Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə7/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   2   3   4   5   6   7   8   9   10   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



19 

başlıca səbəbi onun özünün çalışqanlığı və həm də Mustafa Lütfi 

ilə yanaşı tərəqqipərvər Şamaxı üləmalarından olan Əhməd əfəndi, 

Əbdülxalıq əfəndi, “yaxın qohumu olan Əbdülqasım əfəndidən”(6, 

234)  dərs  alması  idi.  Şeir,  elmi  və  publisistik  əsərlərində 

göstərdiyi  məxəzlər,  gətirdiyi  və  əksəriyyətinin  də  tərcüməsini 

verdiyi  çox  dəyərli  sitatlar  sübut  edir  ki,  müstəsna  yaddaş  sahibi 

olan M. Hadi gənclik illərində ilahiyyat emləri ilə bərabər dünyəvi 

elmləri, xüsusilə dil, ədəbiyyat, fəlsəfə, məntiq, tarixi də dərindən 

öyrənmiş,  “oxuduğu  klassik  ədəbiyyat,  tərəqqipərvər  alim  və 

mütəfəkkirlərin əsərləri onda yaxşı bilik ehtiyatı yaratmış”(397, 4) 

və  sonralar  yaradıçılığı  boyu  gəncliyində  öyrəndiklərindən 

yetərincə bəhrələnmişdir. 

Şamaxı mühiti gələcəkdə “böyük bir ədib olmaq” arzusu ilə 

yaşayan gənc M. Hadinin istəklərini doğrultmağa imkan verməsə 

də,  o,  bu  məhrumiyyətə,  yəni  doğulduğu  şəhərdə  qalıb  burada 

təhsil almağa məhkum idi. Ədibin yaxın dostu, məsləkdaşı və M. 

Hadi  haqqında  ilk  və  həm  də  səhih  məqalələrin  müəllifi  Seyid 

Hüseynin  yazdığı  kimi,  o,  “oxuduğu  elmlərin  kəndisinə  heç  bir 

nəticə  verməyəcəyini, olsa-olsa mömin bir molla  əfəndidən fəzlə 

bir şey olmayacağını hissi-qəbləl-vüqu ilə anladığından,  İstanbul 

və  Əl-Qahirə  kimi  islam  mədəniyyəti  mərkəzlərinə  gedib  orada 

təhsil  almaq  fikrinə  düşmüşdür.  Mustafa  Lütfi....  Hadini  xarici 

məmləkətlərə  göndərəcək  iqtidarı  olmadığından  Hadi  bir  neçə 

zəngin  əqrəbasına  müraciətdə  bulunmuş,  təhsil  arzusunda 

olduğunu söyləyib müavinət istəmişsə də, onlar sözünü dinləyən 

və yardımda bulunan olmamışdır”(66,  N 3). 

Xaricdə  təhsil  almaq  ümidləri  boşa  çıxan  və  Şamaxı 

üləmasından  indiyə  qədər  öyrəndiklərindən  artıq  bir  şey  öyrənə 

bilməyəcəyini  yəqinləşdirən,  molla,  ruhani  olmaq  fikrindən 

büsbütün  uzaq  olan  M.  Hadi    iyirmi  üç  yaşında  lkən  təhsilə 

“əlvida” deyərək bəxtini ticarətdə sınamaq qərarına gəlir və əmisi 

oğlu  ilə  şərikli  atasından  qalan  baqqal  dükanını  açıb  ticarətə 

başlayır.  Təcrübəsizliyi,  digər  tərəfdən  ticarətə  həvəsinin 

olmaması  bir  neçə  aydan  sonra  onun  tamamilə  müflisləşməsi  ilə 



İslam  Qəribli 

 

 



20 

nəticələnir  və  bundan  sonra  “bir  müddət  Hadi  işsiz,  pərişan  və 

laübalı gəzir. Ara-sıra şəhər kənarındakı “Qələ bayırı”ya və başqa 

səfalı  yerlərə  gedib,  ürəyinin  dərdlərini  ana  təbiət  qoynunda 

dağıtmağa çalışır”(401, 8). Belə gəzintilərin birində lap uşaqlıqdan 

azad və sərbəst olmağı sevən M. Hadinin başına qəribə bir hadisə 

gəlir. Şairin yaxın dostu, çətin məqamlarında ona pərəsdarlıq edən 

Abdulla  Şaiq  yazır:  “  Nağıl  edirlər  ki,  Şamaxı  bələdiyyə  rəisi 

inqilab  illərində  axşamlar  saat  səkkizdən  sonra  evdən  dişarı 

çıxmağı bir müddət qadağan etmişdi. Bundan sonra Hadi gecələr 

şəhər  ətrafına  çıxmaq  adəti  olmadığı  halda,  bələdiyyə  rəisinin 

əmrinə  məhz  itaətsizlik  göstərmək  məqsədi  ilə  hər  gecə  şəhər 

ətrafını dolaşmağa başlamışdı.  Bir dəfə  polis nəfərləri tərəfindən 

tutulub  dairəyə  gətirildiyi  zaman  yolda  şəhərin  mötəbər 

şəxslərindən birisi Hadini tanıyıb azad etdirmişdi”(6, 239). 

1902-ci  ilin  yanvar  ayının  son  günündə  təbiət  şamaxılıları 

qəfil bir  fəlakətlə  üz-üzə  qoydu.  Həmin  günün canlı şahidi  Ö.  F. 

Nemanzadə  yazır:  “1902-ci  il  yanvarın  31-də  cümə  axşamı 

gündüz  saat  12-də  Şamaxıda  indiyə  qədər  görünməmiş  yer 

tərpənişi oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş 

bir  dəhşət  və  qiyamət  günü  idi”(410,  70).  Baş  vermiş  dağıdıcı  

zəlzələdən  sonra  bir  çox  şamaxılılar  kimi  M.  Hadi  də  doğma 

şəhərini  tərk  edməyə  məcbur  olmuş,  “evlərinin  ənqazını  (tör-

töküntü) 200 manata sataraq Kürdəmirə getmiş, ibtidaən bir əttar 

dükanı açmış isə də, ondan da bir şey çıxmadığını görüncə, ikinci 

kərə olaraq zərər ilə dükanı qapamışdır”(66, N 3). 

Xarakterində  tacirlik  əlamətləri  olmayan,  iki  dəfə  dükan 

açsa da iflasa uğrayn M. Hadi özünü xarakterinə uyğun bir sahədə 

sınamaq  qərarına  gəlir  və  “bəzi  maarifpərvərlərin  müavinəti  ilə” 

Kürdəmirdə  yaşayan şamaxılı Ağa əfəndi ilə birlikdə bir məktəb 

açıb  tədrisə  başlayır.  Çox  keçmir  ki,“istedadı  və  şəxsi  mütaliə 

nəticəsində əldə etdiyi biliyi ilə digər müəllimlərdən seçilən Hadi 

Kürdəmir  ziyalılarının  nəzərini  cəlb  edir,  onu  Zaqafqaziya 

müəllimlər 

qurultayına  Kürdəmir  müəllimləri  tərəfindən 

nümayəndə  seçirlər”(45,  413).  “1904-cü  ildə  Tibilisidə  keçirilən 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



21 

Zaqafqaziya  müəllimlər  qurultayında  iştirak  edən”(395,  236)  M. 

Hadinin işləri yavaş-yavaş sahmana düşür, öyrənmək təşnəsi olan 

gənc  bildiklərini  həvəslə  məktəblilərə,  şagirdlərinə  öyrətməyə 

başlayır. 

Kürdəmirdə  yaşadığı  illərdə  (1902-1906)  maddi  imkanları 

nisbətən  düzələn  M.  Hadi  yenə  də  əvvəlki  qayda  ilə  mütaliəsini 

davam  etdirir,  “Kəlküttədən  “Həblül-mətin”,  İstambuldan  “Sabah”, 

Bakıdan    “Həyat”,  Bağçasaraydan  “Tərcüman”  qəzetlərini  gətirdib 

oxuyur”(401, 20).  

M.  Hadinin  1905-ci  ilə  qədərki  ömür  yolunun  qısa 

mənzərəsi  yuxarıda qeyd etdiyimiz kimidir.  “25  yaşlarınadək nə 

bir  qəsidəsi,  nə  də  aşiqanə  qəzəli  olmayan”(66,  N  3)  şairin 

mətbuat və sənət aləminə gəlişi 1905-ci ilin ortalarına təsadüf edir 

ki, bu zamana qədər o, enişli-yoxuşlu bir həyat yolu keçmiş, dərin 

savada, formalaşmış dünyagörüşə, ən başlıcası millətinə, vətəninə 

minnətsiz, can-başla xidmət etməyə hazır olan gənc idi. Arzularını 

gerçəkləşdirmək üçün ona şərait lazım idi ki, bu şərait 1905-ci il 

Birinci  rus  inqilabından  sonra  meydana  gəldi  və  fitri  istedadı 

sayəsində  M.  Hadi  az  bir  müddət  ərzində  iddialı  adamların 

onilliklər boyu gedə bilmədiy yolu qət, fəth edə bilmədiyi zirvələri 

isə fəth etdi.   

 

     I. 2.  POEZĠYA   SAHƏSĠNDƏ   ĠLK   ADDIMLARI  

                       

Akademik Mirzə İbrahimovun qeyd etdiyi kimi, “XIX əsrin 

sonları,  XX  əsrin  əvvəllərinə  doğru  Azərbaycan  iqtisadiyyatında 

baş  verən  kapitalistləşmə  meyili  və  Bakıda  kapitalizmin  sürətli 

yüksəlişi demokratizmin yayılması, dərinləşməsi və inkişafı üçün 

dərin  zəmin  yaratmışdı”(60,  42).    Azərbaycandakı  ictimai-siyasi 

durumu vaxtında, düzgün qiymətləndirən milli ziyalılar və vətən, 

millət  qayğısı  çəkən  imkan  sahibləri  anadilli  məktəb  və  mətbuat 

qıtlığından əzab çəkən azərbaycanlıları elmsizlik və məlumatsızlıq 

girdabından  qurtarmaq  üçün  cəsarətli  və  düşünülmüş  addımlar 

atdılar. Millətin tərəqqi və özünüdərkinə hava və su qədər gərəkli 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə