İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə23/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

YEMƏYİN YAXŞI ÇEYNƏNİLMƏSİ


Həzrət Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətində buyurur: "Övladım, sənə dörd mətləb öyrədimmi ki, onlara riayət etməklə tibbə ehtiyacın olmasın?" İmam Həsən (ə) deyir: “Bəli”. Həzrət Əli (ə) buyurur: "1-Acmamış yemək yemə; 2-İştahın kəsilməmiş əlini yeməkdən çək; 3-Yeməyi yaxşı çeynə; 4-Yatmazdan əvvəl özünü rahat et (ayaq yolu). Bu göstərişlərə riayət etsən, təbibə müraciət etməyə ehtiyacın olmaz".3

Yeməyin yaxşı çeynənməsinin elmi faydaları.


Yeməyin yaxşı çeynənməsinin faydalarından biri budur ki, yaxşı çeynənilmiş yemək, tez və asan həzm olunur. Nəticə etibarı ilə bədən bir neçə səbəbə görə sağlam qalır:

1- Dişlərin vəzifəsi çeynəmək və xırdalamaqdır. Əgər dişlər öz işlərini layiqincə yerinə yetirməsələr, mədə dişlərin işini çətin və ağır da olsa öz öhdəsinə götürməyə məcbur olur. Beləliklə həzmin çətinləşməsinə səbəb olur və nəticədə mədə və həzm sistemi pozulur.

2- Yemək nə qədər çox çeynənilsə bir o qədər də ağız suyu ilə islanır və həzm yaxşılaşır. (Ağız suyu özü bir növ turşudur.) Bununla da həzm sistemi və mədə sağlam qalır.

3- Bəzən yemək yaxşı çeynənilmədiyi üçün həzm olunmur. Bir müddət keçdikdən sonra mədə-bağırsaqda qalaraq xarab olur. Bu da mikrobların yaranma mənbəyinə çevrilərək sonda xəstəliyə səbəb olur.


Yeməyin çeynənilməsi və bir elmi təcrübə


Spalanzani adlı italiyalı bir alim 1780-cı ildə mədə barəsində elmi tədqiqat aparır. O, parçadan düzəlmiş kiçik bir kisənin içinə çeynənilmiş yemək yığaraq ağzını iplə möhkəm bağlayır. Belə ki, ipin bir ucunu əlində saxlayaraq kisəni ağız yolu ilə mədəyə salır. Bir müddətdən sonra kisəni mədədən çıxarir və kisənin içində heç nəyin qalmadığını görüb heyrətə gəlir. Mədədə olan güclü turşu, çeynənilmiş yeməyi əridərək kisənin daxilindən çixarmış və mədənin içərisinə sormuşdu.

Bir müddətdən sonra Spalanzani kətan parçadan hazırlanmış iki kisəylə yeni təcrübə aparır. Birinci kisənin içərisinə bir miqdar tam çeynənilmiş ət qoyur. İkinci kisənin içərisinə isə bir tikə çeynənilməmiş ət qoyur. Sonra növbə ilə bir-birinin ardıyla hər iki kisəni udur. Bir müddətdən sonra kisələri çıxararaq görür ki, çeynənilməmiş ət olan kisədə hələ bir az ət qalıb. Amma çeynənilmiş ət olan kisə isə tamamilə boşdur. O, belə bir nəticəyə gəlir ki, çeynənilmiş yemək daha yaxşı həzm olunur.1


Yeməyi nə qədər çeynəyək?


Bir çoxları bu suala cavab olaraq onun miqdarını müəyyən edib və 33 dəfə çeynəmək lazım olduğu bildiriblər. Amma çeynəmək üçün ədəd təyin edilməsi düzgün nəzərə çarpmır. Belə ki, bəzən yeməklər on dəfə çeynəməklə udulmağa hazır olurlar. Bəziləri isə 40 dəfə çeynəməyinə baxmayaraq udmaq üçün münasib deyillər. Belə nəticə almaq olar ki, yeməyin çeynənilməsində meyar onun ağızda xırdalanıb yumuşalana kimi çeynənməsidir. İstər 50, istərsədə 33 dəfə. Ya az, ya çox.

Süfrədə çox oturmaq və uzunömürlülük barəsində elmi mövzu


İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir: "Süfrə arxasında oturmağı uzadın. Doğrudan da süfrə arxasında çox oturmaq sizin ömrünüzdən hesablanmır".2 İllərdən bəri bu fikirdə idim ki, (bir tərəfdən İslam ömrə bu qədər əhəmiyyət verir, vaxtdan və ömürdən səmərəli istifadə etməyi tapşıraraq buyurur ki, vaxtınızdan o qədər yaxşı istifadə edin ki, Allah dərgahında cavab verə biləsiniz. Digər tərəfdənsə az yeməyi, doymamış yeməkdən əl çəkməyi göstəriş verir) bu rəvayətdə görəsən nə sirr vardır ki, buyurur: nə qədər süfrədə otursanız, ömrünüzdən hesab edilmir. (yəni: nigaran olmayın süfrə başında nə qədər otursanız da vaxtın tələf olmasına bais olmayacaq. Allah dərgahında da bu vaxtın uzadılmasına cavab vermək lazım olmayacaq). Sonda belə bir nəticəyə gəldim: "süfrə arxasında çox oturmaq ömürdən hesab edilmir" sözündən məqsəd, səbəbsiz süfrə başında oturmaq ya insanın ürəyi istədiyi qədər yeməsi yox, (çünki başqa hədislərdə buyurulur ki, "doymamış əlini yeməkdən çək") yeməyin çox çeynənilməsidir. Ona görə ki, yeməyi çox çeynəmək üçün vaxt lazımdır.

Görəsən, yeməyin çox çeynənilməsiylə ona sərf olunan vaxtın ömürdən hesab edilməməsi arasında nə kimi əlaqə var?! Demək lazımdır ki, biz yeməyi nə qədər çox çeynəsək (sübut olunmuş dəlillərə əsasən) mədənin işi bir o qədər azalır və çeynənilməmiş yeməyin həzmi üçün yaranan çətinlik aradan götürülür. Beləliklə həzm sistemi və orqanizm sağlam qalır. Əgər yeməyi yaxşı çeynəmədiyimiz üçün həzm sisteminin pozulması nəticəsində xəstələnib 70 il yaşayacaqdıqsa, süfrə başında çox oturmaqla və yeməyi yaxşı çeynəməklə 80 il yaşaya bilərək. Bu, əlavə 10 il süfrə arxasında əyləşdiyimiz günlərin yerini doldurur. Yeməyi yaxşı çeynəməyin sayəsində aldığımız müxtəlif xəstəliklər nəticəsində: o cümlədən mədə və həzm sisteminin pozulmasına görə xəstəxanalarda və gigiyena mərkəzlərində keçirdiyimiz çoxlu vaxtlara qənaət olunduğu üçün süfrə arxasında keçirdiyimiz saatların əvəzi ödənir.


Qozla pendirin birgə yeyilməsi


İmam Sadiq (ə) buyurub: "Pendirlə qoz birgə yeyilərsə onların hər biri şəfa verər, ayrı ayrılıqda yeyildikdə isə onlardan hər biri xəstəliyə səbəb olar"1 (demək lazımdır ki, bunlar səhərə aiddir).

Bildiyimiz kimi pendir kalsiumla qoz isə fosforla zəngindir. Buna əsasən pendiri qozla bir yerdə yemək lazımdır. Çünki Kalsiumla fosfor hər ikisi dəyərli maddələrdir. Bu iki maddə birləşərsə boş yerə ifraz olmurlar. Əgər pendiri qozsuz (fosforsuz) yesək, kalsiumu həddən artıq istifadə etdiyimiz üçün bədənin fosforu qarşısında ifraz olar. Yox əgər bu kalsiumla (pendiri) fosforla (qozla) birgə olsalar onların həzmi də olduqca yaxşı, asan və tam olar.1


Səhərlər tək pendiri yemək


İmam Sadiq (ə) buyurub "Sübh vaxtı (təklikdə, qozsuz) pendir zərər verici, axşam isə xeyirlidir.

Elmi araşdırma


Nə üçün pendir sübh çağı məkruh axşamsa faydalıdır?

Bu barədə aşağıdaki ehtimallar mümkündür.

1- İslamın nəzərinə görə ən yaxşı yemək səhər yeməyi olmalıdır. Pendir təklikdə İslamın tövsiyə etdiyi normal səhər yeməyi ola bilməz (İnsan axşama kimi işləyib fəaliyyət göstərdiyinə görə güclü yeməyə ehtiyacı var).

2- Keçmişdə yuxu zamanı qanın beyindən uzaqlaşmasını təsəvvür edirdilər. Buna görədir ki, yuxuda olan heyvanın kəllə qapağını açdıqda beyni ağ rəngdə görünür (Pişik üzərində aparılan təcrübəyə əsasən). Amma sonralar aydın oldu ki, bədən hüceyrəsindən xaricdəki mayedə və qanda olan kalsium beyin dincələrkən kalsiuma daha çox ehtiyacı olduğuna görə beyinin qidalanması üçün ona tərəf gəlir. Əhəngin çoxluğu onu ağ rəngli göstərir. Elə buna görə də pendiri axşam yemək lazımdır. Pendir kalsiumla zəngin olduğu üçün gecələr dərin yuxularda ona daha çox ehtiyac olur.

3- Həzm olmaq baımından pendir yuxuya mane olan yeməklərdən deyil.

Tədqiqatçılar deyirlər: "Yatmazdan əvvəl pendir yemək gecə boyu yaxşı və rahat yatmağa xoş xəbər ola bilər". Tədqiqatların birində 200 nəfər bir həftə müddətində yatmazdan öncə pendir yedilər. Onların 90%-i yaxşı yatdıqlarını bildiriblər. Tədqiqatçılar deyirlər: "Pendirin tərkibində "Teriptufan" adlı ruhi təzyiqi azaldan və yuxuya kömək edən Amin turşusu var".



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə