İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


Ciddi təhlükə ilə üzləşmə mərhələsi



Yüklə 0,79 Mb.
səhifə3/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   2   3   4   5   6   7   8   9   ...   34

2. Ciddi təhlükə ilə üzləşmə mərhələsi


Xəstəliyə düçar olmuş şəxsdə aşağıdakı əlamətlərin zahir olması, fərdin xəstəliyinin güclənməsi və ya müddətinin birinci mərhələdən çox olmasını göstərir və nəticədə daha şiddətli narahatlıqlar yaranmağa başlayır:

A) Yorğunluq və əzginlik

B) Xasiyyət tərəddüdlüyü və ya sürətli xarakter dəyişikliyi

C) Hədsiz həssaslıq və tezinciklik

D) Bel ağrısı

İ ) Tüklərin nazikləşməsi

F) Cavanlıqda vaxtsız cinsi zəiflik

J) Yuxusuzluq, rahat yata bilməmə və buna bənzər problemlər


3. Nəhayət dərəcədə giriftarçılıq və ya vərdiş (adət) mərhələsi


A) Yorğunluq və əzginlik

B) Tüklərin sürətlə tökülməsi

C) Gözlərin tutqunlaşması, qaranlıq gətirməsi

D) Qulaq vızıltısı

İ) Qeyri-iradi, vaxtsız və ya damcı-damcı şəklində sperma ixracı

F) Qasıq və nahiyə ağrısı

J) Boyun nahiyəsində və ombada qulunc sancıları1

NARAHATLIQLARIN YARANMA FORMASI


1.Yorğunluq və əzginlik: Yüksək cinsi ləzzət zamanı sperma gələrkən bədən əzələlərinin birdən-birə möhkəm sıxılması, əzələlərdə qida maddələrinin sürətli məsrəfinə və ən başlıcası, qlükozanın (bədəndə əzələ enerjisini təmin edən ən əsas maddə) azalmasına səbəb olur. Əzələ yorğunluğu, təqribən əzələlərin sürətlə qlükozadan boşalması ilə sıx əlaqədədir və bu sürət çoxaldıqca, yorğunluq daha çox olur.

Onanizmdə bədən əzələlərinin təkrarlı sıxılması, əzələlərin qlükoza ehtiyatını azaldır, yorğunluq və əzginliksə bu xəstəliyin daimi göstəricisidir.

2. Tükün tökülməsi: Onanizm vasitəsilə yaranmış hormonik və kimyəvi dəyişikliklər, kişi cinsi hormonunun yəni, dihidrotestosteronun (kişi cinsi hormonlarının ən güclüsü), testosteronun (kişi cinsi hormanlarından digəri) çoxalmasına səbəb olur, belə DHT (dihidrotestosteron) maddəsinin qanda yüksək olması sonda, tükün tökülməsi və qocalıqda prostat vəzilərin böyüməsi ilə nəticələnir.

3. Onanizmlə mütəmadi məşğul olmaq, parasimpatik əsəb sisteminin hədsiz dərəcədə qıcıqlanmasına və asetilxolinin1 beyində bu sinirlərin son nöqtəsindən boşalmasının sürətlənməsinə səbəb olur, bu da öz növbəsində bir sıra cismi və ruhi narahatlıqla, o cümlədən: unutqanlıq2, yaddaşsızlıq, fikrin cəmlənməməsi, sonda görmə qabiliyyətinin itməsi ilə tamamlanan gözün qaranlıq gətirməsi ilə nəticələnir. Bütün bu əlamətlər, beyində əsəb hüceyrələri arasında bir-birinə ötürülən kimyəvi maddələrin miqdarının balansının pozulması ilə əlaqədardır. Bəzilərinin fikrincə isə, beyin (əsəb) pozğunluğunun (unutqanlıq, fikri cəmləyə bilməmə və yaddaşsızlıq kimi) səbəbi, onanizmdə hər dəfə sperma xaric olarkən, bədənin böyük bir enerji tutumunun boşalması və hədər getməsidir; çünki sperma mayesi, özündə çoxlu miqdarda "DNA" ( hər dəfədə itkiyə gedən 300-400 milyon sperma), "RNA",3 anziumlar, proteinlər, nişastalar, lesitin,4 kalsium, fosfor, bioloji duzlar və testosteron daşıyır. Bədənin müxtəlif orqanlarının inkişafı üçün bədəndə olması gərəkən bu böyük enerji ehtiyatı, davamlı olaraq əbəs yerə xaric olur və hər biri müxtəlif çətinlikləri meydana gətirir.

Nümunə olaraq demək olar ki, qan hüceyrələri ilikdə yaranır və inkişaf edir və bunun yaranması üçün də çoxlu miqdarda enerjiyə ehtiyac var; onanizmə düçar olmuş şəxslərdə, iliyin inkişafı və nəticədə qan hüceyrələri problemlə üzləşərək, qan azlığının, ümumi zəiflik və yorğunluğun yaranma mənşəyinə çevrilir. Eləcə də təkrarlı onanizm vasitəsilə əsəb hüceyrələri üçün son dərəcə həyati olan hədsiz dərəcədə fosfor və lesitinin ifraz olunması, bu maddələrin ehtiyatının azalmasına və beləliklə məhsulu unutqanlıq, fikri cəmləyə bilməmə və s. olan, əsəb sisteminin pozulmasına (anomaliya) gətirib çıxarır.1

ALİMLƏRİN SÖYLƏDİKLƏRİ


Məşhur alman filosofu İmmenuel Kant yazır: Fərdin özündən ləzzət alması qədər heç bir şey, zehn və cismi zəiflətmir və bu tip həvəsbazlıq ümumiyyətlə insan təbiətinin ziddinədir. Lakin bu mövzu cavanlardan gizli qalmamalıdır, bu iş bütün çirkinliyi ilə göstərilməlidir. Deməliyəm ki, belə bir əməlin sahibi bu minvalla nəsil artırmadan qalacaqdır. Xatırlamalıyam ki, bu vərdiş hər şeydən çox cismi qüdrətini azaldacaq, onu vaxtından tez qocaldacaq və həqiqətən şüurunu zəiflədəcəkdir və ...

Gənclərin və cavanların cinsi məsələləri üzrə uzun illər araşdırma aparan bir tədqiqatçı yazır: Onanizmdən daha effektli davamlı olaraq insan şəxsiyyətinə zərbə vuran bir faktoru təsəvvür etmək çətindir.

Silvanus adlı digər bir mütəfəkkir deyir:

Bu iş (onanizm) təşviş, həyacan, pərişan olmağa səbəb olur, təkrarlandığı surətdə isə, kədərli çətinliklərlə nəticələnir; onanizm yaddaşı zəif, əxlaqı pis və aktiv qüvvəni xarab edir. Onu təkcə Allaha günah deyil, bəşəriyyət aləmində bütün yaxşılıq və paklıqlara haqsızlıq, rəhmsizlik adlandırmaq lazımdır. Əgər bu çirkin əməl, səngiməzsə, təkrarlanarsa, ona düçar olmuş bədbəxtin bütün nail ola biləcəyi xoşbəxtlik yollarını məhv edəcəkdir.2


ONANİZMƏ DÜÇAR OLMUŞ ŞƏXSLƏRİN MƏKTUBLARI


İndisə haqq yolunun yolçuları üçün, bu xəstəlikdən əziyyət çəkən insanların məktublarına işarə edirik.

1- 18 YAŞLI OĞLAN:

Başgicəllənmə, dizlərin süstləşməsi, gözlərin yorğunluğu uzun müddətdir düçar olduğum ananizm adlı müsibətin narahatlıqlarındandır. İdmançı olmağıma baxmayaraq, nə etməli olduğumu bilmirəm.1



2- 21 YAŞLI BİR CAVANIN MƏKTUBUNDAN BİR PARÇA:

Əvvəllər bilmirdim ki bu iş günahdır və insanın bədən və ruhuna mənfi təsirlər bağışlayır, lakin bir neçə ildir ki bu məsələləri anlamağıma baxmayaraq, tərk edə bilmirəm. Allaha and olsun ki, artıq heç bir iradəm qalmamışdır, siz deyin, mən neyləyim?2



3-DİGƏR BİR CAVANIN MƏKTUBU:

Gecələr yuxum yoxdur, gündüzlər unutqanam, həmişə guşənişinəm, məhlə uşaqları mənə: "Özünə neyləmisən? Rəngin niyə qaçıb? Üzün niyə saralıb? Niyə günbəgün arıqlayırsan? Gözünün kənarlarında niyə çuxur yaranıb?" deyirlər. Onlara deyim, onanizmlə məşgulam? Əgər demək istəsəm, hansı dillə?3



4- HANSI ÜZLƏ

Onu da deyim ki, gənc ikən 16-17 yaşlarımda iki dəfə intihar etməyə qəsd etdim, amma biz bədbəxtləri ölməyə də qoymurlar. İndi çox zəifləmişəm, son vaxtlar üzr istəyirəm məndən ixtiyarsız olaraq damcılar... gəlir, indi bu müdhiş tufanın arasında o tərəfə, bu tərəfə gedirəm, bəlkə də elə bir tərəfi ölüm və məhv olmaq və ...1



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə