194
xariqüladə məsələlərin səbəblərini öz elmi axtarışımızla
dərk edək".
1
Böyük alimlərin yaradılış və dünyada baş verən
hadisələr qarşınızda öz acizliklərini etiraf etmələrindən
əlavə özümüz də əyani surətdə müşahidə edirik ki,
dünyada adi insan dərki ilə izah oluna bilməyən bir çox
fövqəltəbii hadisələr baş verir. Ona görə də bir şeyin
səbəbini ağılla dərk edə bilmədikdə onu inkar
etməməliyik (necə ki, bu kitabda qeyd olunmuş bir çox
rəvayətləri əvvl başa düşmək olmur. Amma elmi
tədqiqatlardan sonra müəyyən qədər dərk olunur). Onun
səbəbini dərk etmədiyimizi deməliyik. İndisə minlərlə
dərk olunmayan qeyri adi işlərdən ikisinə işarə edirik.
1- Şeyx Həsənəli Noxudəki və su quyusu
Bizim evimizə yaxın bağı olan Tehranın hörmətli
tacirindən bir nəfər, bizim üçün belə bir əhvalat danışıb:
"Biz bu bağı alarkən su sarıdan çətinlik çəkirdik. Su xətti
də yox idi. Bu səbəbdən də məcbur olduq ki, bağda çox
da dərin olmayan bir su quyusu qazaraq su matorunun
köməyilə bağı suvaraq. Amma haranı qazırdıqsa, su
çıxmırdı. Bu iş üçün xeyli xərc çəkməyimizə baxmayaraq
yenə də bir nəticə əldə edə bilmədik.
Bu müddət ərzində 8-ci imam həzrət Rzanı (ə) ziyarət
etmək qəsdilə Məşhədə getdim. Mərhum hacı şeyx
Həsənəli Noxudəki ilə çoxdankı tanışlığımıza görə onu
görməyə getdim. Sohbət əsnasında Şəmiran bağında
çoxlu su quyuları qazmağımız və heç bir nəticə ala
1
"Günahın cəzası", c.2, səh.23.