Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 1,27 Mb.
səhifə3/19
tarix11.04.2018
ölçüsü1,27 Mb.
#37424
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   19

11-Cİ DƏSR: KƏLAM ELMİ


Kəlam elmi dini əqidələr, onların sübutu və müdafiəsi ilə məşğul olan İslam elmidir. İslam alimləri İslam təlimlərini üç hissəyə bölürlər: əqidələr, əxlaq, hökmlər. Kəlam elminin mövzusu əqidələr, əxlaq elminin mövzusu əxlaq, fiqh elminin mövzusu isə əməli hökmlərdir. Kəlam elmi “usuli-din”, “tövhid və sifətlər” də adlandırılır.

Kəlam elmi öz başlanğıcını Qurani-kərim, peyğəmbər (s) buyuruqları və həzrət Əlinin (ə) xütbələrindən götürür.

Kəlam tarixində ilk mübahisə doğuran məsələ cəbr və ixtiyar məsələsi olub. Yetkinlik yaşına çatmış hər bir şəxs üçün maraqlıdır ki, insan azaddır (ixtiyar), yoxsa məcbur (cəbr). İlk əvvələr insanın azad olduğunu iddia edənlər “qədri”, insanın yazılmış taleh yaşamağa məcbur olduğunu iddia edənlər “cəbri” adı ilə tanınardılar. Cəbr və ixtiyar “qəza və qədər” adı ilə məşhurdur.

Cəbr və ixtiyar məsələsinin ardınca zülm və ədalət məsələsi ortaya çıxdı. Beləcə, kəlam elmində mübahisə mövzusu olan məsələlər çoxaldı.

Başqa bir baxımdan kəlam elmi əqli və nəqli olmaqla iki hissəyə bölünür. Əqli kəlama sırf əqli dəlillərə əsaslanan tövhid, nübüvvət və bəzi məad məsələləri aiddir. Bu məsələlərdə kitab və sünnət kimi nəqli dəlillər kifayət deyil. Nəqli kəlama isə imamət və əksər məad məsələləri aiddir.

12-Cİ DƏRS: KƏLAM ELMİNİN TƏRİFİ VƏ MÖVZUSU


Kəlam elmi dini əqidələr, yəni üsuli-din haqqında elmdir. Bəs nə üçün bu elm kəlam adlandırılmışdır? Alimlər bu suala müxtəlif cür cavab verirlər. Bəzilərinin fikrincə, bu elmin mövzuları Allah kəlamı ətrafında olduğundan elm də kəlam elmi adlandırılmışdır.

Kəlam elminə münasibətdə müxtəlif məzhəblər mövcuddur. Məsələn, şiə, mötəzilə, əşəri, murciə. Şiə məzhəbinə tabe olanlar diri müctehidə əməli məsələlərdə təqlid, müctehidlər isə mövcud biliklərlə kifayətlənməyib, axtarışda olmalıdırlar.

Mötəzilə əqidəsinin beş əsası vardır: 1. Tövhid; 2. Ədl; 3. Vəd və vəid (mükafat və cəza); 4. Günahkar nə mömindir, nə də kafir; 5. Yaxşıya dəvət və pisdən çəkindirmə şəriətə aid deyil, əql yolu ilə müəyyənləşdirilə bilər və bütün müsəlmanlara vacibdir.

Mötəzilə tərəfdarları bəni-üməyyə və bəni-əbbasilərlə yaxşı münasibətdə olmamışlar. Amma xəlifə Məmun özü elm, ədəb, fəlsəfə ilə maraqlandığından onları himayə etmiş, hətta özünü mötəzim adlandırmışdır. Amma xəlifə Mütəvəkkil mötəzililəri qılıncdan keçirmişdir.

Əşərilərə görə insan azad deyil, xeyir də, şər də Allahdandır. Allah qiyamət günü görünər, günahkar mömin ola bilər, insan tövbəsiz bağışlana bilər və sa.

İslam fəlsəfəsini şiələr qoruyub desək yanılmarıq. Etiqadda əqli dəlili haram hesab edən sünnət əhli başçılarından fərqli olaraq, həzrət Əlinin (ə) “Nəhcül-bəlağə” kitabı ciddi əqli dəlillərə əsaslanır.


13-CÜ DƏRS: ŞİƏ KƏLAMI


Şiə kəlamının əsasını aşağıdakı üsullar təşkil edir:

  1. Tövhid

Tövhid mötəzilə və əşəri kəlamında da əsaslardan biridir. Mötəzilə kəlamındakı tövhid “sifati tövhid”-dir. Əşərilər isə ”əfali tövhidi” qəbul edirlər. Şiə kəlamında isə “zatı tövhid” və “ibadətdə tövhidə” əlavə olaraq həm “sifati”, həm də “əfali” tövhid əsas hesab olunur.

“Zati tovhidə” görə Allahın zatı birdir və Onun oxşarı yoxdur. “Sifati tövhidə” görə Allahın elm, qüdrət kimi sifətləri Onun zatının eynidir, yəni zatından ayrı deyil. “Əfali tövhidə” görə bütün fellər, işlər Allahın iradəsinə tabedir. “İbadətdə tövhid” odur ki, Allahın zatından savayı ibadətə layiq mövcud yoxdur.



  1. Ədl, yəni Allahın rəhmət və neməti bütün yaranmışlar arasında ilahi bir nizamla paylanmışdır və O adildir.

  2. İxtiyar və azadlıq.

Şiə məzhəbinin insan üçün qəbul etdiyi azadlıq əşərinin cəbri ilə mötəzilənin təfvizi arasındadır. Yəni insan nə tam azaddır, nə də tam məcbur.

  1. Hüsn və qübh (gözəllik və çirkinlik). Bəzi işlər rəva, bəziləri isə narəva hesab olunur.

  2. Allahın lütfü varlıq aləminə hakimdir.

  3. Əql batini peyğəmbərdir, yəni əsasdır.

  4. Allah kainatı məqsədli yaradıb.

  5. İnsan Allaha qəlblə şahid ola bilər, gözlə yox.

  6. Peyğəmbər və imamlar məsumdur, şəfaət var

14-CÜ DƏRS: ÜRFAN


Ürfan İslam mədəniyyəti qoynunda doğulmuş elmdir. Ürfan ardıcılları, yəni ariflər təfsirçilərdən, fəqihlərdən filosoflardan, ədiblərdən mühüm bir xüsusiyyətə görə fərqlənirlər. O biri təbəqələrdən fərqli olaraq onlar yalnız elmi təbəqə yox, həm də ictimai firqədirlər. Əslində yalnız elmi təbəqə kimi tanınan ürfan əhli “arif”, ictimai firqə kimi tanınan ürfan əhli isə “mütəsəvvif” (sufi) adlandırılır.

Ariflik xüsusi bir məzhəb deyil və İslamın bütün məzhəblərində ariflərə təsadüf olunur. Bununla belə, xüsusi adət- ənənələrə, rəftar və geyimə malik sufilərin varlığını inkar etmək olmaz. Əsil ariflər isə başqalarından zahirən fərqlənmirlər. Belə ariflər işə məzhəbində də az olmayıb. Demək, ürfandan danışarkən arifləri sufilərdən fərqləndirmək lazımdır.

Ürfan elmi iki hisssəyə bölünür: Əməli ürfan və nəzəri ürfan. Əməli ürfandan insanın özünə, cəmiyyətə və Allaha aid vəzifələri izah olunur. Ürfanın bu hissəsi “seyrü-süluk” adlanır. Bu hissəsdə ”Salikin (yolçunun) insaniyyət zirvəsi olan “tövhidə” çatması üçün yol göstərilir. Arifin “tövhidi” adi “tövhiddən” fərqlənir. Arif tövhid dedikdə Allahdan başqa heç nəyin görünmədiyi mərhələyə çatmağa nəzərdə tutur.

Nəzəri Ürfanda isə Allah, kainat və insan haqqında danışılır. Ürfanın bu hissəsi İlahi fəlsəfəni xatırladır.


15-Cİ DƏRS: ÜRFAN VƏ İSLAM


İstər əməli, istərsə də nəzəri ürfan. İslam dini ilə sıx təmasdadır. Həqiqi ariflər Quran, sünnət, əhli-beyt və səhabələrdən qidalanırlar. Amma müxtəlif alimlər ürfan haqqında fərqli fikirlər yürüdürlər;

  1. Bir qrup mühəddis və fəqih ürfanı həqiqi İslamdan kənar bilirlər. Onlar iddia edirlər ki, ariflərin İslama bağlılığı müsəlmanların diqqətini cəlb etmək üçündür.

  2. Bir qrup ifratçı alim ürfanı İslam ziddinə qiyam kimi qiymətləndirir və arifləri həqiqi imandan kənar insanlar kimi tanıtdırırlar

  3. Digər bir qrup alim ictimai təbəqə olan sufiləri dindən kənar, elmi təbəqə olan arifləri isə müsəlman kimi tanıyır. Onların fikrincə, ariflərin də filosoflar, təfsirçilər kimi nöqsanları ola bilər. Amma ürfan İslama zidd deyildir.

Amma qərəzsiz olaraq ürfan kitabları ilə tanış olub, ürfan terminalogiyasını anlasaq, görərik ki, ariflər İslama münasibətdə səmimidirlər. Ürfana üçüncü baxış həqiqətə daha çox uyğundur.

Ariflər Allaha yaxınlaşmaq istəyində olan insanlardır. İslam dini isə bu yaxınlaşmanın gerçəkləşməsini ən üstün şəkildə təmin edən dindir. Beləcə, ariflərin İslama bağlılığı və səmimiyyəti tam məntiqə uyğundur.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə