İslam və Yəhudi Xristian qanunlarında qadınların müstəqilliyi və iqtisadi mülkiyyəti



Yüklə 71 Kb.
tarix12.10.2018
ölçüsü71 Kb.
#73176
növüYazı

İslam və Yəhudi – Xristian qanunlarında

qadınların müstəqilliyi və iqtisadi mülkiyyəti.

Bu məqalə müəllifin «Yəhudi – xristian qanunu ilə müqaisədə İslamda qadın - ­­­­­­­əfsanə və gerçəklik» adlı əsərinin bir hisəsidir. Bu məqalədə səmavi dinlər – islam, yəhudilik və xristianlıqda qadınlarla bağlı məsələlər tədqiq obyektidir. Yazıçının əsas hədəfi özünün qeyd etdiyinə görə qərbdə qadınlar barəsində mövcud şübhələr və məşhur Misir feminist doktor Nuval Sədavinin açıqlamalarına cavab verməkdir. Doktor Sədavi dinlərin qadınlara eyni yanaşmaları, onların qadınlara məhdudiyyət və etinasızlığı barədə fikirlər müəllifidir. Doktor Əbdul-Əzim Mühəmməd bu məqalədə islamın doğruluğunun isbatı, Allahın bəşəriyyətə son həqiqi xitabının ehtiramı üçün bir müqaisə aparmışdır. Qeyd etmək lazımdır ki, yazıçının açıqlama və müqayisələrində əldə olan orijinal mənbələrə istinad edilmişdir. Amma İslam əqidəsinə əsasən yəhudilik və xristianlığın səmavi mətnləri və əsas həqiqi mənbələri təhrif olunmuşdur. Bir çox belə mənbələr bu iki ululləzm peyğəmbərlərin müqəddəs kitablarında başqa bir şəkildədir.

Qadının əmlakı.

A) Yəhudilik.

Bu üç din ailə qurmağın əhəmiyyəti və ailəvi yaşayış barədə möhkəm bir əqidədə şərikdirlər. Lakin Yəhudi – Xristian qanunları İslamın əksinə olararq qadının mülkiyyətini tanımamaqla İslam qanunlarından fərqlənir.

Yəhudi ənənləri ərin öz həyat yoldaşına nisbətdə mövqeyini bir qula sahib olan kəsin mövqeyi ilə eyniləşdirərək onunla qul kimi davranmağı kişinin haqqı kimi qəbul edirlər. Bu fikir qadınlara aid qanunlarda ikili standartlara gətirib çıxarmış və kişilərin öz həyat yoldaşlarına aid öhdəçiliklərinin ləğvinə səbəb olmuşdur. Bu fikir qadının öz əmlak və gəlirlərinin istifadə haqqının inkarına da gətirib çıxarmışdır. Belə ki, yəhudi bir qadın evlənərsə onun əmlak və gəlirlərinin hökümranlığı tam olaraq ərinin ixtiyarına keçmiş olur. Yəhudi xaxamları iddia edirlər ki, ərin həyat yoldaşının əmlakına görə malikiyyət haqqı ərin həyat yoldaşı üzərində malikiyyətinin nəticəsidir. Bir kişinin bir qadın üzərində malikiyyətindən onun əmlakına da malik olduğu nəticəsini almaq olarmı? Bir kişi bir qadına sahiblik etdiyinə görə onun əmlakına da sahiblik etməlidirmi? Beləliklə evlilik qadınların ən zəngininin əməli surətdə fəqir olmasına səbəb olurdu.

Talmud qadınların maliyyə vəziyyətini bu cür izah edir: «Bir qadın bir şeyə necə sahib ola bilər? Ona aid olan hər bir şey ərinə aiddir. Ərinə aid olan hər bir şey isə özünə aiddir və qadına aid olan şeyin kişiyə də aidliyi vardır. Qadının gəliri küçədən bir şey tapmış olsa belə ərinə məxsusdur. Ev əşyaları, stolun üstündə olan çörək qırıntıları kişiyə məxsusdur. Əgər qadın bir qonaq çağırıb, onu qarşılayarsa ərindən oğurluq edib…»

Bütün bu kimi qanunlar səbəb olub ki, bir qadının əmlakı özünə elçi cəlb etmək üçün vasitəyə çevrilsin. Daha çox malı olan qadın almaq kişi üçün daha artıq varlanmaq vasitəsinə çevrildi. Yəhudi ailələri öz mülkiyyətilərinin bir hissəsini cehiz adı ilə evlilik vaxtı öz qızına verməyə məcbur oldu. Qızının şəxsən malik olmayacağı cehizə xərc çəkmək məcburiyyətində qalan yəhudilər üçün qız uşağının atası olmaq xoşagəlməz bir məsələyə çevrildi. Ata gərək illərlə öz qızını tərbiyə etsin və sonra onun üçün qiymətli bir cehiz tədarük etsin. Beləliklə qız bir yəhudi ailəsində sərmayə deyil bir borc sayılır. Bu düşüncə keçmiş yəhudi cəmiyyətində bir qız uşağının dünyaya gəlməsinin xoşagəlməzliyinin səbəbini bizə aydınlaşdırır. Gəlinin hədiyyəsi olan bu cehiz müvəqqəti mülkiyyət şərtləri altında bəyə hədiyyə olunur. Ər əməli surətdə cehizə malik idi, lakin onu sata bilməzdi. Gəlin evli olduğu zaman cehiz üzərində olan hər növ malikliyi əldən verirdi. Buna əlavə olaraq ondan evləndikdən sonra işləyib, qazanc əldə etmək, ərin öhdəsində olan xərcləri təmin etmək gözlənilirdi. Qadın yalnız iki halda öz ymlakını qaytara bilərdi: Talaq və həyat yoldaşının öldüyü təqdirdə. Əgər qadın əvvəl ölərdisə kişi onun əmlakına varis olurdu, ər öldüyü halda qadın yalnız evlilikdən öncəki əmlakını qaytara bilərdi və vəfat etmiş ərinin şəxsi əmlakından irs alməq haqqı yox idi. Qeyd etmək lazımdır ki, bəy də gəlinə bir toy hədiyyəsi verirdi. Lakin onların birgə yaşayışı müddətində əməli surətdə bu hədiyyəyə də sahib olurdu.

B) Xristianlıqda

Son dövrlərə kimi xristianlar yəhudilik ənənələrinə itaət edirdi. Ailələr öz qızlarının cehizlərini çox təqdim edirdilər və nəticədə kişilər onlarla daha tez evlənməyə meyl edirdilər. İstisna hal budur ki, ailələr öz qızlarının evlənməsini adi qaydadan fərqli olaraq təxirə salırdılar. Kilsə qanunlarına əsasən bir qadının evliliyinin pozulması şərti ilə öz cehizini geri almaq hüququ var idi. Zina günahı ilə müqqəsir olduqda cehizini geri ala bilməz. Bu halda ərinin ixtiyarında olan cehiz hüququnu boşandıqdan sonra qaytarmaq hüququnu itirir. Kilsə və mülki qanunlara əsasən evli bir qadın xristian olan Amerika və Avropada yalnız XIX əsrin sonları və XX əsrin əvvəllərində öz əmlakı üzərində olan hüququnu əldə etdi. Misal üçün İngilis qanunları altında qadının hüquqları 1632-ci ildə cəm edilib çap olundu. Bu hüquqlar aşağıdakılardan ibarət idi: «Ərin malik olduğu şey onundur. Qadının malik olduğu şey ərinə məxsusdur.» Qadın təkcə öz əmlakını deyil hətta öz şəxsiyyətini belə ailə qurarkən əldən vermiş olurdu. Onun əməllərinin heç birinin qanuni əhəmiyyəti yox idi. Kişi qadının verdiyi hər bir hədiyyəni və ya bağladığı müqaviləsini dəyərsiz və qanuni olmayan bir müqavilə kimi batil edə bilərdi. Qadının müqavilə bağladığı bir fərd qeyri- qanuni işdə iştirak edən cinayətkar ünvanında hesab olunurdu. Buna əlavə olaraq qadın nə öz adından qanuni vəkil tuta bilərdi, nə də öz əri üçün qanuni vəkil tuta bilərdi. Qanun baxımından evli bir qadın təzə doğulan uşaq kimi də qələmə verilirdi. Qadın ərindən tamamilə asılı idi və buna görə də əmlakını məqam və mənsəb əta etmişdir ki, onun əri cəzb etmək üçün hədiyyələr və hüquqi şəxsiyyətini və öz soyadını əldən verirdi.

C) İslamda

Miladi VII əsrdən İslam evli qadınlara müstəqil şəxsiyyət vermişdir; Yəhudi – Xristian qərbinin qadınları son zamanlaradək evləndikdə mülkiyyət hüququndan məhrum edildikləri halda İslamda qadının ailə qurduqdan sonra bəyə bir hədiyyə vermək barədə belə heç bir öhdəliyi yoxdur. Bir müsəlman ailəsində qız bir borc deyil. İslamda qadınların cehizindən məhrum olmaq kimi öhdəliyi yoxdur, əksinə, bəy gəlinə bir toy hədiyyəsi verməlidir. Gəlin bu hədiyyənin malikidir, hətta sonralar təlaq alsa belə. Özünün könüllü razılığı ilə əmlakından ona bir şey bağışlaması istsna olmaqla ərin öz həyat yoldaşının əmlakında ortaqlığı yoxdur. Quran öz baxışında bu mövzunu kamil şəkildə aydın açıqlayır: «Arvadların mehriyyələrini könüllü şəkildə vərin. Əgər onlar özləri sizə bir şey bağışlasalar, onu halal olaraq nuşcanlıqla yeyin!» (Nisa: 4).

Qadının əmlak və gəliri bütövlükdə öz ixtiyarındadır və yalnız özü ondan istifadə edə bilər. Çünki, onun və övladlarının qayğısını çəkmək və xərclərini təmin etmək ərin öhdəsindədir. Qadının nə dərəcədə zəngin olması mühüm deyil. Özü könüllü surətdə bu iştirakı seçməsi istisna ailənin xərclərində iştirak etməklə vəzifəli deyil. Ər və arvad bir birindən irs alırlar. Bundan əlavə evli qadın müstəqil hüquqi şəxsiyyətə və soyadına malik olur.

Qadınların irsi:

Quran və İncil arasındakı fərqlərdən biri də qadının vəfat etmiş qohumlarından irs alması ilə bağlıdır. Bu barədə İncilin baxışı qısa şəkildə belədir: İncilin nazil lduğu dövrdən günümüzədək mövcud olan qanun ailənin qadın üzvləri, həyat yoldaşı və qızlara ailənin malından irs hüququ vermir. Qədim üslublarda irs belə idi ki, ailənin qadın üzvləri əmlakın bir hissəsi hesab olunurdular və bir qul kimi qanuni irs almaq hüququndan məhrum edilirdilər. Nə üçün ailənin qadın üzvləri ailənin əmlakı hesab olunurdu?

Xaxam Ersteyn cavab verir: «Onlar ailə qurmazdan öncə atadan və ailə qurduqdan sonra ərdən asılıdırlar.» Bir qadının əri ilə heç bir ortaqlığı yoxdur. Kişi hətta öz oğlanlarından əvvəl arvadından irs alır. Qadın yalnız o zaman irs ala bilər ki, kişi cinsindən bir varis olmasın. Ata varis olduğu halda ana heç bir yerdə varis ola bilməz. Əgər övladlar oğlan olsalar dul qadın və qızlar kişi varislərin mərhəməti ilə qanuni mülkiyyəttə malik ola bilməz. Bu səbəbdəndir ki, dul qadınlar və yetim uşaqlar yəhudi cəmiyyətinin ehtiyaclı və çarəsiz təbəqəsini təşkil edirdilər.

Xristianlıq uzun müddət bu adəti davam etdirib. Həm kilsə, həm də xristsanlığın mülki qanunları qızları irs işində qardaşları ilə ortaqlıqdan məhrum etmişdir.

Buna əlavə olaraq qızlar hər növ irs hüququndan məhrum idilər. Bu ədalətdənkənar qanun 19-cu əsrin sonlarınadək mövcud olmuşdur. İslamdan qabağkı bütpərəst ərəblər arasnıda irs hüququ kişi qövmü ilə bağlı olaraq məhdudlaşırdı. Quran bu qeyri adilanə adətlərin hamısını aradan götürdü və bütün qadın qövmü üçün irsdə şəriklik qərar verdi. «Analarının və (yaxın) qohumların qoyub getdiyi maldan kişilər üçün pay düşər və (habelə) ata-analarının, (yaxın ) qohumlarının qoyub getdiyi maldan qadınlara da pay düşər. O mal istər az, istərsə də çox olsun (vərəsəyə çatan) vacib paylardır.» (Nisa: 7)

Avropanın irs hüququnun mövcud olmasını rəsmi şəkildə tanımasından 1300 il qabaq müsəlman analar, qadınlar, qızlar və bacılar bu cür hüquq ilə tanış idilər. İrsi bölüşdürmək geniş və çox xırdalıqlardan ibarət olan bir mövzudur. Çünki, qanun budur ki, qız oğlanın aldığı irsin yarısı qədər irs ala bilər. Amma anaya ata ilə bərabər pay düşür. Əgər bu ümumi qanuna kişi və qadınla bağlı olan digər qanunlardan kənar baxsaq ədalətsiz görünəcək. (Amma bu qanun digər qanunlardan kənar mövcud ola bilməz və buna görə də ədalətlidir.) Bu qanunun məntiqini və kökünü dərk etmək üçün İslamda kişilərin maddi öhdəliklərinin qadınların öhdəliklərindən daha üstün olduğu gerçəkliyini yadda saxlamaq lazımdır. Bir bəy gəlin üçün bir toy hədiyyəsi (mehriyyə) hazırlamalıdır. Hətta sonralar boşansalar belə bu hədiyyə gəlinin əmlakına aiddir. Gəlinin beyə hədiyyə verməkdə heç bir öhdəliyi yoxdur. Buna əlavə olaraq müsəlman ər həyat yoldaşı və övladlarına baxmaqda və xərclərini təmin etməkdə məsuldur. Digər baxımdan qadın bu işdə ona kömək etməkdə məcbur deyil. Onun əmlak və gəliri yalnız şəxsi istifaləsi üçündür.

Buna əlavə olaraq bilməliyik ki, İslam şiddətli şəkildə ailə həyatını müdafiə edir. İslam dini kəskin şəkildə cavanları ailə qurmağa həvəsləndirir, talaq və ayrılmağı mənfi dəyər kimi qəbul edir. Buna görə də həqiqi bir İslam cəmiyyətində ailə yaşayışı bir nümunə və meyardır. Subay insanlara isə nadir halda rast gəlinir. Ona görə ki, İslam cəmiyyətində evlilik yaşına çatmış insanlar evlənməyə çox təşviq olunur.

Bu həqiqətlərin işığında təsdiq etmək lazımdır ki, umumilikdə müsəlman kişiləri müsəlman qadınlarla müqaisədə daha çox maliyyə məsuliyyətlərinə malikdirlər. Və bu yöndə irs qanunları bu qeyri-bərabərliyi tarazlaşdırmaq üçün düşünülmüşdür ki, bununla cəmiyyət sinfi və cinsi ədalətsizdən azad şəkildə həyatını davam etdirə bilsin. Bir britaniyalı müsəlman xanım müsəlman qadınların maliyyə vəzifələri və maliyyə hüquqları arasında sadə müqaisədən sonra bu nəticəyə gəlmişlər ki, İslam qadınlarla nəinki ədalətli, həm də səxavətli rəftar etmişdir.



Müəllif: Şərif Əbdül – Əzim Mühəmməd.
Yüklə 71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə