Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə13/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   9   10   11   12   13   14   15   16   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



37 

  Ah, kim islamlıqdan qalmıĢ ancaq namımız. 

  “Mən müsəlmanəm”,-deyə hər bir kiĢi vurmaqda laf, 

 

Heyf kim, yox bizdə ixvaniyyət ilə etilaf. 

  Halbuki Quran demiĢ ixvandır,  islamiyan, 

  Biz də yekdigərimizə lazımdır olmaq mehriban(129,  N 154).  

 “Milli  istiqlala  çağıran  poetik  əsərləri  onun  bir  şair  kimi 

yetişməsinə  istiqamət  verən  M.  Hadinin”(  8,  14)  “Həyat” 

qəzetində  çap  etdirdiyi  orijinal  şeirlərini  nəzərdən  keçirərkən  bir 

daha  bu  qənatə  gəldik  ki,  böyük  ideyalarla  sənət  və  ədəbiyyat 

aləminə gələn, “azad insan şəxsiyyətini, onun əzəmətini, xeyirxah 

amallar uğrunda mübarizəsini simvollar ilə ümumiləşdirən”(9, 80) 

M.  Hadi  yaradıcılığının  ilk  illərində  bütün  təkamül  və  tərəqqini 

məktəb,  maarif  və  elmlə  bağlayır,  dini  elmlərdən  daha  çox 

dünyəvi  elmlərin  öyrənilməsinə  üstünlük  verir,  Qurana  elm 

mənbəyi,  İslam  dininə  bəşəriyyəti  doğru  yola  istiqamətləndirən 

müqəddəs  bir  din  kimi  baxdığından  və  bu  dinin  əsaslarını 

mükəmməl şəkildə bildiyindən fikir və mülahizələrini  də, əsasən, 

Qurana istinad etməklə şərh edirdi. Qeyd edək ki, bu cəhət təkcə 

M.  Hadi  yaradıcılığı  üçün  deyil,  ümumən  XX  əsr  Azərbaycan 

ziyalılarının  əksəriyyəti,  xüsusilə  maarifçi  və  romantiklər  üçün 

müştərək cəhət idi. 

 

I.3.  PUBLĠSĠSTĠKASINDA  MÜXTƏLĠF  MƏSƏLƏLƏRƏ 



MÜTƏFFƏKĠRANƏ MÜNASĠBƏT 

 

Ədəbiyyat və sənət aləminə gəldiyi ilk çağlarda Məhəmməd 

Hadi  “Həyat”  qəzetində  ən  çox  publisistik  yazılar  və  elmi 

məqalələrlə  çıxış  etmişdir.  “Məqalələrində  şəxsiyyət  və  mətbuat 

azadlığı, dil, elm və maarif, islam dini, ədəbiyyatın vəzifələri kimi 

müxtəlif  sahələrdən  bəhs  edən”  (401,  24)  M.  Hadinin  şeir  və 

tərcümələrində  olduğu  kimi,  publisistikasında  da  dil  ərəb  və  fars 

tərkibləri  ilə  zəngindir  və  elə,  bəlkə,  bu  səbəbdəndir  ki,  onun 

publisistik irsinin çapı məsələsi hələ də həllini tapmamışdır.  



İslam  Qəribli 

 

 



38 

Qeyd etdiyimiz kimi, M. Hadinin mətbuatda dərc olunan ilk 

yazısı  “Bəyani-həqiqət”  məqaləsidir.    Bu  əsəri  müəllif  “Həyat” 

qəzetində  dərc    olunmuş  bir  yazının  təsiri  ilə    yazmışdır. 

Məqalənin ilk cümləsində oxuyuruq: “Möhtərəm “Həyat”ın 20-ci 

nömrəsində  məftuni-kəmalı  olduğumuz  Ziyaəddin  əl-Kəmali 

həzrətlərinin 

“Əsbabi-tədənnimizin 

başlıcası 

Quranı 


bilməməyimizdir” sərlövhəsi ilə zivərbəxşi-səhifeyi-“Həyat” olan 

bir  bəndi-dilpəsəndlərini  fövqəladə  məhzuziyyətlə  oxuduq”(96,   

N 35). M. Hadinin maraqla oxuduğu bu yazı bir şeirdir ki, burada 

islam  məmləkətlərini  bürüyən  nadanlıq  və  elmsizlikdən  bəhs 

olunmuş 

və 


müsəlmanların 

bədbəxtliklərinin 

başlıca 

səbəblərindən  biri  kimi  şəriət  qaydalarına  yetərincə  əməl 

olunmaması  göstərilmişdir.  M.  Hadi  bir  növ  müəlliflə  həmfikir 

olaraq onunla eyni mövqedən çıxış etmiş, duyğu və düşüncələrini 

Qurandan  götürdüyü  bir  neçə ayə, hədis və  klassik  ədəbiyyatdan 

aldığı ibrətamiz beytlər əsasında isbata çalışmışdır. 



   

Allah, Allah! Kam alan kimdir, çəkən kimdir təəb, 

   Bunları edən həp cəhalət, həp cəhalət,- 

deyə  cəhalətdən  gileylənən  müəllif    elmsizliyin  bir  səbəbini  də 

qələm  sahiblərinin  millətə  xidmətdən  kənarda  durmasında  və 

millətin də elmə, maarifə maraq göstərməməsində görür, aldıqları 

təhsil  sayəsində  dünyanı  heyrətə  salmaq  bacarığı  əxz  etmiş 

yaponları  nümunə  göstərərək    yazır:  “Xütteyi-Çində  sərzədeyi-

zühur  olan  bir  ovuc  yaponlardan  dərsi-ibrət  alalım. 

Baxınız, 

maarifləri sayəsində dərəceyi-kəmalə əcnihəkaşi-savad olublar. Cahani-

vəhşəti deyil, aləmi-mədəniyyəti böylə heyrətə salıbar”(96,  N 35). 

         Müəllifin  ilk  mətbu  yazısında  maraq  doğuran  ən  başlıca 

keyfiyyət  ondan  ibarətdir  ki,  o,  moizə  etmək,  iş  görmək  əvəzinə 

nəsihət  verməkdənsə,    əməl,  məqsədə  çatmaq  üçün  real  iş 

görməyin lazım oluğunu bildirir və deyir: “Üdəbalarımızın nitqi-

millətpərvəranələrini  oxumaqla  kifayətlənməyib  məzmununca 

əməl  edəlim.  Şayəd  babi-inayət  üzümüzə  açıla.  Tələtgahi-

muradımızdan afitabi-taleyimiz çöhrənümayi-ibtisam eyləyə. 

 

Biz də ziynət verəlim kəndimizə qabil, 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



39 

 

Girəlim əhli-səfa bəzminə məqbul olayım(96, N 35).  

       M.  Hadinin  “Həyat”  qəzetində  çap  olunmuş  ikinci  əsəri 

“Vətəsimu  bihəblil-lahi  cəmiən”  adlı  dərin  məzmunlu 

məqaləsidir(97,  N  53).  Sərlövhədən  əvvəl  “Surətul-Əraf”,  ayə 

103”    qeydi  verilmişdr  ki,  bunun  da  mənası  sərlövhənin,  yəni 

məqalənin adının həmin ayədən olmasına işarədir. Əslində bu ayə 

“Əraf” surəsindən deyil, “Ali-İmran” surəsinin 103-cü ayəsinin ilk 

cümləsinin ilk sözləridir və həmin ayənin ilk cümləsi Quranda bu 

şəkildədir: “Vətəsimu bi-həblil-lahi cəmi-ən və la təfərrəqu..”  

 

Ayəni  təfsir  və  ayəyə  istinadən  düşüncələrini  şərh  edən 

müəllif  oxucularına  xatırladır  ki,  Allahdan  və  onun  müqəddəs 

kəlamı olan Qurandan möhkəm yapışın, çünki Quran sizi ittifaqa, 

birliyə,  əmin-amanlığa,  haqqınızı  tanımağa  və  hüququnuzu 

müdafiə  etməyə  çağırır.  Sizə  insan  kimi  yaşamağın  yollarını 

öyrədir. Sonra surənin 104, 105 və 110-cu ayələrini xatırladan və 

şərh  edən  müəllif  bildirir  ki,  müqəddəs  kitabımızda  məhəbbət, 

üxüvvət,  sədaqət,  gözəl  xasiyyət,  nəfsin  təmizlənməsi,  uşaqların 

tərbiyəsi, elm öyrənməyin üsulları barədə kifayət qədər göstərişlər 

olsa  da,  bunlara  yetərincə  əhəmiyyət  vermədiyimizdən,  yaxud 

bilərəkdən  özümüzü  anlamaz  yerinə  qoyduğumuzdan  “bu  qədər  

əsbabi-cəhalətdə  əzilirkən  yenə  bizdə  bir  asari-intibah 

görülmüyor”(97,  N 53).   

 

Müsəlmanların  cəhalət  pəncəsində  qovrulmasının  digər 



səbəbini islamda təfriqə yaradan din xadimlərində görən, “binayi-

islamda  sünnilik,  şiəlik,  cəbərilik,  qədərilik  yoxdur,  islamlıq 

vardır”,- deyən müəllif daha sonra müsəlman qardaşlarını ittihad 

və  ittifaqa  dəvət  edərək  yazır:  “İslamiyyətə  və  insaniyyətə 

yaraşmayan  adati-qəbiheyi-cahilənin  izaləsinə  çalışınız.  Qeyri 

millətlər  nəzərində  xəndeyi-istehzaya  mocib  bir  para  əfali-

məmuləyi  tərk  eməyə  qeyrət  etməliyiz.....  Hər  halımız  gün  kimi 

zahirdir.  Əsbabi-tədənnimizi  aramalıyıq.  Əmrazi-daxiliyyəmiz 

bulunan cəhalətin səmərəsini görüb ayılmalıyız”(97, N 53). 

 

 “Həyat” qəzetəsinin 103-cü nömrəsində müəllifin “ədibi- 



ləbib”  (ağıllı,  müdrik  ədib-İ.  Q.)  adlandırdığı  E.  İbrahimovun 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə