Islam Həmrəyliyi Oyunlarının keçirilməsinə aid mərkəzi kitabxanaların uşaq şöbələri, mks-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix08.07.2018
ölçüsü0,79 Mb.
#53848
  1   2   3   4   5   6   7


                                                            

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 



 

 

 



 

 

 

 

Xəzərdən başlayan səyahət “Bakı - 2017” IV İslam Həmrəyliyi 

Oyunları İlidirİslam Həmrəyliyi Oyunlarının keçirilməsinə aid 

mərkəzi  kitabxanaların  uşaq  şöbələri,  MKS-nin  şəhər,  qəsəbə, 

kənd kitabxana filialları üçün hazırlanmış metodik vəsait 



 

 

 

 

 

 

Bakı -2017 

 


 

     Tərtibçilər:                                   Nərgiz Məcidova 



                                                            Sevil Əhmədova  

 

 

 

 

       İxtisas  redaktoru və                     Şəhla Qəmbərova 

       buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                    

                                                          

 

 

Xəzərdən  başlayan  səyahət

:

  metodik  vəsait  /  tərt.ed.:  N. 

Məcidova    ixt.  red.  və  burax.  məsul  Ş.Qəmbərova;  F.Köçərli 

adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-34s. 



 

 

 

 

 

 

       

 

       

        ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası -2017 


 

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi 



İli” elan edilməsi haqqında Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı 

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas 

mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında 

və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında 

mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində 

ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin 

formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı 

Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim 

əlyazmalar bunun bariz nümunəsidir.  

Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü 

Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, 

hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 

300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan 

dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər 

ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən 

Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və 

Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə 

yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında 

Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa 

edilmişdir. 

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, 

İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər 

mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı 

faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra 

mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. 

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, 

multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası 

dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə 

böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində 




 

qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan 



şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında 

öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-

ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin 

İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti 

əməli addımlar atması üçün əlverişli şərait yaradır. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 

32-ci bəndini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar 

olmasında Azərbaycanın özünəməxsus mövqeyinin 

möhkəmləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi 

İli” elan edilsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2017-ci ilin 

Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan 

edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 

  

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 10 yanvar 2017-ci il. 

 

 

 



 


 

                                             Giriş:                                                                                 



Azərbaycan  İslam  aləmində  çox  böyük  hörmətə  malik  bir 

ölkədir.  2017-ci  ilin  ölkəmizdə  “İslam  Həmrəyliyi  İli”  elan 

olunması  bütün  müsəlman  aləminə  və  dünyaya  xoşməramlı 

mesajdır.  “İslam  Həmrəyliyi  İli”nin  əsas  məqsədləri 

müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və 

mədəniyyət  dini  olduğunu  bütün  dünyaya  göstərməkdir. 

Hesab  edirəm  ki,  bu  ilin  mayında  Bakıda  keçiriləcək  İslam 

Həmrəyliyi  Oyunları  təkcə  idman  yarışı  olmayacaq,  eyni 

zamanda,  bütün  İslam  dünyasının  birlik,  həmrəylik  günləri 

olacaqdır. 

    


                                                             

 İlham Əliyev,                                  

 

                                          Azərbaycan Respublikasının Prezidenti 



 

     Tarixin  bütün  dövrlərində  Azərbaycan  dini,  milli,  mədəni 

dəyərlərə  və  müxtəlif  dinlərin,  millətlərin,  mədəniyyətlərin, 

sivilizasiyaların nümayəndələrinə göstərdiyi münasibətinə görə əsl 

tolerantlıq nümunəsi nümayiş etdirib. Təsadüfi deyil ki, müxtəlif 

zaman kəsiklərində işğallara məruz qalan ölkəmiz ən yüksək dini 

dəyərlərin daşıyıcısı olub. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ 

edildiyi, hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, 

humanist  dəyərləri  yaşadıb.  Müstəqillik  əldə  edildikdən  sonra 

islam  ənənələrinə  əsaslanan  islam  bayramlarının  keçirilməsi, 

müxtəlif  dinlərin  nümayəndələrinə  eyni  qayğının  göstərilməsi 

ölkəmizdə  islamın  inkişafına  təkan  verib.  Bu  da,  dini  dəyərlərin 

yüksək  səviyyədə  ölkəmizdə  qorunmasını  göstərir.  İslam 

həmrəyliyi  həmdə  dünya  dinlərinin  nümayəndələrinin  bir  arada 

yığılaraq birləşməsi, anlaşması deməkdir. Onların fikirlərində bir 

araya  gəlməsi  isə  dünyada  hökm  sürən  ədalətsizliklərə  qarşı  bir 

məlhəm  rolu  oynayır.  Ölkəmiz  də  1991-ci  ilin  dekabr  ayından 

islam dünyasının ayrılmaz hissəsi olan İslam Konfransı Təşkilatına 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə