Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə11/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   7   8   9   10   11   12   13   14   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



31 

ikinci beytdəki “çalgilən” sözü “çal o”   ifadəsi ilə əvəz edilmişdir 

və  bu  göstərilənlər  şeirin  həcmini  iki  misra  azaldıb  36-dan  34-ə 

salsa  da,  məzmun  və  mahiyyətinə  xələl  gətirməmişdir.  İkinci 

şeirdə  isə  vəziyyət  bir  qədər  başqa  cürdür.  Qəzet  variantında 

“Qələm  nə  söyləyir?”  şeiri  yetmiş,  kitab  variantlarında  isə  qırx 

dörd beytdən ibarətdir. Söz və ifadələrin,  demək olar ki, qorunub 

saxlandığı  kitab  variantı  ilə  qəzet  variantı  arasındakı  əsas  fərq 

şeirin  həcmindədir  ki,  bu  fərqlərin  şairin  özümü,  yaxud  naşirlər 

tərəfindən edilməsi bizim üçün qaranlıqdır. M. Hadinin əsərlərinin 

gələcək  nəşrləri  üçün  gərəkli  olacağını  nəzərə  alaraq  mətnini 

vermək  imkan  xaricində  olduğundan  hansı  beytlərin  ixtisar 

olunduğunu  göstərməklə  kifayətlənirik.  Kitab  variantlarında 

aşağıdakı beytlər yoxdur: 3, 5, 6, 7, 8, 16, 17, 18, 31, 32, 34, 36, 

37, 38, 39, 51, 52, 53, 54, 56, 57, 58, 59, 60, 61, 62, 63, 70. Qəzet 

variantında şeir: 

 

  Behəqqi-seyyidül-kövneyni-ilahi, 



  Bizə göstərgilən rahi-fəlahi (120,  N 84) ,-  

beyti  ilə  tamamlanırsa,  kitab  variantında  qəzetdə  olmayan 

aşağıdakı iki beytlə tamamlanır: 

  Əmanət namı vermiĢ əqlə mövla, 



  Buna bürhandır “Ġnna qərəzna..”. 

  Əgər insan isən etmə xəyanət, 

  Gözəl saxla, əmanətdir, əmanət(377, 143).  

 “Çağır  islamı  şəhrahi-vifaqə,  İnani-milləti  çək  imtahana” 

( Müsəlmanları həqiqətin əsas yoluna çağır, milləti idarə edənləri, 

millət  başçılarını  imtahana  çək  –  İ.  Q.)  misraları  ilə  bitən  birinci 

şeirdə  qələmi  “riyazi-kainatın  əndəlibi”  adlandıran  M.  Hadiyə 

görə  qələmin  əsas  vəzifəsi  millətə,  insanlığa  xidmətdən  ibarət 

olmalıdır. Cahanı “darülfünun”, qələmi “müəllim” adlandıran şair 

yazır: 

  Qələm, ey bülbüli-baği-məani, 



  Əzəl əsrarının sən tərcümanı. 

  ..Deyildir vəqti-heyrət, nəğməsaz ol, 

  Təninəndazi-guĢi-əhli-raz ol. 


İslam  Qəribli 

 

 



32 

  Sükutu tərk edib eylə təranə, 

  Ola nəğmən maarifpərvəranə. 

  Dayanma, çalgilən canbəxĢi-suru, 

 

Həyata dəvət et əhli-qüburu. 

  Gələndə surun əlhan ilə zarə, 

  Gəlir bir tazə can əhli-məzarə(120,  N 84).  

  Qələmə 

“baisi-ümrani-aləm”  (mədəniyyət  aləminin 

səbəbkarı) deyə müraciət edən şairin fikrincə, qələm bütün sirlərin 

tərcümanıdır.  Bu  tərcümanlıq  məqamında  isə  qələmin  başlıca 

vəzifəsi  həqiqətləri  xalqa  çatdırmaq,    millətə  xidmət  missiyasını 

həyata keçirmək və İsrafilin suru tək cəmiyyəti qəflət yuxusundan 

oyatmaqdan ibarətdir.  

“Qələm nə  söyləyir?” şeiri bir növ  əvvəlinci şeirin davamı 

təsirini  bağışlayır.  Birinci  əsərdə  qələm  məna  bağının  bülbülü 

adlandırılırsa,  ikincisində  qələm  şəxsləndirilərək  onun  dilindən 

şikayət dolu bir hekayət nağıl olunur. İlk beyti böyük sufi şeyxi və 

mütəfəkkiri  Cəlaləddin  Ruminin  “BeĢno  əzney  ke  hekayət 

mikonəd,  Vəz  codaiha  Ģikayət  mikonəd”  misralarının  sərbəst 

tərcüməsi təsirini bağışlayan (“Eşit, millət, qələmdən bir hekayət, 

Cidalıqdan qılır çox-çox şikayət”) şeirdə qələmin dili ilə iftira və 

nifaqa  lənət  oxunur.  Bir  qədər  sonra  qələmin  dili  ilə  bəşər 

övladına  cəhalətdən  çıxmağın  yolları  göstərilir. Şair qələmin dili 

ilə oxuculara müraciət edərək deyir: 

 

Gəlin tövhidə, ey millət, amandır, 

   Nifaq isə böyük bir xəsmi-candır. 

  ..Edib qeyrət açaq ali məkatib, 

  Edək bu yolda ehrazi-məratib. 

  ..Mükəmməl məktəbə hər kəssə malik, 

  Səadət rahinə  olmuĢ o salik. 

  Bu iĢ vabəstədir həp ittihadə,  

  Deyil vabəstə əğrazi-inadə(120,  N 84).   

   Hələ  bunlar  deyilənlərin  hamısını  əhatə  etmir.  İslam 

məmləkətlərindəki  gerilik,  maarifsizlik  azmış  kimi,  təriqətlər  də 

cəmiyyətin  inkişafında  əngələ  çevrilib.  Maarif  və  mədəniyyət 

olmadan  tərəqqi  və  təkamülün  mümkünsüz  olduğunu  iddia  edən 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



33 

qələm  daha  nələr  söyləyir?  Qələm  söyləyir  ki,  yekdil  olub  bir 

araya  gəlmədən,  ittifaq  bağlayıb  birləşmədən  əmin-amanlıq, 

xoşbəxt yaşayış mümkün deyil. Çünki: 

  Nə sünni-Ģiə var Quranımızda, 

  Üxüvvət ləfzi var fürqanımızda(120,  N 84). 

Qələm  bir  də  onu  söyləyir  ki,  “hər  söz  təslimi-vicdan 

olmalı”,  kimsə  xəyanət  yolunu  tutmamalıdır.  Şair  oxucusuna 

dönə-dönə xatırlamağı lazım bilir ki,  Allah yaratdıqlarının  əşrəfi 

olan insana ağıl və dərrakə vermişdir və əgər ağıl sahibi olan insan 

əməllərinə  cavabdehlik  daşımayıb  əmanətə  xəyanət  edərsə,  o, 

insanlıqdan kənardır.  Ədəbi aləmdə ilk və uğurlu addımlarını atsa 

da, kamil və püxtələşmiş sənətkar kimi görünən M. Hadi qələmin 

dili ilə fikrini belə tamamlayır: 

    Kənara daĢlayaq rahi-səqimi,   



  Qılaq dərpiĢ rahi-müstəqimi. 

  Behəqqi-seyyüdül-kövneyn, Ġlahi, 

  Bizə göstərgilən rahi-fəlahı(120,  N 84).   

 

“Rahi-səqimi”(burada  insanları  doğru  yola  dəvət 



etməyənləri – İ. Q.) aramızdan qovaq və “rahi-müstəqimi” (doğru 

yolu)  tapaq,  həmin  yolun  yolçusu  olaq”,  -  deyən  M.  Hadinin  

“Həyat”ın səhifələrində çap olunmuş daha iki şeiri vardır. “Elmi-

əbdanə həqiqi bir nəzər” silsilə məqaləsinin tərkibində verilmış bu 

şeirlərdən birini şair sonralar “İnsan nə ilə mükərrəm olur?”(133, 

N  191),  ikincisini  isə  “Biz  nə  haldayıq?”(133,  N  193) 

adlandırmışdir. Birincisi on iki beytlik qəsidə, ikincisi isə doqquz  

beytlik  məsnəvi  formasında  olan  bu  şeirlər,  demək  olar  ki, 

dəyişiklik edilmədən həm “Firdövsi-ilhamat”a(377, 57-58, 56-57),  

həm  də  sonrakı  kitablara  salınmışdır(379,  8,  9).  Hər  iki  şeirə 

əvvəlki əsərlərdəki ruh hakimdir.  Maarif və mədəniyyətin təbliği 

məqsədi  ilə  yazılmış  bu  əsərlərdə  əvvəlki  şeirlərdə  nisbətən  zəif, 

hələ yetişməkdə olan ideyalar artıq qabarıq şəkildə görünməkdədir 

ki, bunlardan ikisi M. Hadinin bütün gələcək, sonrakı yaradıcılığı 

üçün  səciyyəvidir:  insan,  onun  cəmiyyətdəki  mövqeyinə 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə