İSLAM ƏXLAQI
SEYİD AZƏR ƏHMƏDOV
2
MÜQƏDDƏS QUM ŞƏHƏRİ
2016 - 2017
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
1
Giriş
İslam nöqteyi-nəzərindən insan cəmiyyətinin formalaşmasında əsas rolu məhəbbət,
sevgi, dostluq oynayır. Hədisləri də gözdən keçirdikdə, camaatın bir-birinə məhəbbəti
sayəsində yaranan toplumun İslamda arzuolunan insan cəmiyyəti olduğu məlum olur.
İslam dini elə bir cəmiyyət qurmaq istəyir ki, orada bütün insanlar bir -birini qardaş
sayır və fədakarlıq həddində qarşılıqlı məhəbbət bəsləyirlər. Səbəbi isə bəsitdir; istənilən
insan cəmiyyətinin formalaşdırılmasında məhəbbət kimi effektiv mexanizm yoxdur.
Digər tərəfdən İslam insanın təkamül proqramıdır və bu proqramın əsas ünsürünü
məhəbbət təşkil edir.
İnsan rəftarında ən təsirli amillərdən biri də məhəbbətdir. Belə ki, insan sevdiyinə
tabe olur. Məhəbbət bilmək və tanımaq sayəsində qazanılır. Ona görə də, tanımaq
məhəbbət, məhəbbət isə itaət gətirir.
İnsan cəmiyyətinin tərəqqisi üçün İslamın nəzərdə tutduğu bu proqramın
gerçəkləşməsində məhəbbət ünsürü o qədər təsirlidir ki, İmam Baqir (ə) İslam dinini
məhəbbətlə eyniləşdirir və buyurur:
ّبُلحا ّلاا نیلدا له
؟
“Din məhəbbətdən başqa bir şeydirmi?”
1
Quranın insanlara tanıtdırdığı Allah insanlara qarşı olduqca mehribandır, onları
sevir. “Hud” surəsinin 90-cı ayəsində Allah-taala buyurur:
ِهْيَل
ِ
ا اوُبوُت َّ ُثُ ْ ُكَُّبَر او ُرِفْغَت ْ ساَو
ۚ
ٌ ُوُُ َو ٌ مَِِر ِِّّ َر ََّّ
ِ
ا
“Rəbbinizdən bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın.
Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir”.
İnsan, yaradılışdan camal və kamal aşiqidir. O, gözəllik və yaxşılıqları sevir, pislik və
çirkinliklərə nifrət edir. Allah-taalanın müqəddəs zatı kamal, camal, elm, həyat, qüdrət,
rəhmət, bir sözlə bütün kamil sifətlərin özü – eyni olduğu üçün bütün sevgilərin başlanğıcı
Allah sevgisidir. Hər kim gözəllik və kamal aşiqidir, onu sevir.
1
“Nurus-Səqəleyn” təfsiri
c. 5 , səh. 84
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
2
Allah, peyğəmbərlər, imamlar, övliyalar, möminlər, ata-anaya məhəbbət bəsləmək
mərifətdən qaynaqlanır. İnsanın mərifəti artdıqca, onun məhəbbət və sevgisi də artmağa
başlayır. Bundan əlavə, insan dünyada nəyə məhəbbət göstərsə, axirətdə onunla məşhur
olacaq. Əgər insanın məhəbbəti Allaha xatir olmasa, Allahın rəhmətindən uzaqlaşacaq,
hətta Allahın insanla düşmənçiliyi ilə nəticələnəcək. Allah hansısa bir bəndəsini sevmiş
olsa, onu övliya və mələklərinə, yer və göy əhlinə tanıtdırar ki, onlar da həmin bəndəyə
məhəbbət bəsləsinlər. Məhəbbət əsən küləyə bənzəyir və o, nəyin üstündən əssə, ona
həyat bəxş edər.
Əgər məhəbbət Allaha qarşı olarsa, bəndəni Allahın razılığı və istəyinə qul edir,
bəndəlik çərçivəsinə salır və bu halda heç bir şey insanı Allaha itaətdən saxlaya bilməz.
Mövzumuz daha da aydınlaşsın deyə ilk öncə məhəbbət termininin lüğət və
terminologiyadakı mənası ilə tanış olacaq, sonra isə ariflərin baxışını nəzərinizə
çatdıracayıq.
Məhəbbətin lüğətdə mənası
“Məhəbbət”, “hübb” sözündən götürülmüşdür, mənası isə dostluq, mehribanlıq və
qəlbi bağlılıqdır.
2
Məhəbbətin terminoloji tərifi
“İnsanın ləzzət apardığı bir şeyə meyil etməsi məhəbbət adlanır”.
3
İzah: Məhəbbət insanın ləzzət, mənfəət və ya kamal güman etdiyi bir şeyə meyl
etməsidir. Həqiqi məhəbbət təslim olmaqdır.
İrfan məktəbində məhəbbət və eşqin mənası
Ariflər insanda olan məhəbbət və eşq hissinə böyük əhəmiyyət verirlər. Onların
nəzərincə, eşq bütün varlıqlarda mövcuddur. O cümlədən, hava, torpaq, od, külək və atom
zərrəciklərində belə, eşq cərəyanı mövcuddur.
“Səhifeyi-Səccadiyyə” bu mövzunu belə izah edir:
“Allah-taala aləmi heçdən (heç bir nümunəsi olmadan) yaratdı. Sonra isə onu
özünün eşq və məhəbbət yoluna yönəldərək həyat bəxş etdi.”
Ariflərin açıqlaması: “Dərdli olmaq insan xüsusiyyətlərindəndir. Onu mələklərdən
üstün edən məhz bu xüsusiyyətdir. Çünki bu xislət mələklərdə yoxdur. Onların nəzərincə,
bu, həmin “Allahaxtarma” dərdidir. İnsan Allah tərəfindən göndərilmiş və dünyada qərar
tuta bilməyən bir varlıqdır. Bu da onu dünyada qürbət hissi keçirməyə məcbur edir. Onun
gözündə dünya və onun üzərindəki bütün varlıqlar fani görünür. Ona görə də heç bir şeyə
ürək bağlaya bilmir. Amma bununla belə, o, əbədiyyətə qovuşmaq düşüncəsi ilə yaşayır.
Bu da onun dərd əhli olmasına səbəb olur.”
Hindistan meşələrindən gətirilib qəfəsə salınmış tutuquşu misalı bunun bariz
nümunələrindəndir. Quş hər an qəfəsdən canını qurtarıb öz vətəninə qayıtmaq fikri ilə
yaşayır. Bəli, o, narahatdır, öz doğma yurduna qayıtmaq istəyir. Buna onun haqqı da var!...
İnsanın dərdi ancaq və ancaq Allah dərdidir. O, bunu düzgün başa düşsə, ibadətləri
Əmirəl-möminin Əlinin (ə) aşiqcəsinə etdiyi ibadətlər kimi olacaqdır.
Qurani-kərim bu barədə “Rəd” surəsi 28-ci ayədə buyurur:
2
“ər-Raid”, (lüğət kitabı), c. 2, səh. 1551
3
“Quran və hədisdə dostluq”, səh. 24
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
3
“...Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!”
Məhəbbət Quranda
Quran ayələri, hədis və əqli dəlillərə əsasən, İslam mədəniyyətində ali dəyərlərdən
biri və Allah-taalaya yaxınlaşmaqda ən başlıca amil ona məhəbbətdir.
Quranda məhəbbət kəlməsi 73 dəfə istifadə olunmuşdur. Bunlardan bəziləri
bəyənilmiş, digərləri isə bəyənilməmiş məhəbbətdir. Allah
-
taala öz müqəddəs vücuduna
nisbət vermiş məhəbbəti yaxşı məhəbbət saymışdır. Belə ki, “Ali-İmran” surəsi, 31-ci ayədə
buyurur:
َر ٌ روُفَغ َُّللَّاَو ۗ ْ ُكَُبوُنُذ ْ ُكَُل ْرِفْغَيَو َُّللَّا ُ ُكُْبِبْ ُيُ ِنِوُعِبَّتاَف ََّللَّا ََّ وُّبُِتُ ْ ُتُْنُك َّْ ِا ْلُق
ٌ مِِ
“De: “Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və
günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır”.
Bəzən də Quranda bəyənilmiş və bəyənilməmiş məhəbbət bir yerdə gəlmişdir.
بُِ ُّد َشَأ اوُنَم أ َنیِ َّلَّاَو ۖ ِ َّللَّا ِّبُحَك ْمُ َنَوُّبُِيُ اًُا َدْنَأ ِ َّللَّا َِّ وُُ ْنِم ُذِخَّتَي ْنَم ِساَّنلا َنِمَو
ِ َّ ِللَّ ا
...
“İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan) şəriklər seçərək onları
Allahı sevməli olduqları kimi sevərlər. Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri
daha çoxdur...”
4
Məhəbbət və dostluq hədislərdə
Məhəbbət bəhsi hədislərdə iki hissəyə bölünmüşdür: 1. İnsanlar arasında ünsiyyət
və məhəbbət; 2. Allaha məhəbbət;
1. İnsanlar arasında məhəbbət
ََّ وُ َحَْرُت ْ ُكَُّلَعَل ََّللَّا اوُقَّتاَو ۚ ْ ُكُْیَوَخَأ َ ْيَْب اوُحِل ْصَأَف ٌ ةَوْخ
ِ
ا ََّ وُنِمْؤُمْلا اَمَّن
ِ
ا
“Həqiqətən bütün möminlər bir-birləri ilə qardaşdırlar. Buna görə də (bütün
ixtilaflarda) qardaşınız olan iki şəxs və ya iki dəstənin arasını düzəldin. Allahdan qorxun,
bəlkə rəhm olundunuz”.
5
İzah:
a)
Vacib dostluqlar: Allah, Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) olan
məhəbbət.
Bu barədə bir rəvayətdə buyurulur: “Bir kişi Allahın Rəsulundan (s) Qiyamət
barəsində soruşdu.
Həzrət (s) buyurdu: “O gün üçün nə hazırlıq görmüsən?”
Ərz еtdi: “Allaha və Onun Rəsuluna məhəbbətdən başqa еlə bir əhəmiyyətli şеy
hazırlamamışam.”
Həzrət Rəsul (s) buyurdu: “Bəs, sən sеvdiyin kəslə birlikdəsən?”
6
b)
Müstəhəb dostluqlar: 1. Möminlər, 2. Alimlər, 3. Aqillər, 4. Yaxşılar, 5. Xeyrə
yönəldənlər, 6. Allahı yada salanlar, 7. Yoxsullar, 8. Qonşular.
c)
Haram dostluqlar: 1. Allahın düşmənləri, 2. Zalımlar, 3. Müsəlman
cəmiyyətindən üz döndərənlər.
4
“Bəqərə” surəsi, ayə 165
5
“Hücurat” surəsi, ayə 10
6
“Kənzul-ummal”, hədis 25553
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
4
d)
Məkruh dostluqlar: 1. Günahkarlar, 2. Yalançılar, 3. Paxıllar, 4. Tamahkarlar, 5.
Nadanlar, 6. Axmaqlar, 7. Sultanlar, 8. Vəfasızlar.
2. Allaha məhəbbət və onunla dostluq
Məhəbbətin ikinci qismi hədislərdə ən üstün dostluq sayılan Allahın dostluğuna
işarə edir:
Əmirəl-möminin İmam Əli (ə) bu barədə buyurur:
“Bəndə yalnız Allaha diqqət yetirər və heç zaman Allaha ibadəti sona çatdırmaz,
ilahi əmrləri yerinə yetirmək və Allaha itaət etməklə bağlı öz şövq və marağını
süstləşdirməz. Onları Allaha itaət etməyə aşiq edən şey qəlblərində yetirşdirdikləri
məhəbbət toxumudur.”
7
“Əgər bəndəmin məni çoxlu xatırladığını görürsənsə, mən özüm ona belə icazə
vermişəm və onu sevirəm.”
8
Məhəbbətin qisimləri
1. Bəndələrin bir-birinə məhəbbəti
2. Allahın bəndələrinə məhəbbəti
3. Bəndələrin Allaha məhəbbəti
1. Bəndələrin bir-birinə məhəbbəti
Bu mövzuya yuxarıda işarə olundu.
2. Allahın bəndələrinə məhəbbəti
Məhəbbət silsiləsinin başlanğıcı Allah tərəfinfən bəndələrinə doğrudur və (həmin
məhəbbət) Allahın insanı onun əmanətini daşımağa layiq hesab etdiyi və bu əmanəti onun
çiyinlərinə qoyduğu yerdən başlayır.
Allah-taala Quranda insanları dəfələrlə müxtəlif sifətlərlə öz diqqət və məhəbbəti
mərkəzində yerləşdirmiş və aşkarcasına öz məhəbbət və sevgisini nişan verən sözlərlə onu
bəyan etmişdir.
1. Səbir edənlər: “...Allah səbirliləri sevir”. (“Ali-İmran” surəsi, ayə 146)
2. Təqvalılar: “...Allah təqvalıları sevir”. (“Ali-İmran” surəsi, ayə 76)
3. Təvəkkül edənlər: “...Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” surəsi, ayə 159)
4. Tövbəkarlar: “...Allah tövbəkarları sevir və pakları (da) sevir”. (“Bəqərə” surəsi,
ayə 222)
5. Yaxşılar: “...Allah yaxşı iş görənləri sevir”. (“Bəqərə” surəsi, ayə 195)
6. Mücahidlər: “Allah o kəsləri sevir ki, onun yolunda vuruşurlar...”. (“Səff” surəsi,
ayə 4)
7. Ədalət icraçıları: “...Allah ədalətliləri sevir”. (“Maidə” surəsi, ayə 42)
Bunlar Allahın məhəbbətini qazanan və Allahın sevdiyi insan dəstələridir.
Allahın bəndəsinə məhəbbətinin həqiqi mənası belədir: Allah-taala onun qəlbi
üzərindən pərdələri, hicabları qaldırar ki, qəlb və bəsirət gözü ilə onu görsün və ali
məqama – Allaha yaxınlıq məqamına çatması üçün ona qüvvət verər. Allahın bəndəsinə
olan bu iradəsi ona məhəbbətinin göstəricisidir.
7
“Nəhcül-bəlağə” (Məhəmməd Dəşti), xütbə 91
8
“Mizanul-hikmət”, c. 22, səh. 223
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
5
Hekayə: Peyğəmbərin (s) iştirak etdiyi döyüşlərin birində yay fəsli idi və hava çox isti
idi. Evdən bayıra çıxan bir uşaq günəşin qızdırıcı şuasının altında dayanıb istinin
şiddətindən ağlayırdı. Qəfildən uşaq anasının yadına düşdü, ətrafına baxıb onu günün
altında dayandığını gördü. Tələsərək uşağa tərəf getdi, onu qucağına aldı. Sonra özü
qızmar qumun üstündə uzandı, uşağını isə sinəsinə qoydu ki, övladına günün dəyməsinin
nisbətən qarşısını alsın. Ana bu halda ağlayıb deyirdi: “Ah uşağım, ah uşağım!”
Bu mənzərə o qədər təsirli idi ki, bunu görənlərin hamısı ixtiyarsız ağladılar.
Peyğəmbər (s) səhabələrin yanına gələndə onlar bu macəranı olduğu kimi o Həzrətə (s)
danışdılar. Peyğəmbər (s) onların ürəklərinin yanğısını təriflədi və ana məhəbbətinin izhar
olmasına sevindi.
Sonra onlara buyurdu: “Siz ananın övladına olan şiddətli məhəbbətinə
təəccüblənirsiniz?”
Dedilər: “Bəli”.
Peyğəmbər (s) buyurdu: “Bilin! Allah-taala bu ananın övladına nisbət olan
mehribanlığından sizə daha mehribandır”.
Müsəlmanlar bu müjdəni eşitdikdə çox sevindilər.
9
Allahın bəndələrinə məhəbbətinin nişanələri
1.
Allahı çox xatirlamaq
İmam Əli (ə) buyurur:
“Əgər bəndəmin məni çoxlu xatırladığını görürsənsə, mən özüm ona belə icazə
vermişəm və onu sevirəm.”
10
Həzrət Rəsul (s) buyurur:
“İnsanda Allah məhəbbətinin nişanəsi daim Allahı zikr еtmək istəyi və Allaha
məhəbbətin olmamasının əlaməti Allahı zikr еtməkdən xoşu gəlməməsidir”.
11
Hekayə: Bir şəxs gecələri qalxar, Allaha əl açıb ona dua edərdi. Bir gün şeytan ona
deyir: “Ey Allahı çox yad edən insan! Bütün gecə “Ey Allah!” deyib çağırırsan, heç sənə:
“Buyur!” deyən varmı? Sənə cavab verən varmı? Nə vaxta qədər dua edəcəksən?
Həmin şəxsin qəlbi qırılır, başını yastığa qoyub yuxuya gedir. Yuxuda ona belə
deyirlər: “Özünə gəl, oyan! Niyə dua və zikri tərk etdin? Niyə yoruldun, bezdin?”
O: “Buyur!” – deyə, bir cavabın gəlmədi. Qapından qovulmaqdan qorxuram”, –
deyir.
Səs: “Sənin “Allah” deməyin, Onun “Buyur!” deməsidir. Sənin yalvarışın Allahın
sənin ruhuna ilham verməsi, sənə yol açmasıdır. Səndəki qorxu, sevgi, ümid Allah lütfünün
nişanəsidir. Sənin hər “Ya Rəbbim!” deməyinin batinində Allahın “Buyur!” deməsi yatır.
Qəflətdə olan və cahilin canı, ruhu bu duadan uzaqdır, çünki ona “Ya Rəbbim!” deməyə
icazə verilməmişdir. Onun ağzına da, dilinə də qıfıl vurulur. Çətinliyə düşəndə ağlayıb
9
“Hekayələr və nəsihətlər”, c. 7, səh. 150; “Səhihi-Buxari”, c. 8, səh. 9
10
“Mizanul-hikmət”, c. 22, səh. 223
11
“Kənzul-ummal”, hədis 1776
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
6
sızlamasın deyə, Allah ona dərd, ağrı, qəm, kədər vermir. Bunu başa düş ki, Allaha dua
etməyə, Onu çağırmağa səbəb olan dərd dünya səltənətindən daha yaxşıdır...
2.
Daxili rahatlıq və dözüm
Allah bəndəsini sevdiyi zaman, onu rahatlıq və dözümlülük zinəti ilə bəzəyər.
3.
Pak qəlb və mötədil əxlaqa yiyələnmək
Allah bir bəndəni sevdiyi zaman, pak qəlb və (ifrat və təfritdən uzaq olan) mötədil
bir əxlaqı onun ruzisi edər.
4.
İtaətkar və mömin bəndələri sevmək, günahkarlarla düşmənçilik
Əgər səndə xeyir və yaxşılığın olub-olmamasını bilmək istəyirsənsə, qəlbinə nəzər
sal, əgər onda Allahın müti bəndələrinə qarşı dostluq və məhəbbət, günahkarlara nisbətdə
kin görsən, səndə yaxşlıq və xeyir var və Allah-taala səni sevir.
3. Bəndələrin Allaha məhəbbəti
Məhəbbət bütün səbəb və təsirləri ilə birgə o vaxt dəyərli və insanın səadət
səbəbidir ki, sevidiyi şəxsin sevgisi, dəyəri ən ali həddə olsun.
Bu dərəcədə eşq və məhəbbət yalnız Allaha layiqdir, hansı ki onun məhəbbəti
xilqətin əsası, aləmin hədəflərinin gerçəkləşmə səbəbidir.
Bəndələrin Allaha məhəbbətinin nişanələri
a) Ölümü sevmək
Allah bu barədə buyurur:
َتْوَمْلا اُوَّنَمَتَف ِساَّنلا َِّ وُُ ْنِم ِ َّ ِللَّ ُءاَيِلْوَأ ْ ُكَُّنَأ ْ ُتُْ َعََز َّْ
ِ
ا اوُُا َه َنیِ َّلَّا اَُّيَُّأ َيَ ْلُق
َيِْقُِا َص ْ ُتُْنُك َّْ
ِ
ا
“De: “Ey yəhudilər, əgər belə hesab edirsinizsə ki, başqa insanlar deyil, siz Allah
dostlarısınız, əgər düz danışırsınızsa (onda Allahdan) ölüm diləyin (ki, dostunuzun rəhmət
və nemətinə nail olasınız)”.
12
Həqiqi dost dostunu görməyin həsrətindədir. Hər kim bir məqsədə aşiq olsa, o
hədəfə xidmət edən hər şey onun sevimlisi olacaq. Bu üzdən insan Pərvərdigarı ilə
görüşməyin intizarında olarsa, nəinki ölümdən qorxmaz, həm də ona daxili rəğbəti olar.
b) İlahi göstərişlərə tabeçilik
Allah-taala Quranda buyurur:
َر ٌ روُفَغ َُّللَّاَو ۗ ْ ُكَُبوُنُذ ْ ُكَُل ْرِفْغَيَو َُّللَّا ُ ُكُْبِبْ ُيُ ِنِوُعِبَّتاَف ََّللَّا ََّ وُّبُِتُ ْ ُتُْنُك َّْ ِا ْلُق
ٌ مِِ
“De: “Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və
günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır”.
13
Allaha olan həqiqi məhəbbət insanın bütün işlərdə Allahın iradəsini öz istəklərindən
üstün tutmasına və həyatın bütün məsələlərində Allahın əmrinə tabe olmasına səbəb olur.
c) Allahı xatırlamağı unutmamaq (qəflətdə olmamaq)
Dostu və ona aid olanları xatırlamaq, yad etmək, sevən şəxs üçün həmişə həzzverici
və sevimlidir. Allahın dostları daima ondan və onun dostlarından söz açır, onu yada
12
“Cümə” surəsi, ayə 6
13
“Ali-İmran” surəsi, ayə 31
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
7
salmaqla həyat sürürlər. Onunla danışmaqdan ləzzət alır və xəlvətdə münacat edərək
onunla ünsiyyət qururlar.
14
Necə ki, Allah-taala həzrət Musaya (ə) buyurur:
“Ey İmranın oğlu, məni sevdiyini düşünən, amma gecə olduqda ibadətə göz yuman
kəs yalan deyir. Məgər hər aşiq öz məşuqu ilə xəlvətə çəkilməyi sevmirmi?”
15
e) Allahın dostları ilə dostluq, düşmənləri ilə düşmənçilik
Allaha məhəbbətin digər nişanələrindən biri onun dostları ilə dostluq, düşmənləri
ilə düşmənçilikdir. Çünki, Allahın məhəbbəti bəndələrin qəlbində elə bir hal yaradır ki,
insan Allahın sevdiyini sevir, Allahın sevmədiyini, nifrət etdiyini də düşmən bilir, ondan
uzaqlaşır.
g) Məhəbbət və ümidlə yanaşı qorxu
Allahın dostları onun camalına aşiq olmaqla yanaşı, onun əzəmət və böyüklüyünü
dərk etdikləri üçün həmişə qorxudadılar. Allahın camal və cəlalı eşqə, məhəbbətə səbəb
olduğu kimi, əzəmət və heybətinin dərki də qorxuya gətirib çıxarır. Bu ikisi bir-birinə zidd
deyil, əksinə bir-birini tamamlayır. Odur ki, qorxusuz, sırf məhəbbət və ümidsiz sırf qorxu
ilə edilən bəndəlik məhvə səbəb olur.
16
İLAHI MƏHƏBBƏTI ƏLƏ GƏTIRMƏYIN YOLLARI
1. İlahi mərifət (Allahı tanımaq)
Mömin Allahı tanıdıqda, ona aşiq olar. Ona aşiq olduğu üçün ona tərəf gedər.
Allahı tanımaq, onu qəlbin xəzinələrinə hakim etmək Allahın sevgisini qazanmaq
yollarından biridir.
َنیِ َّلَّاَو
َيِْن ِ سْحُمْلا َعَمَل ََّللَّا ََّّ
ِ
اَو ۚ اَنَلُب ُ س ْمُ َّنََیِدْ َنََل اَنيِف او ُدَهاَج
“Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz
(dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş
görənlərlədir.”
17
Bu səylər heç bir zərrənin Allahın qüdrət və əzəmətindən başqa, digər bir şeylə var
olmadığını nəzərə çarpdırır.
Bu yolla maarif əldə etmək hər kəs üçün mümkündür. Lakin təfəkkürdə
dardüşüncəlilik və nəfsani məsələlərlə məşğul olmaq səbəbilə ona nail olmaqdan məhrum
olan kəslər istisna edilir.
18
2. Davamlı olaraq Allahı xatırlamaq
Allah-taala Qurani-kərimdə buyurur:
...ِهِف ْوَج ِفِ ِ ْيَْبْلَق ْنِم ٍلُجَرِل َُّللَّا َلَعَج اَم
“Allah heç bir kəs üçün daxilində iki ürək (və bədənində iki can və əlbəttə ki,
beynində iki bir-birinə zidd etiqad) yaratmamışdır..
.
”
19
14
“Meracus-səadət”, səh.104
15
“Əmali”, Şeyx Səduq, səh. 438
16
“Meracus-səadət”, səh.168-174
17
“Ənkəbut” surəsi, ayə 69
18
“Meracus-səadət”, səh.627
19
“Əhzab” surəsi, ayə 4
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
8
Allahın davamlı zikri və onun nemətlərinə və sonsuz sifətlərinə diqqət, Allahdan
qeyrisinin məhəbbətini qəlbdən təmizləməyə təlaşdan sonra olmalıdır. Çünki, Allah heç bir
insanda iki qəlb yaratmamışdır. Hər kəsin qəlbi özündə yalnız bir şeyə yer olan qaba
bənzəyir.
İlahi məhəbbəti əldə etməyin ən sadə yollarından biri Allah-taalanın həzrət Musaya
(ə) öyrətdiyi yoldur. Həzrət Musa (ə) Allah-taala ilə ən çox söhbət edən peyğəmbər olub.
(Bu münasibətlə o həzrət “Kəlimullah” adlandırılmışdır.)
Allah-taala buyurur: “Ey Musa, Məni bəndələrimin yanında sevimli et. Elə bir iş gör
ki, Məni sevsinlər!”
Musa (ə) ərz etdi: “Bu işi necə edə bilərəm?”
Allah-taala buyurdu: “Nemətlərimi onlara xatırlat!”
Hədisin izahı: Allah insan övladının ruhunda elə bir xüsusiyyət yaradıb ki, əgər bir
kəs ona heç nə ummadan xidmət göstərsə, bu şəxsə qarşı qəlbində məhəbbət
yaranacaqdır. Əlbəttə, bu, ixtiyari yox, təbii bir haldır. İnsanlarda bu istedad müxtəlifdir.
Onların şükür etmək və qədir bilmək dərəcələri fərqlidir. Lakin hansısa bir şəxsin onu heç
cürə sevməməsi mümkün deyil. İnsanın məhəbbətinə səbəb olan xidmətlərdən dəfələrlə
üstününü Allah insana bəxş etmişdir. Bundan əlavə, bəzi şəxsləri tərbiyələndirmiş, bu
şəxsləri özünə xidmət üçün xeyir vasitəsi etmişdir. Məsələn: ana məhəbbəti ən saf
məhəbbətlərdəndir. Bu məhəbbət fitri, qarşılıq gözləmədən və bütün dünyada nümunəvi
bir məhəbbətdir. Körpəsinə fədakarlıq edən ana Allah tərəfindən bəxş olunmuş elə bir
məhəbbətə sahibdir ki, əgər körpəsinə nəvaziş göstərib ona süd verə bilməsə, narahat
olacaq. Ana məhəbbəti və insanlar tərəfindən göstərilən digər xidmətlər çox dəyərli olsa
da, hərtərəfli və misilsiz ilahi nemətlərlə müqayisəyə gəlməz. Şüurlu və şüursuz varlıqlar,
yer, səma, bulud, yağış, günəş, dəniz, dağ və sair nemətlərin hamısı ilahi nemətlərdir. Bu
nemətlər insan tərəfindən ediləcək xidmətlərdən çox böyük və üstündür. Biz ana
məhəbbətini görür, lakin ilahi məhəbbətə nəzər salmırıq. Buna görə də, Allahın bizi nə
qədər sevdiyini anlamırıq. Əgər bəsirət gözü açılarsa, qəlb agah olub ilahi məhəbbəti dərk
edərsə, anlayacaq ki, bütün dünya məhəbbətləri və anaların məhəbbəti bir yerə yığışsa,
ilahi məhəbbət qarşısında okean qarşısındakı damlaya bənzəyəcək, hətta daha da kiçik
görünəcək! Bu mənanı anlamaq üçün adi şüurlardan üstün şüur lazımdır.
İlahi məhəbbət qazanmaq üçün digər yollar da vardır:
a) Məhəbbət yaratmaqda ilk addım, həmçinin ilahi məhəbbətə çatmağın
yollarından biri qəlbi dünya və dünyaya aid şeylərə bağlılıqdan təmizləmək, dünyadan
qopub ona tərəf yol almaqdır.
b) Səbir və dözümlülük. Çətinliklər, xoşagəlməzliklər və müsibətlər qarşısında səbir
etmək.
c) Peyğəmbərə (s) tabeçilik;
d) Cihad və mübarizə. Allah yolunda cihad və mübarizə ilahi məhəbbətə çatmağın
yollarından biridir.
f) Tövbə, qayıdış;
e) Yaxşılıq;
h) İman və saleh əməl.
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
9
ALLAHA MƏHƏBBƏTIN FAYDALARI
1.
Yaradanla ünsiyyət
Nə qədər ki, insanın qəlbi Allahın eşqi ilə dolu və məhəbbəti sayəsində xoşdur,
Yaradanın zikrində elə qərq olur ki, insanlar arasında olmasına rəğmən özünü tənha sayır
və məşuqu olan Allahı xatırlamaqla məşğul olur.
2.
İlahi təqdirə razı olmaq
Razılıq hissi Allaha məhəbbətin faydalarından biridir. Çünki aşiq məşuqdan baş
verən hər şeyi gözəl görür.
3.
Hər bir halda Allaha şükür etmək
4.
Allaha doğru rəğbət
Allaha məhəbbətin digər səmərələrindən biri onunla görüşə rəğbətdir.
Qüdsi hədisdə belə buyurulur: “Allah-taala həzrət Musaya (ə) belə buyurdu: “Ey
İmran oğlu! Məni sevdiyini zənn edən, lakin gecə olan kimi yatan şəxs yalan deyir. Aşiq öz
məşuqu ilə xəlvət etməyi sevmirmi?” Gecələr yatıb məhbubunu yad etməyən şəxsin
məhəbbət iddiası doğrudurmu?
Hədisdə bildirilir ki, insan gecə namazına qalxarkən bir neçə dua oxusa yaxşıdır. Bu
dualardan biri də belədir:
“İlahi, Sənin səmanın ulduzları qürub etmişlər, bəndələrinin gözləri yuxuya
getmişdir, padşahlar qapılarını bağlamışdır, gözətçilər onların saraylarının ətrafına
fırlanırlar və hər aşiq öz məşuqu ilə xəlvətə çəkilmişdir. Sən mənim məhbubumsan!”
Bəli, insan şirin yuxu və yumşaq yataqdan qalxarkən səmaya baxır, Allahın ayələrini
görür və belə pıçıldayır: “Həqiqətən, göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-
birini əvəz etməsi ağıl sahibləri üçün qəti dəlillərdir.”
20
İnsan bu pıçıltılarla məhbubla xəlvətə çəkilir. Məhəbbətin sadə nişanı budur ki, aşiq,
məşuqun adını daha çox eşitmək və onun haqqında daha çox düşünmək istəyir. Əgər insan
Allahın adını eşidərkən sevinir və daha çox eşitmək üçün qulaq asıb yorulmursa, bu, onun
Allahı sevməsinin əlamətidir. Əgər etinasızlıq göstərib tez bir zamanda ilahi kəlam
eşitməkdən yorulursa, onun məhəbbətinin zəif və ya yox dərəcədə olması aydınlaşır.
İLAHI MƏHƏBBƏTI QAZANMAĞA MANE OLAN AMILLƏR
a) Dünyaya məhəbbət
Həzrət İsadan (ə) nəql olunur ki, həvarilərinə buyurdu:
“Sizə həqiqəti deyim ki, bir bəndənin iki ağası ola bilməz. İnsan iki ağaya xidmət edə
bilmədiyi kimi, insanın qəlbində də həm Allah, həm də dünya sevgisi bir yerə toplana
bilməz. Əgər Allah sevgisinə malik olmaq istəyirsinizsə, dünya sevgisini tərk etməlisiniz.”
21
İslam peyğəmbəri həzrət Məhəmməd (s) buyurur:
“Dünya məhəbbəti ilə Allah məhəbbəti hеç vaxt bir qəlbdə cəm ola bilməz.”
22
Qurani-kərim çox gözəl təbirlə bu məsələni bəyan edir və buyurur:
ًلًَثَم َِّ َيَِوَت ْ سَي ْلَه ٍلُجَرِّل اًمَل َس ًلًُج َرَو ََّ و ُسِكا َشَتُم ء َكََ ُشُ ِهيِف ًلًُجَّر ًلًَثَم َُّللَّا َبَ َضَ
.
20
“Ali-İmran” surəsi, ayə 190.
21
“Tuhəful-uqul”, səh. 503
22
“Tənbihul-xəvatir”, c. 2, səh.122
--------------------------------------------------------------------------------------------------------------------- İSLAM ƏXLAQI (Dərslik)
-------------------------------------------------------------------------
«ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ
-
10
“Allah (müşrik və təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli
və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul
kişi və (verdiyi əmrlərdə mane və şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi
bərabərdir?...”
23
Bu ayədə iki qul (nəkər) bir-biri ilə müqayisə edilir. Sahiblərinin onun üzərində bir-
biri ilə şərik, pis əxlaqlı və sərt olduğu bir neçə ağaya sahib olan bir qul! Bu yazıq hər bir
ağasının göstərişlərinə itaət etməlidir və digər şəriklər də onunla eyni rəftar edir və qul
həmişə onların hamısının sözünə necə qulaq asması barədə daxili təzaddadır.
Digər qulun bir ağası vardır və ona itaət etdiyi zaman ona ehtiram olunur. Ağası nə
deyirsə, onu qəbul edir və onun üçün hansının sözünə əməl etməsi ilə bağlı heç bir iztirab
yoxdur.
Aydın məsələdir ki, insan bir neçə ağaya sahib olub onların hamısının qəlbini ələ ala
bilməz. Eyni zamanda bir bəndənin də iki Allahı ola bilməz.
Həzrət İsa (ə) da bu barədə belə açıqlama verir: İnsan iki ağaya xidmət edə
bilmədiyi kimi, insanın qəlbində də həm Allah, həm də dünya məhəbbəti bir yerə toplana
bilməz. Əgər Allah sevgisinə malik olmaq istəyirsinizsə, dünya sevgisini tərk etməlisiniz.
b) Yetim haqqını yemək
c) Zülüm etmək
d) Allaha şərik qoşmaq
f) Riyakarlıq...
DAVAMI VAR ...
23
“Zümər” surəsi, ayə 29
Dostları ilə paylaş: |