43
AİDS / SPID / QIÇS və ya QİDS - yəni, qazanılmış immun
çatışmazlığı sindromu immun sistemin ( bədənin müqavimətinin)
tədricən zəifləməsinə, orqanizmin müdafiə qüvvəsinin tükənməsinə
səbəb olur. Nəticədə orqanizm xəstəliklər üçün "açıq qapı" rolunu
oynayır və xəstəlik törədən amillərlə mübarizə edə bilmir. Bu zaman
isə
ÖLÜM qaçılmaz sonluqdur. Xəstəliyə homoseksual kişilər,
fahişələr, narkomanlar arasında daha çox təsadüf edilir. Ancaq bu o
demək deyil ki, AİDS yalnız risk qrupu hesab edilən bu insanlar
arasında yayılır. Xeyr, burda riskli vəziyyətlər daha əhəmiyyətlidir:
təhlükəli cinsi əlaqələr, dezinfeksiya olunmamış tibbi alətlərin
istifadəsi, qanköçürmə kimi halları nəzərdən qaçırmaq olmaz. AİDS
törədicisi cinsə, yaşa, sosial mövqeyə və seksual oriyentasiyaya
məhəl qoymadan hər kəsə yoluxa bilər Bu törədici HİV yəni insan
immun çatışmazlığı virusudur. Bütün canlı mayelərdə - qanda,
sidikdə, spermada, uşaqlıq yolu və düz bağırsaq sekretlərində, ana
südündə aşkarlanır. HİV orqanizmdən kənarda yaşaya bilmir və
xoşbəxtlikdən nə məişət, nə də hava-damcı yolu ilə keçmir.
Mənbə:
www.genclik.iatp.az
AIDS, (Acquired Immune Deficieny Syndrome) orqanizmin immun
sistemini çökdürən HIV (Human İmmunodeficency Virus)
virusunun yol açdığı bir xəstəlikdir. Dünyada hər gün təxminən 16
min insanın yaxalandığı düşünülən AIDS, immun sistemi
çökdürməsi
səbəbiylə
orqanizmi
hər
cür
mikroba
qarşı
müqavimətsiz qoyur. HIV virusu, uzun illər səssiz qalsa belə digər
xəstəliklərin ortaya çıxmasını sürətləndirib organizmi xəbərsiz bir
şəkildə yox edir. Zərərsiz xəstəliklər belə immun sistem pozulmuş
insanlarda ağır və ölümcül durumlara səbəb ola bilir.
AIDS-in Simptomları
-Günlər və ya aylar sürən qızdırma, -Gecə tərləməsi, -İştah azalması,
-Uzun müddət
davam edən yorğunluq hissi, 10%-dən çox arıqlama, -
Oynaqlarda və əzələlərdə ağrı, səbəbi bilinməyən, uzun müddət
davam edən boğaz ağrısı, -Səbəbi bilinməyən limfatik düyünlərdə
şişmə (limfadenopatiya), -Uzun müddət davam edən ishal (qarın
ağrısı)