Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə17/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   13   14   15   16   17   18   19   20   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



49 

Əbdürrəhman  Camidən  gətirdiyi  ibrətamiz  kəlamlar  əsasında 

isbata çalışan mütəfəkkir qeyd edir ki, həqiqətin nə olduğunu dərk 

etməyib  ruhani və mənəvi mədəniyyətdən  uzaq olanlar divarlara 

bərkidilmiş quru ağaclar kimi ruhsuz, canları olsa belə, kar və kor 

kimidirlər  və  bu  cür  adamların  diriliyi  ilə  ölülüyü  arasında 

qətiyyən fərq yoxdur. 

 

Əbədi yaşam tərzinin  yolu məktəbdən, maarifdən başlanır 



və  “elm deyilən  cövhəri-nurani bir bariqeyi-hidayətdir ki, nərəyə 

nəşri-ziya  edərsə,  zülami-zəlalət  məhv  olur.  Maarif  bir  misbahi- 

inayətdir ki, nərəyə füruğpaşi-təcəlli olarsa, müstəğriqi-ənvar elər. 

Maarif  bir  barani-səadətdir  ki,  yağdığı  yerləri  sərasər    bir  behişt 

halına  ifrağ  elər.  Maarif  bir  xatəmdir  ki,  hər  kəs  dər  əngüşti-

məsudiyyət edərsə, cəhalət divlərini əsir edər”(110,  N 26). 

 

“İnsan həyatın, dünyanın sirlərini açmaqla bərabər özünü 



də  öyrənməli, dərk  etməyə  çalışmalı, mənən təkamülə, kamilliyə 

can atmalıdır”(32,  244) ki, bunlar maarif və mədəniyyət olmadan 

mümkün deyil. Elm və maarifin  ləzzətini dadmaq, bunların işığı 

ilə nurlanmaq üçün uşağı kiçik  yaşlarından oxumağa və zəhmətə 

alışdırmaq lazımdır. Elə etmək, ona elə yol göstərmək lazımdır ki, 

o,  nə  yeniyetməlik,  cavanlıq,  nə  də  ömrünün  sonrakı 

mərhələlərində  vaxtının  bihudə  yerə  zay  və  puç  olmasına  razı 

olmasın,  yunan  filosofu  “Əflatuni-ilahi  demişkən:  “Müsibətlərin 

əzəmi, böyükrağı vaxtın faydasız yerə keçməsidir”(110,  N 26) . 

 

“Millətin  tərəqqi  və  təalisi,    ümmətin  bəqa  və  nicatı  həp 



maarif və ülum  sayəsində ola bilər. Şəriət qalası ülum  ilə salim 

qala  bilər.  Əlhasil,  tilisimgahi-cahanın  anaxtarı,  açarı  maaifdir”,- 

deyən  müəllif  bu  qənaətə  gəlir  ki,  “zindəganlıq    davasının  alati-

müdafiəsi”  olan    “ülum  və  maarifə”  yiyələnmədən  millət  xar  və 

zəlil  olacaq  və  onun  zəhmətindən  elm  sayəsində  özgürlüyünü 

qazanmış  millətlər  qul  əməyi  kimi  istifadə  edəcəklər.  Nə  qədər 

doğru və nə qədər həyati bir nəticə və qənaət!! 

 

M.  Hadi  bir  şair  və  mütəfəkkir  olaraq  zəmanəsində 



millətin  taleyi  ilə  bağlı  olan  heç  bir  məsələyə  laqeyd  qalmamış, 

mətbuatda  milli  və  ümumbəşəri  məsələlərlə  bağlı  müzakirələrdə 




İslam  Qəribli 

 

 



50 

yaxından  iştirak  etmiş,  düşüncə  və  qənaətlərini  birbaşa,  açıq 

şəkildə  bildirməkdən  çəkinməmişdir.  “Millətimizdə  xəyali-

ittifaqpərvəranə”  məqaləsi  də  məhz  bu  düşüncə  və  qənaətlərin 

məhsulu kimi diqqəti cəlb edir(111,   N 29). 

 

“Hal-hazırda əfkari-ümumiyyəyi işğal edən ittihadi-millət 

və 

ittifaqi-millət 



məsəleyi-xudapəsəndanəsi 

qəzetlərdə 

görülməkdə  və  rəsideyi-basəri-şukranəmiz  olmaqdadır.  Nə  gözəl 

qeyrət,  nə  bəyənilməyə  layiq  niyyət”  cümlələrindən  anlaşılır  ki, 

M. Hadi çoxdan bəri həsrətində olduğu aktual bir problemin həlli 

ilə  bağlı  gedən  müzakirələrdən  xoşhal  olmuşdur.  Əvvəlki 

məqalələrində  olduğu  kimi,  bu  məqaləsində  də  o,  arzusunda 

olduğu  “bu  amali-dəyanətpərvəranənin”,  yəni  ittihad  və  ittifaqın 

mahiyyətini, bunların xalqa, millətə verə biləcəyi səmərələri həm 

həyati,  həm  Qurandan  gətirdiyi  dəlillər,  həm  də  Şərq 

klassiklərindən  aldığı  hikmətamiz  kəlamlarla  əsaslandırmış, 

fikirlərini ictimaiyyətlə bölüşmüşdür.    

 

“Ərbabi-ülum  və  maarifə  gizlin  və  məxfi  deyildir  ki, 



peyrovu  olub  irizi  ilə  getdiyimiz  şəriəti-kamilə  və  dəyanəti-

saliməyi-islam  yalnız  qövlən  deyil,  felən  və  əmələn  də  cəmaəti 

tövhidə,  birliyə  dəvət  ediyor,  ittihadə  çağırıyor”,-  tezisini  irəli 

sürən  müəllif  konkret  Quran  ayələrinə  əsaslanaraq  yazır:  “ 

Dəyanəti-islamiyyə öylə möhkəm, öylə mətin  bir dindir ki, onun 

üçün  qırılmaq  yoxdur  və  yenə  cənabi-Həqq  “Surətul-Hucurat”ın 

10-cu  ayəsində  buyurur  ki:  “Təhqiqən  möminlər  qardaşdır  bir 

əsilə,  bir  dinə  mənsub  olduqları  cəhətdən.  O  əsil  də  həyati-

əbədiyyəyi  mocib  olan  imandır.  İki  qardaşınızın  miyanını  islah 

edin  və  Mövladən  xovf  edib  hökmünə  müxalif  nifaqi-şəqaq 

etməyin,  şayəd  ki,  rəhm  olunasınız.  Ümum  əhli-tövhid  dindaş 

olub  bir  kökün  şaxələri  və  bir  fələkin  yıldızlarıdırlar,  bir  abi-

həyatdan  sirab  olub  və  bir  aftabi-həqiqətdən  iqtibasi-ənvar 

ediyorlar. Ədədcə başqa-başqa isələr də, ruh birdir”(111,  N 29).  

 

Müsəlman  qardaşlarını  “bir  cism  və  bir  bədən 



mənziləsində” hesab edən müəllif dindaşlarına məsləhət görür ki, 

missionerlərin  “İncilə”  və  öz  dindaşlarına  göstərdiyi  qayğıdan 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



51 

ibrət dərsi götürüb millət və tərəqqipərvər dinimiz olan İslam dini 

uğrunda  çəkinmədəm  mübarizə  aparsınlar.  M.  Hadi  çəkinmədən 

qeyd  edir  ki,  dindən  millət,  vətən  və  xalq  naminə  istifadə 

etməkdənsə,  Quranı  da,  Allahı  da  öz  nəfslərinə,  şəxsi 

mənafelərinə  qurban  verən    “bizim  pişrovlarımızın  göstərdikləri 

xəyanəti-dinşikanəsi, 

hərəkəti-ədavətpərəstanəsi” 

sayəsində 

“ittifaq  nifaqə,  tərəqqi  tədənniyə,  məhəbbət  büğzə,  tövhid  şirkə, 

səadət  şəqavətə,  əmniyyət  şərarətə  mübəddəl  olmuşdur.  Bu 

səbəbdən müsəlmanlar gündən-günə səfalətə və rəzalətə üz qoyub, 

mahi-müniri-şəriət  xusufə  və  xurşidi-dəyanət  qaralmaya,  kusufə 

üz tutmuşdur. Afaqi-islamiyyəti muxatirəli bir zülmət istila etmiş 

və  həqqaniyyət  şahrahı  o  zülmət  içində  itmişdir,  batmışdır.  O 

zülmət səbəbindən  itkin düşərək hər kəs ağzını bir  səmtə  çevirib 

gümkərdeyi-rah 

olmuşlar  və  kəriveyi-xanimansuzi-iftiraqə 

qədəməndazi-zəlalət olmuşlardır”(111,  N 29).  

 M.  Hadinin  əsas  ideyası    “Dəyanəti-islamiyyənin  bina  və 

əsası ülfət, ittifaq, ittihaddır” olan bu dərin məzmunlu məqaləsinə 

qəzet  “İdarədən”  başlığı  altında  belə  bir  düşündürücü  qeyd  – 

sonluq  vermişdir:  “İttihad  və  ittifaqə  sadə  təhsinxan  olmaq  kafi 

deyildir,  gah-gah  rəfiqi-möhtərəmimiz  Əhməd  bəy  Ağayevin 

“İrşad”  sütunlarında  etdiyi  kimi  Yəzidə,  ələlxüsus  “əsrimizin 

yəzidlərinə”  də  lənət  oxumaq  lazımdır.  O  yəzidlər  ki,  elmi-

heyvanatın  (mimiyətizmə)  qaidəsinə  təbəiyyət,  batinən  şeytan 

olduqları  halda,  zahirən  insan  və  müsəlman  qiyafətinə  girib 

məmləkətimizin zülmət və qaranlıqda qalan bəzi köşə-bucaqlarına 

sünni  və  şiə  naminə  nifaq  salmaq  üçün  pul  qüvvəti  ilə  

çıxmışlar!”(111,    N  29).    Göründüyü  kimi,  “Həyat”ın  redaktoru 

Əli  bəy  Hüseynzadə  və  onun  ətrafında  toplaşanlar  “Haqq 

verilməyəndə  onu  almaq  lazımdır”  devizinə  daha  çox  üstünlük 

verirdilər. 

“Şeirlərində  qadın  azadlığını  böyük  bir  ehtirasla  müdafiə 

edən”(4,  247) M. Hadinin məqalələrində  də  cəmiyyətdə qadının 

yeri  və  qadın  azadlığı  məsələsi    mühüm  yer  tutur.  Müsəlman 

ölkələrində  qadınların  cəhalət  pərdəsi  altında  saxlanılmasını 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə