Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
  1   2   3   4   5   6   7   8   9   ...   12


 



İSLAM VƏ ELM 



 

1969-cu il, Prof. Dr. Nəcməddin Ərbakan 

Bu gün çox əhəmiyyətli bir mövzu haqqında danışmaq üçün sizin hüzurunuza gəlmişəm. Bu mövzunun adını 

qısa  olaraq  “İslam  və  Elm”  deyə  adlandırdıq.  Mövzuya  bu  adı  nə  üçün  verdiyimizi  çıxış  zamanı  inşallah 

hamılıqla başa düşəcəksiniz və səbəbini də biləcəksiniz. 

Aramızda bu mövzu haqqında danışmağa çox böyük ehtiyacımız var, çünki biz müsəlmanlar dünyanın gəlib-

getmiş ən böyük düşüncə sisteminə sahibik. Lakin bu böyük düşüncə sisteminin və müsəlmanların – mübarizə 

apararaq  savabları  və  şərəfləri  artsın  deyə  –  qarşısına  daima  batil  fikirlər  çıxmışdır.  Bu  batil  fikirlər  bir 

müsəlman  ölkəsi  olaraq  bizi,  öz  dinimizi,  öz  müsəlmançılıq  həqiqətlərimizi  öyrənə  bilməyəcək  vəziyyətə  və 

hala  salmışdır.  Baxın  mən  bu  gün  sizə  dinimizin  verdiyi  sürətlə  yazılmış  olan  elmi  fəaliyyətlərin  bəziləri 

haqqında söhbət açacağam. Əminəm ki, çoxumuz bu fəaliyyətlər haqqında heç bir məlumata malik deyilik. Nə 

üçün? Çünki özümüz özümüzü öyrənməyə imkan tapa bilməmişik.  

Mövzuya başlamazdan əvvəl onun əhəmiyyəti haqqında diqqətinizi bir nöqtəyə yönəltmək istəyirəm; bizim 

düşüncə  sistemimizdə  əslində  heç  bir  nöqsan  yoxdur,  lakin  verilən  tərbiyə  tərzinə  görə  yanlış  düşüncələrin 

qurbanı oluruq. O da budur: Əfəndim, ortada bir müsəlmançılıq var. Müsəlmançılıq, xüsusilə, axirətə, mənəvi 

elmlərə, əxlaqa və digər elmlərə aid bir çox əsaslar gətirmiş, biz də bunları öyrənmişik, lakin elə zənn edirik ki, 

müsəlmançılığın  xaricində  başqa  həqiqətlər  də  vardır.  Nədir  bu  həqiqətlər?  Əfəndim,  görürsünüz  ki,  camaat 

fəaliyyət  göstərir.  Amerikalılar,  avropalılar  nə  böyük  işlər  görürlər,  Aya  və  ulduza  yol  açırlar.  Bunların 

fəaliyyətləri  Quran-kərimə  istinad  edilən  elmlərin  nəticəsində  ortaya  çıxır,  ya  yox?  Bunu  iddia  edəcək 

vəziyyətdə deyilik, – deyə düşünür və deyirik ki, bunlar Günəşin tutulmasını saniyəbəsaniyə hesabladıqlarına, 

Aya bu dəqiqədə gedəcəyik, – deyib o dəqiqədə də getdiklərinə görə yəqin onların da söykəndikləri bir həqiqət 

qaynağı vardır. Beləcə müsəlmançılığın xaricində sanki başqa bir həqiqət qaynağı, mənbəyi ola bilərmiş kimi 

avropalıların  düşüncə  sisteminə  bir  pay  ayırmağa  başlayırıq.  Biz  bu  çıxışımızda,  xüsusilə,  bildirəcəyik  ki: 

“Müsəlmançılığın xaricində bir həqiqət qaynağı ola bilməz”. Yaxşı, bəs bu Avropada gördüyümüz insanların 

etdikləri işlər nədir? Bunlar haradan meydana çıxır? Avropadakı insanların düşüncə sistemləri və göstərdikləri 

fəaliyyətlərlə müsəlmançılıq arasındakı münasibəti müəyyənləşdirməyə çalışacağıq. 

Mövzuya başlamazdan əvvəl  icazənizlə bir məsələdən başlamaq istəyirəm. Sizinlə birlikdə çıxıb dünyanın 

müxtəlif  yerlərində  fəaliyyətlər  aparılan  yerləri  gəzsək,  kənardan  baxdığımız  vaxt  “Aman  Allah  nə  böyük 

binalar,  nə  böyük  körpülər  tikmişlər;  bu  reaktiv  təyyarələrlə,  bu  raketlərlə  necə  uçurlar,  Aya  necə 

gedirlər?  Bu  laboratoriya  fəaliyyətlərindəki  qarma-qarışıq  alətlər  üzərində  necə  işləyirlər?”  –  deyə 

heyrətlə bunları seyr edərik. Amerikada Aya gedən hər hansı bir raketin hərəkətini diqqət altında saxlayan bir 

nəzarət  mərkəzində  işləyən  insanın  yanına  yaxınlaşsaq,  bu  şəxsin  məlumatı  nə  qədərdir,  –  deyə  araşdırmağa 

başlasaq, hər şeydən əvvəl bunu bildirmək lazımdır ki, bizə elə tərbiyə verilmişdir ki, bu laboratoriyada işləyən 

insanlara  istər-istəməz  böyük  bir  heyrət  hissi  ilə  baxırıq.  Onları  özümüzdən  çox  böyük  görürük.  İndi  biz  bu 

böyük görmə məsələsini təhlil etmək istəyirik. Ona görə də bu laboratoriyada işləyən böyük alimlərdən birinin 

yanına yaxınlaşsaq və “Bəy əfəndi, siz burada nə edirsiniz?” – deyə soruşsaq, o: “Mən burada bu raketin Aya 

gedişinə nəzarət edirəm”, – deyə cavab verəcəkdir. “Necə nəzarət edirsən?” – soruşsaq, “Yalnız bu alətə nəzarət 

edirəm”, – deyə cavab verəcəkdir. “Bu alət necə düzəlmişdir?” – sualını versək, həmin şəxs bizim üçün bəzi 

düsturlar  yazacaqdır.  Bu  düsturların  baş  tərəflərinə  bəzi  hərflərlə  müəyyən  işarələr  qoyacaqdır.  Yəqin  öz-

özümüzə  düşünəcəyik  ki,  bu  şəxs  bizə  bilmədiyimiz  və  heç  bir  zaman  da  öyrənə  bilməyəcəyimiz  məsələlər 

haqqında  danışır.  Halbuki  heç  bir  müsəlman  belə  bir  vəziyyətlə  qarşılaşdığı  zaman  bunları  çox da  böyük  bir 

məsələ kimi görməməlidir. Laboratoriyada işləyən alimlərdən bu işləri necə gördüyünü soruşduğumuz vaxt, o 

da  bizə  bəzi  düsturlar  göstərməyə  başlayacaq.  İndi  biz  bu  düstur  və  formula  məsələsi  ilə  bağlı  nə  nəzərdə 

tutulduğunu qısa şəkildə olsa da, şərh etmək istəyirik. 

Baxın, bu şəxs bizə hansı düstur və formula haqqında danışırsa-danışsın, haqqında danışdığı düsturun forma 

və  möhtəvası  mühüm  deyil.  Əslində  düstur  olaraq  formalaşdırılmış  şeylər,  bəzi  fikir  və  düşüncə  silsilələrini 

simvollarla ifadə etməkdən başqa bir şey deyildir. Məsələn, bu şəxsin Aya raketin gedişi ilə əlaqədar apardığı 

hesablama  ilə  mahiyyət  etibarı  ilə,  pəncərədən  yerə  atdığımız  daşın  nə  qədər  zaman  sonra  yerə  düşəcəyinin 

hesablanması arasında heç bir fərq yoxdur. 

Prinsipləri  etibarı  ilə  nə  üçün?  Dostlarımızın  çoxu,  ələlxüsus,  lisey  səviyyəsinə  qədər  riyaziyyat  və  fizika 

fənnini bilənlər, pəncərədən atdığımız daşın nə qədər zaman sonra yerə düşəcəyinin hesablanmasını çox yaxşı 

bilirlər. Məsələn, liseydə oxuyan dostlarımızdan birinə sual verib: “On metr yüksəklikdə bir pəncərəmiz var. Bu 

pəncərədən  bir  daş  atdıqda  o  daş  neçə  dəqiqədən  sonra  yerə  düşər?”  –  desələr  və  Amerikada  gördüyümüz 

ağköynəkli  və  cihaz  arxasında  oturmuş  alimə  də  həmin  sualı  versələr,  hər  ikisi  dərhal  qarşımıza  bir  düstur 



Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə