Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə4/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   2   3   4   5   6   7   8   9   ...   147

İslam  Qəribli 

 

 



10 

Hüseynzadə, Haşım bəy Vəzirov, Üzeyir bəy Hacıbəyov, Əlabbas 

Müznibsiz  təsəvvürə  gətirmək  mümkün  olmadığı  kimi,  1905-ci 

ildən  ömür  və  yaradıcılıq  yolunun  sonlarına  qədər  Azərbaycan 

mətbuatında  ardıcıl  şəkildə  bədii,  elmi  və  publisistik  əsərlər  çap 

etdirən Məhəmməd Hadisiz də təsəvvürə gətirmək çətindir və M. 

Hadinin  mətbuatla  əlaqələrini  öyrənmək,  əslində  XX  əsr 

Azəbaycan mətbuatının müəyyən bir sahəsini öyrənmək deməkdir. 

Məhz  bunlar  nəzərə  alınaraq  Məhəmməd  Hadinin  Azərbaycan 

dövri  mətbuatı ilə əlaqələri müəllif tərəfiindən tədqiqat predmeti 

kimi seçilmiş,  materilallar yeni təfəkkür işığında hər cür sosioloji 

sifarişlərdən uzaq, mümkün qədər əhatəli şəkildə şərh olunmuşdur.

 

Tədqiqatın  obyektini  Məhəmməd  Hadinin  1905-1919-ci 



illərdə Azərbaycan  dövri mətbuatında çap olunmuş əsərləri təşkil 

edir.  Məlum  olduğu  kimi,  M.  Hadi    “Həyat”  qəzetinin  23  iyul 

1905-ci  il  35-ci  nömrəsində  dərc  etdirdiyi  “Bəyani-həqiqət”  adlı 

məqaləsi ilə  mətbuat  aləminə  gəlmiş və  1910-cu  ilin axırlarına  –  

Türkiyəyə  gedənə  qədər  müxtəlif  mətbuat  orqanları,  o  cümlədən 

“Füyuzat”  jurnalı,  “İrşad”,  “Təkamül”,  “Yoldaş”,  “Təzə  həyat”, 

“Tərəqqi”,  “İttifaq”  və  “Səda”  qəzetləri  ilə  əməkdaşlıq  etmiş, 

yüzlərcə  şeir,  hekayə,  məqalə  və  tərcümə  əsərlərini  adları  

yuxarıda  qeyd  olunan  mətbuat  orqanlarında  dərc  etdirmişdir.  M. 

Hadi Türkiyədə həbs olunub Salonik adasına sürgün edilənə qədər 

də  Azərbaycan  mətbuatı  ilə  əlaqə  saxlamış,  göndərdiyi  şeir  və 

məqalələr  Bakıdakı  müxtəlif  mətbuat  orqanlarında  dərc 

olunmuşdur. 1913-cü ilin axırına yaxın Türkiyədən Azərbaycana 

qayıdan sənətkar mətbuatla əlaqələrini yenidən bərpa etmiş, 1919-

cu  ilin  may  ayına  qədər  bir  sıra  qəzetlərdə  əsərlərini  çap 

etdirmişdir.  M. Hadinin 1905-1908-ci illər ərzində mətbuatda işıq 

üzü görmüş əsərlərin bir qismi onun 1908-ci ildə nəşr etdirdiyi ilk 

kitabına  –  “Firdovsi-ilhamat”a  salınmış,  bəziləri  isə  tətibçilər 

tərəfindən  ilk  mənbələrdən  götürülərək  şairin  Sovet  hakimiyyəti 

illərində  çıxan  kitablarına  daxil  edilmişdir.  Müəllifin  1909-1919-

cu  illərdə  yazıb  müxtəlif  mətbuat  orqanlarında  dərc  etdirdiyi 

zəngin  ədəbi  irsindən  1914-cü  ildə  Bakıda  nəşr  olunan  “Eşqi-




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



11 

möhtəşəm”  kitabındakı  iki  şeiri  istisna  olmaqla  sağlılğında  kitab 

halında  çap  edilməmişdir.  Ədibin  bu  illərdə  mətbuatda  işıq  üzü 

görən  əsərlərinin  müəyyən  qismi  ölümündən  sonra  çap  edilən 

kitablarına  düşsə  də,  əsərlərin  böyük  bir  hissəsi,  xüsusilə 

publisistikası isə  indiyə  kimi müasir  əlifbalarda nəşr olunmamış, 

tədqiqat  predmetinə  çevrilməmişdir.  Biz  tədqiqat  boyu  həm  M. 

Hadinin  qəzet  və  jurnallarda  çap  etdirdiyi  əsərləri  ilə  kitab 

variantlarını  tutuşdurmuş,  həm  də  həmin  illərin  mətbuat 

orqanlarında dərc  etdirdiyi,   demək olar ki,  bütün  əsərlər  barədə 

məlumat  vermiş,  imkanlarımız  daxilində  onları  təhlil  etmişik. 

Təbii ki, bizdən əvvəl M. Hadidən yazan müəlliflərin əsərlərindən 

bəhrələnmiş, onlara münasbətimizi də bildirmişik.  

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  “Məhəmməd  Hadi  və 



mətbuat”    problemi  bu  tədqiqata  qədər  ayrıca,  müstəqil  mövzu 

kimi 


öyrənilməmişdir. 

Lakin  ümumilikdə  götürüldükdə 

mütəfəkkir sənətkarın irsinə istər sağlığında, istərsə də ölümündən 

sonra  həmişə  maraq  olmuş,  Azərbaycan  pomantizmindən,  XX 

əsrin  ilk  iki  onilliyindəki  ədəbiyyatdan  yazan  müəlliflərin 

əksəriyyəti  bu və ya digər dərəcdə M. Hadidən bəhs etmiş, onu 

qeydsiz-şərtsiz  yaşadığı  dövrün  ən  unikal,  bənzərsiz  və  yüksək 

istedad sahibi olan sənətkarlarından biri kimi qiymətləndirmişlər. 

Təbii  ki,  biz  tədqiqat  boyu  yeri  düşdükcə  həmin  müəlliflərə  və 

onların  əsərlərinə  də  mürüciət  etmişik.  M.  Hadinin    əsərlərinə 

səhifələrində  səxavətlə  yer  ayıran  “Həyat”  qəzetində  Əli  bəy 

Hüseynzadənin  qələmindən  çıxan  “Bir  balaca  intiqad”  məqaləsi 

(“Həyat”  qəzeti,  10  dekabr  1905-ci  il,  N  116),  şairin  “Firdovsi-

ilhamat”  kitabı  ilə  bağlı  çıxan  yazılar  (“Tərəqqi”  qəzeti,  5,  15 

fevral 1909-cu il, N 28, 36), müxtəlif qəzetlərdə M. Hadiyə  həsr 

olunmuş  ədəbi  yazılar,  əsərlərinin  çap  olunması  barədə  verilən 

elanlar  şairin  irsini  öyrənmək  sahəsində  ilk  addımlar  olsa  da,  M. 

Hadinin öyrənilməsi, təbliği və tədqiqi tarixi, əslində Seyid Hüseyn 

və  Abdulla  Şaiqlə  başlayır  ki,  sonrakı  illərdə  Cəfər  Xəndan,  Mir 

Cəlal,  Məmməd  Cəfər,  Əziz  Mirəhmədov,  Kamal  Talıbzadə, 

Bəxtiyar  Vahabzadə,  Abbas  Zamanov  və  tədqiqat  boyu  adını 



İslam  Qəribli 

 

 



12 

çəkdiyimiz,  əsərlərinə  istinad  etdiyimiz  bir  çox  müəlliflər  bu  işi 

zaman-zaman davam etdirmiş və proses indi də öz axarı ilə davam 

etməkdədir. 

 

Monoqrafiyanın  əsas  məqsədi  XX  yüilliyin  əvvəllərində 



yetişmiş böyük Azərbaycan mütəfəkkiri Məhəmməd Hadinin  1905-

1920-ci  illər  Azərbaycan  mətbuatı  ilə  əlaqələrini  sistemli  şəkildə 

öyrənməkdən, sənətkarın XX  əsrin ilk iki  onilliyindəki Azərbaycan 

ictimai-ədəbi 

mühitində 

və 


jurnalistikasındakı 

yerini 


müəyyənləşdirməkdən  ibarətdir.  Göstərilən  məqsədə  çatmaq  üçün 

tədquqatda bir sıra məsələlərin başlıca vəzifə kimi qarşıya qoyulması 

və  həll  edilməsi  nəzərdə  tutulmuşdur  ki,  bunları,  əsasən,   aşağıdakı 

kimi qruplaşdırmaq olar:  

 

- M. Hadinin mətbuat və sənət aləminə  gəlişinə təkan verən 



səbəbləri,  sənətkarın  “Həyat”  qəzeti    və  “Füyuzat”  məcmusindəki 

şair,  publisist  və  tərcüməçilik  fəaliyyətini  geniş  və  əhatəli  şəkildə  

işıqlandırmaq;  

- Sənətkarın “Dəbistan”, “İrşad”, “Yoldaş”, “Təkamül” kimi 

mətbat  orqanlarında  dərc  olunan  əsərlərinin  ideya-bədii,  mövzu  və 

mündəricə  baxımından  təsnifatını  vermək,  “Təzə  həyat”  qəzetində  

M.Hadinin  şair,  alim-publisist  və  tərcüməçi  kimi    fəaliyyətini 

araşdırmaq; 

 

-  “İttifaq”,  “Tərəqqi”,  “Səda”  kimi  qəzetlərdə  sənətkarın 



indiyə kimi ədəbi ictimaiyyətə məlum olmayan bir çox poetik, elmi-

publisist  və  tərcümə  əsərlərini  üzə  çıxarmaq,  onları  yeni  əlifbaya 

köçürməklə filoloji dəyərini müəyyənləşdirmək; 

 

-  Sənətkarın  1914-1919-cu  illərdə  “İqbal”,  “Bəsirət”, 



“Sədayi-həqq”,  “Sovqat”,  “Azərbaycan”  və  digər  mətbuat 

orqanlarında işıq üzü görmüş  əsərlərini tədqiqata cəlb etməklə  M. 

Hadi yaradıcılığının bütöv mənzərəsi barədə təsəvvür yaratmaq; 

 

-  M.  Hadinin  əsərlərinin  yeni,  akademik  çapına  nail  olmaq 



üçün  sənətkarın  adları  yuxarıda  çəkilmiş  və  çəkilməmiş  mətbuat 

orqanlarında çıxan əsərlərini çap olunmuş kitabları ilə tutuşdurmaq,  

unudulmuş,  diqqətdən  yayınmış  yüzlərlə    əsəri  ərəb  qrafikasından 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə