İslam peyğəmbərinin həyatı və nübuvvət arqumenti



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
tarix26.10.2018
ölçüsü0,53 Mb.
#75753


 

 

 



İslam peyğəmbərinin həyatı    

      və nübuvvət arqumenti 

 

 



Tərtib etdi:   

“Çolaq Addım” səhifəsi

 


 

 

 



 

İÇİNDƏKİLƏR 

 

 

ÖN SÖZ...............................................................................................................................................1 

Nəyə görə İslam peyğəmbəri?..............................................................................................2 

İslam peyğəmbərinin həyat tarixinin qorunması....................................................3 

Peyğəmbər həyatının əsas qaynaqları...........................................................................4 

Peyğəmbərin həyatı haqqında yazılan kitabların  hicri 

 üçüncü əsrdə yazılmağa başlanması şübhəsi...........................................................7 

Rəvayətlərə hökm vermək...................................................................................................9 

1-ci qayda. Sadəcə sənədi olan hədislərin toplanması......................................10 

2-ci qayda. Toplanmış sənədlərin səhihliyinin kritikası..................................11 

3-cü qayda. Ravilərin kritikası.........................................................................................13 

4-cü qayda. Ravilərin mərtəbələri.................................................................................14 

5-ci qayda. Yalandan rəvayət uyduranın rədd edilməsi....................................15 

6-cı qayda. Rəvayətlərin mətninin  kritikası............................................................15 

7-ci qayda. Möcüzələrdən xəbər verən rəvayətlərin yoxlanılması..............16 

8-ci qayda. "Mənim adımdan qəsdən yalan danışan...”........................................16 

Yekun  söz......................................................................................................................................16


 

 ÖN SÖZ 

Səhifəmizdə Allahın varlığı, monoteizmin doğruluğu haqqında və inancsızların 

şübhələrinə  cavab  olaraq  bir  çox  yazımız  mövcuddur.  Bu  yazımızda  İslam 

dininin doğruluğuna dair arqumetlər silsiləsinin ilk arqumentini  - Peyğəmbər 

həyatının qorunduğu arqumentini oxucularımıza təqdim edirik.  

Lakin bu yazını qələmə almağımızda yeganə səbəb bu deyil. Yaxında Cristopher 

Hitchensin  "God  is  not  Great"  kitabının  Azərbaycan  dilinə  tərcümə  olunduğu 

xəbərini  aldıq.  Yazımız  eyni  zamanda  Hitchensin  Peyğəmbərin  həyatı  haqda 

qeyd etdiyi açıq aydın təhriflərə cavab vermək məqsədini də daşıyır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

     Nəyə görə İslam peyğəmbəri?  

İslam  peyğəmbəri  Muhammədin  həqiqi  bir  peyğəmbər  olduğuna  kifayət 

qədər  arqument  mövcuddur.  Bu  yazı  silsiləmizdə  təqdim  etmək 

istədiyimiz  Peyğəmbərin  həyatının,  dedikləri  sözlərin  və  etdikləri 

əməllərin  qorunub  saxlanmasının  onun  peyğəmbərliyinə  dəlalət 

etməsidir.  Diqqət  yetirin  ki,  arqumentimiz  onun  etdiyi  və  ya  dediyi  hər 

hansı  bir  müəyyən  söz  və  ya  əməldə  deyil,  ümumən  onun  həyatı 

haqqındakı məlumatların qorunub saxlanılmasındadır. 

Başlamazdan  öncə  mühüm  bir  məsələyə  toxunaq.  Səhifəmizdə  ateizmin, 

deizmin  və  politeizmin  doğru  olmayacağı  haqqında  kifayət  qədər 

materiallar  paylaşmışıq.  Bu  yazımızı  o  paylaşımlar  işığında 

dəyərləndirmək  lazımdır.  Çünki  biz,  yaratdıqlarına  qayğı  göstərən  bir 

Yaradıcının  var  olduğunu  isbat  edə  biliriksə  o  zaman  mütləq  olaraq  bu 

Yaradıcının yaratdıqlarına bir mesaj, risalə göndərməsini də gözləməliyik. 

Bu  peyğəmbərlik  mesajını  mövcud  olan  monoteistik  dinlərdə 

araşdırmağımız lazımdır. 

Nəyə görə İslam peyğəmbəri? 

Bəli, belə bir sual ilə qarşılaşa bilərik. Bu sualın cavabı əslində çox sadədir: 

digər peyğəmbərlərin həyatlarını araşdırmağımız mümkün deyildir. Misal 

üçün,  biz  İncillərin  tamamilə  tarixi  gerçəkləri  əks  etdirdiyini  qəbul  etsək 

belə  İsa  peyğəmbər,  onun  həyatı  və  sözləri  haqqında  çox  az  məlumat 

alacağıq.  Yahudilərin  peyğəmbəri  Musanın  da  həyatı  həmçinin  çox 

qaranlıq  qalır.  İslam  peyğəmbərinin  həyatı  isə  əksinə  bizə  çox  dəqiq 

şəkildə gəlib çatmışdır. İrəlidə bunu isbat etməyə çalışacağıq. Ona görə də 

onun həyatı ilə başlamaqdan başqa çarəmiz yoxdur.  

 



 

İslam peyğəmbərinin həyat tarixinin qorunması 

Müsəlmanlar  İslam  peyğəmbərinin  həyat  tarixinin  qorunmasını  onun 

həqiqi  peyğəmbər  olmasına  dəlil  hesab  edirlər.  Çünki  peyğəmbər 

olduğunu  iddia  edən  şəxsin  həyatını  onun  haqda  hökm  verməyimiz  - 

doğru deyib demədiyini öyrənməyimiz üçün başlıca şərtdir. Qarşı tərəf isə 

onun  həyatının  sonrakı  nəsillər  tərəfindən  uydurulduğunu  iddia  edir. 

Çünki özləri də çox gözəl başa düşürlər ki, Peyğəmbərin həyat hekayəsinin 

qorunduğunu qəbul etdikləri halda onun peyğəmbərliyini də zəruri olaraq 

qəbul  etməlidirlər.  Oriyentalistlərdən  bəziləri  o  həddə  çatıblar  ki, 

Muhamməd  adlı  şəxsin  ümumiyyətlə  mövcud  olduğunu  inkar  ediblər. 

Almaniyalı oriyentalist Karl-Heinz Ohlig buna ən bariz nümunədir. 

Biz  burada  peyğəmbərin  həyat  hekayəsinə  daxil  ola  biləcək  və  ya  daxil 

olan  müəyyən  hadisədən  danışmırıq.  Bəli,  onun  həyatı  haqqında  sonrakı 

dövrlərdə  müəyyən  uydurma  və  zəif  hədislər  mövcud  ola  bilər.  Biz 

ümumən  onun  həyat  hekayəsinin  elmi  əsaslar  üzərində  qorunduğunu 

iddia edirik. Bir 

tarixi şəxsiyyət haqqında müəyyən yalanın deyilməsi onun 

mövcud  olduğunu  inkar  etməz.  Əksinə,  islam  alimlərinin  çox  dəqiq  elmi 

əsaslar  üzərə  doğru  xəbəri yalan  xəbərdən  ayırmaqları  bizə  bu  alimlərin 

tarixi hadisələrə necə qayğı ilə yanaşdıqlarını göstərir. Hicri birinci əsrdə 

yaşamış alim Muhamməd ibn Sirin artıq bizə hədis rəvayət edənlərin kim 

olduqları, nə ilə məşğul olduğunu xəbər vermişdir. Oriyentalizmin ərsəyə 

gəlmədiyi  bir  dövrdə  müsəlman  alimlər  artıq  rəvayətlərin  kritikası  ilə 

məşğul  idilər.  Dediyimiz  kimi  İslam  peyğəmbəri  peyğəmbərlik  iddia 

edənlər  arasında  həyatını  dəqiqliklə  izləyə  biləcəyimiz  yeganə 

şəxsiyyətdir. 



 

Bunu  deyənlərdən  biri  də  ingilis  araşdırmacısı  George  Albert  Wells`dir. 



Digər  oriyentalist  və  yepiskop  Benjamin  Smith  özünün  "Mohammad  and 

Mohammedanism"  adlı  kitabında  deyir:  "İsa  Məsih  haqda  bildiklərimiz 

onun həyatının sadəcə çox az hissəsini təşkil edir... Həyatının bir çox 

şeyindən  isə  ümumiyyətlə  xəbərsizik...  İslama  gəldikdə  isə  hər  şey 

açıq  aşkardır.  Onun  səhih  tarixi  mövcuddur.  Onlar  (müsəlmanlar) 

Muhammədin  həyatını  Martin  Luther`in  və  ya  John  Milton`un 

həyatını bildikləri kimi bilirlər. Onun haqqında yazılan kitablarda nə 

uydurma  hekayələr  nə  də  mümkünsüzlüklər  yer  alır...  Heç  kəs  nə 

özünü nə də başqasını aldatmasın. (Muhammədin həyatı) günəş kimi 

açıq aydındır". Hətta dini təəssübü ilə məşhur olan 18-ci əsr oriyentalisti 

Ernest  Renan  "Mahomet  et  les  origines  de  l’islamisme"  kitabında  deyir: 



"Digər  dinlərdən  fərqli  olaraq  İslam  dini  tarixin  qaranlıqlarında 

deyil,  tarixi  izləyə  biləcəyimiz  bir  vaxt  ərəsəyə  gəlib.  Bu  dini  təsis 

edənin  həyatı  bizə  on  altıncı  əsrdə  yaşamış  istənilən  reformatorun 

həyatı qədər məlumdur". 

 

Peyğəmbər həyatının əsas qaynaqları 

Təbii ki, ən əsas qaynaq Qurandır. Quran bir çox ayədə İslam dəvətinin ilk 

illəri,  müsəlmanların  zəif  olub  sıxışdırıldıqları,  müsəlmanların  müşriklər 

və  yəhudilərlə  olan əlaqələri,  çəkdikləri  əziyyətlər,  onların dini,  siyasi  və 

iqtisadi  durumu  haqda  bizə  xəbər  verir.  Burada  bir  kəsin  Qurana  inanıb 

inanmaması  əhəmiyyət  daşımır,  hər  iki  halda  Quranın  bizə  Peyğəmbər 

həyatından  bəzi  faktları  xəbər  verdiyi  danılmazdır.  Buna  görə  də 

oriyentalistlərin  böyük  əksəriyyəti  Quranın  xəbərlərini  təsdiq  edirlər. 

Hətta  bütün  hədis  kitablarının  sonradan  uydurulduğunu  iddia  edən 




 

belçikalı oriyentalist Henri Lammens "l'islam croyances et institutions" adlı 



kitabında  Quranın  etibara  alına  biləcək  bir  qaynaq  olduğunu  qəbul 

etmişdir. 

Quranla bərabər rəvayətləri isnadı ilə zikr olunan təfsir kitabları da əsas 

qaynaqlardan hesab olunur. Bu kitablar Quranın müəyyən ayəsinin hansı 

müəyyən hadisəyə dəlalət etdiyini özündə ehtiva edir. Bundan sonra bunu 

isbatlamaq  üçün  müəyyən  bir  rəvayət  zikr  edir.  Bu  xəbərin  doğru  olub 

olmamasını  yoxlamaq  üçün  bu  xəbəri  rəvayət  edən  şəxslərin  adları  da 

qeyd  olunur.  Misal  üçün  kitab  müəllifi  deyir  ki,  bu  rəvayəti  mənə  A  adlı 

şəxs B adlı şəxsdən rəvayət edib. B adlı şəxs isə öz növbəsində bunu C adlı 

şəxsdən  eşidib,  C  adlı  şəxs  isə  bu  hadisənin  şahidi  olub.  Beləliklə  xəbər 

bizə  isnadı  ilə  rəvayət  olunur.  İrəlidə  bunun 

haqda  daha  ətraflı  söhbət 

açacağıq. Bu cür kitablardan İmam ibn Vəhbin, Yəhyə ibn Sələmin, İmam 

Abdur-Razzaqın, Abd ibn Humeydin, İmam Nəsəinin ilkin əsrlərdə yazdığı 

təfsir kitablarını

1

 zikr etmək olar. 



Quranla  bərabər  Peyğəmbər  həyatının  əsas  qaynaqları  hədis,  sirət 

(Peyğəmbər  həyatı)  və  şamail  (Peyğəmbərin  sifətləri  haqda  yazılan) 

kitabları  sayılır.  Erkən  dövrlərdən  İslam  alimləri  Peyğəmbərin  həyatını 

qorumaqdan  ötrü  xüsusi  səy  göstəriblər.  Buna  şahidlik  edənlərdən  biri 

yəhudi  oriyentalist  Bernard  Lewis  olub.  Lewis  ümumən  İslama  qarşı 

neqativ baxışları ilə seçilsə də  "İslam in History" adlı əsərində deyir:  "İlk 



dövrlərdən  İslam  alimləri  Peyğəmbər  adından  rəvayət  olunan 

uydurma  hədislərin  təhlükəsini  anlamışdılar.  Buna  görə  də 

                                                           

1

 

İmam ibn Vəhbin (hicri 197 vəfat edib) "Təfsiri", Yəhyə ibn Sələmin (h. 200) "Təfsiri", İmam 



Abdur-Razzaqın (h. 211) "Təfsiri", Abd ibn Humeydin (h. 249) "Təfsiri", İmam Nəsəinin (h. 

307) "Təfsiri".

 

 



 

rəvayətlərə  kritik  yanaşmaq  üçün  çox  geniş  bir  elm  ərsəyə 



gətirmişlər...  Hədis  elmində  rəvayətlərin  isnadlarına  (rəvayət  edən 

şəxslərə)  çox  dəqiq  kritika  ilə  yanaşılması,  rəvayətlər  arasında 

ixtilaflara dəqiq hökm verilməsi və rəvayətlərin qorunması orta əsr 

ərəb  tarixinə  elə  bir  güc  qatır  ki,  biz  bunun  mislini  nə  qədim 

dövrlərdə nə də orta əsr Avropa tarixində tapa bilirik. İslam tarixi ilə 

müqayisədə latın dilində yazılmış xristianlıq tarixi çox zəif görsənir. 

Hətta latın tarixindən daha çox inkişaf etmiş yunan dilində yazılmış 

xristianlıq  tarixi  də  İslam  tarixi  ilə  müqayisə  oluna  bilməz:  nə 

həcmində nə də tarixi təhlillərin dəqiqliyində". Livanlı xristian tarixçi 

Əsəd  Rüstəm  isə  hədis  elmi  haqqında  daha  da  insaflı  yazır:  "Nizamlı 



şəkildə tarixi hadisələrin isnadlarının kritikası ilə ilk məşğul olanlar 

islam  alimləri  olublar.  Onlar  Quranı  doğru  anlamaq  və  ədaləti 

yaymaq  üçün  Peyğəmbərlərinin  sözlərinə  və  fellərinə  qayğı 

göstərmək  məcburiyətində  olublar.  Beləliklə,  onlar  rəvayətləri 

toplamaq  və  onları  detallı  şəkildə  öyrənməklə  tarix  elminə  elə 

qaydalar bəxş ediblər ki, bu qaydalar bu günə qədər aktualdır"

2

  

Sadəcə  Peyğəmbərin  sirəti  (həyatı)  haqqında  Suleyman  ət-Teyminin,  İbn 

İshaqın,  ibn  Sadın

3

,  Peyğəmbərin  xislətləri  haqqında  ət-Tirmizinin,  Əbi 



Şeyxin,  Vahb  ibn  Kəsir  əl-Quraşinin,  ibn  Mədininin,  əbu  Dəvud  əs-

Sicistaninin  kitablarını

4

  qeyd  etmək 



olar.  Yazını  uzatmamaq  xatirinə  bu 

                                                           

2

 

Əsəd Rüstəm, Mustələh ət-tarix.



 

3

 



Suleyman ət-Teymi (h.143) "Səhih Sirət", İbn İshaq (h. 151) "Sirət", ibn Sad (h. 230) "ət-

Təbəqat əl-Kubra".

 

 

 




 

qədəri ilə kifayətlənirik. İslam tarixinə azacıq nəzər salan dərhal anlayacaq 



ki, sirət haqqında və ümumən hədis elmi haqqında yazılmış kitabların sayı 

o qədərdir ki, tarix boyu heç bir tarixi şəxsiyyət haqqında bu qədər kitab 

yazılmamışdır. Bu, İslam Peyğəmbərinin necə bir şəxsiyyət olduğunu isbat 

etməyə kifayət deyilmi? 

 

Peyğəmbərin  həyatı  haqqında  yazılan  kitabların  hicri  üçüncü  əsrdə 

yazılmağa başlanması şübhəsi 

 Oriyentalistlərin İslam Peyğəmbərinin həyatı haqqında ortaya atdıqları ən 

bariz  şübhə  onun  həyatı  haqqında  yazılan  kitabların  hicri  üçüncü  əsrdə 

yazılmağa  başlanmasıdır.  Bizim  sizə  təqdim  etdiyimiz  çox  qısa  bir 

siyahıdakı kitabların əksəriyyəti də bu cürdür. Lakin Peyğəmbərin həyatı 

haqqında iddia edilən bu şübhə üç yöndən batildir: 

1.  Bilmək  lazımdır ki,  üçüncü  əsrdə qələmə  alınmağa  başlayan  kitabların 

xüsusi bir məziyyəti vardır. Bu kitabı yazan alimlər onları xüsusi mövzular 

üzrə  cəm  edirdilər.  Misal  üçün  bəziləri  sadəcə  səhih  hədisləri,  bəziləri 

Peyğəmbərin həyatını, bəziləri fiqh elmi ilə əlaqəli hədisləri toplayırdılar. 

Lakin  yazılı  sünnətin  mövcudluğuna  gəldikdə  isə  hicri  birinci  əsrdə  belə 

bir  çox  hədis  aliminin  özünə  məxsus  hədis  dəftərləri  mövcud  olub.  Bu 

alimlər  burada  öz  şeyxlərindən  eşitdikləri  hədisləri  isnadları  ilə  bərabər 

toplayıblar.  Lakin  onları  xüsusi  mövzulara  bölməyiblər.  Bu  mövzu  haqda 

azərbaycan  dilində  xüsusi  bir  kitab  yazıldığından  dolayı  maraqlananlar 

ona müraciət edə bilərlər. Lakin şəkk yoxdur ki, hədis elminin müntəzəm 

                                                                                                                                                                                              

4

 



ət-Tirmizi (h. 279) "Şamail", Əbi Şeyx (h. 269) "Peyğəmbərin əxlaqı və ədəbi", Vahb 

ibn Kəsir əl-Quraşi (h. 200) "Sıfətun-Nəbi", ibn Mədini (h. 234) "Sulhun-Nəbi", əbu 

Dəvud əs-Sicistani (h. 275) "Məişətun-Nəbi". 

 



 

olaraq  kitab  şəklində  qələmə  alınması  hicri  üçüncü  əsrdə  özünün  ən 



yüksək dərəcəsinə çatmışdır. Biz bunda xüsusi bir ilahi hikmətin olduğuna 

inanırıq və gələcək sətirlərdə bunu izah etməyə çalışacağıq. 

2.  Bu  şübhənin  ən  böyük  xətası  isə  qərb  oxucusunda  elə  bir  təsəvvür 

yaratmasıdır ki, üçüncü əsrdə bir qrup insan heç bir elmi əsas olmadan öz 

xəyallarından  və  ya  mövcud  olan  şayələri  toplayaraq  hədis  və  ya 

peyğəmbər həyatı yazıblar. Bu isə çox böyük bir xətadır. İslam tarixinin və 

hədis elminin ən böyük məziyyəti odur ki, istər hədis olsun istər də İslam 

Peyğəmbərinin həyatı olsun - bütün bunlar isnad ilə rəvayət olunur. İsnad 

nədir?  İsnad  müəyyən  bir  hədisi  rəvayət  edən  şəxslər  zənciridir.  Müəllif 

bir  rəvayətə  kitabında  yer  verirsə  o  zaman  mütləq  olaraq  bunu  kimdən 

eşitdiyi qeyd edir. Sonra o şəxsin bu rəvayəti kimdən eşitdiyini qeyd edir. 

Və  beləcə  hədisin  isnadı  əmələ  gəlir  və  peyğəmbərə  qədər  uzanır.  Bir 

isnadda mövcud olan ravilərin sayı fərqli ola bilir. Tarixçilər bu isnadlara 

baxaraq,  ordakı  ravilərin  halını  öyrənərək  müəyyən  bir  tarixi  hadisə 

haqqında onun doğru olub olmadığına hökm verirlər. Bunun haqda irəlidə 

söhbət açacağıq. 

İsnad  ilə  hədis  rəvayət  etmək  İslam  tarixinin  və  hədis  elminin 

unikallıqlarından 

biridir. 

Nə 


müsəlmanlardan 

sonra 


nə 

də 


müsəlmanlardan  əvvəl  digər  millətlərin  tarix  elmlərində  belə  bir  şey 

mövcud  deyildir.  Təsəvvür  edin  ki,  bununla  "hədis  kitabları  sonrakı 

əsrlərdə  uydurulmuş  isnadlarla  yazılmışdır"  deyənlər  vardır.  Deməli 

təsəvvür  edin  ki,  Malik  ibn  Ənəs  adlı  islam  alimi  hicri  ikinci  əsrdə  hədis 

kitabı yazır və ora hədis əlavə edir. Hədisin isnadı belədir: Malik Nafidən 

eşidib,  Nafi  Abdullah  ibn  Ömərdən  eşidib,  o  isə  öz  növbəsində 

Peyğəmbərdən  eşidib.  İndi  bu  etirazı  edənə  sual  vermək  lazımdır:  sənin 



 

üçün  bu  hədisi  Malik  tərəfindən  yazılması  ilə  Abdullah  ibn  Ömər 



tərəfindən  yazılması  arasında  nə  fərq  var?  Yəni,  əgər  kitab  birinci  əsrdə 

ibn  Ömər  tərəfindən  yazılsa  idi  o  zaman  sən  avtomatik  olaraq  bunun 

doğruluğunu  təstiqləyəcəkdin?  Amma  Malik  bunu  qələmə  tökürsə  və 

kimdən  eşitdiyini  də  qeyd  edirsə  o  zaman  ona  inana  bilmərik?  Yəni  bir 

şəxsin  doğru  danışmağının  əlaməti  sadəcə  nə  zaman  yaşadığındadır? 

Birinci əsrdə yaşadığı təqdirdə doğru danışacaq, üçüncü əsrdə yaşadığında 

isə  avtomatik  olaraq  yalançı  və  uydurmaçı  olur?  Qərb  tarix  elmi 

rəvayətlərə beləmi qiymət verir? 

3. Hədis və islam tarixi elminə zəif rəvayətlərin daxil olması məsələsi isə 

oriyentalistlərin kəşfi deyildir. Hədis elmi yazıya tökülməmişdən öncə belə 

İslam  alimləri  zəif  rəvayətlərin  mövcud  olduğundan  xəbərdar  idilər  və 

onların  kritikası  ilə  məşğul  olurdular.  Zəif  hədislərin  mövcud  olması  çox 

normal  bir  haldır,  istənilən  tarixi  şəxsiyyət  haqda  müxtəlif  rəvayətlər 

vardır. Bu zəif hədislərin mövcudluğu hədis elminə heç bir zərər vermir, 

əksinə onun gücünə güc qatır. İrəlidə buna işarə edəcəyik. 

 

Rəvayətlərə hökm vermək.  

Rəvayətlərə hökm vermək - İslam tarix elminin unikallığıdır. 

Hədis kitabları - istər İslam Peyğəmbərinin həyatı haqqında olsun istərsə 

də  onun  sözləri  və  əməlləri  haqqında  -  isnadları  ilə  hifz  olunan 

rəvayətlərdən  ibarətdir.  Lakin  bəziləri  etiraz  edirlər  və  deyirlər  ki,  bu 

hədislər  həqiqətə  uyğun  deyildir.  Onların  sonrakı  dövrlərdə  yaşayan 

insanlar tərəfindən uydurulması mümkündür. Bu etiraza bir neçə yöndən 

cavab verəcəyik: 



10 

 

1-ci qayda. Sadəcə sənədi olan hədislərin toplanması.  

 Sadəcə sənədi olan hədislərin toplanması özü-özlüyündə çox böyük işdir. 

Tarixi  hadisələri  bu  cür  ələ  almaq  ümumiyyətlə  nə  xristianlıqda  nə 

yəhudilikdə  nə  də  heç  bir  başqa  tarixi  qaynaqlarda  mövcud  olmayıb. 

Rəvayətləri  sənədi  ilə  rəvayət  etmək  və  bu  sənədlərin  doğru  olub 

olmadığını yoxlamaq müsəlman tarixçilərinə xas bir şeydir. Bu əməli necə 

mənasız və uydurma adlandırmaq olar? 

Müsəlman  alimləri  oriyentalizm  ərsəyə  gəlmədən  öncə  belə  zəif  və 

uydurma  rəvayətlərin  mövcud  olduğunu  bilir  və  bəyan  edirdilər.  Zəif 

hədislərin  mövcudluğunun  nə  əhəmiyyəti  var?  Cavab  olaraq  deyirik:  

a) Zəif və uydurma rəvayətlər bizə o rəvayətləri nəql edən ravilərin halını 

göstərir.  Öncə  də  qeyd  etdiyimiz  kimi  bəzi  ravilər  yalandan  hədis 

uydurmaqla  bərabər  bu  hədislərə  çox  səhih  isnad  da  uydurmağa  cəhd 

göstəriblər.  Lakin  alimlər  bu  ravinin  bütün  hədislərini  ələ  alır  və  onun 

sadəcə  bir  yerdə  yalan  dediyini  anlayırlarsa  o  zaman  bu  ravinin  rəvayət 

etdiyi  bütün  hədisləri  inkar  edirlər.  Hətta  rəvayət  etdiyi  hədisin  mətni 

"Allahdan başqa ilah yoxdur" sözü kimi İslamın ən bariz simvolu olsa belə 

alimlərimiz  bu  hədisin  isnadını  rədd  edirlər.  Beləliklə,  zəif  və  uydurma 

hədislərin birinci faydası ravilərin halını araşdırmağa imkan vermələridir. 

b) Zəif və uydurma hədislər bizə bu elmin sonradan uydurulmadığını isbat 

edir.  Əgər  bir  qrup  insan  İslam  dinini  dəstəkləmək  üçün  hədis  uydurası 

olacaqdırsa  sadəcə  səhih  hədislər  uydurar  və  müsəlmanlara  bunlara 

inanmağa sövq edərdi. On minlərcə zəif və ya yalançı ravini uydurmağa nə 

ehtiyac  var  idi?  Sonra  da  bu  ravilərin  rəvayət  etdikləri  hədisləri 

uydurmağa  nə  qədər  güc  və  nə  qədər  enerji  tələb  olunduğunu  təsəvvür 

edirsiz?  Bunu  kim  və  nə  zaman  uydurub?  Biz  belə  bir  şeyin  mümkün 



11 

 

olduğuna inanmırıq. Belə bir şey edən bir qrup insan mütləq olaraq bəzi 



yerlərdə elə xəta buraxacaqdır ki, onların yalanları açıq-aydın şəkildə üzə 

çıxacaqdır.  Üstəlik  unutmayın  ki,  bu  insanlar  real  tarixi  şəxsiyyətlər  idi. 

Hədis  alimləri  onlar  haqqında  "bu  doğru  deyəndir,  bu  yalançıdır,  bu 

unutqandır" deyəndə sadəcə xəyallarından filankəs ibn filankəs haqqında 

danışmırdılar.  Öz  dövrlərində  və  ya  özlərindən  öncə  yaşamış  real 

şəxsiyyətlər  haqqında  danışırdılar.  Necə  olur  ki,  onlar  istədiklərinə 

istədikləri  hökmü  verir,  lakin  digər  müsəlmanlar  bu  yalanı  başa 

düşmürlər? 

 

2-ci qayda. Toplanmış sənədlərin səhihliyinin kritikası. 

İslam  alimləri  rəvayətlərin  isnadlarını  topladıqdan  sonra  bu  isnadların 

səhih  olub  olmaması  haqqında  hökm  vermək  üçün  müəyyən  şərtlər 

qoyublar. Bu şərtləri qeyd edək: 

1) Sənədinin kəsilməməsi (ittisalus sənəd). Bu nə deməkdir? Tutaq ki, bir 

hədis  kitabında  İslam  Peyğəmbərinin  müəyyən  bir  sözü  qeyd  olunur.  Bu 

sözü kitabın müəllifi A şəxsindən, A şəxs B-dən, o isə C dən eşidib. C şəxs 

isə  bunu  Peyğəmbərdən  eşidib.  Buna  biz  rəvayətin  isnadı  deyirik.  Bu 

isnadın  kəsilməməsi  lazımdır.  Yəni,  müəllifin  həqiqətən  də  A  şəxsini 

gördüyünü və ya görmək imkanı olduğunu bilməliyik. Eyni şey A ilə B, B ilə 

C  və  C  ilə  Peyğəmbər  arasında  olmalıdır.  Məsələn  A  şəxsi  müəllif 

doğulmadan öncə vəfat etmişdir. O zaman biz qəti olaraq bilirik ki, müəllif 

bunu A şəxsindən eşidə bilməz. Belə bir rəvayət təbii olaraq səhih qəbul 

olunmur.  Və  ya  A  şəxsi  B  şəxsi  ilə  eyni  zamanda  yaşamışdır,  lakin  biz 

bilirik ki, A şəxsi heç bir zaman öz şəhərini tərk etməmişdir. Eyni zamanda 



12 

 

B şəxsinin də А-nın yaşadığı şəhəri ziyarət etmədiyini bilirik. Bu zaman da 



rəvayətin səhih olması rədd olunur. 

2)  Ravilərin  ədaləti.  Bunun  mənası  isnadda  mövcud  olan  bütün  ravilərin 

İslamın vacib gördüyü əməlləri yerinə yetirməsi, böyük günahlardan və ya 

kiçik  günahlarda  israr  etməkdən  çəkinməsidir.  Əgər  ravinin  günahkar 

olduğu  bizə  aydın  olarsa  o  zaman  bu  ravinin  mövcud  olduğu  isnad  artıq 

etibarlı hesab olunmur. Ona görə də hədis alimləri isnadları toplamaq ilə 

bərabər bu isnadlarda mövcud olan şəxslər haqqında məlumatları toplayıb 

və buna əsasən ravilərə hökm veriblər. İçində on minlərcə ravinin həyatı 

qeyd olunan bu kitablara "ricəl" kitabları deyilir. Bəzən isə alimlər daha da 

irəli gedərək mürvət sifətinə zidd olan əməllər edən ravilərin sözlərini də 

qəbul etmirlər. Misal  üçün keçmişdə islam cəmiyyətində kişilərin küçədə 

başı açıq olması mürvətə zidd hesab olunurdu. Diqqət yetirin bunu etmək 

nə  böyük,  nə  də  kiçik  günah  deyildir,  lakin  isnanların  xoş  görmədikləri 

əməl  olduğu  üçün  ravinin  bu  əməli  etməsi  onun  rəvayətlərinin  rədd 

olunması  ilə  nəticələnə  bilərdi.  İslam  alimlərinin  rəvayətlərə  qarşı  nə 

qədər həssas olduğuna diqqət yetirin! 

Bu fəxr olunası şərt islam qanunvericiliyində də mövcuddur. Hər birimiz 

istər  türk,  istərsə  də  amerikan  filmlərində  məhkəmə  səhnələrini 

görmüşük. Bir şəxs məhkəmə qarşısına çıxır, əlini müqəddəs kitaba basır 

və əsas protaqonistə qarşı ifadə verir. Beləcə də əsas qəhramanın aleyhinə 

hökm  verilir.  Bəli,  qərb  ədalət  sistemi  bunun  üzərində  qurulmuşdur. 

İstənilən şəxs - ən facir və mənəviyyatsız birisi olsa belə - çıxıb sənə qarşı 

şahidlik edib həyatını bərbad edə bilər. İslam qanunvericiliyində isə hədis 

elmində  olduğu  kimi  insanların  örfünə  müxalif  olan  birisinin  sözü  qəbul 




13 

 

olunmur,  günah  işləyən  birisi  haqqında  isə  söhbət  belə  etmirik.  İkisi 



arasında hansının daha ədalətli olduğuna özünüz qərar verin. 

3) Ravinin hifz sahibi olması. Ya bu ravinin güclü hafizəsi olduğunu ya da 

sadəcə  yazdıqlarını  rəvayət  etdiyini  bilməyimiz  lazımdır.  Saleh  bir  şəxs 

olsa  belə  hafizəsində  problem  olan  ravinin  rəvayətləri  etibarlı  hesab 

olunmur. 

4)  Rəvayətin  mətni  şaz  olmasın.  Bunun  mənası  odur  ki,  bəzən  eyni 

rəvayəti  iki  müxtəlif  ravi  iki  müxtəlif  rəvayət  kanallarından  rəvayət edir. 

Rəvayətin  mətni  bir  birinə  çox  yaxındır,  lakin  aralarında  bəzi  fərqliliklər 

var.  Bu  zaman  biz  iki  rəvayət  arasında  cəm  edə  bilmədiyimiz  təqdirdə 

ravilərin halına baxırıq. Görürük ki, ikisi də saleh adam olub və hifzlərində 

problem  yoxdur.  Sadəcə  ikisindən  biri  digərindən  daha  güclü  hifzə 

malikdir.  Bu  zaman  daha  güclü  hifzə  malik  olanın  rəvayəti  üstün  hesab 

olunur. 

5) Rəvayətin mətnində və ya isnadında gizli problemin olmaması. 

Bu şərtlərdən sadəcə birinin olmaması rəvayəti etibarsız edir. 

 

3-cü qayda. Ravilərin kritikası 

Müsəlmanlar  digər  müsəlmanlara  qarşı  daim  yaxşı  zəndə  olmaqla  əmr 

olunublar.  Belə  demək  mümkündürsə  islam  alimləri  bundan  istisnadır. 

Hədis  elmi  ehtiyat  üzərə  qurulub,  buna  bəzi  misallar  verək:  

a) Halı məchul olan ravinin rəvayətləri səhih hesab olunmur. Yəni, əgər biz 

hədisin  sənədində  olan  bir  ravinin  ədalət  sahibi  olub  olmadığını    

bilmiriksə 

zaman 


bu 

rəvayət 


səhih 

hesab 


olunmur.  

b) Əgər biz bir ravinin müəyyən dövrdən sonra hafizəsinin zəiflədiyini  




14 

 

biliriksə, lakin bunun nə zaman baş verdiyini bilmiriksə, o zaman ehtiyat 



edərək  o  ravinin  rəvayət  etdiyi  bütün  rəvayətlər  zəif  hesab  edirik.  

c)  Əgər  ravilərin  halını  araşdıran  alimlər  bir  ravinin  halı  haqda  ixtilaf 

edirlərsə - bəziləri onun ədalətli olduğunu bəziləri isə ədalətli olmadığını 

deyirlərsə  o  zaman  ümumi  qayda  olaraq  bu  ravinin  hədisləri  zəif  hesab 

olunur.  

d)  Rəvayətin  sənədində  qopuqluq  olarsa  -  yəni  iki  ravi  arasında  olan 

ravinin  adı  qeyd  olunmazsa  -  o  zaman  bu  hədis  etibara  alınmır.  

e) Əgər bir ravi hədis ilə dolu bir kitabı digər bir ravidən nəql edərsə və 

içindəki  hədislərdən  sadəcə  birində  şəkk  edərsə  -  o  zaman  xətadan 

qorunmaq üçün bütün hədislər etibardan düşürülər. 

 

4-cü qayda. Ravilərin mərtəbələri 

Hədis  alimlərinin  dəqiqliyi  o  həddə  çatmışdır  ki,  bəzən  eyni  ravinin  bəzi 

hədislərini qəbul edir digərlərini isə qəbul etmirlər. Misal üçün, bir ravinin 

müəyyən şəxsdən rəvayət etdiklərini qəbul edirlər, digər şəxsdən rəvayət 

etdiklərini isə qəbul etmirlər və ya müəyyən bir yaş həddinə qədər rəvayət 

etdiklərini qəbul edirlər ondan sonra rəvayət etdiklərini isə qəbul etmirlər 

və  ya  tək  rəvayət  etdiyini  qəbul  etmir  başqa  ravilərlə  bərabər  rəvayət 

etdiklərini  isə  qəbul  edirlər  və  ya  yazdıqlarından  rəvayət  etdiyini  qəbul 

edirlər hafizəsindən rəvayət etdiklərini isə qəbul etmirlər. 

Buna görə də hədisi qəbul olunan və olunmayan ravilərin mərtəbələri eyni 

deyildir.  Misal  üçün  rəvayəti  qəbul  olunmayan  lakin  halı  ən  yüngül  olan 

ravi haqqında "onun haqqında danışılıb" deyə ifadə edirlər. Bundan daha 

aşağı olan raviyə "hədisləri inkar olunar" deyilir. Bundan sonra "hədisləri 

rədd  olunan"  ravilər,  daha  sonra  "yalanda  ittiham  olunan"  ravilər,  ən 




15 

 

sonda isə "yalançı" və "insanların ən yalançısı" vəsfləri ilə vəsfləndirilənlər 



gəlir. 

Hədisi  qəbul  olunanlar  da  həmçinin  yuxarıdan  aşağıya  belə 

vəsfləndirilirlər:  "insanların  ən  doğru  danışanı",  "doğru  danışan",  "onda 

problem yoxdur", "doğru danışandır", "hədisləri yazılar" 

Bu  bölgünün  faydası  odur  ki,  iki  ravi  bir  birinə  zidd  hədislər  rəvayət 

etdiklərində biz hansının daha çox etibar oluna biləcəyini bilirik. Düşünün, 

sadəcə  yalandan  hədis  uydurmaq  istəyənlərin  bu  təfsilatlara  girməsinin 

mənası nədir? 

 

5-ci qayda. Yalandan rəvayət uyduranın rədd edilməsi. 

 İstər islam dinini, istərsə də Peyğəmbəri ucaltmaq üçün yalandan rəvayət 

uyduranın  bütün  rəvayətləri  alimlərin  ittifaqı  ilə  rədd  olunar.  İslamı 

pisləmək  üçün  yalandan  rəvayət  uyduran  ilə  onu  ucaltmaq  üçün  rəvayət 

edən arasında fərqin qoyulmaması alimlərin bu rəvayətləri qorumaq üçün 

necə ədalətli davrandıqlarına ən bariz dəlillərdəndir. 

 

6-cı qayda. Rəvayətlərin mətninin  kritikası. 

Alimlər sadəcə rəvayət edənlərin halını deyil, rəvayətlərin mətnini də 

kritika ediblər. Misal üçün rəvayətin mətnində problemin olduğuna işarə 

edən bəzi nöqtələr bunlardır:  

a) rəvayətin əqlə və ya qəti məlum olan tarixi hadisəyə tərs olması 

b) Peyğəmbər həyatından qəti bilinənə müxalif olması  

c) Rəvayət çox məşhur bir hadisə haqqında olması ilə bərabər onun sadəcə 



16 

 

bir-iki şəxs tərəfindən rəvayət olunması 



d) Qurana açıq aşkar zidd olması 

 

7-ci qayda. Möcüzələrdən xəbər verən rəvayətlərin yoxlanılması. 

 Peyğəmbərin  möcüzələrindən  xəbər  verən  rəvayətlər  digər  rəvayətlər 

kimi  eyni  dərəcədə  yoxlanılır,  onlar  arasında  da  uydurma  olanlar  rədd 

olunur.  Misal  üçün  məşhur  alim  ibnul  Cövzinin  uydurma  hədislər 

haqqında yazdığı kitabda "Peyğəmbərin fəzilətləri" ünvanı altında bir fəsil 

vardır. 

 

8-ci qayda. "Mənim adımdan qəsdən yalan danışan...” 

 Müsəlmanlar  nəsilbənəsil  bir  hədisi  rəvayət  edirlər.  Bu  hədisdə 

peyğəmbər  deyir:  "Mənim  adımdan  qəsdən  yalan  danışan  özünə 

Cəhənnəmdə  yer  hazırlasın".  Sadəcə  səhabələrdən  bu  hədisi  yetmiş 

nəfərdən çox ravi rəvayət edib. 

İslam alimlərinin qoyduğu şərtlər kifayət deyilmi? Bu şərtlərin üzərinə nə 

əlavə etmək olar?! 

 

Yekun söz. 

Maraqlıdır  ki,  oriyentalist  Reinhart  Dozy  bəzi  səhih  hesab  olunmuş 

hədislərin ləfzlərindəki ixtilafları hədislərin uydurulmamasına dəlil olaraq 

görüb.  Çünki  "dinlərinə  yardım  etmək  üçün  yalan  danışanlar  cədəl  üçün 

qapı  açmazdılar"  (Essai  sur  l'Histoire  de  l'İslamisme).  Misal  üçün  eyni 

hədisin  bir  rəvayətində  imanın  yetmiş  digərində  isə  altmış  şöbə  olduğu 

qeyd  edilir.  Belə  ixtilafların  əsas  səbəblərindən  bəzi  ravilərin  rəvayət 



17 

 

etdiklərinin bəzi hissələrindən əmin olmamasıdır. Və adətən ravilər şəkk 



etdikləri  ləfzi  qeyd  edirlər,  beləliklə  hədisin  əsli  sabit  olur  sadəcə  bəzi 

ləfzlərində tərəddüd ola bilir. Bunlar da digər hədislər ilə aradan qaldırılır. 

Gördüyünüz  kimi  Dozy  bu  cür  ixtilafları  dəlil  gətirir  ki,  hədis  elmi 

uydurulmayıb. Rəvayət uyduran insanlar belə bir şey etməzdilər. 

Burada  yenə  də  xatırlatmaq  istəyirik  ki,  qeyd  etdiyimiz  peyğəmbərlik 

arqumenti hansısa müəyyən hədisin səhihliyində və ya zəifliyində, yəni bu 

qaydaların  müəyyən  tətbiqində  deyildir.  Arqument  peyğəmbərin 

həyatının qorunması üçün bu cür dəqiq elmi qaydaların mövcud olmasıdır. 

Çünki əql bizə işarə edir ki, əgər bir peyğəmbər özündən sonra peyğəmbər 

olmamaq surəti ilə bütün bəşəriyyətə elçi olaraq göndərilirsə o zaman bu 

insanın  həyatı  ən  kamil  sürətdə  hifz  olunmalı  idi.  İslam  Peyğəmbərinin 

həyatı  kimi  heç  bir  tarixi  şəxsiyyətin  həyatı  nə  öyrənilməyib,  nə  də 

qorunmayıb.  Təsəvvür  edin  ki,  bəzi  hədislərdə  peyğəmbərin  saqqalında 

olan ağ tüklərin sayı qeyd olunur. Əgər bir kimsənin həyatı bu cür qayğıya 

layiqdirsə şübhəsiz ki, buna ən layiq olan bir peyğəmbərin həyatıdır. Digər 

cəhətdən  baxdığımızda  isə,  əgər  biz  bu  elmi  mənhəci  göz  ardına  alaraq 

onun həyatının qorunmasına şübhə ilə yanaşırıqsa, o zaman əmin olun ki, 

heç  bir  tarixi  şəxsiyyətin  həyatı  haqqındakı  tarixi  məlumatlara 

inanmamalıyıq. 

Tasitin  "Analları"  Oktavian  Avqustdan  sonra,  yəni  təqribən  miladi  18-ci 

ildən  68-ci  ilə  qədər  hökmdarlıq  edən  Roma  imperatorlarının  həyatı 

haqqında  bəhs  edir.  Tasit  özü  ehtimal  olunana  görə  miladi  55-ci  ildə 

anadan  olub.  Deməli  kitabının  ən  azı  böyük  hissəsini  rəvayətlərə  əsasən 

yazır, özü bu hadisələrin şahidi olmur. Şahidi olmadığı hadisələri kimdən 

öyrəndiyini qeyd etməsə belə onun Analları bu dövrün öyrənilməsi üçün 



18 

 

əsas qaynaqlardan hesab olunur. Hədis elmi kriteriyalarına görə bu kitab 



səhih mənbə qəbul edilə bilməz (Tasitin özünün etibar oluna biləcək biri 

olub olmaması məsələsini də unutmayın). Müəllif hadisələrə yaxın dövrdə 

yaşayıb?  "Analların"  ən  qədim  əlyazısı  miladi  9-cu  əsrdə  Almaniya 

ərazisində yazılan nüsxədir. Arada 8 əsr naməlum bir kitab isnadı vardır. 

Üstəlik  bu  nüsxənin  yazarı  haqqında  da  heç  bir  məlumat  yoxdur.  Bütün 

bunlar "Analları" tarixi qaynaq kimi ələ almağa manedirmir? 

O  zaman  hədis  elminə  olan  bu  qərəz  təəssübdən  başqa  bir  şey  deyildir. 

Xatırlayırsızsa,  daha  öncə  biz  qeyd  etmişdik  ki,  hədislərin  sonrakı 

dövrlərdə  kitab  halına  salınmasında  ilahi  bir  hikmət  vardır. 

Oriyentalistlərin klassik etirazı odur ki, nəyə görə Peyğəmbərin həyatı və 

hədisləri  öz  dövründə  qələmə  alınmamış  və  kitab  halına  salınmamışdır. 

Bunun  bir  çox  səbəbi  vardır.  Lakin  sizi  inandırmaq  istəyirik  ki,  əgər 

kitablar o dövrdə yazılsa idi o zaman oriyentalistlər bu dəfə deyəcəkdirlər 

ki,  Peyğəmbərin  peyğəmbər  olmasını  isbat  etmək  üçün  bir  qrup  səhabə 

Mədinədə  toplanmış  və  yalandan  hədis  uydurmuşdur.  O  zaman 

səhabələrin  böyük əksəriyyəti  Mədinədə  yaşamış  və  belə bir  işə  bərabər 

qatılmalarında mümkünsüz bir şey yoxdur deyiləcəkdi. Üstəlik kitablarda 

qeyd olunan hədislərin sənədlərində sadəcə bir ravi - müəyyən bir səhabə 

qeyd  olunacaqdı.  Bir  ravidən  ibarət  sənədləri  uydurmaqda  isə  heç  bir 

çətinlik  yoxdur.  Lakin  hədislər  ikinci  və  üçüncü  əsrdə  toplananda  artıq 

məsələ bu qədər bəsit olmur. Ravilərin sayı bir neçə yüz səhabə ilə bitmir. 

Ravilərin  həyatları  öyrənilən  xüsusi  "ricəl"  kitablarında  ravilərin  sayı 

onminlərlədir,  bəzi  kitablarda  otuz  min  insanın  halı  qeyd  olunur.  Bu 

ravilər və bu ravilər haqda yazan hədis alimləri sadəcə bir şəhərdə deyil, 

şərqdə  Çindən  başlayan  qərbdə  isə  İspaniyada  bitən  nəhəng  bir 



19 

 

imperiyanın  ərazisində  yaşayıblar.  Bir  hədis  alimi  Əndəlüsdə  yaşayır  və 



bir  hədisi  müəyən  bir  isnad  ilə  rəvayət  edir,  digər  alim  isə  ömründə 

Mədinəni  tərk  etmir  lakin  tamamilə  başqa  isnad  ilə  eyni  ləfzli  hədis 

rəvayət edir. İndi bu cür hədislərin sayının minlərcə olduğunu düşünün və 

bu  hədislərin  bir  qrup  adam  tərəfindən  qəsdli  şəkildə  uydurulmasının 

mümkün  olduğuna  qərar  verin.  Bunları  uyduranlar  kimlər  idi?  Hansı 

dövrdə harada bir araya gəlmişlər? Az bir sayda adamın olduğunu nəzərə 

alsaq  o  zaman  bu  insanlar  necə  bu  cür  coğrafiyaya  bu  qədər  uydurma 

hədis  yaya  bilmişlər?  Və  ya  bütün  hədis  alimləri  uydurma  üzərində 

toplanıblar? Bu mümkün deyildir. 

Birincisi,  hətta  əsas  hədis  kitablarını  yazan  bir  çox  alim  heç  bir  zaman 

qarşılaşmayıb.  Ya  müxtəlif  dövrlərdə,  ya  da  müxtəlif  yerlərdə  yaşayıblar. 

İkincisi  isə,  uydurulma  olsaydı  bütün  bu  insanlar  əslində  İslam  dininə 

inanan  deyil,  münafiqlər  olardılar.  Və  ya  az  sayda  insan  tərəfindən 

uydurulan  hədislərin  əslində  uydurulma  olduğunu  bu  elm  ilə  12  əsrdir 

məşğul olan yüz minlərcə digər alim anlamamışdırmı? Və ya anlayıb bunu 

qəsdən gizlədirlərmi? Təsəvvür edin ki, bir şəxs sizə yer kürəsinin əslində 

düz  olduğunu  dövlətindən  və  yerindən  asılı  olmayaraq,  bunun  belə 

olmadığını bilən hər kəsin bizə yalan deməsini iddia edir. Bu qədər insan 

yalan üzərində birləşə bilərmi? 12 əsr ərzində hədis elmi ilə iştiğal edən 

alimlərin sayı milyonlara çatmırsa belə ən azı yüz minləri keçmişdir. Yüz 

minlərcə adamın və ya hədislərin yalan olduğunu iddia edən bir neçə yüz 

oriyentalistin yalan üzərində toplanması daha möhtəməl deyilmi? (Nəzərə 

alın ki, hədis elminin tamamən yalan olduğunu əsasən əvvəlki dövrlərdəki 

təəssübkeş  xristian  oriyentaistləri  deyiblər.  Müasir  dövrdə  bu  cür  rəyə 

sahib olmaq artıq cahillik hesab olunur). 



20 

 

Bunu  da  qəbul  etməyənlərə  son  sözümüz  isə  belə  olacaqdır.  Quran  özü 



kimi ikinci bir kitabın yazıla billinməyəcəyini iddia edir. Quran ortadadır, 

bu  iddianı  qəbul  etmək  istəyən  özünü  sınaya  bilər.  Hədis  elmi  də 

yüzminlərcə  hədisləri,  isnadları  və  raviləri  ilə  ortadadır.  Kim  bu  elmin 

yalan olduğunu isbat etmək istəyirsə hədis elmini öyrənsin və elmi şəkildə 

ona rədd versin. Və ya bu qədər rəvayətin yalan olduğunu iddia edirsə o 

zaman onun kimi bir yalanı uydursun və belə bir şeyin uydurula biləcəyini 

isbat  etsin.  İstənilən  tarixi  şəxsiyyəti  götürsün  və  onun  haqda  belə  bir 

yalan  uydursun.  Bu  günə  qədər  heç  bir  oriyentalist  bunu  isbat  edə 

bilməmişdir. Oriyentalistlər sadəcə mətnləri inkar etməklə məşğul olublar. 

Misal üçün Peyğəmbərin meraca getməsini oxuyublar və mümkünsüzdür 

deyə inkar ediblər. Eyni zamanda bunlardan bəziləri İsa peyğəmbərin ilah 

olduğuna  inanır.  Dövrümüzdəki  ateist  inkarçılar  isə  multikainat  kimi 

istənilən  absurdun  mümkün  ola  biləcəyi  bir  dünyaya  inanır.  Lakin  hədis 

elmini  elmi  müstəvidə  ələ  alan  oriyentalist  görməmişik.  Əksinə,  elmi 

şəkildə  yanaşanlarından  bir  çox  müasir  oriyentalist  bu  elmin  tamamının 

yalan  olmasını  şiddətli  olaraq  inkar  edirlər.  Bunlardan  bir  çoxunun 

adlarını artıq qeyd etmişik. 

Hədis elminin uydurulmasının mümkünsüzlüyünü isbat edən bir çox amil 

vardır.  Bunlardan  biri  də  hədisləri  rəvayət  edən  on  minlərcə  ravi.  Yüz 

minlərə  qədər  çatan  hədis  uydurmaq  və  bu  hədislərə  yalandan  on 

minlərcə  ravinin  adını  qeyd  etmək  nə  qədər  çətin  olacağını  təsəvvür 

edirsiz? Sonra hər bir raviyə yalandan bir hal uydurmaq (bəzilərini doğru 

danışan,  bəzilərini  isə  yalançı  və  bu  ikisinin  arasında  kateqoriyalara 

bölmək)  və  hədisləri  də  bu  ravilərin  halına  uyğunlaşdırmağın  nə  qədər 

çətin olacağını düşünün? Üstəlik bu ravilər sadəcə filankəs ibn filankəslər 



21 

 

deyildir.  Bunlar  real  tarixi  şəxsiyyətlərdir.  Hədis  elmi  uydurulmuşdur 



adındakı  bu  böyük  konspirasiyaya  hədisçilərlə  bərabər  digər 

müsəlmanları  da  qatmaq  zorunda  qalacağıq.  Bu  ravilərin  müxtəlif 

zamanlarda  və  müxtəlif  coğrafiyalarda  yaşadıqlarını  da  nəzərə  alın. 

Alimlərin  hədis  elmində  təfsilatlara  girməsi  isə  uydurulmamasının  başqa 

bir dəlilidir. Bizim qeyd etdiklərimiz sadəcə aysberqin görünən hissəsidir. 

Hədis  elminin  əslində  nə  qədər  dərin  olduğunu  sadəcə  onu  müstəqil 

şəkildə öyrənənlər anlaya bilər. Əgər bu, bir uydurma olsa idi o zaman hər 

dəfə təfsilatlara girmək sadəcə yalanın üstü açılması ehtimalını çoxaldardı. 

Az  şahidi  olan  bəsit  yalanın  üstünün  açılması  daha  az  ehtimallıdır.  Bunu 

uyduranlar  bunu  anlamayacaq  qədər  ağılsız  idilər?  O  zaman  bu  ağılsız 

insanlar  tarixdə  misli  olmayan  bir  yalanı  necə  uydurmağa  müvəffəq 

olublar?!  Alimlərin  müəyyən  hədislər  haqqında  səhih  və  ya  zəif  olması 

barəsində ixtilafı da uydurulmamasına ən bariz dəlillərdəndir. 

 Dediyimiz kimi, uydurmaq istəyənlər bəsit bir yalan uyduraraq istədikləri 

qədər səhih hədis uydurar və insanlara buna inanın deyərdi. Bu mərhələni 

keçdiklərini təqdir etsək o zaman bu səhih hədislərlə yanaşı bir qədər də 

yalan  hədis  uydurardılar  və  bunlara  inanmayın  deyərdilər.  Lakin  eyni 

hədis  haqqında  bəzilərinin  bu  səhihdir  digərlərinin  isə  bu  səhih  deyil 

deməsinin mənası nədir? Üstəlik hədis elmində mütavatir hədislər deyilən 

bir şey vardır. Onlar elə hədislərdir ki, onu Peyğəmbərdən yalan üzərində 

birləşmələri mümkün olmayan sayda ravi rəvayət edir. Bundan sonra hər 

bir  ravidən  də  bu  hədisi  yalan  üzərində  birləşmələri  mümkün  olmayan 

qədər  ravi  rəvayət  edir.  Və  beləcə  hər  bir  təbəqədə  bu  qədər  ravinin 

olması  şərtdir.  Belə  hədislər  qəti  olaraq  Peyğəmbərin  dedikləridir.  Misal 

üçün Quran mütavatir olaraq rəvayət olunub. Ona görə də bu gün dünyada 



22 

 

iki  müsəlmanın  Quran  üzərində  ixtilaf  etməsi  mümkün  deyildir.  Mövcud 



olan  bütün  Quran  nüsxələri  məhv  olunsa  o  zaman  nəinki  alimlər 

müsəlmanların həddi buluğa çatmamış uşaqları belə Quranı kamil şəkildə 

toplaya bilərlər. Bu zaman belə sual yaranır: yalan danışmaq istəyən hədis 

alimləri  nəyə  görə  bütün  səhih  kimi  göstərmək  istədikləri  hədislərin 

mütəvatir olduğunu deməyiblər? Ümid edirik ki, hədis elminin tamamının 

uydurma ola bilməyəcəyini aydın şəkildə izah etməyə müvəffəq olduq.  



 

 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə