168
hər bir pisliyin (mənfi xüsusiyyətin, o cümlədən
xəstəliyin)
açarıdır."
1
Qəzəb və mədə yarası
Doktor şəhid Pak Nijad qəzəblənməyi, əsəbləşməyi və
ruhi narahatlıqları mədədə yara əmələ gəlməsinin
amillərindən biri bilir. O, deyir: "qəzəb zamanı mədə
cəngavərcəsinə coşaraq qırmızı alov rənginə düşür. Bu
vaxt turşu ifraz olunur. Deyilənə görə elə həmin turşu
mədə yarası əmələ gətirir.
2
Amerkalı həkim Uilyam Biyumant apardığı təcrübə
əsasında belə bir nəticəyə çatıb ki, əsəbilik və ruh
düşgünlüyü turşu ifraz etməklə mədə pozuntusuna
gətirib çıxardır. Bu zaman mədə öz işini mükəmməl
şəkildə görə bilmir. Halbuki, insan şadlanarkən yemək
yaxşı həzm olunur.
3
Qəzəb və sair xəstəliklər
Əsəb sıxıntıları müdafiə reaksiyası olaraq bəzən
insanları ölümdən qurtarır. Adernalin kimi maddələrin
azad olması potensial təhlükə ilə üzləşdikdə insanın
reaksiyasıni onun qarşısında şiddətləndirir. Amma əsəb
sıxıntıları həddini aşarsa onların dağıdıcı təsirləri
bədəndə yığışaraq insanı müxtəlif xəstəliklərə və
hadisələrə məruz qoyur. Belə nəticə çıxarmaq olar ki, 65
1
"Mizan əl-Hikmənin müntəxəbi", c.2, səh. 769.
2
"İlk
universitet, son peyğəmbər", c.3, səh. 80.
3
"Öz həkimimiz olaq", səh. 195.