Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə9/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   5   6   7   8   9   10   11   12   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



25 

 

Məktəbi  uşaqlar  üçün  ana  qucağına,  elmi  ana  südünə 



bənzədən  gənc  şair  bildirir  ki,  bütün  inkişaf  və  mədəniyyətlərin 

yolu  məktəbdən  keçir.  “Məkatib  bir  sədəfdir  qətreyi-naçizi  dürr 

eylər”,-  deyən  şair  məktəbi  bəşər  övladını  qüdsiyyət  aləminə 

aparan  bir  yol,  “şivəgahi-dilbəri-rənayi-hürriyyət”,  həqiqəti  dərk 

etmək üçün bir vasitə kimi tərənnüm edir. Bəlkə elə bu cəhətlərinə 

görədir  ki,  şeirin  axırında  qəzet    “İdarədən”  başılığı  altında  belə 

bir  təqdiredici  qeyd  vermişdir:  “Görünür  ki,  məkatib  haqqında 

sözü tamam edib istəməyirsiniz ki, sizdən sonra da qəzetəmizə söz 

yazan olsun, lakin səhviniz var. Bu xüsusda nə qədər yazılsa, yenə 

azdır” (99,  N 109).  

Orası  da  maraqlıdır  ki,  Əli  bəy  Hüseynzadə  M.  Hadinin 

mətbuatda çap etdirdiyi şeirini qiymətləndirmiş, “Həyat” qəzetinin 

129-cu  sayında  dərc  etdirdiyi  “Bir  balaca  intiqad”  adlı 

məqaləsində  “İrşad”  qəzetinin  5-ci  nömrəsində  Hafizdən  edilmiş 

bir  tərcümənin  naqisliyini  tənqid  edərək  yazmışdı:  “Türk  dilində 

şeir yazan heç olmaz isə böylə yazar: 

 

 

Məkatib bir sədəfdir, qətreyi-naçizi dürr eylər, 



 

 

Məkatib bir çəməndir, sərvini azadi-hürr eylər(51, 121).     

“Həyat”  qəzetində  “Maarifin  və  kitabi-müqəddəsimiz 

Qurani-kərimin  şənində”  adlı(100,  N  112),  “Məhəmmədül-Hadi 

əl-Hac  Əbdülsəlimzadə  Şirvani  sakini-Kürdəmir”  imzası  ilə  çap 

etdirdiyi (Bu şeir şairin Sovetlər dönəmində və 2005-ci ildə çıxan 

kitablarına  düşməmişdir.  Biz  “kitablar”  deyəndə  şairin  həmin 

illərdə  çıxan  kitablarını  nəzərdə  tuturuq  –  İ.  Q.)  on  iki  beytlik 

şeirinin  ilk  misralarında  şair  bildirir  ki,  kim  açıq  göz  ilə  baxıb 

Quranın  mənasını  anlamağa  çalışsa,  görəcək  ki,  Quran  elm  və 

hikmət dəryasıdır.  Məlum olduğu kimi, “İslam  çox  əhatəli sosial 

tənzimləmə  sistemidir.  Müsəlmanların  həyatının,  demək  olar  ki, 

bütün  cəhətləri  dini  baxımdan  müəyyən  məna  daşıyır”(424,    11)  

və  bəşər  taleyi  üçün  lazım  olan  məsələlərin  əksəriyyətinin  şərhi  

Quranda  əksini  tapıb.    M.  Hadinin  qənaətinə  görə  Qurandan 

kimsənin binəsib olması mümkün deyil, çünki o, Allah tərəfindən 



İslam  Qəribli 

 

 



26 

insan  övladını  doğru  yola  hidayət  etmək  üçün  göndərilən 

müqəddəs qanundur. Şair bildirir ki, halallığın, imanın, qəflətdən 

oyanmanın,  cahildən  və  cəhalətdən  uzaqlaşmağın  yolları  birər-

birər müqəddəs kitabımızda göstərilib. “Vücudi-əhli-qəflət mar ilə 

narə müşabihdir(Qəflət əhlinin vücudu, varlığı ilana və cəhənnəm 

atəşinə bənzəyir  - İ. Q.) deyən şair bildirir ki:  

   


Cahanda hər fəsadın mənĢəyi nadandır, nadan, 

   

Nizami-aləmi ixlal edən əhli-zəlalətdir. 

   

Riyazi-dəhri xaristan edib də eyləyən viran, 

   

Cəhalətdir, bilaĢübhə, cəhalətdir, cəhalətdir(100,  N 112).     

“..Həmvətənlərinin  ağır  və  fərəhsiz  həyat  şəraitini, 

tuşlandıqları  bəla  və  bədbəxtliklərin  səbəbini...  maarifsizlikdə, 

zərərli  fikirlərin  torundan  xilas  ola  bilməmələrində  görən”(391, 

97)  maarifçi  yazıçılar  kimi  M.  Hadi  də  çox  doğru  olaraq  qeyd 

edirdi  ki,    cəhalətin  səbəbi    elmsizlikdir  və  elmi  öyrənmədən  nə 

mərifət,  nə  də  firavan  yaşayış  sahibi  olmaq  mümkün  deyil. 

Süleyman,  İdris,  Məhəmməd  kimi  Allah  tərəfindən  insanları 

doğru yola dəvət etmək üçün göndərilənlər məhz elmi öyrənməklə 

uca  mərtəbə  sahibi  oldular  ki,  bütün  bunlar  barədə  Quranda 

yetərincə məlumat verilib. “Ki “rəbbi-zədni-elmən”  şahidi-sidqi-

məqalətdir”,-  deyən  şair  bir  daha  bəyan  edir  ki,  müqəddəs 

kitabımız  olan  Quran  elm  mənbəyidir  və  onu  öyrənmək,  orada 

verilən  göstərişlərə  əməl  etmək  hər  bir  müsəlmanın  borc  və 

vəzifəsidir.   

F.  e.  d.  Vəli  Osmanlınin  qeyd  etdiyi  kimi,  “XX  əsr 

Azərbaycan romantiklərinin geniş poetik vüsətli və sosial miqyaslı 

hürriyyət 

manifesti 

Məhəmməd 

Hadinin  poeziyası  ilə 

başlayır”(423, 11) və M. Hadinin “Həyat” qəzetində çıxan üçüncü 

şeiri  olan    “Hürriyyət  aləmi”  əsəri  bu  manifestin  proloqu  təsiri 

bağışlayır(101,  N  6).  Bu  əsər  şairin  kitablarında  “Nəğmeyi-

əhraranə”  adı  ilə  getmişdir  ki,  səbəbini  başqa  yerdə  axtarmaq 

lazım  deyil.  Çünki  M.  Hadinin  sağlığında  çıxan  “Firdovsi-

ilhamat”(377,  14-15)  kitabında  şeir  bu  adla  çap  olunmuş  və 

tərtibçilər  də  bu  kitaba  istinad  etmişlər.    Qəzet  variantı  ilə  kitab 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



27 

variantının həcmi eyni olsa da (həm qəzetdə, həm də kitabda şeir 

on  dörd  beytdən,  iyirmi  səkkiz  misradan  ibarətdir),    mətnlər 

arasında    bir  sıra  dəyişikliklər  var  ki,  zənnimizcə,  bunları 

“Firdovsi-ilhamat”  kitabını  çapa  hazırlayarkən  M.  Hadinin  özü 

etmişdir  və  bunlar  şeirin  xeyrinə  olmuşdur.  İki  nümunə 

göstərməklə kifayətlənəcəyik.  Qəzetdə dördüncü beyt belədir: 

  Niqabın aç da məftun eylə ərbabi-tamaĢayi, 



  Desinlər fənni-səhairdə əfsunkari-hürriyyət

Həmin beyt kitabda bu redaksiyada verilmişdir: 



   Niqabı sal üzündən, ərzi-ruyi-ibtisam eylə, 

  Görənlər  söyləsinlər dilbəri-səhhari-hürriyyət

Altıncı beyt qəzetdə bu variantdadır: 



 

Nə dilsəyyad dilbərsən, xüram etdikdə üĢĢaqın, 

  Edər pərvanətək canın fədayi-nari-hürriyyət. 

Həmin beyt kitabda belə verilmişdir: 

 

Nə dilsəyyad ahusan, xüram etdikdə üĢĢaqın- 

 “Ənəlhəqq” nəğməsin söylər, olur bərdari-hürriyyət. 

“Öz bədii, publisistik, elmi-fəlsəfi yazılarında ... əslində real 

gerçəkliyi  də,  cəmiyyətin  özünü  də  ictimai  cinahlara  və  silklərə, 

siniflərə  və  tayfalara,  ümumiyyətlə  heç  bir  sosial-siyasi  intriqa 

qütblərinə,  məhdud  subyektiv  təmənna  və  mənafe  təbəqələrinə 

parçalamayan,  dövrünün  milli  azadlıq  hərəkatını  ümumxalq 

oyanışı,  ümummilli  intibah  kimi  tərənnüm  edən”(73,  8)  M. 

Hadinin    azadlığın  tərənnümünə  həsr  olunmuş  bu  şeiri  XX  əsrin 

böyük  osmanlı  türk  şairi  Namiq  Kamaldan,  onun  “Nə  əfsunkar 

imişsən,  ah,  ey  didari-hürriyyət”  misralı  şeirindən  təsirlənərək 

yazılmışdır. Şeirində hürriyyəti coşqun ruh və qəsidələrə xas olan 

təmtəraqla tərənnüm edən şair onu üfüqdən boylanan günəşə, qəlb 

oxşayan huriyə, aşiqləri məftun edən “dilsəyyad ahu”ya bənzədir. 

Poetik yaradıcılığının manifesti hesab oluna biləcək bu şeirdə şair 

öz gələcək  yaradıcılığının  məramını elan edir. Ədəbi aləmdə ilk 

addımlarını  atan  gənc  şairin  aşağıdakı  misraları  sonralar 

“Hürriyyət  əndəlibi  -  azadlıq  bülbülü”  adlandırılan  gələcək 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə