38
lardan “P” rəqəminin kim tərəfindən kəşf edildiyini
soruşsaq, əfəndim “P” rəqəmini qədim yunanlar kəşf
etmişlər, – deyəcəklər. Xeyr, “P” rəqəmini ilk dəfə kəşf
edən və “P” rəqəmlərini tamamilə düzgün hesablayanlar
yenə müsəlmanlardır. Yenə Qiyasəddin Cəmşidin “ər-
Risalətul-Muhitiyyə” adlı kitabından bu hesabı sizə
təqdim edirəm. Qiyasəddin Cəmşid “P” rəqəmi üçün bu
rəqəmləri verir; 3,141 592 635 589 743. Yəni vergüldən
sonra 15 rəqəm səlis şəkildə “P” rəqəmini doğru olaraq
hesablayır. Bu gün elektron maşınlarla hesabladığımız
zaman bunun heç bir rəqəmini başqa cür dəyişə bilmi-
rik, çünki əsri-səadət gəlmiş, insanların elmi müsəlman-
ların əlinə keçmiş və elm, əsl elm olmağa başlamışdır.
Müsəlmanlar sadəcə triqonometriya və astronomiya
elmlərini qurmaqla kifayətlənməmişlər. Müsəlmanlar bu
gün oxuduğumuz cəbr elmini qurmuşlar. Müsəlmanlar
bu gün gördüyümüz bütün riyaziyyatın əsaslarını qur-
muşlar. Baxın, bizim qarşımıza çıxıb “Biz aya gedirik,
ulduzlara gedirik”, – deyən insanların birindən bu he-
sablamanı necə aparırsınız? – deyə soruşduğumuz za-
man bəzi rəqəmlər yazacaq. … Hansı rəqəmləri yaza-
caq? 1, 2, 3, … 9 kimi bildiyimiz rəqəmləri yazacaq. Bu
rəqəmlərin sahibi müsəlmanlardır. Bu rəqəmlərin for-
malarını müsəlmanlar kəşf ediblər. Avropanın bu rə-
qəmləri Afrika və İspaniyadakı Qərb müsəlmanlarının
istifadə etdikləri rəqəmlər kimidir. Qədim yazıda istifa-
də etdiyimiz rəqəmlər isə şərq müsəlmanlarının istifadə
etdikləri rəqəmlərdir. Buna görə də avropalıların istifadə
etdikləri rəqəmlərin sahibi də müsəlmanlardır.
39
Bir az da irəliyə doğru gedirəm. Qarşımızda bizi zəif
hesab edib lovğalanan insanların hesablamalar aparar-
kən istifadə etdikləri metodları onlara verənlər də mü-
səlmanlardır. Bu necə olmuşdur? Baxın, şərqşünas gəlib
bizə deyir ki, müsəlmanlar qədim hindlilərdən, misirli-
lərdən və yunanlardan elm öyrənmişdir. Bu necə öyrən-
mədir ki, qədim Yunanıstanda rəqəmlər 60-dan daha bö-
yük deyildi, çünki qədim yunanların neçə hərfi vardırsa,
o qədər də rəqəmləri vardı, yəni hərflər bitir, rəqəmlər
də bitir. Müsəlmanlar gəlib deyirlər ki, “bizim geniş
üfüqümüzə sizin bəsit kitablarınız kifayət etməz”. Biz
yeni bir rəqəm sistemi quracağıq. Məsələn, “bir” rəqə-
mini götürək. Bunu belə, (1) işarəsi ilə ifadə edəcəyik.
Bunu belə yazıb qarşısına bir nöqtə qoysanız, bu o za-
man (10) olacaq, iki nöqtə qoysanız, (100) olacaq, üç
nöqtə qoysanız, (1000) olacaq, – deyib bugünkü “on-
luq” (“əşəri”) sistem dediyimiz sistemi kəşf edirlər.
Bununla sonsuz sayı ifadə etmək mümkün olur. Ardı
var. Bu onluq sistemi kəşf etməklə bugünkü toplama,
çıxma və bölmənin də prinsiplərini ortaya çıxarırlar.
Halbuki qədim yunanlar toplama, çıxma, vurma və böl-
mə əməliyyatlarını həyata keçirə bilməzdilər, çünki on-
ların rəqəm sistemləri buna imkan vermirdi. Bu cür top-
lama və çıxmaları yerinə yetirmək üçün çubuqlarla işlə-
yirdilər. Müxtəlif ölçülərdə çubuqları uc-uca düzməklə
hesablamalar aparırdılar. Nəhayət, müsəlmanlar bunla-
rın etdiklərini araşdırdılar. Yetərsiz görüb bu onluq sis-
temi gətirdilər. Bu onluq sistem insanlıq üçün edilən ən
böyük xidmətdir. …
40
Müsəlmanlar “biz hər şeyi sizə veririk, amma yalnız
bizim onluq sistemimizi özümüzə qaytarın” – desələr,
ortada Avropaya aid heç bir şey qalmaz, lakin bəylər gə-
lib deyirlər ki, bu sizin müsəlmançılıq dediyiniz şey
köhnəpərəstlikdir. Biz bu köhnəpərstliklə razıyıq, lakin
bizim mallarımızı bizə qaytarın, qarşımıza çıxıb “uzaq-
görənik deyə artıq biz onluq sistemdən istifadə etmə-
yəcəyik”, – deyin. Yeni bir hesablama metodu gətirin,
görək sizi. Bu cür hesablama metodlarını gətirən və bu
cür elmləri insanlığa hədiyyə edən müsəlmanlardır, la-
kin biz özümüzü tanıya bilmirik. Baxın, müsəlmanların
gördükləri işlər bu qədər də bəsit deyil. Müsəlmanlar
cəbr elmini də kəşf etmişlər. Cəbr elmi dediyimiz bu
elm nədir? Cəbr elmi sözü əl-Cabir
7
adlı İslam alimin-
dən gəlir. Avropalılar da buna əl-Cabir deməyə dilləri
dönmədiyi üçün, bunun oxunmasını bacarmadıqları
üçün əl-Cabir adını Alqebra deyə oxuyurlar. Bu gün İn-
giltərədə və Almaniyada nəşr olunan bütün cəbr kitab-
larının üzərində Alqebra deməklə əl-Cabirin adına nis-
bətlə bu elmi liseylərdə cəbr deyə oxuyuruq. Bunları
kim kəşf etmişdir? Əlbəttə, müsəlmanlar kəşf etmişlər.
Yaxşı, bu Cabir nə etmişdir? Cabir qədim yunanların və
hindlilərin etdiklərini araşıdrmışdır, lakin şərqşünasların
dediyi kimi onlara sahib çıxmamışdır. Bəs nə etmişdir?
Onların araşdırdıqları məsələlərə baxmış, bəzi cəbr mə-
sələlərini üçbucaqlarla, həndəsi şəkillərlə həll etdiklərini
görmüşdür, çünki cəbr elmi qədim Yunanıstanda, Misir-
də və Hindistanda yox idi. Cabir bəzi böyüklükləri hərf-
7
Burada Cabir ibn Həyyan yox, Cabir ibn Əfləh İşbili nəzərdə
tutulur.
Dostları ilə paylaş: |