İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri


Elm baxımından çox yeməyin cismi zərərləri



Yüklə 0,79 Mb.
səhifə26/34
tarix17.09.2017
ölçüsü0,79 Mb.
#451
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

Elm baxımından çox yeməyin cismi zərərləri


Çox yemək çəkinin artmasına səbəb olur. Çəkinin artması isə (xüsusilədə qarının çıxmasıyla başlayarsa) müxtəlif xəstəliklərə, o cümlədən şəkər, ürək xəstəlikləri, infarkt və hətta xərçəng kimi ölümə bais olan bu dörd xəstəliklərə tutula bilərsiniz.

Köklük, çəkinizin 20% faiz öz normal həddindən artıq olması deməkdir. Artıq çəki ürək və bütün bədən üzvlərinin sıxıntısına səbəb olur.

Amerikalı Həkimlərdən biri olan Doktor Şeltun deyir: "Kim öz bədəninin normasını bilib o qədər yesə və o həddi aşmasa, sağlam qalar. Amma kim həddən artıq yeməyə adət edərsə öz əllərilə xəstəlik yaradır. Bu vəziyyətdə onun və heç kimin əlindən bir iş gəlmir.2

152 yaşlı Tomasın ölümünə səbəb çox yeməklik oldu


Professor Huveflan İngiltərə sakini Tomas Bar adlı şux qoca bir kişi haqda deyir: "bu kişi 120 yaşında dul bir qadınla evlənir və miladi tarixilə 1575-ci ildə 152 yaşında dünyasını dəyişir". Professor Huveflan onun ölümünün səbəbini belə bəyan edir: "İngiltərə padşahı İ Şarl, bu kişinin uzunömürlü olmasını eşidəndə onu görmək üçün Londona öz sarayına dəvət edir. İngiltərə sarayında bir neçə gün qonaq olduğu müddətdə öz keçmiş az yemək adətinin əksinə olaraq ləzətli yeməklər yeməkdə ifrata yol verir. Onları həzm etməyə aciz qalaraq bu ifratın təsirindən öz canını əldən verir. Professor Huveflanın onun taleyindən danışmaqdan məqsədi, camaatı, yuxarı yaşlarda çox yeməyin və maddələrin tam surətdə həzm olunmmaası nəticəsində daxili zəhərlənmələrin səbəbindən baş verən ölümün tezləşməsindən xəbərdar etməkdir.1

Nə qədər yeyək?


Bu suala cavab vermək üçün hamının istifadə edə biləcəyi miqdarı təyin etmək olmaz. Ola bilsin təyin olunmuş miqdar bəziləri üçün az digərləri üçün çox olsun. Deyə bilərik ki, yarım kiloqram yemək hamı üçün yaxşıdır. Çünki, lazımlı yeməyin miqdarı hər bir insanda ayrı olur.

Bu baradə meyar yeməyin o qədər yeyilməsidir ki, süfrədən durarkən özümüzü ağır hiss etməyək. Digər tərəfdənsə gərək zəiflik də hiss etməyək.


ÇOX YATMAQ


Əmirəlmöminin (ə) buyurub: "Çox yatıb ifratlıq etmək insanın vücudunu qüsurlu edir və insana çoxlu zərərlər gətirir".2

Yuxu və tibb


Bəzi həkimlər bədənin yuxuya ehtiyacını 7 bəziləri isə 8 saat bildiriblər. Elə həmin mütəxəsislər 9 saatdan artıq yatmağı bədən üçün zərərli hesab edirlər. Eləcə də az yatmaq da bədən üçün zərərlidir. Jurnallardan biri yazır ki, yuxu və istirahətinizə əhəmiyyət verməsəniz bilin ki, az yatmaq sizin şəkərinizin miqdarını pozaraq çəkinizin artmasına və solğunluğa səbəb olacaq. Diabet xəstəliyinə düçar olmaq qorxusunu artırır. Sonda isə beyninizə zərər vuracaq. Yuxusuzluq qalxanvari vəzinin hormonunu pozur, stress yaradır, yaddaşa mənfi təsir qoyur. Hətta bədənin immun sistemini zəiflədərək həddən artıq xəstəliklərə səbəb olur. Yuxusuzluq ürəyin sağlamlığı üçün təhlükə yaradır, bədənin maddələr mübadiləsini də pozur.

İslamın bu məsələyə də fikir verməsi diqqətdən yayınmır. İmam Rza (ə) sağlamlıq barəsində etdiyi tövsiyələrin birinidə buyurub: "Yuxun gələn zaman yat".



ALTINCI FƏSİL

Bəzi təriflənmiş və məzəmmətlənmiş xasiyyətlərin sağlamlıqdakı rolunun elmi yolu ilə sübutu.


Bu fəsli tərtib etməkdən məqsəd, bir neçə müstəhəb işlərin və bəyənilən xasiyyətlərin sağlamlıqda rolunu, eləcədə bir neçə məkruh və məzəmmətlənmiş işlərin cismi xəstəliklərdəki rolunu elm və alimlərin nəzərilə araşdırmaqdır. Bununla siz qəti şəkildə inanacaqsınız ki, İslamın göstərişləri hətta tibbi və cismi baxımdan da hikmətsiz deyil.

EVLƏNMƏ


İslamda təkid olunmuş işlərdən biri də evlənməkdir. Kim günaha düşməsindən qorxarsa, evlənmək ona vacib olur.

Evlənmə və uzunömürlülük


Bəlkə də bir çoxları üçün inanılmaz olan məsələlərdən biri də statistikanın verdiyi məlumata əsasən evli insanların ömrünün subay insanların ömründən çox olmasıdır. Halbuki ilk baxımdan adama elə gəlir ki, evlilikdə olan bir sıra çətinliklər, o cümlədən ailə güzaranını təmin etmək məsuliyyəti, övladın tərbiyəsi, fikir ayrılığı və bu kimi xoşagəlməz işlər ömrün azalmasına gətirib çıxaracaq. Fərzad Həkim "Uzun ömürlüyün sirləri" kitabında yazır: "Amerikanın "Park Deyvis" müəssisəsənin hazırladığı məlumata əsasən, evlilərin ömrü subayların ömründən daha çoxdur. Belə ki, evli kişi və qadınlara nisbətən subay kişilərdə ölüm 75%, qadınlarda isə 50% çoxdur.

1966-cı ildə dünya mətbuatlarında yayılmış məlumat evli kişilərin ömrünün subay kişilərin ömründən çox olmasını bir daha sübut etdi. Verilən məlumatda bu fərqin səbəbinin kişilərin təkliyə dözümsüzlüyündən irəli gəlməsi bildirilir. 1

Müxtəlif araşdırmalar evlənən insanların, ictimai ruhiyyəli şəxslərin və çoxlu dostu olanların çox yaşamasını sübut edib.

Koliforniya universitetlərində aparılan tədqiqatlara əsasən 10 il ərzində 45 yaşından 64 yaşına kimi insanlar arasında ölənlərin sayı evlilərlə müqayisədə subay insanlarda iki dəfə çox olub. Bu məsələnin, onların arasında yaranan insanlıq əlaqəsindən irəli gəlməsi nəzərə çarpır.2


Evlənmək bir məntəqəni uzun ömürlü olmasına səbəb olur


Azərbaycanda Dağlıq Qarabaq adlı bir məntəqə yerləşir. Orada hər ailənin 10 dan – 21 dək övladı var. Bu məntəqədə 150 min əhali yaşayır. Onlardan 29,5 faizi 100 yaşından yuxarıdırlar.

Bu məntəqədə yaşayan 100 yaşlıların 79 faizini qadınlar təşkil edir. Onların uzun ömürlü olmasının sirrini aşağıda qeyd olunan bir neçə işdə görürlər:

1- Tütün məhsullarına adət etməmək

2- Daima işləmək

3- Tez yatıb tez durmaq

4- İlin yarısını açıq havada keçirmək

5- Süd içmək

6- Tez evlənmək.1


Subaylıq və qan təzyiqi


Çikaqo universitetinin tədqiqatçıları maraqlı nəticələr əldə ediblər: Tənha yaşayan insanlar gərginliklə üzləşdikdə daha çox qorxu hissi keçirirlər. Çətinliklərlə üzləşdikdə onların müqavimət gücü evlilərinkindən az olur. Tənha yaşayan insanlar stressə qarşı passiv reaksiya göstərirlər. Belə ki, heç kimdən kömək istəməyərək çalışırlar ki, çətin vəziyyətdən qaçsınlar. Yolu onlarda zəif olur. Tək yaşayan insanlarda, bu məsələlər qan təzyiqinin artması ehtimalına səbəb olur (cavan olsa da belə). Bu insanların yaşı artdıqca situlik təzyiqi də artır.2

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə