Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə22/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   18   19   20   21   22   23   24   25   ...   147

İslam  Qəribli 

 

 



64 

göstərə bilər, heyhat!  “Yatmışı yatmış haçan ayılda bilər, əcəba”! 

Heç yox, heç yox!”(122,  N 88). 

Maarifçilik  ideyalarına  sadiq  qalan,  millətin  tərəqqisi  üçün 

imkanların  olmamasından  acı-acı  gileylənən  M.  Hadi  “Tələbəlik 

xatiratından” adlı məqaləsində millətə  azadlıq, hürriyyətlə yanaşı 

məktəb  və  maarifin  də  çox  gərəkli  olduğunu  bildirir  və  bu 

nəticəyə  gəlir  ki,  gələcəyin  xoşbəxt  və  rahat  olmasına  tələbə  və 

şagirdlər bais olacaqlar. Amma nə yazıq ki, bizdə “nə mükəmməl 

mədrəsə,  nə  müntəzəm  kitab  və  nə  fünuni-aliyədən  agah 

müdərrislərimiz vardır. Nə vaxt bunlar düzələcək olursa, daireyi-

islah və intizama salınırsa, onda millət də, vətən də, din də kəsbi-

əkməliyyət  eylər,  düzəlir.  Yoxsa  hali-hazırdakı  üsuli-təlim  və  tədris 

bizlərə mənfəət deyil, məzərrətbəxşi-fəlakət olacaqdır”(122,  N 90).

 

“..Dünyada  bəxtiyaranə  yaşamaq,  axirətdə  vasili-nicat 



olmaq  hürriyyət,  ittihad,  maarif  kimi  kəmalati-insaniyyəyə 

bağlıdır”,-  deyən  müəllif  bildirir  ki,  “bunlarsız  millət 

xəsərüddünya  vəlaxirədir,  zəlildir,  rəzildir,  səfildir.  İştə  bu  gözəl 

ünvanları    və  nə  yolda  təhsil  olunmaqlarını  millətə  tələbə  və 

şagirdlər öyrədəcək və bildirəcəkdir”(122,  N 90).   

Yenilik  tərəfdarı  olaraq  cəmiyyətdə  və  təbiətdə  təzələnmə, 

başqalaşma və dəyişilmə hadisələrinin  sıçrayışlar və inqilablarla 

deyil,  tədrici  təkamüllə  bağlı  əmələ  gəldiyini,    təbiət  və 

cəmiyyətdə  baş  verən  dəyişmələrlə  insan  təfəkküründəki 

dəyişmələr  arasında  sıx  əlaqələrin  olduğunu  bəyan  edən,  “hər 

dövrün  adamı  zəmanəsinə  və  şəraitinə  uyğun  olaraq  formalaşır” 

qənaətinə  gələn  müəllif  yazır:  “Zamanın,  ədvarın  təcəddüdü, 

təbəddülatı, təhəvvülatı əfkarın, vicdanın təcəddülatına müstəlzəm 

deyilmidir?  Təvarixə  həqiqi  nəzərlə  baxılacaq  olursa,  aləmin 

təzələnməsi  adəmin  təzələnməsini  müstəlzəm  olduğuna  bir  çox 

parlaq səhifələr gözə çarpar. Nümuneyi-imtisal olmaq üçün birini 

ərz  edəlim..  Fəlasifeyi-yunandan Əflatun  deyib ki, siz övladınızı 

kəndiniz  kimi  bəsləməyiniz,  tərbiyə  etməyiniz,  başqa  bir  üsulla  tərbiyə 

ediniz, çünki onlar təzə bir əsr üçün doğulmuşlar. Halbuki o əsrin ehkam 

və icabatı başqa, sizinki isə büsbütün başqadır”(122,  N 92).

   



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



65 

Ruhu  etibarı  ilə  M.  Hadinin  qəzetdə  çap  olunan  digər 

məqalələri  ilə  səsləşən    “Qiraətxana  darül-mərifətdir”(123,    N 

102)  əsərində  müəllif    bəşəriyyətin  tərəqqi  və  təkamülündə 

məktəblə bərabər kitabxana, kitab, qəzet və jurnalların da mühüm 

əhəmiyyət daşıdığını ön plana çəkir. “Dünyaya nə üçün gəldiyini 

düşün və çalış ki, elm, mədəniyyət, irfan sahibi olasan”,- sözləri 

ilə  oxucusuna  müraciət  edən    müəllif  bildirir  ki,  “insana 

bilmədiyini  bildirən,  öyrənmədiyini  öyrədən,  fikir  və  vicdanını 

ziyalandıran  işbu  əncüməni-maarif  olan  qiraətxanalardır”(123,  N 

102).  Müəllif  bu  əqidədədir  ki,  “bu  həqiqi,  bu  parlaq  mətləbi 

kimsə  inkar  edəməz  və  inkara  da  haqqı  yoxdur”.  Fikrini  təsdiq 

üçün o, Quranın məşhur ayəsini ( “Elm və biliyi beşikdən ağuşi-

məzarə  düşənəcən  axtarınız,  tələb  ediniz”-  M.  Hadi  ayəninin 

tərcüməsini  göstərdiyimiz  şəkildə  vermişdir  -  İ.Q.)  misal 

gətirməklə  ayəni  şərh  edir,  məktəbləri  uşaqlar  üçün  ədəb  və 

tərbiyə  beşiyi  adlandırır  və  daha  sonra  yazır:  “İnsan  məzara 

düşənəcən  ömrünü  məktəbdə  keçirmək  qabili-imkan  deyildir. 

Onda qəbrə  gedənəcən  elmi, mərifəti nə  gunə tələb  etməlidir? ... 

Hərgah  ənzari-diqqətlə  baxacaq  olsaq,  düşünəlim,  insan  az-çox 

fürsət  olduqca  mütalieyi-kütub  etməli  və  bu  yolda  gündən-günə 

daireyi-ruhaniyyəsini  tövsi  qılmağa  çalışmalıdır....  Mütalieyi-

kütubə müsahibə və müzakirəyə ən müqəddəs, ən mükəmməl bir 

vasitə  var  isə,  o  da  qiraətxanalar,  əncüməni-maariflərdir”(123;  N 

102).  İstər  poetik,  istərsə  də  elmi-publisistik  əsərlərində  “əsl 

vətəndaşlar  yetirmək,  tərbiyə  etmək,  onları  istiqamətləndirmək 

kimi vacib məsələlərdən dönə-dönə bəhs edən”(36,  94) M. Hadi 

çox  doğru  və  yerində  qeyd  edir  ki,  həqiqət  nurunun  parlaması 

ağıllı  fikirlərin  müqayisəsındən  törəyər  ki,  “bu  fikirlərin 

çarpışması da qəhvələrdə, çayçıxanalarda deyil, qiraətxanada, ən-

cüməni-ürəfada  sərzədeyi-zühur  olur”.  “Cahilanə  fikirlərin  

toqquşmasından 

fəlakət 

ildırımları, 

ağıllı 

fikirlərin 



toqquşmasından  həqiqət  nuru  törəyər”,-  fikrinə  gələn  ədib 

qənaətini bir qədər də möhkəmləndirmək üçün məşhur bir hədisə 

müraciət  edərək  yazır:  “  Əfəndimiz  həzrətləri  buyurmuşdur  ki, 



İslam  Qəribli 

 

 



66 

“İki həris vardır ki, onlar əsla doymazlar. Biri talibi-sərvət və biri 

də talibi-elm və mərifətdir”.... Bunların ikisindən də doymayalım... 

Bunlarsız  yaşamaq  mümkün  deyildir.  Sərvət  və  maarifsiz  millət 

pamal  olur,  məhv  olub  gedir.    Kəsbi-sərvət  ticarətxanalarda 

olduğu kimi, təhsili-mərifət də məktəbdən sonra qiraətxanalarda, 

ali  məclislərdə  olur.  Qiraətxana  icabati-əsriyyəmizin  ən  şayani-

təqdir  və  əhəmiyyəti  olan  maddələrindən  biridir  ha...  Qiraətxana 

məqami-əmniyyətdir”(123,  N 102).  

Məqalədəki  digər  maraqlı  məqamlardan  biri  M.  Hadinin 

kitaba  olan  münasibətidir.  Müəllifin  nəzərində  kitab    ölü  canlara 

ruh, can verən İsa nəfəsi kimi bir şeydir və dünyada elə bir qəm-

qüssə  yoxdur  ki,  mütaliə  yolu  ilə  ondan  uzaqlaşmaq  olmasın. 

Müəllif  hər  kitabı  yox,  o  kitabı  mütaliə  etməyi  tövsiyə  edir  ki, 

“yatmış  hissləri,  sönmüş  vicdanları,  qararmış  qəlbləri  tənvir  və 

təhrir etsin, ziyalandırsın”(123,  102).  

İnsanı  vəhşətləndirən,  dəhşətləndirən  və  sırf  xəyalatdan 

ibarət olub div, cin, damdabaca, süpürgəsaqqal, ərdo və s. bu kimi 

mövhumi  varlıqlardan  bəhs  edən  kitabların  mütaliəsini  qətiyyən 

məsləhət  görməyən,  bu  tip  kitabları  cəmiyyəti,  insan  əxlaqını 

pozan  vasitələr  hesab  edən  M.  Hadi  bildirir  ki,  “gərək  cəraid  və 

kitabların  mündəricatı  öylə  gözəl,  öylə  lətif  olmalıdır  ki,  insan 

baxdıqca ləzzətlənsin, nəşələnsin, bütün qüvayi-ruhaniyyəsi kəsbi-

fəaliyyət  etsin.  Mürdələrə  həyat,  azmışlara  irşad  bəxş  eləsin.  

Mütaliə olunacaq  kitablar,  cəridələr milləti  vifaqə,  elm və  hüsni-

əxlaqə,  süfati-aliyeyi-insaniyyə  və  islamiyyəyə  sövq  və  dəvət 

qılsın...”(123,  N 102). 

1906-cı  ilin  yazında  M.  Hadi  yaxın  qohumu  və  ağır 

günlərində  ona  himayədarlıq  etmiş  “Bürhani-tərəqqi”  qəzetinin 

naşiri  və  redaktoru  Mustafa  Lütfi  İsmayılzadə  tərəfindən 

Həştərxana  dəvət  olunur.  Bu  barədə  Seyid  Hüseynin  yazısında 

oxuyuruq: “Məhəmməd Hadi Kürdəmirdə təhsilində davam edib 

durarkən  Hacıtərxandan  müəllimi  Mustafa  Lütfi  əfəndidən  bu 

məaldan bir məktub alar ki, “Həyat”da yazılarını oxuyuram. Mən 

burada bir qəzet çıxaracağam. Məktubumu aldıqda işlərini təsvih 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə