İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin nəzərindən



Yüklə 351,99 Kb.
səhifə9/17
tarix14.04.2018
ölçüsü351,99 Kb.
#38366
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Amerika KİV-i


Deyirlər Amerika və İngiltərə qəzetləri azaddır. Mən soruşuram hansı qəzet xalqın orta və aşağı təbəqələrinə məxsusdur ki, adam qəzetin azadlığından o təbəqənin azadlığını anlasın? Qəzetlər kimindir? Böyük kartel və trestlərin, milyonçuların. Bəli, qəzetlər azaddırlar; yəni istədiyini yazmaqda azaddırlar. Onlar öz mənafelərinə zidd olanı demirlər. Bu onlara aiddir, demokratiyanın tərənnümü, anası və beşiyi olanlara, onunla fəxr edənlərə.2

Bəziləri mətbuat, media, söz azadlığı və digər bu kimi sahələr barədə İslam hökumətinə eyham vurmaq üçün iddia edirlər ki, Qərb dünyasında və Amerikada informasiya vasitələri azaddır. Lakin son təcrübələrdə bəlli oldu ki, belə deyil. Açıqcasına elan etdilər ki, haqqınız yoxdur. Hətta mərkəzi bir ərəb ölkəsində olan qeyri-Amerika televiziya kanalı, onların istəyinə uyğun şəkildə senzura tətbiq etmədiyi üçün təpkiyə məruz qaldı.3

Amerika daxilində ciddi senzura hakimdir. Amma azad olan və senzura tətbiq edilməyən kimlərdir? Böyük firmalar! Amerika mətbuatı kimlərindir? Xalqa məxsusdur? Qayğıkeş ziyalılarındır? Vətənpərvər insanlarındır? Əsla! Böyük şirkətlərə məxsusdur, onların mənafeyinə xidmət edir. Qərbdəki mətbuat, radio və televiziya azadlığı, nəyi necə istəyir deyən, öz maraqlarını rəhbər tutan və onlara yüz faiz riayət edən kapitalistlərin azadlığıdır. Əlbəttə, onların maraqları üçün təhlükə yaratmayan azadlıq var və hər bir şəxs istədiyini deyə bilər; lakin onların maraqları təhdid edilməməlidir!1

Dördüncü fəsil: Azadlıq və İslam

İslam və Qərb azadlıqlarının fərqləri


Mən burada İslam məntiqindəki azadlığın Qərb məntiqindəki azadlıqla iki-üç ümdə fərqini deyəcəyəm. Əlbəttə, dedim ki, bu məktəbdə mövcud olan bütün nəzəriyyələrin və müxtəlif cərəyanların əsası liberalizmdir. Bu nəzəriyyə və cərəyanlar bəzi sahələrdə digərləri ilə müəyyən ziddiyyətlər təşkil etsə də, məcmusu bunlardır.

Qərb liberal məktəbində insan azadlıqlarında din və Allah adlı həqiqətlərə yer yoxdur. Onlar azadlığın Allah tərəfindən verildiyini düşünmürlər. Onlar demirlər ki, azadlığı insana Allah verib, bunun üçün fəlsəfi qaynaq axtarırlar. Bu haqda bəzi əsaslar göstərilmiş və müxtəlif izahlar verilmişdir.

İslama görə, azadlıq ilahi qaynağa malikdir. Bunun özü əsaslı bir fərqdir və digər fərqlərin çoxu məhz buna qayıdır. İslam məntiqinə görə, azadlıq əleyhinə hərəkət ilahi hökm əleyhinə hərəkətdir. Yəni qarşı tərəfdə dini vəzifə yaradır. Lakin Qərbdə belə bir şey yoxdur. Qərbin liberalizm təfəkkürünə görə, dünyada azadlıq üçün aparılan ictimai mübarizələrin heç bir məntiqi yoxdur. Məsələn, deyilən sözlərdən biri “ümumi mənafe”, yaxud “əksəriyyətin mənafeyi” məsələsidir. Bu, ictimai azadlığın əsasıdır. Mən nə üçün gedib əksəriyyətin mənafeyi üçün ölməliyəm, məhv olmalıyam? Bu məntiqsizdir. Düzdür, ötəri və ani həyəcanlar çoxlarını döyüş meydanlarına çəkir, amma belə təfəkkürlər əsasında meydana atılan mübarizlərin hər biri - əgər mübarizə doğrudan da bu təfəkkürlərə əsasən baş veribsə - mübarizə gərginliyindən çıxan kimi tərəddüd edəcəklər: Nə üçün mən gedib ölməliyəm? İslam təfəkküründə isə belə deyil. Azadlıq uğrunda mübarizə bir şəriət vəzifəsidir. Çünki Allah əmri üçün mübarizədir. Məsələn, siz bir insanın canına qəsd edildiyini gördükdə, gedib ona kömək etməyə borclusunuz. Bu, bir dini vəzifədir; etməsəniz, günah işlətmiş olursunuz. Azadlıq məsələsində də belədir; getməlisiniz, bir şəriət vəzifəsidir.

Bu əsaslı fərqə digər fərqlər də əlavə olur. Biri budur ki, Qərb liberalizmində əxlaqi dəyərlər nisbi olduğundan azadlıq da hüdudsuzdur. Niyə? Siz bir sıra əxlaqi dəyərlərə etiqad bəslədiyinizə görə, bu dəyərlərə qarşı hörmətsizlik edəni qınaya bilməzsiniz. Çünki onun bu dəyərlərə etiqadı olmaya bilər. Buna əsasən, azadlıq üçün heç bir hədd tanınmır, yəni mənəvi və əxlaqi baxımdan heç bir hədd yoxdur, azadlıq sərhədsizdir. Niyə? Çünki sabit həqiqət yoxdur; onlara görə, həqiqət və əxlaqi dəyərlər nisbidir.

Azadlıq İslamda belə deyil. İslamda şəksiz və dəyişməz dəyərlər var, həqiqət var. Hərəkət bu dəyər və kamal olan, dəyər yaradan həqiqət yolundadır. Elə buna görə də, azadlıq bu dəyərlərlə məhdudlaşdırılır. Bu dəyərləri necə anlamaq və əldə etmək başqa bir məsələdir. Bəzi şəxslərin bu dəyərləri anlamaqda yanlış yolla getməsi mümkündür. Mümkündür kimlərsə də düzgün yolları getsinlər. Bu, söhbətin mövzusundan xaricdir. Hər halda, azadlıq həqiqətlə və dəyərlərlə məhdudlaşır.1

İslam təfəkkürü ilə Qərb məktəbləri arasında azadlığın sərhədləri barədə baxış fərqləri


İslam təfəkkürü və Qərb məktəbləri arasında azadlığın sərhədlərini və çərçivəsini müəyyən etməkdə əsaslı fərqlər mövcuddur. Qərb ictimai məktəblərinin məntiqində azadlığı qanunla, yaxud digərlərinin azadlığına xələl yetirməmək şərtilə məhdudlaşdırırlar. İslam bəzi sahələrdə çərçivəni daraldır, bəzi sahələrdə isə genişləndirir. Azadlıq məsələsində İslamla Qərb dünyasının məşhur baxışları arasında çarpazlaşan münasibətlər anlayışı mövcuddur. Biz Qərbin baxışını bəzi məsələlərdə çox məhdud, dar, bəzi məsələlərdə isə həddən artıq geniş və özbaşınalığa yaxın bilirik. Burada ixtisarla bu fərqləri araşdırmaq istəyirik.

İslamda insan azadlığını məhdud edən xarici amillərdən, məsələn, gücsüz təbəqənin azadlığını məhdudlaşdıran qüvvələrdən, istismarçılardan, zalımlardan və quldurlardan əlavə, bu azadlığı məhdud edən bir sıra daxili amillər də qəbul olunub. Qərbin azadlıq tərəfdarları insanın vücudunun xaricindən onun azadlığı ilə vuruşan, azadlığını məhdud edən amillərə qarşı mübarizə aparırlar. Bəzi cəmiyyətlərdə mövcud olan avtoritar ab-hava, xalqı nəfəs almağa qoymayan qüvvələrin işlətdiyi zor, öz qulunu qamçı altında öldürən ağa və insan azadlığına mane olan digər xarici amillər bu qəbildəndir. Lakin İslamın baxışı daha genişdir və digər maneələri də əhatə edir; məsələn, insanı zəifliyə, xar olmağa və əl altda qalmağa sürükləyən bəzi insani səciyyələr.

İslama görə, pis xarakterlər, nəfs istəkləri, arzular, yersiz nifrət və məhəbbətlər, xülasə, insan vücudunun daxili amilləri də insan azadlığını məhdud edir. Bir insanın azad olması üçün onun digər bir insanın, yaxud zalım hökumətin qüdrəti altında olmaması yetmir, onun öz qəzəb və şəhvət qüvvələrinin qüdrəti altında olmaması da lazımdır. Zəiflik, qorxu, tamahkarlıq, acgözlük və azğın ehtiraslar səbəbindən bəzi işləri və məhdudiyyətləri qəbul edən insan da, həqiqətdə, azad deyil.

Bu gün dünyada çox xalqlara ondan güclü olmayan bir neçə insandan təşkil olunan qrup hakimlik edir. Onlar, dəvənin yüyənini əlinə alıb, onu istədiyi yerə aparan bir uşaq kimi, bu xalqı istədiyi yerə aparırlar, xalqın mənafeyi haqda düşünmürlər. Dünyadakı müsəlman və qeyri-müsəlman xalqların vəziyyəti belədir. Nə üçün bu xalqlar belə vəziyyətə dözürlər?

Belə ölkə xalqlarının köləliyinin amillərindən biri daxili köləlikdir. Öz daxillərində qorxu və tamaha düçar olduqlarından, bu dünyada bir neçə dəfə artıq xörək yemək, yaxud daha yağlı və daha yaxşı xörəklər yemək, rifah və öz bədənlərinə qulluq göstərmək onlar üçün əhəmiyyət daşıyır. Onlar həmin güclər tərəfindən məmur edilən bir polisdən qorxduqda, çəkindikdə, öz varlıqlarını bildirməyə və nəfəs çəkməyə cürət etmədikdə, ölümdən, işsizlikdən, aclıqdan və çətinlikdən qorxduqda, yəni bu hisslərin və öz zəifliklərinin köləsi olduqda, təbii ki, vücudlarından xaric zəncirlərin də əsiri olacaqlar.

Siz öz xalqımıza baxın. Bu xalq zalım şah rejiminin boğucu təzyiqi altında nəfəs alanda, heç kimdən səs çıxmayanda və insan o vəziyyətə, bütün o pisliklərə, şərə və zülmə qarşı etiraz etməyə cürət tapmayanda, zalım rejim də xalqı rahatlıqla minib-çapırdı. Niyə də etməsin?! İnsan Allahla tanış olmayanda Allahın bəndələrinə mərhəmət və məhəbbət də olmaz!

Bizim xalqımız qorxu və tamah hasarını sındıranda, tacir öz gündəlik gəlirindən, tələbə bir, yaxud bir neçə semestr dərsindən, fəhlə öz qazancından və hərbiçi topladığı məziyyətlərdən imtina edəndə tamah və qorxu hasarı uçdu, məhv oldu. Yəni xalq öz daxili zəncirlərindən azad olanda istər-istəməz küçələrə axışdılar, yumruqlarını düyünlədilər. O zaman zalım şah rejimi gördü ki, öz ruh və nəfs zəncirindən azad olan bu xalqın önündə dayanmağa, onu yerində oturtmağa heç bir imkanı yoxdur. Qlobal miqyasda da belədir. Bir xalq alçaq duyğuların, mənfi xislətlərin, azğın nəfsin, ehtirasın, qorxu və tamahın köləsi olmasa, heç zaman xarici qüvvələrin, zalım və qəddar güclərin də köləsi olmayacaq. Bu qayda dünyanın bütün xalqlarına eyni səviyyədə şamil olur, bütün xalqların dərdinin dərmanıdır. Bu, daxili azadlıq, mənəvi azadlıq, insanı hərəkətdən, fəaliyyətdən və iradədən saxlayan zəncirlərdən azadlıqdır. Bu zəncirlər onun daxilindədir. Bu, İslamla Qərb məktəbləri arasında azadlıq barədə əsaslı fərqlərdən biridir.

Qərb məktəbləri bu məqama əhəmiyyət vermir, diqqət göstərmirlər. Əlbəttə, əxlaq müəllimləri, - onların əxlaqı da mənəviyyatdan uzaqdır, ilahi fikir və mənəviyyatdan ayrıdır; buna görə də quru və məzmunsuz bir əxlaqdır, - tövsiyələr edir və kitablar yazırlar, amma bunu insan azadlığı bilmirlər. İslam isə onu insan azadlığı sayır.1



Yüklə 351,99 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə