İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
  1   2   3   4   5   6   7   8   9   ...   51


 

 
 
 
 
 
İSLAM ŞƏRİƏTİNDƏ 
SAĞLAMLIQ VƏ 
UZUNÖMÜRLÜLÜK...  
 
ELMİ VƏ TİBBİ 
SÜBUTLARLA 
 
 
 
 
 
 
 
Müəllif: Mehdi Tahiri 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
 
Kitabın adı:.....İslam şəriətində sağlamlıq və uzunömürlülük 
Müəllif :.................................................................... Mehdi Tahiri 
Tərcümə edənlər:.......................Elnur Yusifov, Adil Əhmədov 
Redaktor:........................................................................ N. Əliyev 
Kompüterdə yığan:.................................................M.Əhmədova 
Naşir:........................................................................”Əsre-rəhayi” 
Çap növbəsi:...................................................Birinci, 2008, Payız 
ISBN:<<<<<<<<<<<<<<..<<.964-978-2760-48-5 
 
 
 
 
 
 


 

Ön söz 
Əlinizdəki bu kitab müxtəlif məqsədlərlə yazılmışdır. 
Bunlardan bəzilərinə işarə edirik.  
A.14 əsr bundan öncəki din və elmi nailiyyətlər. 
Bir  çoxları  qərəzli  olaraq  və  bəzən  də  məlumatsızlıq 
üzündən,  belə  düşünürlər  ki,  on  dörd  əsr  bundan 
qabaqkı  din  hazırkı  dövrün  mütərəqqi  elmləri  ilə 
ayaqlaşa  və  bütün  bu  texnologiyanı,  çeşidli  kəşfləri 
nəzərə  alaraq,  bəşəriyyətin  ehtiyaclarını  təmin  edə 
bilməz.  İslam  Peyğənbəri  (s),  həmin  şəriəti,  olarlar  və 
olmazları  (vacib  və  qadağaları)  elm  və  texnologiyadan 
xali  olan  bədəvi  xalq  üçün  gətirmiş,  çağdaş  dünya  isə, 
elm  dünyasıdır.  Bu  kitabın  yazılmasında  məqsədlərdən 
biri də, dini vaciblərin minlərlə cismani elmi faydalarının 
və  dində  yasaq  əməllərin  zərərlərinin  kiçik  bir  hissəsini 
diqqətinizə  çatdırmaqdır.  İnanıram  ki,  bu  mütalidən 
sonra, dinin necə deyərlər müasir elmdən geri qalmaması, 
onunla  ayaqlaşmasına  dair  mühakimə  yürüdəcəksiniz. 
14  əsrdən  sonra  tədqiqatçılar  öz  labaratoriyalarında 
mütəmadi,  geniş  sınaq  və  analizlərlə  yeni-yeni  kəşfləri 
əldə  edir  və  hər  tərəfə  car  çəkərək  özlərini  öyürlər;  bu 
yeniliyi elmi şah əsər kimi müxtəlif mediyada rəqiblərinə 
göstərirlər;  lakin  bir  şeydən  xəbərsizdirlər  ki,  bütün  bu 
yeniliklər,  kəşflər,  14  əsr  bundan  öncə  İslam  dinində 
vacib  və  haram  şəklində  bəyan  edilmişdir.  Eləcə  də  din 
rəhbərlərinin  hədislərinin  bir  çoxunun  sirrinə,  açmasına 
yüz  illər  sonra,  bəzilərinə  qiyamət  günü  varacaq,  bir 
hissəsini isə ümumiyyətlə anlamayacaqlar. 


 

B. Dindaşlarımızın İslam şəriətinə inancı 
Tədqiqatçıların  əldə  etdiyi  nailiyyətlər  islamsevərlər 
tərəfindən mütaliə edildikdə, İslam şəriətinə inancları və 
bağlılıqları  daha  da  artar  və  şəriəti  sual  altına  aparan 
şəxslərlə disput zamanı, lazımı arqumentləri gətirməkdə 
əlləri  dolu  olar  və  halal  və  harama  riayət  etməyən 
şəxsləri işlərindən çəkindirməkdə daha müvəffəq olarlar. 
C. Dininiz yoxdursa, azad insanlar olun. 
Bu,  Aşura  günü  İmam  Hüseynin  (ə)  düşmənlərə 
söylədiyi  tarixi  cümlədir.  "Əgər  dininiz  yoxdursa,  (heç 
olmasa) dünyada azad insanlar olun (kişi kimi yaşayın), 
öz  çirkin  əməllərinizdən  əl  götürün".  Mən  bu  qiymətli 
sözün  əsasında,  İslam  və  hər  hansı  bir  dinə  mənsub 
olmayan  şəxslərə  xitabən  deyirəm:  dininiz  yoxdursa, 
İslamla bir işiniz yoxdursa, heç olmasa öz sağlamlığınızı 
düşünün və səhhətiniz üçün də olmuş olsa, İslamın əmr 
və qadağalarına riayət edin. 
Sonda bir neçə məqama toxunmaq istəyirəm. 
Birinci məqam: 
Bu  yazı  yalnız  bir  sıra  şəri  hökmlərin  cismi  zərər  və 
xeyirlərini vurğulamaq əzmindədir və şəriətdə yatmış bir 
çox  ruhi,  psixoloji,  iqtisadi,  ictimai,  ailəvi,  axirətlə  ilgili 
zərərləri bəyan etmək əzmində deyil. 
İkinci məqam: 
Şəri  hökümlərin  bütün  xeyirlərinin  bəyan  edilməsini 
iddia  etmirəm.  Bu  yazı,  günümüzə  qədər  həyata  keçmiş 
minlərlə  elmi  kəşfin  kiçik  bir  hissəsini  əks  etdirir,  tam 
şübhəsiz ki, yüzlərlə fayda burada gətirilməmiş və eləcə 


 

də  şəri  hökümlərin  gələcək  nəslin  əli  ilə  ixtira  ediləcək 
xeyli sayda mənfəətləri kəşf edilməmişdir. 
Üçüncü məqam:  
Vaciblər və müstəhəblər üçün qeyd edilən mənfəətlər, 
eləcə də haram və günahlar üçün sadalanan zərərlər, bu 
hökümlərin  şəriətdə  qoyulmasının  tam  və  qəti  səbəbi 
deyil,  əslində  onun  min  dəlilinin  biri  sayıla  bilər. 
Həmçinin, hətta o hökümlərin səbəbi də sayılmaya bilər. 
Bu  baxımdan,  deyilməməlidir  ki,  fülan  günahdan  fülan 
zərəri  dəf  etdik  deyə,  demək  o  günahı  həyata  keçirə 
bilərik. Misal olaraq, donuz ətininin yeyilməsində (onun 
ətini  yemək  haramdır)  bir  sıra  zərərlər  qeyd  etmişik. 
Müasir  elmin  tərəqqi  edərək  bu  zərərləri  donuz  ətindən 
götürə  bilməsini  fərz  etsək,  bu  donuz  ətini  yeməyin 
halala çıxması kimi mənimsənilməməlidir. Çünki, əvvəla: 
donuz  ətininin  yeyilməsinin  haram  olmasının  səbəbi 
yalnız onun  cismani zərərləri deyil, ola bilsin ki, burada 
psixoloji,  ruhi  və  s.  faktorlar  da  dəxildir.  İkinci  bir 
tərəfdən:  ola  bilsin  ki,  elm  100  il  bundan  sonra,  donuz 
ətininin  yeyilməsinə  dair  tədqiqatçıların  bu  günə  kimi 
xəbərdar  olmadıqları  zərəri  üzə  çıxarsın.  Necə  ki,  keçən 
illərə qədər bu zərərlərin bir çoxu onlara bəlli deyildi. 
Dördüncü məqam: 
Sağlamlığın  önəmi,  yaradılışın  məqsədini  uca  Allaha 
qovuşmaq  və  bu  mənəvi  yolu  qət  etmək  üçün  güclü  və 
sağlam  bədənə  ehtiyaclı  olduğumuzu  bildiyimiz  zaman 
üzə çıxır
1
. Xəstə bədənlə isə, bu yolu qət etmək, ya qeyri-
                                                 
1
 "Qəvvi  əla  xidmətikə  cəvarihi"  (İlahi  sənin  xidmətin  yolunda  bədənimi 
qüvvətləndir), "Kumeyl" duası. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə