İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə15/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

Siqaret rahatlıq gətirirmi?


Bir çox hallarda siqaret çəkən şəxslər, əsəbi və narahat olduqları zaman siqaret çəkir və bu işin narahatlıqların azalmasına səbəb olduğunu güman edirlər. Və ya siqaret çəkənlərə "siqaretin filan ziyanı var" deyildikdə, "biz siqaret çəkdiyimiz vaxt yorğunluğumuz aradan qalxır və rahatlanırıq" deyirlər. Ancaq bu tip insanların nəzərlərinə çatdırıram ki:

Hər şeydən əvvəl, siqaret aramlığa səbəb olsa və ya sizin yorğunluğunuzu aradan qaldırsa da, bu bir aldadıcı aramlıqdır. Bu eynilə, ağrını müvəqqəti olaraq sakitləşdirən ağrıkəsici dərmana bənzəyir, amma əvəzində başqa xəstəlikləri bədənə daxil edir. Bu şəxslərin işi o kəsə bənzəyir ki, 10 manatını ələ gətirmək üçün minlərlə manat dalğaca xərcləyir. Yəni bir narahatlığı aradan qaldırmaq üçün, siqaret çəkmək nəticəsində yüzlərlə narahatlıq özünə əlavə edir.

Bundan əlavə, alimlərin sübuta yetirdiklərinə əsasən, siqaret düşkünlüyə səbəb olur. Aşağıdakı tədqiqata diqqət edin.

"İransəlamət" xəbər agentliyinin məlumatına görə "Oslo" universitetinin alimlərinin araşdırmalarına əsasən, siqaret çəkən şəxslərdə düşkünlüyün ehtimalı daha artıqdır. "Royterz"dən verilən məlumatda bildirilir ki, Norveç alimlərinin 18 yaşlı 1190 nəfər üzərində 11 il araşdırması göstərir ki, siqaret çəkənlər siqaret çəkməyənlərdən daha çox düşkünlüyə düçar olur və düşkünlüyün dərəcəsi fərdin gündəlik çəkdiyi siqaretin sayına bağlıdır.1


Siqaret əvəzinə qalyan çəkməyimiz yaxşı olmazdımı?


Doktor Qulamrzanejad: Bunların heç biri yaxşı deyil, bunların hamısı pisdir, zərərlərlə doludur, amma siqaret qəlyandan daha pisdir.2


SON SÖZ


Siqaret və ona bənzər tütün məmulatlarının istifadəsi haqda son sözümü universitet müəllimi və ürək həkimlərindən birinin məşhur cümləsi ilə yekunlaşdırıram. O deyir: "Hər bir siqaret çəkən bir gün siqareti tərgidəcəkdir, amma kaş ki o gün gec olmayaydı".

Narkotik maddələr


Mərcəi-təqlidlərin fətvasına əsasən narkotik maddələrə qurşanmaq haram hesab edilir. Bu baxımdan biz bu maddələrin zərərlərinin kiçik bir hissəsinə toxunaraq, sözün uzanmaması üçün onun iqtisadi, ictimai, ailəvi və axirətlə bağlı çoxsaylı zərərlərini qeyd etməyi lazım bılmirik.

Narkotik maddələrin cismi zərərləri:

1 - Mədədə və bağırsaqlarda həzm pozuntusu. Ürəkbulanma, iştahanın azalması, ishal, qusma, qanda şəkərin artması, meri xərçəngi, mədə və on iki barmaq bağırsaqda yara, mədə şirəsinin və öd kisəsinin ifrazının azalması və ifrat dərəcədə arıqlığı buna şamil etmək olar.

2 - Gözün qeyri-təbii yumulub-açılması, gözün qaranlıq gətirməsi, göz şəbəkisindəki kapilyar damarlarda pozuntu və gözün vaxtından tez görmə qabiliyyətini itirməsi.

3 - Ağciyərlərdə çatışmazlıqların üzə çıxması, çətin nəfəs alma, tənəffüsün zəifləməsi və dayanması, agciyər xərcənginin meydana gəlməsi, bronxit, astma və nəfəs borularının tutulması.

4 – Kişi və qadında cinsi meylin korlanması, öz-özünə axıtma, kişilərdə döşlərin böyüməsi.1

5 – Narkomanlar adi şəxslərdən 8 dəfə artıq xaya xərçənginə yoluxurlar.2

6 - Bağırsaqların fəaliyyətinin dayanması üzündən, onlarda güclü quruluq yaranır, bu da qida maddələrinin və vitaminlərin cəzbində problemlər yaradır. Bu da öz növbəsində, hüceyrələrin hamısının qida ilə təmin edilməməsinə səbəb olaraq, onların tədricən məhv olmasına gətirib çıxarır. Bu zaman vaxtında müalicə etməmə, narkomanın ölümü ilə nəticələnə bilər.

7 – Narkomanlar müxtəlif dəri xəstəliklərinə düçar olurlar. Bu xəstəliklər narkotik maddələri iynə ilə bədənə vuran şəxslərdə daha artıqdır.

8 – Təhlükəli mikroblar, çirklər, çəkinin düşməsi, düzgün qidalanmama, əzələ zərərləri, qaraciyər və böyrəkdə narahatçılıqların yaranması, QİÇS, hepatit, ürək ağrıları, ürək və beyin infarktları və yuxu pozuntusu və s. bütün bunlar narkotik maddələrə aludə olmağın ölümlə sonlanan ziyanlarından sayılır.1


Narkomanlıq və ölüm


Narkomanlıq yol qəzası, yanma, ürək və nəfəs borusu xəstəliklərindən sonra ölümün dördüncü amili hesab edilir.2

İranın narkotik maddələrlə mübarizə komitəsinin məsul işçilərindən biri deyir: İranda hər dəqiqədə bir narkoman dünyasını dəyişir.3

Statistikaya əsasən, 2002-ci ildə 3500 və 2003-cü ildə 4500 nəfər narkoman dünya ilə vidalaşmışdır.4

Nasirəddin şah və tiryək çəkmə


Bu bölümü Nasirəddin şahın yazdığı xatirələrinin biri ilə sona yetirirəm.

"Bir gün tiryəkin nə olduğunu bilmək üçün onun ləzzətini dadmaq istədik. Bunun üçün od və tiryək üçün çubuq hazırlanmasını əmr etdim. Biz tiryək çəkənlər kimi manqalın yanında əyləşdik. Bizim tiryək hazırlayan nökərimiz hoqqanı1 qızdıraraq tiryəki onun üzərinə qoydu və ilk dəfə olaraq dodaqlarımız vafur çubuğu ilə tanış oldu. Tiryəyi çəkmək üçün öncə adi şəkildə güc verdik və üfürdik. Üfürməyin nəticəsində, manqaldan kül qalxaraq bizim şahlıq tacmızın üzərinə qondu. Biz o an vafuru yerə ataraq düşündük ki, hər kəs tiryək çəksə, başına kül olacaqdır.2



İKİNCİ FƏSİL

ELMİ VƏ TİBBİ SÜBUTLARA ƏSASƏN VACİBATIN BƏDƏNİN SAĞLAMLIĞINDA TƏSİRİ

HƏCC VƏ ÖMRƏ


Əgər bir şəxs iqtisadi baxımdan, ehtiyacsız olarsa həcc ona vacib olur belə ki, həcc və ömrə elə bir işlərdəndir ki, rəvayətlərdə sağlamlığın səbəblərindən biri kimi qeyd edilmişdir.

İmam Səccad (s) buyurub:

"حجّوا و اعتَمِروا تَصحّ ابدانُکُم و تَتَّسِع ارزاقُکُم"

"Həcc və ömrəni yerinə yetirin ki, bədəniniz sağlam və ruziniz bol olsun."1

Həcc və ömrədə olan sağlamlıq iki səbəbə görə ola bilər:

1. Həccin mənəvi və ruhi təsirlərinə görə. Həccdə olan mənəvi əməllər ruh yüksəkliyinə səbəb olur. Aydındır ki, ruh sağlam olduğu təqdirdə, bədənə bir başa təsir qoyur.

2. Səfərdə nəzərdə tutulan mənfəətlər, həcc və ömrədə də ola bilər.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə