İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (isesco) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin



Yüklə 172,22 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü172,22 Kb.
#57851

background image
İslam  Təhsil,  Elm  və  Mədəniyyət  Təşkilatı  (ISESCO)  üzrə  Azərbaycan  Respublikasının 

Milli  Komissiyasının  yaradılması  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

Sərəncamı  

 

ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23–27 noyabr tarixlərində 



keçirilmiş  iclasında  Azərbaycan  növbəti  üç  il  müddətinə  Baş  Konfransın  sədri  seçilmişdir. 

2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan 

edilməsi  Azərbaycan  xalqının  zəngin  tarixi-mədəni  irsinə  İslam  aləmində  verilən  yüksək 

qiymət kimi təqdirə layiqdir.  

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 

və ISESCO Baş Konfransına sədrliyin uğurla həyata keçirilməsinin vacibliyini nəzərə alaraq, 

ISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə qərara alıram: 

1.  ISESCO  üzrə  Azərbaycan  Respublikasının  Milli  Komissiyası  aşağıdakı  tərkibdə 

yaradılsın: 

 

Komissiyanın sədri 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri 

Komissiyanın üzvləri 

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini 

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini 

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini 

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini 

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti 

Aynur Sofiyeva – Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət 

Komitəsi sədrinin müavini 

Səyyad  Salahlı –  Azərbaycan  Respublikasının  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsi 

sədrinin birinci müavini 

Dağbəyi  İsmayılov  –  Azərbaycan  Dövlət  İnformasiya  Agentliyi  (AZƏRTAC)  baş 

direktorunun müavini 

Urxan  Ələkbərov  –  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik 

Akademiyasının rektoru 

Vasim Məmmədəliyev – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll 

etsin. 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 14 yanvar 2016-cı il. 



Yüklə 172,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə