Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə3/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   2   3   4   5   6   7   8   9   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



IV fəslin üçüncü bölümü M. Hadinin müharibədən sonrakı 

yaradıcılığı barədədir. Məlum olduğu kimi 1917-ci ildə baş vermiş 

Fevral  inqilabından  sonra  Rusiya  birtərəfli  qaydada  müharibəni 

dayandırdığını  elan  etmiş  və  buna  rəğmən  azərbaycanlılardan 

ibarət  M.  Hadinin  də  iştirakçısı  olduğu  diviziya  cəbhə 

meydanlarından  geri  dönmüşdü.  Azərbaycana  qayıdan  M.  Hadi 

yenidən mətbuatla  əlaqələrini qurmuş, “Bəsirət”, “Övraqi-nəfisə” 

və  “Azərbaycan”  qəzetlərində  həm  poetik,  həm  də  publisistik 

yazılarla çıxış etmişdi ki, bütün bunlar monoqrafiyanın bu  uyarlı 

səhifələrində sistemli şəkildə araşdırılır.  

Daha çox şair kimi tanıdığımız M. Hadini  İ. Qəribli həm 

də  nasir,  publisist,  elm  xadimi  və  tərcüməçi  kimi  öyrənmiş,  

mütəfəkkir 

sənətkarın 

yaradıcılığının  hərtərəfli,  obyektiv 

qiymətini  vermək  üçün  M.  Hadi  haqqında  yazılanlardan 

bəhrələnməklə  bərabər,  ilk  növbədə  onun  öz  əsərlərinin  elmi-

filoloji təhlilinə üstünlük vermişdir. 

İslam  Qəribli  M.  Hadi  irsinin  öyrənilməsi,  nəşri    ilə 

sistemli və  davamlı şəkildə məşğul olan tədqiqatçıdır. Onun bəzi 

məziyyətləri  barədə  qısaca  mülahizələrimizi  bildirdiyimiz  bu 

bitkin  struktura,  mükəmməl  və  zəngin  ədəbiyyat  göstəricisinə  

malik  olan    tədqiqatı,  heç  şübhəsiz  ki,  gərgin  axtarışların 

bəhrəsidir  və  hadişünaslıqda  yeni,  cəsarətli  addımdır.  Bu  əsərlə 

hadişünaslıqda  yeni  bir  mərhələnin    başlandığının  qənaətindəyik 

və  əsəri  ədəbiyyatşünaslıq eimimizin son uğurlarından biri hesab 

edərək,  klassik  ədəbiyyatın  tədqiqində  və  nəşr  olunmasında  bir 

mətnşünas  alim  kimi  təcrübə  və  səriştəyə  malik  olan  İslam  

Qəribliyə gələcək tədqiqatlarında uğurlar arzulayırıq.  

 

    



 

BƏKĠR   NƏBĠYEV, 

                       

 

 

 akademik             

   

 

 




İslam  Qəribli 

 

 



 

                                    



G Ġ R Ġ ġ 

 

 

XIX  əsrin  axırları,  XX    əsrin  əvvəlləri  Yaxın    Şərq 

ölkələrinin,    eləcə  də  Azərbaycanın  ictimai-siyasi  və  ədəbi-elmi 

həyatında  baş  vermiş  bir  sıra  cahanşümul  hadisələrlə  tarixin 

səhifələrinə 

həkk 

olunur.  Milli 



azadlıq  mübarizələrinin 

güclənməsi  və  dönməz  xarakter  alması,    maarifçilik    hərəkatının 

genişlənməsi,  “müsəlman  dünyası  deyilən  ölkələrin  qabaqçıl 

ziyalılarının, siyasətçilərinin geniş dairəsində Qərb sivilizasiyasına 

qoşulmaq  və  beləliklə,  durğunluq  vəziyyətindən  çıxmaq 

meyli”(424, 11)  daha çox tarixin bu dönəmlərinə təsadüf edir. Bu 

illərdən  etibarən    təməli  Həsən  bəy  Zərdabinin  “Əkinçi”si  ilə 

qoyulmuş (22 iyul 1875-ci li) Azərbaycan milli mətbuatı özünün 

çiçəklənmə və intibah dövrünü keçirir, Bakıda, Tiflisdə, Təbrizdə, 

İrəvanda bir-birinin ardınca qəzet və jurnallar nəşr olunur, mətbuat 

sarıdan  korluq  çəkən  azərbaycanlıların  informasiya  susuzluğuna 

birdəfəlik  son  qoyulur.  Realizmlə  yanaşı  milli  Azərbaycan 

romantizmi  formalaşır,  bir  qütbündə  “Molla  Nəsrəddin”,  digər 

qütbündə “Həyat” və “Füyuzat” olmaqla  yazıçı, şair, jurnalist və 

ictimai-siyasi xadimlərin xalqla danışa bilməsi üçün geniş meydan 

yaranır.  Şərq  ölkəsi  olan  Azərbaycana  mütərəqqi  Qərb 

düşüncəsinin axını güclənir, ədəbiyyatın mövzu, mündəricə, ideya 

və  sənətkarlıq  xüsusiyyətləri  ilə  yanaşı,  forma  və  şəkillərində  də 

köklü yeniləşmələr əmələ gəir, bədii söz klassik Şərq poetikasının 

qəliblərindən    qurtularaq  tamamilə  yeni  formalarda  təqdimatını 

tapır.  Burada  sadalananlar  və  sadalanmayanlar  barədə  indiyə 

qədər  tarixşünaslığmızda  və  ədəbiyyatşünaslğımızda  çox  sayda 

əsərlər  yazılıb,  dissertasiyalar  müdafiə  olunub,    fərqli-fərqli 

monoqrafiya  və  kitablar  nəşr  edilib.  Bu  işlərin  böyük  bir  qismi 

Sovetlər dönəmində, müəyyən hissəsi isə dövlət müstəqilliyimizin 

bərpasından (1991-ci il) sonrakı illərdə  görülüb. Təbii ki, dövrün 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



tələblərinə  uyğun  olaraq,  özəlliklə  Sovet  vaxtı  bu  əsərlər  zamanı 

ilə səsləşib və bunlarda həqiqətlə  yanaşı, bir sıra   yanlışlıqlar da 

özünə  yer  alıb.  Bu  sıradan  Məhəmməd  Hadinin  də  irsi  zaman-

zaman  tədqiqatlara  obyekt  olmuş,  ədibin  yaradıcılığı  ilə  ya 

dolayısı, ya da birbaşa bağlı olan çoxlu məqalə, bir sıra kitab və 

monoqrafiyalar    nəşr  edilmişdir(A.  Şaiq,  “Məhəmməd  Hadinin 

faciəsi”; 

Seyid 

Hüseyn, 


“Ədəbiyyatımız 

tarixindən: 

Əbdülsəlimzadə  Məhəmməd  Hadi”;  Mir  Cəlal,  “Şair  vətəndaş”;  

Məmməd  Cəfər,  “Səni  kim  unudar?”;  Ə.  Mirəhmədov, 

“Məhəmməd  Hadi”;  B.  Vahabzadə,  “Sənətkarın  faciəsi”;    K. 

Talıbzadə, “Mən bir kitab”; A. Zamanov, “Ülvi əməllər şairi”; M. 

Ağamirov. “Məhəmməd Hadinin fəlsəfəsi”;  M. Əlioğlu, “Faciləi 

istedad”;    Z.  Əkbərov,  “Görkəmli  pomantik  şair”;  K.  Əliyev, 

“Hadi  kədəri”;  Z.  Əsgərli,  “Qüdrətli  romantik  şair”;  R.  Zəka, 

“Məhəmməd  Hadi”;    İ.  Vahabzadə,  “Millətimin  imzası”;          İ. 

Qəribli,  “Məhəmməd  Hadinin  “İnsanların  tarixi  faciələri,  yaxud 

əlvahi-intibah”  poeması”;    V.  Osmanlı,  “Məhəmməd  Hadinin 

pomantizmi”  və  s.).    Lakin  bu  monoqrafiyada  müraciət  olunan 

mövzu indiyə kimi  müstəqil  tədqiqat predmeti kimi seçilməmiş 

və 

M. 


Hadinin 

mətbuatla 

əlaqələri,  demək  olar  ki, 

öyrənilməmişdir. 

 

 Bu bir həqiqətdir ki, XX əsr Azərbaycan yazıçılarından ən 



çox  dövri  mətbuatla  əlaqə  saxlayan  M.  Hadi  olmuş,  yazdığı 

əsərlərin  demək  olar  ki,  böyük  əksəriyyətini  isti-isti  müxtəlif 

mətbuat orqanlarında nəşr etdirmiş, həm də bir mühərrir olaraq bir 

çox  qəzet  və  jurnallarda  ədəbi  işçi  kimi  fəaliyyət  göstərmişdir. 

Əfsuslar  olsun  ki,  mütəfəkkir  sənətkarın  mətbuatla  əlaqələri 

qədərincə  öyrənilmədiyindən,  onun  əsərlərinin  müəyyən  qismi 

tədqiqatlardan  kənarda  qalmış,  əllidən  artıq  şeiri,  doxsana  yaxın 

publisistik  və  nəsr  əsəri,  bir  neçə  tərcüməsi  nə  kiril,  nə  də  latın 

qrafkası  ilə  nəşr  olunmamışdır.  Bu  isə,  öz  növbəsndə  M.  Hadi 

irsinin yarımçıq öyrənilməsinın təkzibolunmaz faktıdır. 

 

XX  əsr  Azərbaycan  mətbuatını  Cəlil  Məmmədquluzadə, 



Ömər  Faiq  Nemanzadə,  Əhməd  bəy  Ağaoğlu,  Əli  bəy 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə