İslam Qəribli
40
“İslamiyyət və abrazavonni müsəlmanlar” sərlövhəsi ilə dərc
olunmuş yazısını oxuduqdan sonra qələmə alınmış “Əl-
hürriyyətül-şəxsiyyətə vəl-vicdaniyyə fi-islam”(98, N 108, 115)
məqaləsi ruhu etibarı ilə ədibin əvvəlki məqalələrinə yaxın olsa da,
problemin qoyuluşu və həlli baxımından onlardan əsaslı şəkildə
fərqlənir. Məqalənin əvvəlindəki giriş xarakterli cümlələrdən
aydın olur ki, qafqazlı bir tələbə “dini-islama etirazən şu xürafati-
biədəbanəni söyləmişdir: “Təlimati-Quranə görə islamiyyətdə
insana hürriyyət heç yoxdur. İslamiyyət adam əlindən ixtiyarı
almışdır. Hər şey olursa, təqdirə bağlar. Quran öz-özünə müxalif
söylər”(98, N 108).
Qafqazlı tələbənin dediklərini Qurandan gətirdiyi ayələrlə
yerli-yataqlı alt-üst edən, onun söylədiklərini islamiyyətə atılan
çirkab kimi qiymətləndirən M. Hadi bildirir ki, “möhtəviyyati-
Quraniyyədən dadmayan missionerlər tərbiyəsində bəslənmişlər”
nə son din olan İslam dininin, nə də sonuncu səmavi kitab olan
Fürqanın mahiyyətini anlamayacaq və anlasa da, özlərini anlamaz
yerinə qoyacaqlar, çünki bu, əslində, onlara təlqin edilən bir ideya,
bir məsləkdir. “Gördüyümüz və bildiyimiz məzhəblər və dinlər
miyanında ən hürriyyətpərvər, ən müsavatpərəst, ən ədalətli bir
din varsa, o da dini-islamdır”,- deyən müəllif İsra və Bəqərə
surələrindən 30, 70 və 84-cü ayələri misal gətirib onları şərh
edərək yazır ki, Qurana və İslam dininə görə “...hər kəs həddi-
zatında hürriyyəti-şəxsiyyəyə malik olub, hər biri bir xəlifeyi-
müstəqileyi-İlahidir. Kimsə kiməsə qul deyildir, əbd deyildir. Heç
kəs əsir deyil, hər adam bir xəlifeyi-hürrdür. Dünya sədəfində hər
adəm oğlu bir dürri-yektadır”(98, N 108).
İslam dinini “hüquqi-bəşəriyyəyi ibtal deyil, ikmal eləyən
bir dini-müqəddəs, bir şəriəti-ənvər” adlandıran və fikirlərini
konkret ayələr vasitəsi ilə isbat edən mütəfəkkir yazır: “Qafqazlı
rəfiqimizə məlum olsun ki, islamiyyət o, zənn edən kimi, adam
əlindən ixtiyar almaz, adamı əsir qılmaz, biləks, adam övladına
hürriyyət, azadlıq bəxş eylər”(98, N 108).
Məhəmməd Hadi və mətbuat
41
Qafqazlı studentə xitabən ünvanlanan: “ İslamda hürriyyət
vardır, fəqət ifaf, ədəb, qeyrət, ismət dairəsində vardır. Sən xəyal
edən hürriyyətə hürriyyət namı verilməyib vəhşiyyət, föhşiyyət
ismi verilsə səzadır”(98, N 108) sözləri İslamın mahiyyətini
anlamaq istəməyənlərə sərt və çox doğru bir cavabdır.
“Dini-mübini-islam hürriyyəti-kəlam və azadiyi-zəbanə
böyük bir müsaideyi-əzim, bir rüxsət bəxş etmişdir. Dəyanəti-
islamiyyə sərbəstiyi-ara və əfkara beqayət vəsi bir meydani-
mübahisə və mücadilə açmışdır”,- deyən müəllif Şərq yazarları
ilə Qərb yazarlarını müqayisə edərək belə bir fikir irəi sürür ki,
“Müsadimeyi-sahibi-əfkardan
və
ehtikani-üməmi-üquldan
bariqeyi-həqiqət ləman eylər”,- qəziyeyi-müslüməsini kəşideyi-
rişteyi-nəzm eyləyən Hüqolar, Molyerlər, Lamartinlər deyil, bəlkə
də ədibi-Rum Molla Cəlaləddinlər, Həkim Nizamilər, Sədi
Şirazilərdir”(98, N 115).
“İbrahim” surəsinin 24-cü ayəsindən, Həzrət Əli (s) ilə
bağlı
hədislərdən,
Beyzavidən,
Cəlaləddin
Ruminin
“Məsnəvi”sindən
nümunələr
gətirməklə
dediklərinin
doğruluğunu isbata çalışan ədib üzünü dindaşlarına tutaraq yazır:
“Ümumən
dindaşlarıma
şu
əbyati-mərquməni
gözəlcə
düşünmələrini, tədbir etmələrini tövsiyə edirəm. Baxalım, əcəba,
dəyanəti-Əhmədiyyədə
hürriyyəti-əfkara
sərbəstiyi-arayə
müsaidə, məzuniyyət varmıdır, yoxmudur və ola var biz kəndi
dinimizi bilmiyoruz? Xurşidi-hürriyyət bizim Məşriqdən ərzi-
didari-Qərbiyyunə ləmənişani-feyz olur, əfsus, “Nə qəmavər
mənzərə, nə çəkilməz möhnət”. Zivərbəxşi-dəsti-mütəhhərivan
olan Fürqani-müqəddəsdə “La kuntum fi reyb.... ilax” ayeyi-
əhraranəsində yalnız islamlara deyil, cahaniyanə belə hürriyyət
bəxş olmuşdur”(98, N 115).
“Həyat” qəzetində dərc olunan yazılarından diqqəti cəlb
edən, “Ə. H.” imzalı (bizcə, bu Əli bəy Hüseynzadədir- İ. Q.) “Bir
balaca intiqad” adlı məqalədə əsərlərinə münasibət bildirilən,
“Kürdəmirdə yaşayan fazil və kamil bir alimimiz” adlandırılan(25,
N 116), şeirlərində olduğu kimi publisistikasında da maarifçiliyə
İslam Qəribli
42
böyük önəm verən, İslamiyyəti tərifləyib Məhəmməd peyğəmbəri
ilahiləşdirməyə çalışan, “İslam dinini “müasirləşdirmək”, elmlə
dini barışdırmaq mövqeyində duran”(401, 24) M. Hadi maarifin
yayılması sayəsində cəmiyyətdə köklü dəyişiliklərin baş
verəcəyinə böyük ümidlər bəsləyir və bu yolda mətbuatı başlıca
vasitələrdən biri hesab edir. Mətbuatı “millətə, xalqa ümid verən,
onun gələcəyini təmin edən, xalqa azadlıqdan istifadə etmək
yollarını göstərən bir vasitə” (11, 119) kimi qiymətləndirən
müəllif “Aləmi-mətbuat və cəraidə bir nəzər” adlı məqaləsində
qeyd edir ki, mətbuat azadlığını qazanmaq istəyində olan millətə
“tərəqqiyyat, kəmalat və ülum yollarını” göstərən “şöleyi-ümidi-
ümmət” və “rəhbəri-istiqbali-millət”dir.
“Qəzetənin əhəmiyyəti bir cəmiyyət, ya millət üçün artıq o
qədər aşkardır ki, bundan bəhs etməyə lüzum yoxdur”, - deyən Əli
bəy Hüseynzadə (Bax: Ə. Hüseynzadə. “Qəzetəmizin məsləki”,
“Həyat” qəzeti, 7 iyun 1905-ci il, N 1) ilə həmfikir olan M. Hadi
mətbuat barədə düşüncələrini bəyan etmək üşün Avropa və Şərq
ölkələrinin təcrübəsindən nümunələr gətirərək İsveçrə və
Belçikanın iqtisadi və siyasi cəhətdən inkişafında mətbuatın da
mühüm pol oynadığını bildirir. Müəllifin nəzərində “mətbuat
cani-cahan və rəhbəri-elmü irfandır... Bir qövmün təali və
təməddünü mətbuata vabəstədir”(105, N 12).
Cəhalət xəstəliyinə düçar olmuş millətlərə “mətbuat
cəhətincə qəni olan” millətlərin bir çox arzu və istəklərinə
çatmasında mətbuatın yardımçı olmasını xatırladan müəllif yazır:
“Mətbuat mirati-vətən və millətdir. Necə ki, insan ayineyi-
rüxsarnümaya baxıb üzündə və sair bədənindəki qübarı, ləkəni
pak qıldığı kimi və kəndini ziynəti-zahirə ilə arəstə qıldığı kimi,
ayineyi-mənəvi olan qəzetlərə də millət ətfi-çeşmi-bəsirət qıldıqca
təsfiyeyi-vicdan edib əmrazi-nəfsaniyyətinin ən şiddətlisi bulunan
ləkeyi-cəhalət və qübari-dənaəti bir an əvvəl izaləsinə çalışacağı
və arayişi-adəmiyyət və zivəri-insaniyyət olan maarif və fünun ilə
vücudunu pirastə edəcəyi şübhədən azadədir. Demək ki, mətbuat
millətin səadət və bəqasına maddi və mənəvi qüdsiyyət və
Dostları ilə paylaş: |