Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə2/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   2   3   4   5   6   7   8   9   ...   147

İslam  Qəribli 

 

 



əsərlərinin  bir  növ    elmi-tekstoloji  mətni  hazırlanmışdır.    Ən 

uğurlu cəhət isə ondan ibarətdir ki,  İ. Qəribli  M. Hadinin indiyə 

qədər  ədəbi-elmi  ictimaiyyətə  bəlli  olmayan  yüzə  yaxın  şeir, 

məqalə,  elmi  əsər  və  tərcümələrini  üzə  çıxarmış,  daha  çox  şair 

kimi tanınan     M. Hadini nasir, publisist, alim və tərcüməçi kimi 

təqdim  edə  bilmişdir.  Təbii  ki,  bunları  yerinə  yetirmək  üçün 

tədqiqatçı ömrünün bir neçə ilini arxivlərdə, ərəb qrafikası ilə dərc 

olunan mətbuat orqanlarının arasında keçirməyə məcbur olmuş və 

nəhayət,  samballı bir arşdırma ortaya qoya bilmişdir..                                                                                 

Dörd  fəsildən  ibarət  olan  tədqiqatın  birinci  fəsli  M. 

Hadinin  “Həyat”  qəzeti  və  “Füyuzat”  jurnalı  səhifələrində  dərc 

olunan  əsərlərinin  tədqiqinə    həsr  olunmuşdur.    M.  Hadinin 

mətbuat və ədəbiyyat aləminə gəlişinəqədərki dövrə qısa bir nəzər 

salan, onun poeziya sahəsindəki ilk addımlarını, publisistikasında 

qaldırdığı ictimai-siyasi-mənəvi məsələləri, hansı əsərləri niyə və 

hansı səviyyədə tərcümə etdiyini faktlar əsasında, elmi baxımdan 

inandırıcı  şəkildə  açıqlamağı  bacaran  müəllif    M.  Hadini  təkcə 

romantik  kimi  yox,  eyni  zamanda  böyük  maarifçi  kimi  də 

nəzərlərimizdə  canlandıra  bilir.    Sənətkarın  məktəb,  maarif, 

mədəniyyət,  səhiyyə,  dövlət  və    cəmiyyət,  dini  və  dünyəvi 

elmlərlə  bağlı  qənaətlərini  özündə  əks  etdirən  bir  çox  əsərlərini 

təhlil  edən  müəllif    haqlı  olaraq  bu  nəticəyə  gəlir  ki,    M.  Hadi 

yaradıcılığının  ilk  illərində  daha  çox  maarifçilik  məfkurəsinə 

əsaslanır,  maarif  və  mədəniyyəti  bəşəriyyəti  azad,  firavan 

gələcəyə aparan başlıca yol hesab edirdi.  

Sənətkarın  ilk  poetik,  elmi-publisistik  əsərləri  və 

tərcümələrinin  geniş şəkildə  şərh olunduğu bu  fəsildə  oxucu  M. 

Hadinin  indiyə  qədər  kitablarında  nəşr  edilməyən,  ədəbi-elmi 

ictimaiyyətə az bəlli olan əlliyə qədər orijinal və tərcümə əsəri ilə 

də tanış ola biləcəkdir. 

Monoqrafiyanın  ikinci  fəslində  M.  Hadinin  “Dəbistan” 

jurnalı,  “İrşad”,  “Təkamül”,  “Yoldaş”  və  “Təzə  həyat” 

qəzetlərində dərc etdirdiyi əsərlər araşdırılır, mövzu, janr, ideya və 

sənətkarlıq  baxımından  qruplaşdırılaraq  qiymətləndirilir,  eyni 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



zamanda onların tekstoloji mətnləri də hazırlanır. Mətbuatda çap 

etdirdiyi  bədii,  elmi-publisistik    və  tərcümə  əsərlərində  daha  çox 

azadlıq  ideyalarını  təbliğə  çalışan,  real  həyat  həqiqətlərini 

göstərməyə  can  atıb  satiraya  meyil  edən,  “Cəmiyyətə  söz  və 

şəxsiyyət  azadlığı  lazımdır!”  -  deyə  düşüncələrini  açıq  şəkildə 

bəyan edən M. Hadinin əsərlərində artıq yeni bir keyfiyyət özünü 

açıq  şəkildə  büruzə  verməyə  başlayır.    Bu  da  vətənini  səfalət 

içərisində  görüb  “Ah,  kimsəsiz,  vətən!”  -  deyə  fəryad  qoparan 

sənətkarın    bəşər  taleyi  və  tarixi  barədə  narahatlığıdır  ki,  bu 

narahatlıq  onun  həm  bədii,  həm  də  elmi-publisistik  əsərlərinin 

leytmotivinə  çevrilir  və  bütün  bunlar  monoqrafiyada  konkret 

nümunələr əsasında geniş şəkildə şərh və təhlil olunur. 

XX əsri “əsri-təcəddüd”, inqilablar əsri adlandırıb İran və 

Türkiyə  inqilablarına  silsilə  əsərlər  həsr  edən,  Şərqlə  Qərbin 

müqayisəsini  verən,  Qərbin  elm,  sənaye  və  maarifini  inkişaf 

etdirməsi,  ədalətli  qanunlar  yaratması  və  bu  qanunlara  riayət 

etməsi    sayəsində  ölkələrinin  müstəqilliyini  və      vətəndaşlarının 

əsl  insan  kimi  yaşayışlarını  təmin  etməsini  bəyan  edib 

həmvətələrini,  müsəlman  Şərqini  bunlardan  ibrət  götürməyə 

çağıran    M.  Hadi    Qərbin  işğalçılıq  siyasətini  kəskin  şəkildə 

pisləməkdən  də  çəkinmir  ki,  bu  sadalananlar  və  digər  başqa 

məsələlər monoqrafiyanın bu fəslində ətraflı şəkildə araşdırılır. 

Monoqrafiyanın  növbəti  –  üçüncü  fəslində    mütəfəkkir 

sənətkarın  “İttifaq”,  “Tərəqqi”  və  “Səda”  qəzetlərində  fəaliyyəti 

tədqiqat obyektinə çevrilir. Bu fəsil də əvvəlki fəsillər kimi zəngin 

fakt və təzə materiallar əsasında yazılmışdır. Müəllif hər hansı bir 

mülahizəsini  irəli  sürərkən  faktlara  əsaslanmış,  ağır  və  yorucu 

zəhmətdən  çəkinməyərək    M.  Hadinin  sağlığında  nəşr  olunmuş 

əsərləri  ilə  ölümündən  sonra  dərc  olunmuş  əsərlərini    (söhbət 

1905-1919-cu illər arasında  yazılmış və mətbuatda dərc olunmuş 

əsərlərdən  gedir  –  B.  N.)  müqayisə  etmiş  və  tədqiqatçıların 

diqqətindən yayınmış çox sayda əsərləri üzə çıxararaq onlara yeni 

həyat vermişdir. 




İslam  Qəribli 

 

 



M.  Hadinin  poetik  əsərlərindəki  həqiqət,  ədalət  və 

hürriyyət  arzusu, mənəvi  əsarətə  qarşı üsyan  edərək “Qəhr olsun 

istibdad!”  -deyərək    səsini  ucaltması,  cəmiyyəti  yaxşılığa  doğru 

dəyişəcək  hər  hansı  bir  mütərəqqi  hadisəni  görərkən  “Halımız 

münəvvər,  istiqbalımız  parlaqdır!”-  söyləyərək  sevinməsi,  

aldanışları,  üzüntüləri,  hərdən  ümidsizliyə  qapılsa  da  bu  halın 

keçici olması, sənətkarın gələcəyə böyük ümidlərlə baxması və s. 

bu  kimi  məsələlərin  faktlar  əsasında  elmi-nəzəri  şərhi  bu  fəslin 

başlıca keyfiyyətlərindən birdir.  

1910-cu  ilin  axırlarına  –  Türkiyəyə  gedənə  qədər  “Səda” 

qəzetində  çalışan,  Türkiyədə  də  Azərbaycan  mətbuatı  ilə 

əlaqələrini  üzməyən  M.  Hadinin    həmin  illər  yaradıcılığının  bir 

çox qaranlıq məsələlərinə aydınlıq gətirən İ. Qəribli onun “İzhari-

şükran  və  ixtari-lazım”,  “Pərdə  dalında  nələr  varmış?”,  “Əsri-

təcəddüd  və  iki  qüvvə”,    “Məktəblərimizi,  kitablarımızı  islah 

etməliyik”, “Xürafat içində həqiqət”, “Ədəbiyyat müştaqlarına bir 

bəşarət” və s. bu kimi iri həcmli elmi məqalələrini təhlil etməklə 

onun  ədəbiyyatşünaslıq  görüşləri  barədə  də  müfəssəl  məlumat 

verir. 


Əsərin  dördüncü  (sonuncu)  fəslində  1913-cü  ilin 

axırlarında  böyük  ümidlərlə  getdiyi  Türkiyədən  çox  pərişan, 

küskün və xəstə halda Bakıya qayıdan M. Hadinin   1914-1919-ci 

illərdəki  ədəbi  fəaliyyəti  işıqlandırılmışdır.    Üç  yarım  başlıqda 

yazılmış  bu  fəslin  birinci  bölümündə  sənətkarın  Birinci  dünya 

müharibəsinə  gedənə  qədər  “İqbal”,  “Bəsirət”,  “Sədayi-həqq” 

qəzetlərində  nəşr  etdirdiyi  əlliyə  qədər  bədii,  eimi  və  publisistik 

əsərini  təhlil  edən  (bunların  bir  çoxu  müəllif  tərəfindən  üzə 

çıxarılaraq  ilk  dəfə  tədqiqata  cəlb  olunur),  onların  elmi-filoloji 

dəyərini müəyyənləşdirən İ. Qəribli bu fəslin ikinci bölümünü “M. 

Hadi  müharibədə.  Cəbhədən  yazdıqları  müxtəlif  mətbuat 

orqanlarında”  adlandıraraq  ədibin  ordu  sıralarından  “Bəsirət”, 

“İqdam”,  “Yeni  iqdam”,  “Açıq  söz”,  “Sovqat”    qəzetlərinə 

göndərdiyi  əsərləri  təhlil  edir,  şairin  Birinci  imperialist 

müharibəsinə münasibətini açıqlayır.  



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə