İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri



Yüklə 0,79 Mb.
səhifə24/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

Səhərlər mövüç1 yemək.


Əmirəlmöminin buyurub: "Kim ac qarına 21 dənə mövüç yesə xəstələnməz". Başqa bir rəvayətdə buyurulub: "Ölüm xəstəliyindən başqa bir xəstəliyə düçar olmaz."2 Tədqiqatçıların yeni araşdırmaları göstərir ki, mövüc yemək alzaymer xəstəliyinin qarşısını ala bilər. İngiltərədə "Kimya-sənaye" jurnalının son sayının yazdığına əsasən mövüçün tərkibində alzaymer xəstəliyi ilə yaranan pozuntuların qarşısını ala biləcək çox güclü təsirə malik olan maddələr var. Laboratoriya muhitində aparılan araşdırmalar göstərir ki, mövüçün tərkibində alzaymer xəstəliyinə tutulan şəxslər üçün müsbət təsirə malik olan "antosiyanin" və "polifonulik" birləşmələri vardır və tutulan "Antosiyanin"in miqdarı nə qədər çox olsa, "Alzaymer" xəstəliyinin qarşısını almaqda mövüçün təsiri bir o qədər çox olar. Antosiyanin bitkiləri qara rəngdə edir. Elə buna görədə onun qara rəngli növləri daha təsirli olur. Bu birləşmələrin Alzaymer xəstəliyinin qarşısını necə aldığı hələ də məlum deyil. Bu birləşmələrin əsəb hüceyrələrilə yaxşı əlaqə yarada bilməsi mümkündür.

Meyvənin mövsümün əvvəlində yeyilməsi


Sağlamlığın amillərindən biridə meyvəni öz mövsümünün əvvəlində yeyilməsi və axırında isə tərk edilməsidir. Allahın Rəsulu (s) buyurub: Hər bir meyvəni təzə yetişdiyi zaman (öz mövsümünün əvvəlində) meyl edin. Belə olarsa bədənin sağlamlığına və qəmin aradan getməsinə səbəb olar. Hər meyvənin öz mövsümünün sonunda tərk edin, çünki bədənin xəstəliyinə səbəb olur.1

Qida mütəxəssislərindən biri deyir: "Müxtəlif meyvələrdə olan qidaların miqdarı öz fəsliylə uyğundur. Hər bir meyvəni öz fəslində yeyilməsi daha yaxşıdır. Doktor Rəhmani gigiyena və müalicə verilişinin müxbiriylə apardığı söhbətində bu mövzunu "İran tələbələri" xəbər agentliyinə bəyan etməklə bildirib: "Müxtəlif meyvələrdə olan qidaların miqdarı fərqli olmağına bamayaraq, bu maddələrin bütün meyvələrdən alınması bərabər olmalıdır ki, onlarda olan maddələrin hamısı bədənə çatsın. Diqqət etmək lazımdır ki, hər bir meyvə öz fəsilində yeyilərsə bədənə faydası daha çox olar. Misal üçün: Qarpızın suyu çox olduğu üçün qışa nisbətən yayda daha faydalı və o fəslə daha uyğundur. Başqa bir misal: Qış fəsilinə məxsus olan portağalda C və D vitaminləri olduğuna görə bu fəsildə bədənə lazımlıdır. Halbuki başqa fəsillərdə qışda olduğu qədər lazım deyil, (Əksinə zərərlidir. Buna misal olaraq xiyar və pomidoru qeyd etmək olar. Soyuq tərəvəz olduqları üçün əgər yayda istifadə edilsələr, faydalıdırlar. Halbuki qışda bu tərəvəzlər zərərlidir.) Doktor Rəhmani söhbətinə davam edərək dedi: "İndiki zamanda müxtəlif fəsillərdə bütün meyvələri tapmaq olduğu üçün yaxşı olar ki, bu məsələlərə riayət edək, çünki qida cəhətdən dəyərsiz olduğu üçün məsləhət görülmür".


Yeməkdən əvvəl və sonra duzun yeyilməsi


Xəstəliyi aradan qaldıran müstəhəblər işlərdən biri də yeməkdən əvvəl və sonra duzun yeyilməsidir. Allahın Rəsulu (s) Əmirəlmömininə (ə) buyurub:

"افتتح بالملح واختتم بالملح..."



"Ey Əli yeməyi duzla başla və duzla qurtar. Çünki bu işdə 72 dərdin dərmanı var".1

Bu barədə həkimlər və alimlər çoxlu tövsiyələr etmişlər. Biz onlardan bir neçəsini kifayətlənərək istərik ki, məsumların digər göstərişləri kimi, bu əməlin də hikmətsiz olmadığını biləsiniz.


Yeməkdən öncə duz


Ağızda duzun olması potaş (qələvi ağ maddə) mühitinin apasını qoruduğuna görə nişastalı maddələr üçün faydalı olan ağız şirəsini ifraz olunmağa təhrik edən amillərdən hesab olunur. Duzun mədəyə daxil olması, bir növ nişastalı maddələrin həzminə köməkdir. Yeməkdən əvvəl duz yemək on iki barmaq bağırsağı əhatə edən turşunu zərərsizləşdirərək on iki barmaq bağırsaqda yara əmələ gəlməsinin qarşısını alır.

Yeməkdən sonra duz


Bir damcı duz bədənə o vaxt yayılır ki, mədə şirəsi nişastalı maddələrin qarşısında qeyri-fəal olur. Bu zaman duz qüvvətləndirmə rolunu ifa edir.2

ÜÇ MƏSƏLƏ


1- Duz kiməsə zərərlidirsə bu işi görməsin .

2- Bu məsələdə duzu çox az (barmağın ucu qədər) istifadə etmək lazımdır.

3- İstifadə edilən təbii və çıxarılmış duzun dəniz ya dağ duzu olması İslamın tələblərindən biridir. Qaynadılmış və qazana yığılmış duzun dəyəri yoxdur. Bir damcı olsa da belə təbii duz olsun.1

Allahı zikr etmək


Sağlamlığın alimlərindən biri də dua və zikirdir. O cümlədən: "Bismillahir-rəhmanir-rəhim La həvlə və la quvvətə illa billahil Əliyyil Əzim" zikri.

Şeyx Abbas Qumi "Məfatih" kitabında yazır: İmam Sadiq və İmam Kazimdən (ə) nəql olunmuş mötəbər sənədli hədislərin birində deyilir: "Kim sübh və məğrib (şam) namazlarından sonra kəlmə kəsməmiş, hərəkət etməmiş bu duanı yeddi dəfə oxusa 70 cür bəla ondan uzaq olar. Bu bəlaların ən kiçiyi cüzam, ekzema, şeytanın və padşahların şərləridir." Bu zikrin sayı bəzi mötəbər rəvayətlərdə 3 dəfə bəzilərində isə 10 dəfə qeyd olunub. Ən aşağısı 3 dəfə ən yuxarısı 100 dəfə deyilib. Nə qədər çox oxunsa savabı bir o qədər çoxdur.2


SƏDƏQƏ


Sədəqə rəvayətlərdə sağlamlığın amillərindən biri kimi adı çəkilən işlərdəndir. "Ölümdən qurtarmaq və sağlamlıqla sədəqənin arasında nə kimi əlaqə var" sualının cavabında deməliyəm ki, bu bir mənəvi məsələdir. O Allah ki, canlarımız onun əlindədir sağlamlıq da ondandır. Allah-taala sədəqənin vasitəsiylə sağlamlığı və xəstəlikdən uzaq olmağı istəmişdir.3

Əziz Peyğəmbərdən nəql edilmiş hədisdə buyurulur: "Sədəqə 70 cür bəlanı dəf edir. Onlardan ən sadəsi cüzam və ekzemadır."4

Bu barədə çoxlu rəvayətlər deyilib. Müxtəsər etmək üçün bununla kifayətlənirik.

Təbii ehtiyacı dəf etmək


A- Yatmazdan əvvəl təbii ehtiyacın dəf olunması:

Həzrət Əli (ə) əziz övladı İmam Həsənə (ə) təbibə ehtiyacı olmasın deyə 4 şeyi tövsiyə etdi. Onlardan biri yatmazdan öncə özünü rahat etməsi idi.



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə