Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə139/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   135   136   137   138   139   140   141   142   ...   147

İslam  Qəribli 

 

 



418 

müqəddəsdir.  Fəqət  heyhat    ki,      kiseyi-idrakımız          boş,   

əfkarımız    yoxsuldur.    Pək    çox    sərvəti-təbiyyəyə, məadini-

bakirəyə  malik  olan  Qafqaziyadan  behəqq  istifadə  edə  bilmək 

üçün kiseyi-idrakımızı mərifət sərvəti ilə, fənn sərmayəsi ilə dol-

durmalıyız.  

Nəsihət 

kövsərləri 

bizi 

ayıltmadısa, 



barı 

içində 


qovrulduğumuz  müsibət  atəşləri,  inqilab  zərbələri  bizi  bidar  və 

hüşyar etsin(365,  N 19). 

 

 

 



M. Hadinin sağlığında çıxmış son kitabı olan “İnsanların-tarixi 

faciəlıri, yaxud əlvahi-intibah”ın birinci cüzvünün titul səhifəsi 

 

 “Abbas  Səhhətin  üfuli-əbədisi”  məqaləsi(366,  N  43)  A. 



Səhhətin  Gəncə  şəhərində  ölümü  münasibəti  ilə  qələmə 


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



419 

alınmışdır.  “Böyük  vətəndaşlıq  və  qədirbilənlik  hissi  ilə 

yazılmış”(431, 26) bu məqalədə dostu və həmkarının ölümündən 

dolayı dərin sarsıntı keçirən M. Hadini ən çox düşündürən isə, heç 

şübhəsiz, A. Səhhətin əsərlərinin taleyi məsələsidir ki, müəllif bu 

düşüncələrini  aşağıdakı  cümlələrlə  oxucuların  diqqətinə  çatdırır: 

“Səhhət  öldü.  Fəqət  əsl  düşünüləcək  şurasıdır  ki,  şairi-

mütəffəyatın  qeyri-mətbu  olan  mətrukati-qələmiyyəsi  nasıl  oldu? 

Yoxsa  Şirvan  facieyi-əziməsində  yanıb-yaxılan  sərvətlər  kimi 

Səhhətin  də  asari-qələmiyyəsi,  sərvəti-fikriyyəsi  ehraq  olub 

getdimi?  Məncə,  şayani-əndişə  burasıdır.  Dünyamız  hali-asayişə 

ovdət  etdikdən  sonra,  ehtimal  ki,  bu  həqiqət  anlaşıla 

biləcəkdir”(365,  N 43).  

 “Yaşamağa layiq olanlar yaşaya biləcəkdir. İştə qanuni-təbiət 

boylədir.  Öylə  isə  yaşamağa  layiq  kəsb  etmək  istəyən  bizlər  bu 

haldan  təzyidi-ümid  etməliyiz,  edə  bilməliyiz.  Vlatisova 

hökuməti-həyatiyyə  və  ictimaiyyəsindən  qafil  olmayalım.  Yəs 

ruhun  ölümü,  ümid  isə  ruhun  həyatıdır  .  Siyasəti-milliyyə  nə 

simada  görülürsə  görünsün,  ancaq  millətimizdəki  çöhreyi-ümid 

yəsdar  olmamalıdır”  fikirlərinin  özündə  yer  aldığı  “Ümid  ilə 

yaşayın!”  məqaləsi(369,  N  49)  də  davam  etməkdə  olan 

müharibənin təsiri ilə yazılmış və burada insanlar həyatdan əllərini 

üzməməyə çağırılmışdır.                                    

M.  Hadinin  “Azərbaycan”  qəzeti  ilə  əlaqələri  yuxarıda  qeyd 

etdiyimiz  şəkildə  1919-cu  ilin  may  ayına,  şairin  Bakını  tərk 

etməsinə  qədər  davam  etmiş,  ədib  qəzetdən  bir  tribuna  kimi 

istifadə edərək duyğu və düşüncələrini oxucularla bölüşmüş, qəzet 

də səxavətlə səhifələrində onun yazılarına yer ayırmışdı. 

 

                                      **** 



Şərhini verdiyimiz məqamlardan göründuyü kimi, 1914-1919-

cu  illərdə  yazıb  mətbuat  orqanlarında    dərc  etdirdiyi  əsərlərində 

mütəfəkkir sənətkarı düşündürən, məşğul edən məsələlər yenə də 

insan  və  onun  cəmiyyətdki  mövqeyi,  ziddiyyətlər  üzərində 

qurulan  və  ədələtsiz  qanunlarla  idarə  olunan  dünyadakı 



İslam  Qəribli 

 

 



420 

qarışıqlığın səbəblərinin axtarılması problemləri  olmuşdur. Onun 

da  şahidi  olduq    ki,  mцщарибя  илляриндя  беля  M.  Щади  юз 

яняняви  бяшяри  мювзуларындан  узаглашмамыш,  мцщарибя 

M. Щадинин илщам баьчасында аъы бир кцляк кими ясмиш 

оlса  да  онун  лирик  гящряманы  сейирчи  гящрямана 

чеврилмямиш, сяси даща айдын, даща ъясарятля ешидилмяйя 

башламышдыр.  Müharibə  meydanında  olarkən  yazdığı 

əsərlərində    M.   Щади дцнйаны бцрцмцш дящшятлярдян ня 

гядяр  наращат  вя  щяйяъанлы  олса  да,  ruhdan  düşməmiş,  

инсаны  ишыглы,  йцксяк  амаллар  уьрунда  мцбаризяйя 

səsləmişdir. M. Щадидя иътимаи ингилаблара ряьбят вя мараг 

мцщарибя илляриндя даща да эцълянмиш,  o belə bir qənaətə 

gəlmişdir  ki,  дцнйаны  ган  ичиндя  боьмаг  мцмкцн  дейил. 

Фялакятляря  дцчар  олан  алям  йеня  абад  олаъаг, 

харабалыгларын  йериндя  имарятляр    уъалаъаг,  тябият 

яввялки эюзяллийи иля ъилвяляняъякдир.  

M.  Hadi  yaradıcılıq  ənənəsinə  sadiq  qalaraq  yaradıcılığının 

son  illərinin  məhsulu  olan  əsərlərində  də    elm,  maarif  və 

mədəniyyətin  insanların  həyatında  oynadığı  rolu  qabarıq  şəkildə 

nəzərə çarpdırmışdır.  

M. Hadi Azərbaycanın öz müstəqilliyini elan etməsini sevinc 

və 

böyük 


ümidlərlə 

qarşılmış,  “Azərbaycan”  qəzetinin 

səhifələrində həm odlu-alovlu şeirləri, həm də kəsərli  publisistik 

yazıları  ilə  çəxış  etməklə  müstəqilliyə  sənətkar  töhvəsini 

əsirgəməmişdir. 

 

 



 

 

 



 

 

 



 


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



421 

 

 



 

 

 



 


İslam  Qəribli 

 

 



422 

                                       

 

 

                                      

NƏTĠCƏ 

 

  

Məhəmməd Hadi XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir 

tarixinin bənzərsiz nümayəndələrindən, milli Azərbaycan romantizminin 

yaradıcılarından və milli mətbuatın qeyri-adi istedad və təfəkkürə malik 

olan  parlaq  simalarından  biridir.  Zəmanəsinin,  mühitinin  yetişdirməsi 

olan  M.  Hadi  o  qəbil  insanlardandır  ki,  onlar  üçün  ictimai  mənafe, 

məmləkətin  və  millətin  taleyi  məsələsi  həmişə  önəmli  olmuş  və  onlar 

şəxsi  həyat  və  arzularını  milli  mənafeyə  qurban  verməyi  Allah 

buyuruğu, vətəndaşlıq vəzifəsi, qaçılmaz mənəvi borc hesab etmişlər. 

 

M.  Hadini  –  bu  böyük  mütəfəkkiri  yalnız  bir  şair  kimi  tədqiq 



etmək, tədqiqatdan göründüyü kimi yetərli deyil. Bir yaradıcı şəxsiyyət 

olaraq  o  hərtərəfli,  yəni  həm  şair,  həm  nasir,  həm  jurnalist,  həm 

tərcüməçi, həm də böyük filosof, ensikloredik təfəkkür sahibi olan alim 

kimi  tədqiq  olunmalıdır  ki,  tədqiqatda  da  məhz  bu  prinsiplərə  əməl 

olunmuşdur. 

 

M.  Hadinin  1905-1919-cu  illər  Azərbaycan  mətbuatında  dərc 



olunmuş əsərlərinin bütöv mənzərəsini  özündə əks etdirən bu tədqiqatda 

böyük sənətkarın məlum və naməlum əsərlərinin təhlili, onun barəsində 

yazılalanlardan  sitatların  gətirilməsi  sübut  edir  ki,  zəmanəsinin  elə  bir 

milli  və  bəşəri  məsələsi  olmamışdır  ki,  M.  Hadi  onlara  münasibət 

bildirməmiş  olsun.  Hər  cür  sifariş  və  şəxsi  maraqlardan  uzaq  olan 

sənətkar irili-xırdalı bütün yazılarında vətənpərvər, insansevər bir qələm 

sahibi  kimi  çıxış  etmiş,  iştirakçısı  olduğu  mətbat  orqanlarının  ən  fəal 

yazarlarından biri kimi daima axtarışda olmuşdur.  

  

 

M.  Hadinin  “Həyat”,  “Füyuzat”,  “Dəbistan”,  “Təzə  həyat”, 

“İttifaq”,  “Tərəqqi”,  “Səda”,  “İqbal”,  “Bəsirət”,  “Sədayi-həqq”, 

“Sovqat”,  “Azərbaycan”  və  digər  mətbuat  orqanlarının  səhifələrində  

dərc  olunmuş  şeir,  hekayə,  məqalə  və  tərcümələrinin  ümumi  təhlili 

göstərir  ki,  o,  bir  şair  və  mütəfəkkir  olaraq  istedad  və  bacarığını 

bütünlüklə millətinin, vətənin tərəqqisi uğrunda mübarizəyə həsr etmiş, 

quruluşun, mühitin verdiyi imkanlardan qədərincə istifadə edərək duyğu, 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə