Ислам вя елм



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix19.07.2018
ölçüsü0,71 Mb.
#56744
  1   2   3   4   5   6   7   8   9   ...   17


 

 



 

PROFESSOR NƏCMƏDDİN ƏRBAKANIN 

HƏYATI 

 

TÜRKİYƏ RESPUBLİKASININ SABİQ 

DEPUTATI, 

 ƏFSANƏVİ BAŞ NAZİR, MÜHƏNDİS, 

 AKADEMİK, SİYASƏTÇİ VƏ MİLLİ 

GÖRÜŞ LİDERİ  

 

Nəcməddin  Ərbakan  1926-cı  il  29  oktyabrda 



Sinopda doğulmuşdur. Atası Adananın Kozan və Saim-

bəyli  bölgəsində  yaşamış  Kozanoğullarından  Məhəm-

məd Səbri Ərbakandır.  

Ağır cəza rəisi olan atasının  müxtəlif  yerlərdə və-

zifəyə  təyin  olunması  səbəbindən  uşaqlığı  ayrı-ayrı  şə-

hərlərdə  keçən  Ərbakanın  anası  da  Sinopun  tanınmış 

ailələrindən birinin qızı olan Qəmər olmuşdur. 

Nəcməddin  Ərbakan  ibtidai  sinfə  “Kayseri  Cüm-

huriyyət İbtidai Məktəbi”ndə getməyə başladı. Atasının 

Trabzona vəzifəyə təyin edilməsinə görə ibtidai təhsilini 

burada əlaçı olaraq tamamladı. 

Ərbakan  xocanın  ilk  mənəvi  təsirlənməsi  hələ  3 

yaşında ikən Kayseridə qaldıqları evin qarşısındakı tari-

xi  Laləli  Camesində  verilən  azanlar  və  qılınan  camaat 

namazları ilə başlamışdır. Onun  uşaqlıq illəri bu came-

nin eyvanında keçmişdir. Ələlxüsus 1928-ci ilin sonun-

da  bu  camedə  qılınan  bir  cənazə  namazından  olduqca 

təsirlənmişdir.  

Çox kiçik  yaşlarda namaza  və oruca başlayan Ər-

bakan daha  sonralar  yenə atası Məhəmməd Səbri bəyin 




 

 



təqaüdə  çıxıb  məskunlaşdığı  İstanbul  Fatehdəki  İskən-

dərpaşa  Came  imamı  Məhəmməd  Zahid  Kotku  həzrət-

ləri  kimi  dövrün  önəmli  elm  və  ürfan  əhlindən  istifadə 

etmiş  və  mənəvi  kamilləşmə  mərhələsində  bu  böyük 

şəxsiyyətlərin tərbiyəsində yetişmişdir.   

1937-ci  ildə  ibtidai  təhsilini  tamamladıqdan  sonra 

həmin  il  “İstanbul  Oğlan  Liseyi”ndə  orta  təhsilinə  baş-

ladı.  Məktəbdəki  çalışqanlığına  görə  dostları  tərəfindən 

ona “Dərya Nəcməddin”, – deyə müraciət edilirdi. Mək-

təbdə “Sıfırçı Avni” olaraq tanınan fizika müəllimindən 

ilk dəfə 10 alan şagird olmuşdur.  

Bütün sinifləri iftixarla keçən Nəcməddin Ərbakan 

“İstanbul  Oğlan  Liseyi”ni  1943-cü  ildə  əlaçı  olaraq  bi-

tirdi. O dövrlərdə liseyi əlaçı olaraq qurtaranları univer-

sitetlərə  imtahansız  qəbul  edirdilər.  Lakin  Nəcməddin 

Ərbakan  imtahansız  daxil  olmağı  rədd  edərək  girdiyi 

imtahanda böyük bir müvəffəqiyyət göstərincə “İstanbul 

Texniki  Universiteti”nin  ikinci  kursundan  ali  təhsilinə 

başladı.  İbtidai  sinfə  altı  yaşında,  universitetə  də  ikinci 

kursdan başladığına görə özündən iki yaş böyük olanlar-

la eyni kursda təhsil aldı. “Texniki Universitet”dəki kurs 

yoldaşları  arasında  Süleyman  Dəmirəl  və  Turqut  Özal 

vardı. 

Universitet  illərində  universitet  tələbələrinin  na-



maz  qılması  üçün  məscid  açılması  məsələsində  böyük 

cəhd  göstərmiş  və  açılan  məsciddə  həm  namaz  qılmış, 

həm də elmi və dini söhbətlər etmişlər. 

1948-ci  ilin  yayında  “İstanbul  Texniki  Universi-

teti”ndən  böyük  müvəffəqiyyətlə  məzun  olan  Ərbakan 

həmin  ilin  iyununda  “Maşınçılıq  Fakültəsi  Motorlar 




 

 



Kursu”nda assistent olaraq vəzifəyə başladı. 1948–51-ci 

illər arasındakı bu 3 illik assistentlik dövründə o zaman 

doktorluq  dissertasiyasının  yerini  tutan  qabiliyyət  dis-

sertasiyasını  hazırladı.  Siniflərdə  dərs  demək  dosent  və 

professorların  səlahiyyətində  olmasına baxmayaraq özü 

assistent  olduğu  halda,  dərs  deməsinə  izin  verilmişdir. 

Qabiliyyət  dissertasiyasındakı  müvəffəqiyyətinə  görə 

universitet  tərəfindən  1951-ci  ildə  Axen  Texniki  Uni-

versitetində

1

  elmi  araşdırmalar  aparmaq,  elm  və  təcrü-



bəsini  artırmaq  üçün  Almaniyaya  göndərilən  Ərbakan 

alman  ordusu  üçün  araşdırma  aparan  “DVL  Araşdırma 

Mərkəzi”ndəki araşdırma ilə məşhur olan və V1 və V2-

ləri inkişaf etdirən professor Şmit ilə birlikdə çox uğurlu 

çalışmalar apardı. Axen Texniki Universitetində çalışdı-

ğı  il  yarımda,  biri  doktorluq  dissertasiyası  olmaqla  3 

dissertasiya hazırlayan Ərbakan Almaniya universitetlə-

rində  keçərli  olan  “Doktor-Mühəndis”  (Dr.  İng.)  adını 

aldı. 

Almaniya  İqtisadiyyat  Nazirliyi  üçün  mühərriklə-



rin  daha  az  yanacaq  yandırmaları  mövzusunda  araşdır-

malar  apararaq  məruzə  edən  və  bu  arada  da  dosentlik 

dissertasiyasını  hazırlayan  Ərbakanın  “Dizel  mühərrik-

lərdə  püskürdülən  yanacağın  necə  yandığını”  riyazi 

olaraq izah edən bu dissertasiyası alman elm dairələrin-

də böyük əks-səda doğurdu. Dissertasiya elmi məcmuə-

lərdə nəşr edildiyi üçün o tarixdə Almaniyanın ən böyük 

motor  fabriki  olan  və  dünyada  mühərrikin  ilk  istehsal 

olunduğu  Doyç  motor  fabriklərinin  baş  direktoru  Pro-

                                                 

1

  Aхen  Almaniyanın  Şimali  Reyn-Vestfaliya  vilayətində  bir 



şəhərдир.  


 

 



fessor Dr. Flaç tərəfindən Leopard tanklarının mühərrik-

ləri  ilə  əlaqədar  araşdırmalar  aparmaq  üçün  bu  fabrikə 

dəvət edildi. 

Almaniya  İqtisadiyyat  Nazirliyinin  Ruyr

2

  sahəsin-



dəki fabriklər üzərində araşdırma aparmaq üçün vəzifə-

ləndirilən  heyətdə  onun  da  iştirak  etməsi  istənildiyinə 

görə  15  gün  Ruyr  bölgəsindəki  bütün  ağır  sənaye  fab-

riklərini gəzib araşdırma fürsəti əldə etdi. 

II  Dünya  Müharibəsindən  sonra  Almaniya  uni-

versitetlərində  doktorluq  edən  ilk  türk  elm  adamı  olan 

Ərbakan  1953-cü  ildə  dosentlik  imtahanı  vermək  üçün 

İstanbula  gəldi.  İmtahan  nəticəsində  27  yaşında  Türki-

yənin  ən  gənc  dosenti  olma  müvəffəqiyyətini  qazanan 

Nəcməddin  Ərbakan  araşdırmalar  aparmaq  üçün  təkra-

rən  Almaniyanın  Doyç  fabriklərinə  getdi.  Burada  6  ay 

müddətində  mühərrik  araşdırmaları  üzrə  baş  mühəndis 

olaraq  alman  ordusu  üçün  aparılan  araşdırma  fəaliyyət-

lərinə qoşuldu. 

1953-cü ilin noyabrında “İstanbul Texniki Univer-

siteti”nə  qayıdan  Ərbakan  1954-cü  ilin  may  ayı  ilə 

1955-ci  ilin  oktyabr  ayı  arasındakı  zamanda  əsgərlik 

vəzifəsini yerinə yetirdi. İstanbul Kağıthanədəki 6 aylıq 

ehtiyat zabit təlimindən sonra Halıcıoğlundakı istehkam 

nəzarət  bölüyündə  6  ay  kiçik-leytenant,  6  ay  da  leyte-

nant  olaraq  maşınların  nəzarət  və  təmir  hissəsində  xid-

mət etdi.  

                                                 

2

  Ruyr  bölğəsi  Almaniyanın  Şimali  Reyn-Vestfaliya  vilayə-



tində yerləşən, 5,3 milyon əhalisi olan və 4,435 kv. Metr sahə-

si ilə Almaniyanın ən böyük metropol yaşayış mərkəzidir.  

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə