İslam Səfərli Səməni



Yüklə 4,39 Kb.
Pdf görüntüsü
tarix24.04.2018
ölçüsü4,39 Kb.
#39935

background image
İslam Səfərli 

 

 Səməni 

 

Havada sazaq var, havada şaxta, 



mənsə düşünürəm ilk bahar haqda. 

Anamın qoyduğu bir göy səməni 

Bahardan yazmağa çağırır məni. 

 

Baxıram, baxıram göy səməniyə, 



Dönür nəzərimdə yaşıl zəmiyə. 

... Odur, dan sökülür, nur səpələnir, 

Gözümdə zəmidir, hey ləpələnir... 

 

Sevgilim toplayır əlvan gül-çiçək, 



Çiçəkdən-çiçəyə qonur kəpənək. 

Gülür kol dibində bənövşə, nərgiz, 

Baharla qol-qola yeriyirik biz. 

 

Deyirəm, bizimlə gül, gəz, baharım! 



Baxıb xumarlanır gülgəz baharım... 

Bu vaxt sərt küləyin boz qanadları 

Geniş pəncərəmə sovurur qarı – 

Duyuram, xəyalmış aparan məni, 

Qarşımda bir kağız, bir göy səməni. 

 

Səfərli İ. Səməni : şeir // Seçilmiş əsərləri. – Bakı : Lider. – S.201-202. 



Yüklə 4,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə