İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

 
149 
sağlamlıq da ondandır. Allah-taala sədəqənin vasitəsiylə 
sağlamlığı və xəstəlikdən uzaq olmağı istəmişdir.
1
  
Əziz  Peyğəmbərdən  nəql  edilmiş  hədisdə  buyurulur: 
"Sədəqə  70  cür  bəlanı  dəf  edir.  Onlardan  ən  sadəsi 
cüzam və ekzemadır."
2
  
Bu  barədə  çoxlu  rəvayətlər  deyilib.  Müxtəsər  etmək 
üçün bununla kifayətlənirik. 
Təbii ehtiyacı dəf etmək 
A-  Yatmazdan  əvvəl  təbii  ehtiyacın  dəf 
olunması: 
Həzrət  Əli  (ə)  əziz  övladı  İmam  Həsənə  (ə)  təbibə 
ehtiyacı  olmasın  deyə  4  şeyi  tövsiyə  etdi.  Onlardan  biri 
yatmazdan öncə özünü rahat etməsi idi. 
ELMİ BƏHS 
Doktor  Şəhid  Paknejad  bu  barədə  deyir:  "Bu  söhbət 
mövzunun  adət  halına  düşməsini  çatdırır.  Hər 
yatmazdan  əvvəl  ayaq  yoluna  getmək,  tədricən  adətə 
çevriləcək. Belə olmasaydı o həzrət ehtiyac olarkən ayaq 
yoluna getməyi buyurardı. 
Digər  tərəfdənsə  gecə  istirahət  zamanı  olduğu  üçün 
şübhəsiz  bir  neçə  saat  davam  edəcək.  Bildiyimiz  kimi 
zaman  keçdikcə  nəcisin  zəhərlərini  cəzb  etmək  qüdrəti 
artır  və  istirahət  zamanı  (yəni  yuxuda  olarkən) 
                                                 
1
 Əlavə  məlumat  üçün,  yeddinci  fəsildə  "sədəqə,  ziyarət  və  s.  ilə 
ömrün  uzun  və  qısa  olması  arasında  əlaqəsi"  bölməsinə  baxa 
bilərsiniz. 
2
 "Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh. 575. 


 
150 
kapiliyarlarda  qan  dövranının  hərəkəti  səbəbindən 
zəhərlər  cəzb  olduğu  üçün  narahatlıqlar  yarana  bilər. 
Belə  ki,  səhər  yuxudan  durub  hərəkət  etdikdən  və  qan 
dövranı  işə  düşdükdən  sonra  sıradan  çıxır.  Yatan  və 
istirahət  edən  insan  üçün  nəcis  olduqca  ziyanlıdır.  Kim 
yatmazdan  əvvəl  ayaq  yoluna  getməyi  və  sağlamlığı 
qəbul  etməyi  adət  edə  bilsə  onun  üçün  faydalı  olar.  Ən 
mühümü  də  budur  ki,  ayaq  yoluna  getməzdən  əvvəl 
bağırsaqların və böyrəyin boşalmaq istədiyini hiss etsin.
1
 
B- Ehtiyac zamanı özünü rahat etmək  
İmam  Rzadan  (ə)  nəql  edilmiş  rəvayətdə  sağlamlıq 
üçün  bir  neçə  işin  adı  çəkilib.  Onlardan  biri  "sidik  güc 
gələn zaman özünü rahat et" ifadəsidir.  
"İslamda  tibb  və  gigiyeniya"  kitabında  yazılıb  ki,  "elə 
tənbəl  və  səhlənkar  insanlar  tanıyırıq  ki,  bu  həyati 
vəzifəni  yerinə  yetirməyə  də  başısoyuqluq  edirlər. 
Ehtiyac  zamanı  öz  sağlamlıqlarının  tələbini  cavabsız 
qoyaraq  bağırsaqlarını  fəaliyyətdən  saxlayırlar.  Əslində 
öz daxili orqanizmlərinə "tənbəllik dərsini" öyrədirlər. Bu 
başısoyuqluğun 
nəticəsində 
həzmetmə 
sisteminin 
pozulması, qaraciyər, mədə, babasil, venanın yorğunluğu 
və  bəzən  də  venada  qanın  hərəkətsizliyinə  və  limfotik 
yollarının  tutulmasına  gətirib  çıxarır.  Limfotik  yolları 
tutularsa, sonda fil xəstəliyinə tutulurlar".
2
  
 
                                                 
1
 "İlk universitet, son peyğəmbər", c.12, səh. 81. 
2
 
Fil  azarı  (elephantiasis)  bədənin  ayrı-ayrı  üzvlərinin  (çox  vaxt 
ayaqların) həddindən artıq böyüməsindən ibarət xəstəlikdir (red.) 


 
151 
SƏFƏR 
Peyğəmbər (s) buyurub: 
"
اوحصت اورفاس

 
 "Sağlam olmağınız üçün səfər edin."
1
  
İstər  iş  üçün  istərsə  də  əylənmək  üşün  olan  səfərin 
sizin cisminiz və fikrinizə xeyli faydası ola bilər. Odur ki, 
səfərin  sizin  sağlamlığınız  üçün  olan  bəzi  faydalarına 
işarə edirik. 
1- Sizdə olan sıxıntı və stress azalar. 
Səfər,  sizə  bir  az  istirahət  etmək  və  ruhi  sıxıntıları 
özünüzdən  uzaqlaşdırmaq  imkanı  verir.  Səfəriniz  işlə 
bağlı  olsa  belə  və  siz  saatlarla  konfranslarda  iştirak 
etsəniz  də  əvəzində  yeni  ölkə  ya  şəhərlərlə  tanış 
olacaqsınız. 
Ola  bilsin  səfərinizdə  iztirab  və  stress  də  olsun. 
Xüsusilə  əgər  səfəriniz  gəzinti  ilə,  görməli  yerləri  seyr 
etməklə  keçərsə  və  ya  sizin  müxtəlif  dillərlə  tanışlığa 
ehtiyacınız  olarsa,  eləcə  də,  məqsədiniz  izdihamlı 
şəhərlər  olarsa.  Amma  bu  stress  müsbət  bir  stressdir  və 
sizin  işinizdəki,  ya  gündəlik  həyatınızdakı  keçirdiyiniz 
stresslər kimi deyil. 
Təzyiq  və  ruhi  stresslərin  azalması  həmişə  sizin 
sağlamlığınıza kömək edəcək. 
 2- Yaşayışınıza müxtəliflik, dəyişiklik bəxş edir. 
"Hər  bir  dəyişiklik  istirahət  qədər  yaxşıdır"  - 
cümləsinə  əsasən,  hansı  səfər  olursa-olsun  qısa 
                                                 
1
 "Mübəlliglərin mövzular üzrə ensiklopediyası", səh.220. 


 
152 
müddətdə  olsa  belə  sizi  öz  adi  gündəlik  həyatınızdan 
uzaqlaşdıracaq.  Elə  təkcə  bu  məsələnin  özü  sizə  çoxlu 
qüvvət  verəcək.  Gündəlik  proqramınızı  dəyişmək 
istəyirsiniz, sizin üçün bir növ müalicə hesab edilir. Bu iş 
sizin  fikir  və  cisminizi  süstlükdən  yayındıracaq.  Səfər, 
bizi  hər  gün  üzləşdiyimiz  atmosferdən  ayıraraq 
yorğunluqlara,  əsəb  sıxıntılarına  və  qəm-qüssəyə  qarşı 
daha  yaxın  müqavimət  göstərməyə  kömək  edir.  Bu  iş 
səfərin ən mühüm təsirlərindən biridir.
1
 
3- Açıq havadan bəhrələnəcəksiniz.  
Həmişə  olduğu  kimi  idarədə  otağınızın  4  divarı 
arasında  olmağınızdansa  səfər  boyu  siz  daha  çox  evdən 
bayırda və açıq havada olacaqsınız. Bu yolla siz təmiz və 
təzə  havadan  daha  çox  həzz  ala  bilərsiniz.  Gəzinti  üçün 
dağlığa  istirahət  üçün  dəniz  kənarına  getsəniz  başqa 
günlərə  nisbətən  dərindən  nəfəs  alarsınız  və  bədəninizə 
daha çox  oksigen daxil olar. Eləcə də günəş vannasından 
da  istifadə  etmək  olar.  Bu  şərtlə  ki,  gün  yandırmaması 
üçün lazımi ehtiyatlar yaddan çıxmasın. 
 
 
 
 
 
 
 
                                                 
1
 “Səlamət” həftəlik jurnalının son paraqrafı, 1385 (h.ş) 73-sayı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə