-Qazax iqtisadi rayonu iqtisadi əhəmiyyətinə görə ölkədə ikinci yeri tutur.
Azərbaycanın ikinci sənaye rayonu ölkənin sənaye məhsulunun 12-13 %-ni verir. İqtisadi
Rayonun yüngül sənayesi ilk növbədə yerli xammalın emalına əsaslanır (Dəliməmmədlidə
pambıq mahlıcı, Gəncədə pambıq parça, yun parça, trikotaj məmulatları istehsalı, Gəncə,
Qazax və Daşkəsəndə xalça toxuculuğu müəssisələri).
3
Qida sənayesi kənd təsərrüfatı məhsullarının emalına əsaslanır - çaxır, konyak, ət-süd
məhsulları, qənnadı məmulatları, konservləşdirilmiş məhsul istehsalı yerli və regional tələbatı
ödəyir. Tikinti sənayesinin əsas müəssisələri iri panelli Ev tikmə Kombinatı, dəmir-beton,
kərpic - kirəmit və mərmər istehsalı sahələridir. Azərbaycan Respublikası üzrə kənd
təsərrüfatı məhsulunun 13-14%-i, o cümlədən, kartofun 80-85%-i, üzümün 28%-i,
heyvandarlıq məhsullarının 15 faizı bu rayonun payına düşür. Gəncə-Qazax iqtisadi
rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri kartofun becərilməsi, üzümçülük və
taxılçılıqdır. Pambıq, yalnız, Göranboy rayonunda əkilir. Qazax və Aqstafa, Şəmkir və Samux
rayonları üzüm istehsalı üzrə, Gədəbəy, Şəmkir, Tovuz rayonları kartof istehsalı üzrə,
Göranboy rayonu taxıl istehsalı üzrə ixtisaslaşmışdır. İqtisadi rayonda, həmçinin bostançılıq,
tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələri inkişaf etmişdir. Ceyrançöl respublikanın
mühüm qış otlaq sahələrindən biridir.
Gəncə-Qazax iqtisadi rayonun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır.
Rayon Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən dəmir və avtomobil
yolları üzərində yerləşir. Gəncə, Qazax və Ağstafa - əsas nəqliyyat qovşaqlarıdır. Gəncə
şəhərində respublika əhəmiyyətli hava limanı yerləşir. Xəzər dənizindən hasil edilən neftin və
qazın dünya bazarına çıxarılması üçün çəkilən boru kəməri iqtisadi rayonun ərazisindən
keçir. Rayonun əlverişli təbii şəraiti, saf iqlimi, mənzərəli dağ-meşə landşaftı, müalicəvi təsirli
mineral suları beynəlxalq əhəmiyyətli istirahət-müalicə müəssisələrinin yaradılmasına imkan
verir. Dəniz səviyyəsindən 1566 m yüksəklikdə Göy-Göl və Hacıkənd istirahət guşələri
salınmışdır. Həmçinin Naftalan istirahət-müalicə zonası beynəlxalq əhəmiyyətə malikdir.
Rayonda fəaliyyət göstərən böyük kitabxanalar, muzeylər, teatrlar və digər sosial-mədəni
obyektlər var. (internationalgeographer, 12.12.12)
Regional İnkişaf, Azərbaycanın da üzv olduğu Şərq Tərəfdaşlığı Proqramının prioritet
istiqamətlərindən biridir və Azərbaycan üzrə Milli İndikativ Proqramda müəyyənləşdirilmiş
prioritetlər çərçivəsindədr. “Azərbaycanda kənd yerləri və regional inkişafa dəstək "proqramı
(SRRD) bu prioritet sahəyə aiddir və Pilot Regional İnkişaf Proqramına (PRDP) və Kənd
təsərrüfatı və kəndin inkişafı üçün Avropa Qonşuluq proqramına (ENPARD) uyğundur.
"Gəncə - Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək" (SLRD) proqramının
ümumi məqsədi Azərbayanda iqtisadiyyatın diversifikasiyasına və regional inkişafa töhfə
vermək, eyn zamanda regionlar arasında sosial-iqtisadi fərqlərin azaldılmasından ibarətdir.
Proqram hərtərəfli və məqsədyönlü üç komponent yanaşmadan barətdir.
4
Fəaliyyət regional planlaşdırmada milli və yerli hakimiyyət orqanlarının potensialının
gücləndirilməsinə həsr olunmuş ikinci komponentə öz töhfəsini verəcəkdir. Konkret məqsəd
menecment və regional inkişafın planlaşdırılmasında yerli hakimiyyət orqanlarının
potensialının möhkəmləndirilməsidir.
Nəzərdə tutulmuş konkret məqsədlərə nail olmaq məqsədilə fəaliyyət kənd təsərrüfatı - turizm
əlaqələndirilməsinə dəstək üçün ən müvafiq sahələr kimi altı mühüm nəticəni müəyyən edir:
R1 – Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatı - turizm əlaqələndirilməsinin hazırki
vəziyyəti, ehtiyaclar və potensiallar müəyyən edilir (məşğulluğun ehtiyac və imkanları və
yerli maraqlı tərəflərin artım təşviqi qiymətləndirilir; tədbirlər üzrə konkret tövsiyələr
hazırlanır. Nəticədə, inkişaf və tədbirlərin prioritet istiqamətləri müəyyən edilir).
R2 – Gəncə - Qazax iqtisadi rayonunda dövlət-özəl sektor əməkdaşlığı yerli və regional
səviyyədə təşviq edilir.
R3 – Gəncə-Qazax iqtisadi rayonunda yerli administrasiya və icmaların institusional
potensialı möhkəmləndirilir (Menecment və büdcə mexanizmlərinin təkmilləşdirilməsi üzrə
ünvanlı icmalara məsləhət xidmətlərinin göstərilməsi; yerli hakimiyyət orqanları üçün strateji
ərazi planlaşdırılması, regional inkişafı layihəsi üzrə hərtərəfli potensialın gücləndirilməsi
proqramı; yerli inkişaf planlaşdırmalarına qadınların ideyalarının daxil edilməsi məqsədilə
yerli qadın - siyasətçilərə dəstək).
R4 – Yerli inkişaf planları əsasında kənd təsərrüfatı və turizmin əlaqələndirilməsində İcra
Hakimiyyətlərinin fəaliyyət planları və regionların inkişafı planları üçün (əgər müvafiqdirsə)
girişləri təkmilləşdirmək.
R5 – Kənd təsərrüfatı - turizm əlaqələndirilməsinin inkşafı üçün pilot tədbirlər müvafiq
maraqlı tərəflər cəlb edilməklə müəyyənləşdirilir və həyata keçirilir (yəni, kənd turizmi ilə
məşğul olan fermerlər, kənd təsərrüfatı dəyər zəncirinin bazar əlaqələri vasitəsilə turizm
sənayesinə inteqrasiyası təchizat şəbəkəsinin inkişafı, turizm üçün kənd təsərrüfatı
məhsullarının təşviqidir).
R6 – Müxtəlif səviyyəli planlaşdırma proseslərində dövlət orqanları və digər maraqlı
tərəflərlə əməkdaşlıq bacarıqları gücləndirilir və regional planlaşdırmada maraqlı tərəflərin
iştirakı artırılır (seminarlar, təlim səfərləri, investisiya imkanlarının müəyyən edilməsi)
İqtisadiyyat və Sənaye Nazirliyinin və Bakıda digər sahə nazirliklərinin birbaşa cəlb olunduğu
bu nətcələrin əldə edilməsi seçilmiş rayonlarda yerli hakimiyyət orqanlarının (icra
hakimiyyətləri, bələdiyyələr, nazirliklərin regional bölmələri) sosial - iqtisadi regional inkişaf
planlaşdırılmasında fəal maraqlı tərəf kimi iştirakına təkan verəcək.
1.
M
ƏQSƏD
Gəncə - Qazax İqtisadi Rayonunda kənd təsərrüfatı - turizm əlaqələndirilməsinin inkişafına
dəstək üçün təkliflərin hazırlanması.
2.
İ
Ş HƏCM
İ
Araşdırma onları daha yaxşı əlaqələndirməklə həm kənd təsərrüfatı həm də turizm sahəsində
artım və məşğulluq potensialını müəyyənləşdirmək məqsədi daşıyacaq, bu həm də yerli
iştirakçıların ehtiyac və potensialını qiymətləndirəcək. Qrup rəhbəri (komanda lideri) kimi bir
beynəlxalq məsləhətçi və qrup rəhbərinə dəstək verəcək iki yerli məsləhətçidən ibarət
məsləhətçilər komandası formalaşacaq. Məsləhətçilər komandası öz aralarında vəzifələri
5
müzakirə edəcək və paylaşacaq. Lakin komandanın lideri işlərin ümumi planlaşdırılması,
sorğu metodologiyasının hazırlanması, layihə və yekun hesabatın hazırlanması və araşdırma
nəticələrinin Rəhbər Şuraya təqdim olunmasında cavabdeh olacaq.
Məsləhətçilər yuxarıda qeyd edildiyi kimi altı (R1 - R6) əsas nəticəyə istinadən vəzifələri
yerinə yetirməlidir.
Gəncə-Qazax iqtisadi rayonunda hər iki sektorun potensialının daha yaxşı üzə çıxarılması
üçün məsləhətçilərin kənd təsərrüfatı və turizm üzrə hərtərəfli məlumat toplayacağı gözlənilir.
Bundan başqa, məsləhətçilər kənd təsərrüfatı dəyər zəncirlərinin təşviqinin regionun turizm
sənayesi ilə necə əlaqələndirilə bilinəcəyini də araşdıracaqlar. Əsası odur ki, tədqiqatın
nəticələri ilkin baza dəyərlərini layihənin məntiqi çərçivəsinin nəticə göstəriciləri üçün
kəmiyyətləndirmək məqsədilə istifadə olunacaq.
Qiymətləndirmə ilkin olaraq aşağıdakı mövzularda ümumi məlumat verməlidir ki, bu
məlumatlar daha sonra ətraflı tövsiyələr üçün zəmin yaradacaq. Məsləhətçilərin əsas vəzifələri
aşağıdakılardır:
Gəncə - Qazax iqtisadi rayonunda kənd təsərrüfatı və turizmin mövcud durumunun və
aqro turizmin təşviqinin təsviri
Kənd təsərrüfatı - turizm əlaqələndirilməsində əsas maneələrin (məsələn, inzibati,
sosial, iqtisadi, ekoloji) işiqlandırılması
Həmin maneələri aradan qaldırmaq üçün həllər təklif edilməsi
Fəaliyyət proqramının konsentrasiyası üçün Gəncə - Qazax iqtisadi rayonundan 3
rayon seçilməsi və tövsiyə edilməsi
Kənd təsərrüfatı - turizm əlaqələndirilməsinin təşviqi üçün GİZ və digər donorlar
tərəfindən dəstəklənmiş əvvəlki təşəbbüslərin qiymətləndirilməsi
R1 - R6 nəticələri əldə etmək məqsədilə tədbirlərin həyata keçirilməsi üçün tövsiyələr
hazırlamaq, aşağıda baxın
Araşdırma nəticələrinin və tövsiyələrin Layihənin Rəhbər Şurasına təqdim edilməsi
Rəhbər Şuranın təkliflərinin yekun hesabatda birləşdirilməsi.
(1)
Vəzifələr haqqında ətraflı
Məsləhətçi qiymətləndirmənin necə aparılacağı haqqında araşdırma metodologiyası
hazırlamalıdır. Keçirilməzdən əvvəl sorğu podratçı təşkilat tərəfindən təsdiq edilməlidir.
Vəzifələrin ətraflı təsviri R1 - R6 konkret nəticələrə aiddir.
R1 (əlaqələndirmənin mövcud durumu, ehtiyacları və potensialı):
Regionda turizmin təşviqinin hazırki statusunun qiymətləndirilməsi.
Turizmin təşviqində əsas iştirakçılar kimlərdir ? Regiona hər il nə qədər
turist səfər edir ? Onlar haradandırlar ? Turistləri nələr maraqlandırır ?
Turizmin təşviqi baxımından kənd təsərrüfatı dəyər zəncirlərinin
qiymətləndirilməsi: Turizm üçün maraq doğuran əsas kənd təsərrüfatı
dəyər zəncirləri hansılardır ? Turizmin təşviqi üçün istifadə oluna biləcək
hər hansı konkret yerli məhsul varmı (məsələn, ərzaq, sənətkarlıq, şərab
kimi yerli içkilər və s.).
6
Regionda / Azərbaycanda kənd təsərrüfatı və turizmi birləşdirmək üçün
təşəbbüslər mövcuddurmu (kim tərəfindən) ? Onların yanaşması və
təcrübəsi necədir ? Regionda / Azərbaycanda eko – turizmin təşviqi üçün
təşəbbüslər mövcuddurmu ? Onların hansı təcrübəsi var?
Kənd təsərrüfatı haqqında ümumi məlumatın, mövcud problemlərin və
inkişaf perspektivlərinin dəqiq təhlili ilə Gəncə-Qazax iqtisadi rayonunun
kənd təsərrüfatı potensialının öyrənilməsi;
Turizm haqqında ümumi məlumatın, mövcud problemlərin və inkişaf
perspektivlərinin dəqiq təhlili ilə Gəncə-Qazax iqtisadi rayonunun turizm
potensialının öyrənilməsi;
Proqram fəaliyyətinin konsentrasiyası üçün Gəncə - Qazax iqtisadi
rayonundan 2 - 3 rayonun seçilməsi və tövsiyyə edilməsi
R2 (regional və yerli səviyyələrdə dövlət - özəl sektor əməkdaşlığı)
Yerli kontekstdə dövlət - özəl sektor əməkdaşlığının əvvəlki / mövcud
faktları (uğurlu / uğursuz cəhdlərdən çıxarılan nəticələr) ?
İştirakçıların (dövlət və özəl sektor) bir - birindən əməkdaşlıq və
regionların endogen potensialının dərinləşməsi ilə bağlı gözləntilərinin
müəyyənləşdirilməsi və maraqlı tərəflər üçün stimullaşdırıcı tədbirlərin
işlənib hazırlanması
Dövlət və özəl sektor arasında gələcək əməkdaşlıq üçün əlverişli şəraitin
müəyyənləşdırılməsi
Dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi üçün
tədbirlərin tövsiyə edilməsi
R3 (yerli administrasiya və icmaların institusional potensialının möhkəmləndirilməsi):
Çoxsəviyyəli maraqlı tərəflərin şəbəkələşməsi üçün vasitə və metodların
tövsiyə edilməsi
Kənd təsərrüfatı və turizm sahəsində maraqlı tərəflərin / iştirakçıların
potensialının, bacarıq və problemlərinin qiymətləndirilməsi, onların
bacarıqlarının və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi üçün
tövsiyələr;
R4 (əlaqələndirmənin yerli inkişaf planlarına daxil edilməsi, İcra Hakimiyyətlərinin
fəaliyyət planları)
İştirakçıların / maraqlı tərəflərin planlaşdırma prosesinə cəlb edilməsinin
hüquqi və digər prosedur və metodologiyalarının müəyyənləşdirilməsi və
tövsiyə edilməsi.
Kənd təsərrüfatı - turizm əlaqələndirilməsinin regionun biznes sektor
palanlaşdırılması və inkişafına inteqrasiyası mexanizmlərinin təklif
edilməsi;
R5 (əlaqələndirilmə üçün pilot tədbirlərin müəyyənləşdirilməsi):
İcra üçün pilot tədbirlərin müəyyənləşdirilməsi və təkliflər verilməsi
R6 (R6 (dövlət qurumları və digər maraqlı tərəflərin əməkdaşlıq bacarıqlarının
möhkəmləndirilməsi):
7
Əməkdaşlığın və iştirakın üstünlükləri haqqında təbliğat / məşvərət
şuraları metodologiyaları / alətlərinin tövsiyə edilməsi (mülkiyyətin
artırılması)
(2)
Gözlənilən nəticələr
Sorğu / qiymətləndirmə metodologiyasına baxılacaq
Araşdırmanın hesabat layihəsi qrup rəhbəri (lideri) tərəfndən təqdim olunacaq
Rəhbər Şuraya nəticələrin PowerPoint təqdimatı keçiriləcək
Qrup rəhbəri (lideri) tərəfindən tədqiqatın aşağıdakı məzmunda yekun hesabatı
təqdim olunacaq:
1. Giriş
2. Ümumi məlumat
•
Hədəf sahədə maraqlı tərəflərin ümumi sosial-iqtisadi vəziyyəti
•
Gəncə - Qazax iqtisadi rayonunda kənd təsərrüfatı və turizmin vəziyyəti və
aqro-turizmin təşviqi ilə bağlı təşəbbüslər
•
Kənd təsərrüfatı - turizm əlaqələndirilməsinin inkişafı üçün ciddi maneələr
(məsələn, inzibati, sosial, iqtisadi, ekoloji)
•
Kənd təsərrüfatı - turizm əlaqələndirilməsinin təşviqi üçün əvvəlki
təşəbbüslər
3. Məlumatların toplanmasının analitik vasitə və üsullarının təsviri
4. R1-ə dən R6-ya qədər nəticələrə aid tapıntıların təsviri
5. Pilot tədbirlərin təsviri
6. İcra və rayonlar üçün tövsiyyələr
(3)
GIZ layihəsinin rolu və vəzifələri
GİZ layihəsi araşdırma aparılmasında məsləhətçilərə nəzarət edəcək. Bundan əlavə QIZ
layihəsi
Vəzifələrin
səciyyələndirmiş
şəkildə
yerinə
yetirilməsi
üçün
məsləhətçiləri / podratçıları lazımi layihə sənədləri və müvafiq
informasiya ilə təmin etmək;
Sorğu başlamazdan əvvəl sorğu metodologiyasını təsdiq edəcək
Ekspertlərin təqdim edəcəkləri yekun hesabatın formatını razılaşdıracaq;
Qiymətləndirmənin həyata keçirilməsi üçün GİZ - in Bakıdakı ofisi və
Gəncədəki sahə ofisindən istifadə də daxil olmaqla maddi - texniki dəstək
(avtomobil və sürücü) təmin edəcək
hədəf regionda maraqlı tərəflərlə görüşləri koordinasiya edəcək
2.1.1.
Müsahibə olunacaq maraqlı tərəflər və dislokasiya
Qiymətləndirmə Gəncə - Qazax iqtisadi rayonunda bütün11 rayona mümkün səfərlərlə icra
olunacaq. Aşağıdakı maraqlı tərəflər müsahibə olunacaq və onların kənd təsərrüfatı - turizmin
təşviqi üçün ideyaları / ehtiyacları əlaqələndiriləcək:
8
Milli, regional və yerli səviyyələrdə dövlət rəsmiləri (kənd təsərrüfatı, iqtisadi inkişaf,
turizm)
Fermerlər, fermer təşkilatları
Turizm şirkətləri, turizm operatorları, mehmanxanalar, əyləncə sənayesi
nümayəndələrir
Kənd təsərrüfatı / turizm sektorunda aparıcı donor təşkilatları
Kənd təsərrüfatı / turizm sektorunda fəaliyyət göstərən qeyri – hökumət təşkilatları
2.1.2.
Vaxt cədvəli
Təyinat İyunun 1-də başlayacaq və 30 gün ərzində başa çatmalıdır. Hesabat layihəsi 5 İyul,
yekun hesabat 21 İyul 2017 - ci il tarixinədək təqdim edilməlidir.
Tarix
Fəaliyyət
Gün
Beynəlxalq
məsləhətçi
Gün
Yerli
məsləhətçi
01.06.
İkinci dərəcəli verilənlərin (məlumatların) təhlili – layihə
sənədləri və digər mənbələr, göstəricilərin qiymətləndirilməsi
2
2
03.06.
GİZ proqramı ilə sıx əməkdaşlıqla sorğu metodologiyasının
hazırlanması (nümunələr, proqramın hazırlanması)
1
-
04.06.
Sual kitabçalarının və formaların hazırlanması, sahə işləri və
məlumat toplanmasının lahiyələndirilməsi
2
1
05.06.
Sorğu
sahəsi
və
əsas
informasiya
mənbələrinin
müəyyənləşdirilməsi (Layihə Qrupu)
Layihə Qrupu
06.06.
Yerli məsləhətçilər qrupu ilə görüş, layihə qrupu ilə
müzakirələr və vəzifələrin bölgüsü
1
1
07.06.
Rəhbər Şura, Avropa İttifaqı, İqtisadiyyat və Sənaye Nazirliyi
və s.ilə layihənin başlama görüşündə iştirak.
1
1
08.06.
Əsas məlumatverənlərlə müsahibələr - səfərlər və qeydiyyat
(beynəlxalq
məsləhətçi
yerli
məsləhətçiləri
3
gün
müsahibələrin aparılması ilə bağlı təlimatlandıracaq və sonra
vətəninə geri dönəcək; 11 gündən sonra toplanmış
məlumatların təkrar yoxlanılması, nəticələrin təhlili və
ümumiləşdirilməsi və təqdimatı üçün yenidən gələcək).
3
15
22.06.
Məlumatların təkrar yoxlanılması və çeşidlənməsi
2
4
24.06.
Məlumatların təhlili, nəticələr və tövsiyələrin
ümumiləşdirilməsi, nəticələrin Rəhbər Şuraya təqdimatının
(PPT) hazırlanması
5
5
29.06.
Nəticələrin Rəhbər Şuraya təqdimatı
1
1
30.06.
Hesabat layihəsinin 05.07 tarixinə qədər yazılması və təqdim
edilməsi .
3
5
21.07.
Hesabatın 21.07 tarixinə qədər yekunlaşdırılması və təqdimatı
2
-
23
35
9
- Azərbaycanda beynəlxalq məsləhətçinin işləməsi
Məsləhətçilər ikinci dərəcli məlumatların təhlilini və layihə sənədlərinin oxunmasını öz
ölkələrində edəcəklər. Beynəlxalq məsləhətçi daha sonra sorğu metodologiyasını hazırlayacaq
və təsdiq üçün layihəyə təqdim edəcək. Sorğu anketləri fə cədvəlləri hazırlandıqdan sonra o,
yerli məsləhətçilər və layihə qrupu ilə sıx əməkdaşlıq şəraitində sahə işlərini planlaşdıracaq.
Layihə qrupu sonra sorğu sahəsi və əsas informatorları müəyyən edəcək. O zaman beynəlxalq
məsləhətçi digər iki yerli məsləhətçi və layihə qrupu ilə görüşmək üçün Azərbaycana səfər
edəcək. Onlar layihə qrupu ilə birlikdə sorğu metodologiyasını müzakirə edəcəklər və
layihənin başlama görüşündə birlikdə iştirak edəcəklər.
Beynəlxalq məsləhətçi müsahibələrin gedişatını izləmək və müsahibələr zamanı yarana
biləcək çətinlikləri müzakirə etmək üçün ki yerli məsləhətçi ilə sıx əlaqədə olacaq.
Müsahibələr başa çatdıqdan sonra o, Azərbaycana qayıdacaq və məlumatların təkrar
yoxlanılması və çeşidlənməsində köməklik göstərmək üçün yerli məsləhətçilər qoşulacaq.
Onlar birlikdə verilənləri təhlil edəcək, nəticələri və tövsiyələri ümumiləşdirəcək və Rəhbər
Şura ilə müzakirə etmək üçün PowerPoint təqdimatı hazırlayacaqlar. Rəhbər Şuraya
təqdimatdan sonra, beynəlxalq məsləhətçi ölkəsinə geri dönəcək və hesabatın layihəsinin
hazırlanmasına başlayacaq. Hesabatın layihəsi təqdim edildikdən sonra, o, öz şərhlərini, əlavə
və təklifləri də daxil edəcək, 21 İyul tarixinə qədər yekun hesabatı hazırlayıb təqdim edəcək.
4.
Məsləhətçilərə olan tələblər
Ekspert / məsləhətçilərin kənd təsərrüfatı və turizm sahələrində müvafiq bilik və bacarığa
sahib olmaları gözlənilir. Biri komanda lideri olaraq sosial-iqtisadi inkişaf və kənd
təsərrüfatı ekspertizası təcrübəsi olan beynəlxalq məsləhətçi və müvafiq olaraq turizm və kənd
təsərrüfatının təşviqi sahəsində təcrübəyə malik iki yerli məsləhətçi olmaqla üç məsləhətçi
olacaq.
Turizm üzrə eksperti üçün tələb olunan ümumi peşə təcrübəsi:
Təbii resursların idarə edilməsi, turizm üzrə magistr dərəcəsi (5 il müvafiq iş təcrübəsi
ilə əvəz oluna bilər);
Araşdırma və qiymətləndirmə aparılması üzrə ən azı 5 il peşəkar təcrübə;
Azərbaycan və ingilis dillərini sərbəst bilmək;
Əla ünsiyyət və hesabatvermə bacarığı
Tələb olunan konkret peşə təcrübəsi:
Hökumətlər və institusional müştərilər üçün layihələrdə texniki xidmətlərin təcrübəsi;
Kənd təsərrüfatı / turizm əsaslı yaxud icma əsaslı turism layihələrin icrasında
təcrübəyə malik olması;
Regional inkişafda təcrübəyə malik olması;
Gəncə - Qazax iqtisadi rayonunun turizm potensialı və müvafiq iştirakçıları ilə tanış
olması
10
3.
H
ESABATLARIN TƏQDIM VƏ TƏSDIQ EDILMƏSI
Hesabatlar ingilis dilində elektron formada təqdim olunmalıdır. Ekspert beynəlxalq
məsləhətçiyə və Layihə Rəhbərinə hesabatların təsdiq edilməsi üçün məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |