Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə16/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   12   13   14   15   16   17   18   19   ...   147

İslam  Qəribli 

 

 



46 

Xah nikah və umuri- xeyriyyədən və xah rəməzani-şərifdə yığılan 

iki  yüz  manat  paradan  bir  qəpik  belə  qəbul  etməyib,  camenin 

ümranına  sərf  ediyor.  Halbuki  hər  sənə  toplanan  bu  paralar  öz 

həqqi-şirui  və  kəndi  vəzifəsidir.  Nə  ali  himmət,  nə  müqəddəs 

təbiət!”(107, N 19). 

 

XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinin forma-



laşmasında  mollanəsrəddinçilərlə  bərabər  Abbas  Səhhət  və 

Məhəmməd  Hadinin  də  xidmətlərini  yüksək  qiymətləndirən  M. 

Ələkbərlinin  təbirincə  desək,  “inqilabı  tərənnüm  edən”  azadlığa, 

hürriyyətə  “yalnız  maarif  yolu  ilə,  cəhaləti  ortadan  qaldırma 

vasitəsi  ilə  çatmaq  mümkün  olacağını  zənn  edən”  (30,  21)  M. 

Hadi bu fikirdədir ki, ziyalıların vəsaiti hesabına  bir-iki məktəb, 

mədrəsə açmaqla əhalinin maarifə, təhsilə olan ehtiyacını ödəmək 

mümkün  deyil,  bunun  üçün  ya  dövlət  yardımı,  ya  da  ümumxalq 

qayğısı  lazımdır.  M.  Hadi  hiddət  və  təəssüflə  bildirir  ki,  boş  və 

bihudə  yerə  xərcləməyə  pul  tapanlar    paralarını  maarif  və 

mədəniyyət  yolunda  sərf  etməyə  qeyrət  göstərsəydilər,    “.....o 

cəhalətə  qurban  olan  cinayət  və  dənaət  uğrunda  sərf  olunan  o 

gözəl sim və zərlər islamiyyət və tərəqqi yolunda bəzl olunsaydı, 

sərf qılınsaydı...  nə qədər məktəb və mədrəsələr, külliyyati-asari-

xeyriyyələr  vücudə  gətirilərək  övladi-vətən  və  əbnayi-millətin 

tərəqqi  və  təkamülünə  böyük  bir  xidmət  edilmiş  olardı”(107,       

N 19). Əfsus ki, bunlar edilməmiş və bu səbəbdən də   “çocuqlar 

sərsəri  gəzərək  qönçeyi-vücudları  tündbadi-cəhldən  pəjmürdə 

olmaqdadır”...  

 

Yaradıclığında  dünyanın  qaniçən,    müstəbid  sakinlərinin 



despotizmini damğalamaq amili xüsusi yer tutan M. Hadiyə görə, 

cəhalətin  səbəbi  yalnız maarif  və  məktəbin  yoxluğunda deyil,  ən 

əsası hürriyyətin, azadlığın olmamasındadır. Haqqı tələb edənlərin 

yeri  ya  zindanlar,  ya  da  vətənindən  didərgin  düşməkdir.  Elə  bir 

zəmanədə  yaşayırıq  ki,  “haqq  və  həqqaniyyət,  ruh  və  həqiqəti-

islamiyyətə aid mənafe və məsalehi-millətə dair iradeyi-zəban və 

kəşfi-dəhan  edənlərin  ağzını  kəsiyor,  canını  alıyorlar  və  ya  bir 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



47 

başqa  məzhəbə  istinad  etmədən  bişərmanə  və  xatirşikənanə 

laqərdi söyləməkdən heç də çəkinmiyorlar”(107, N 19).   

Elmdən  savayı  əlacı  olmayan  cəhalətin  ifşası  poeziyasında 

olduğu  kimi  M.  Hadinin  məqalələrinin  də  baş  mövzularından 

biridir.  “Həyat”ın  səhifələrində  dərc  etdirdiyi  “Zəman  daim 

təcəddüd  edər”,    “Dəyanəti-islamiyyə  və  maarif”,  “Dəyanəti-

islamiyyənin nisvanə bəxş etdiyi hüquqa bir nəzər” və s. bu kimi 

məqalələrində M. Hadi bu mövzu ilə bağlı fikirlərini bir qədər də 

genişləndirir. 

“Zaman daim təcəddüd edər”(109,  N 21) adlı məqaləsində 

bəşər  tarixi  və  həyatının  bir  sıra  məsələlərinə  toxunan  M.  Hadi 

qeyd  edir  ki,  dünya  yaranışından  bu  günə  qədər  dəyişmədə, 

yeniləşmədə  və  inkişaf  etmədədir  və  “kürreyi-ərz  ta  kəndi 

məhvərindən,  kəndi  mərkəzindən  ayrılmayınca,  ömri-təbiisini 

ikmal  etməyincə  həmin  təcəddüdata  və  təbəddülata  məruz 

qalacağı  varəsteyi-şübhədir”(109,  N  21).  Müəllif  insanı  öz 

xilqətinə,  ana  bətninə  düşəndən    axirət  dünyasına,  qəbr  evinə 

köçəcəyınə qədərki məqamlara diqqət etməyə cağırır və bildirir ki, 

bu  inkişafı  görən  bəşər  övladı  dərk  edəcək  ki,  “nəfsin,  vücudun 

haldan-hala,  şəkildən-şəkilə  dönməsi  afaqın  da  düçari-təcəddüd 

olmasına aydın bir dəlil və rövşən bir  bürhani-həqiqətdir”(109, N 

21).        

Bu fikirləri söyləyən müəllif dönə-dönə təkrar edir ki, qəflət 

yuxusundan  oyanmaq,  tərəqqi  və  təkamülün  yollarını  axtarmaq 

zamanıdır.  Bunun  üçün  uzun-uzadı,  yorucu  axtarışlar  aparmağa 

lüzum  yoxdur.  Tarixə  ayıq  gözlə  arifanə  bir  baxış  yolları  çox 

aydın  şəkildə  nişan  verəcəkdir  ki,  bunlardan  biri  elm,  maarif  və 

mədəniyyət,  digəri  isə  millət  sevgisidir.  Millətləri  doğru  yola 

yönəltməyə  göndərilən  peyğəmbərləri  “insanları  haqq  və 

həqqaniyyət,  maarif    və  nüraniyyətə  dəvət  edib  səbəbi-hidayət 

olmuşlar”  adlandıran  M.  Hadi daha  sonra bildirir  ki, “mənafeyi-

ümmət və müsalehi-millət uğrunda mallarını deyil, ən sevgili, ən 

əziz  canlarını  belə  fəda  və  qurban  edənlər”  də  Allahın  seçilmış 

bəndələridir  ki,  tərəqqi  etmək  niyyətində  olanlar  canlarını 



İslam  Qəribli 

 

 



48 

ümmətlərinə  fəda  edən  peyğəmbərlərdən və bu  qəbil insanlardan 

ibrət dərsi götürməlidirlər. 

“Maarif  və  ülum  nə  böyük,  nə  müqəddəs  bir  neməti-

Xudadır!.. Veyl olsun süfəhaya, cühəlaya, süfəlaya”,- deyən ədib 

bildirir  ki,  “imdi  əsri-cədiddir.  Fikirlər,  xəyallar  da  əski  fikirlər, 

köhnə,  qədim  hisslər  deyildir,  tazə  və  yeni  fikirlərdir.  Hisslər 

oyanmağa,  vicdanlar  nurlanmağa  başlamışdır”.  Yaşadığı  illərin 

maarif və mədəniyyət əsri olduğunu bəyan edən, millətin tərəqqisi 

və vətənin asayişinə xidmət edən “qələmlərin zatən gündən-günə 

çoxalmaqda”  olduğunu  bildirən  böyük  mütəfəkkir  daha  sonra 

şövq  və  inamla  yazırdı:  “İçərisində  yaşadığımız  bu  dövreyi-

cədideyi-hürriyyətin və bu əsri-mədəniyyətin icad və iqtiza etdiyi 

məsaili-mühümməyi bunlar açacaqlar”(109, N 21).   

Bir  maarifçi  romantik  olaraq  maarifçilik  ideyalarını 

insanların 

varlığı 

ilə 


əlaqələndirən, 

“insan 


əxlaqının 

formalaşmasında mühitin təsirini”(401,47) yüksək qiymətləndirən  

sənətkarın  nəzərində  insanların  gerçək  həyatı  iki  cürdür  ki, 

bunlardan birini insanın cismani, maddi həyatı, digərini isə onun 

ruhani, mənəvi həyatı təşkil edir.  M. Hadi bu barədə “Dəyanəti-

islamiyyə  və  maarif”  adlı  məqaləsində  yazır:  “Bəni-növi-bəşərin 

istər  zükur,  istər  ünas  olsun  həyat  və  zindəganlığı  iki  şey  üzrə 

olub.  Bunlardan  birisi  həyati-maddı,  cismani,  ikincisi  isə  həyati-

mənəvi  və  canidir.  Həyati-maddiyənin  bəqası,  yaşaması  bir 

nəsimi-tənəffüsünə,  qoxumasına  vabəstə  olduğu  və  həyati-

mənəvinin də idameyi-bəqası, yaşaması canbəxşi-ülum və maarifə 

mənut  və  müncərdir(110,  N  26).  İnsan  həyatının  bu  iki  cəhəti 

barədə  mülahizələrini  müxtəlif  dəlillərlə  əsaslandıran  müəllifin 

fikrinə  görə  mənəvi  dünyadan  məhrum  olan  insanların  maddi 

varlığı  barsız,  bəhrəsiz  bir  ağaca  bənzər  ki,  o,  yandırılmaqdan 

savayı  bir  şeyə  yaramaz.  Əsl  insan  o  insandır  ki,  onun 

əməllərindən  bəşər  xeyir  görə  və  belə  insan  mütləq  “həyati-

ruhaniyyəyə  və  mənəviyyəyə” malik olmalıdır ki, bunun da  yolu 

“ülum  və  fünun  ilədir”(110,  N  26).  Fikirlərini  “Münafiqun”, 

“Şəms”  və  qeyri  surələrdən  aldığı  ayələr,  Beyzavi,  Sədi  Şirazi, 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə