İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


Qəhqəhəylə gülməyin tibbi ziyanları



Yüklə 0,79 Mb.
səhifə29/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   ...   26   27   28   29   30   31   32   33   34

Qəhqəhəylə gülməyin tibbi ziyanları


İslamda təbəssümlə gülmək bəyənilir, qəhqəhəylə gülməksə bəyənilmir. İmam Əli (ə) gülümsəmək barəsində buyurur: "Ən gözəl gülüş təbəssümdür".2 Imam Sadiq (ə) qəhqəhə barəsində belə buyurur: "Qəhqəhə şeytan əməlidir".

Rəvayətlərdə qəhqəhədən çəkinməyin səbəbi olaraq insan vüqarının aradan getməsi, daş ürəkli olması və sair kimi işlər göstərilsə də, bəlkə də onun tibbi səbəbləri də şəriətdə nəzərə alınıb.

Qəhqəhə tibbi cəhətdən də ziyanlıdır. Belə ki, çoxlu həyəcan keçirir. Biz bu kitabın amillərin əvvəliki fəsillərində "Həyəcan ürək narahatlıqlarına, mədə yarasına və sair xəstəliklərə bais olur"- dediklərini qeyd etmişdik.

Doktor Pak Nejad bu barədə yazır: "Qəhqəhə bütün insanlara zərərlidir. Ürək damarları xəstəliklərinə tutulmuş insanlara isə qorxuludur".

Bu günlərdə aydın oldu ki, dünyada bir neçə tanınmış şəxsin gülməkdən ölmələrinin səbəbi güman ki, ürək damarlarındakı narahatlıqlar olub. Həmin şəxslərdən biri də Sipakusun zalım padşahı Venisdir ki, onun bir qəhqəhəsi xalqı onun zülmündən qurtardı.

Papa X Leon Fransanın padşahı I Fransuanın italyanlara məğlub olduğunu eşidəndə qısa, amma şövq və fərəhlə güldüyü üçün dünyasını dəyişib.3


İNTİQAM ALMAQ (DÜŞMƏNÇİLİK)


Məzəmmətlənmiş xislətlərdən biri də düşmənçilikdir. Kimdə bu sifət olarsa, onun rahatlığı olmaz və sonda bu rahatsızlıq çoxlu xəstəliklərə səbəb olacaq. İmam Həsən Əsgəri (ə) buyurub: "Ən narahat insan, intiqam hissiylə yaşayan insanlardır". Başqa bir rəvayətdə Əmirəlmöminin Əli (ə) buyurub: "Düşmənçilik edən şəxsin canı əzabda, qəmi isə ikiqat olar".2 Tədqiqatçıların ürək arteriyası xəstəliyinə tutulmuş 1300 kişi və qadın üzərində apardıqları araşdırmada məlun olub ki, düşmənçilik ruhiyyəsi olan cavanlar 14 il ərzində mülayim xasiyyətli digər yaşıdlarına nisbətən daha çox ölüm təhlükəsi qarşısında olmuşlar.3

DİŞ FIRÇASI


İslamda təkid olunmuş müstəhəb işlərdən biri də dişlərin fırçalanmasıdır. Onun üçün bir çox gigiyenik faydalar qeyd olunub. Bu iş çox əhəmiyyətli olduğu üçün Peyğəmbər (s) buyurub: "Cəbrail (ə) həmişə mənə dişlərimi fırçalamağı tövsiyə edirdi, belə ki, tezliklə bu işin vacib olacağını fikirləşirdim". İndi isə bu işin bəzi tibbi faydalarına işarə edəcəyik.

Rəvayətlər və dişlərin fırçalanmasının faydaları


Hədislərdə dişlərin fırçalanması üçün 26 fayda zikr olunmuşdur. Biz onlardan bir neçəsini qeyd etməklə kifayətlənirik. Daha sonra həkimlərin bu barədə dedikləri sözlərə işarə edəcəyik ki, İslam dininin 14 əsr bundan əvvəl buyurduğu elmi möcüzələr haqqında düşünəsiniz.

İmam Sadiq (ə) buyurub: "Fırçada Peyğəmbərin sünnəsi olan 12 xislət var. Ağızı ətirli edir, gözü işıqlandırır, Allah taalanın razılığına səbəb olur, dişləri ağardır və çürüməyin qarşısını alır, diş ətini bərkidir, yeməklərə qarşı iştah yaradır, bəlğəmə son qoyur, yaddaşı gücləndirir, edilən yaxşılıqları 70 dəfə çoxaldır, mələkləri sevindirir".1

Başqa bir rəvayətdə buyurulur: "Dişləri fırçalamq qəm-qüssəni yox edir".

İmam Rzadan (ə) nəql olunub: "Fırça gözü nurlandırır və bədən tükünü (saçları) çoxaldar".2


Müasir tibb baxımından dişlərin fırçalanması


Bütün bədən üzvülərinin bir birilə əlaqəsi olduğu üçün dişlərin xəstə, sağlam, güclü və zəif olması bədənin iş mexanizminin xəstə, sağlam, zəif və qüvvətli olmasında təsirlidir. Təbiidir ki, bu məsələnin özü insanı dişlərini qorumağa və onların sağlamlığına əhəmiyyət verməsinə vadar edir. Çünki, dişlərin sağlamlığı təxminən bütün bədən üzvülərinin sağlamlığı deməkdir.

Həkimlər deyirlər: "Dişlərin arasında qalmış yeməklərin çirkinlikləri və mikrobları ağızdan mədəyə sirayət edərək həzmin zəifləməsinə, mədənin xarab olmasına və qıcqırmasına səbəb olur. Bu da böyrək və ağciyər xəstəliklərinə səbəb olur. Hətta bəzən bu mikrob və çirkinliklər badamcıq vəzlərinə, eləcə də buruna da təsir qoya bilər. Belə ki, burun tüklərinin xəstəliklərinə səbəb olur. Bundan əlavə natəmizlikdən və çürümüş dişlərdən əmələ gəlmiş diş xəstəlikləri qulaq ağrıları və xəstəliklərinə səbəb olur. Eləcə də bəzi göz xəstəliklərinin yaranmasına da səbəb olur. Çünki göz və qulaq sinirlər vasitəsilə dişlərə birləşir. Bəzi ağız xəstəliklərinin oynaqlarda təsir qoyub qaraciyərin ağrılığını artırdığı kimi tuperkulyoz və digər sayılmış xəstəliklərin müalicəsində də həkim hər şeydən əvvəl xəstənin dişlərinə diqqət edir.

Bəzən dişlərdə yeməyin artıqlarından əmələ gələn "Kotik" adlı bir turşu, dişlərin üst səthinə təsir qoyaraq onların kənarını xarab edir. Beləliklə kələ-kötür və xoşa gəlməyən şəklə salır. Bu məsələ, yemək qalıqlarının dişlərin arasında qalmasına kömək edir. Beləliklə də mikroblar yaranır və bir çox ağrılar, narahatlıqlar insana üz tutur. Habelə damağ yarasına səbəb olur.1

Tədqiqatçıların apardıqları axtarışlar göstərir ki, ağız təmizliyilə ürək xəstəliklərinə düçar olmaq təhlükəsindən uzaq olmaq arasında birbaşa əlaqə var.2


Dişlərin fırçalanması ilə gözün nurlanması arasında olan elmi əlaqə


Nəql etdiyimiz rəvayətdə fırçanın gözlərə nur verməsini qeyd etdik. Bir neçə əsrdən sonra həkimlər hər bir qulaq və gözün sinirlə dişə birləşməsini deyiblər. Yaxşı olar ki, diş xəstəliklərinin göz xəstəliklərinə təsir qoyduğunu bilək. Dişlərin sağlamlığının gözün sağlamlığındada təsirli rolu var. Belə ki, anadangəlmə olmayan korluqların bəzisinin diş xəstəliyi nəticəsində əmələ gəlməsi müşahidə olunub. Xəstəliyin aradan getməsiylə görmə qabiliyyəti də düzəlib. Bu məsələnin bütün həkimlər tərəfindən yekdilliklə qəbul edilməsini demək olar. 1

Dişləri fırçalamaqla tüklərin bitməsi arasında olan əlaqənin elmi açıqlaması


Dişlərin tüklərlə sıx əlaqəsi vardır. Diş xəstəliklərinə tutulmuş bir çox insanların xarab olan dişləri tərəfindəki tüklərin tökülməsi çox müşahidə olunub. Hətta müalicədən sonra dişlər sağalarkən tökülmüş tüklər yenidən bitməyə başlayır.2



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə