Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə12/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   8   9   10   11   12   13   14   15   ...   147

İslam  Qəribli 

 

 



34 

mütəfəkkiranə  bir  nəzər  və  həyat  həqiqətlərinə  romantik-

tənqibi baxıĢ. 

“..Romantik şeirində inqilabi çağırış səsi öz müasirlərindən 

daha  güclü  olan”(9,    25)  M.  Hadi  yaradıcılığı  ilə  tanış  olanlar 

yaxşı bilirlər ki, bu zəngin ədəbi-elmi irsin əsas ideya istiqamətini 

əksliklərin  mübarizəsi,  şərin  ifşası  və  xeyirin,  yaxşının  yaman 

üzərindəki qələbəsi arzusu təşkil edir. “ Əsərlərində insan və onun 

ictimai  aləmdəki  mövqeyində,  mərifət  dünyasında  tutduğu  yerin 

bədii  rəsmini  çəkməyə  çalışan”(20,  150),  bəşər  övladının 

xarakterində  və  şəxsiyyətində    ikilik  görən,  bu  ikiliyi  onun 

yetişdiyi  mühit  və  aldığı  tərbiyəsi  ilə  bağlayan  şairin  yuxarıda 

adını çəkdiyimiz ilk şeirinə “İnsan nə ilə mükərrəm olur?” adını 

verməsi  təsadüfi  deyil.  “İnsan  nə  ilə  hörmətli,  möhtərəm,  nə  ilə 

aciz  və  etibarsız  olur?”  -  sualına  şairin  cavabı  onun  romantik 

xarakterindən və maarifçi təbiətindən irəli gəlirdi. 

Geniş  bədii  ümumiləşdirməyə  malik  dərin  düşüncələrin 

məhsulu  olan  bu  əsərin  ilk  beytindəcə  şairin  məramı  açıqlanır. 

Şair elan edir ki, insan: 

 

Olursa mərifətpərvər məlaikdən mükərrəmdir, 

 

YaĢarsa aləmi-vəhĢətdə heyvandan da kəmtərdir(133,  N 191). 

“Yaşadığı  dövrün  siyasi,  ictimai  hadisələrinə  aktiv 

münasibət  bəsləyən  bir  sənətkar  olan  M.  Hadi”(45,  418)  coşqun 

bir  ruhla,  tam  əminliklə  izhar  edir  ki,  insanın  “mükərrəm” 

(hörmətli, möhtərəm, etibarlı) və ya “kəmtər” (aciz, zəif, etibarsız) 

olması  onun  özündən  çox  tərbiyəsi,  mühiti  və  ona  rəhbərlik 

edənlərdən  asılıdır. “Otuz il elmi-ədyanə  (din  elmlərinə) həyatını 

həsr edən “alim”, Həyat ərbabına düşmən olub mövtaya (ölülərə) 

rəhbərdir”sə , “oxu, bil, öyrən” demək əvəzinə fəqihlərin “dilində 

nəzrü  fitrə  virdü  əzbərdir”sə,  başqaları  “fünuni-sənət”  kəsb 

etməkdə ikən  “Bizim  əllamə sehr  aləmində  Harutə  bərabərdir”sə 

hansı tərəqqi və təkamüldən danışmaq olar? 

Dünyanın  qabaqçıl  xalqları  ilə  müqayisədə  “öz  xalqının 

avamlıqda,  cəhalətdə  qaldığını  dərin  vətəndaşlıq  kədəri  ilə 

söyləyən”(409,  234) şair ürəyi odlana-odlana qeyd edir ki, başqa 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



35 

millətlər  sənətin  və  dünyəvi  elmlərin  səmərəsi  ilə  aləmləri  abad 

etdikləri  halda,  bizimkilər  “elmi-əsəfbəxşa”  (qüssə,  qəm,  kədər 

gətirən  elmlər)  ilə  millətin  halını  qurumuş  bibər  ağacına 

döndəriblər.  Bəs  nə  etməli,  çıxış  yolunu  nədə  axtarmalı?  Çıxış 

yolu kimi gənc M. Hadi aşağıdakıları məsləhət görür: 

 

Ayıl, biçarə millət, iqtisabi-elmü sənət qıl, 

 

Sənaye əhli ülviyyati-alülalə məzhərdir. 

 

..“Və kərrəmna bəni-Adəm..” niĢanın hifz üçün, Hadi, 

 

Maarif kəsbi qılmaq bizlərə əmri-Peyğəmbərdir(133, N 191).  

Bəşər  övladına  kərəm  sahibi  olması  üçün  maarif  və 

mədəniyyət  kəsb  etməyi,  oxuyub  elm  öyrənməyi  Peyğəmbər(s) 

əmri kimi xatırladan şair, ikinci, yəni “Biz nə haldayıq?” şeirində 

elmsizlik ucbatından millətin ağır durumda olduğunu bəyan edir. 

Şair təəssüf və kədər, bir qədər də qibtə ilə qeyd edir ki: 

 

Tutub sənətlə dünyanı əcanib, 

  Fəqət biz qalmıĢıq məhrum, xaib(133, N 193). 

 Bəs buna səbəb nədir? Səbəb odur ki: 

 

Əfəndim söyləyir minbərdə hər an: 

  -Bizə lazım deyildir elmi-əbdan. 

  Deyir:  - Üqba gərək, dünya fənadır, 

  Cahan islamə zindani-bəladır(133,  N 193). 

Bu  və  bu  kimi  başqa  misralarda  din  pərdəsi  altında 

müqəddəs dinimizin qayda və göstərişlərini pozmağa belə cəsarət 

edən  fırıldaqçı  “üləmaların”,  molla  və  əfəndilərin  iç  üzünü  açan 

şair: 

 

Siz etdiz dünyanı bizlərə zindan, 



  Yıxılsın xanəniz, ey kəmĢüuran! 

  Sənaye rahını kəsdiz həmiĢə, 

  Dediz lazım deyil islamə piĢə (133,  N 193) ,- 

deyə onları kəskin şəkildə ittiham etməkdən də çəkinmir. Şair son 

olaraq bildirir ki, dünyəvi elmlərdən, sənayedən xəbərdar olmayan 

və bunlardan  yetərincə  bəhrələnməyən insan meyvəsiz, barsız bir 

ağacdır. Bu isə o deməkdir ki: 

Ağac bom-boĢ olursa kəmbəhadır, 

Kəsib yandırmağa əlhəqq səzadır(133,  N 193).   



İslam  Qəribli 

 

 



36 

M.  Hadinin  qəzetdə  çap  etdirdiyi  şeirlərdən  biri  də 

“Gülbangi-ittihad”dır(129, N 154). Müəllifin “Məktəbi-darül-ədəb 

ətfalına tövziyi-mükafat” adlı məqaləsinin axırına  əlavə olunmuş 

bu  iyirmi  səkkiz  beytdən  ibarət  olan  məsnəvi  formalı  şeir  də  M. 

Hadinin  kitablarına  düşməmişdir.  Həştərxandan  göndərdiyi 

məqalədə  oradakı  “Şurayi-islam”ın  təsis  etdiyi  “Darül-ədəb” 

ibtidai  məktəbinin  ilk  buraxılışı  ilə  bağlı  təşkil  olunmuş  məclis 

barədə ətraflı məlumat verən M. Hadi məqalənin sonunda  bildirir: 

“Konsul həzrətlərinin nitqini mütəaqib (ardınca, sonra) fəqir inşad 

etdiyim  atidəki  mənzumeyi-rəkikanəmi  (  qüsurlu,  nöqsanlı 

mənzuməmi) irad elədim.... İştə şeiri-acizanəm”(129,  N 154).  

“Gülşəni-islama  saçmaqlıq  gərək  toxmi-vifaq,  Ta  ki  bitsin 

könlümüzdə  sünbülati-ittifaq”  beyti  ilə  başlanan  bu  şeir  də 

ənənəvi  maarif,  mədəniyyət  və  ittihad,  birlik  mövzusundadır. 

“Allah  ittihad  əhlin  sevər,  ittihad,  ittifaq  edin”,-  deyə  din 

qardaşlarına müraciət edən şair bildirir: 

 

Ayrılıq, qardaĢlar, qəhrə düçar eylər bizi, 



  Hər iki dünyada bədbəxt, xar eylər bizi. 

  Ġttihad ilə olur aləmdə ümmət bəxtiyar, 

  Ġxtilaf ilə olur övladi-millət tarmar. 

  Ġttihad ilə yaĢar pək rahət övladi-vətən, 

  Ġxtilaf ilə dönər viranəyə baği-vətən(129,  N 154). 

  

Şairin    fikrincə,  şəxsi  istəklər  milli  mənafeyə  qurban 



verilməyincə,  insan  daxilindəki  nəfsə  qalib  gəlməyincə  milli 

dirçəliş  və  intibahdan  danışmaq  boş,  nəticəsi  olmayan  söz-

söhbətdir.  “Bir  nişan  almaqlıq  üçün  satmayın  bu  milləti”,-  deyə 

qəzəbli  şəkildə  oxuculara  müraciət  şair  millət  qayğısı 

çəkməyənləri  qeyrətsizlikdə ittiham edərək onları elm, maarif və 

məktəbin səmərəsi ilə inkişaf etməkdə olan millətlərdən ibrət dərsi 

almağa  çağırır.  “Başqa  millətlər  kimi  biz  də  qılaq  islahi-hal”,- 

deyən müəllif  daha sonra təəssüf və ürək ağrısı ilə yazır: 

  Nə mükəmməl mədrəsə var bizdə, nə darül-fünun

  Tərbiyətlilər yanında olmuĢuq cahilnümun. 

  ..Gör nə bədbəxtiz keçirtdik cəhllə əyyamımız, 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə