Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   ...   4   5   6   7   8   9   10   11   12

 

12 


 

70-ci illərdə Xocamın Ərzurumda “Elm və İslam” mövzusunda olan konfransını dinləyən bir müfti əfəndi 

daha sonra xüsusi söhbəti əsasında Xocamıza doğru dönərək: “Sizi səmimi qəlbdən təbrik edirəm. Çox gözəl 

və  əhəmiyyətli  mövzulara  toxundunuz.  Mən  də  illərdi  moizələrimdə  dini  və  əxlaqi  elmləri  bilməklə 

kifayətlənmək  olmaz,  Avropanın  fənnini  və  texnikasını  da  öyrənmək  lazımdır”,  –  deyincə,  Xocamız  ona: 

“Aman,  müfti  bəy,  hər  halda  bilmədən  səhv  bir  ifadə  işlətdiniz,  çünki  “İslami  elmlər  kifayət  etməz, 

Avropanın fənn və texnikasını da öyrənmək lazımdır” sözü bilərək deyilsə, imanın yenilənməsini tələb edən 

bir küfr olar, çünki bu söz Qurandakı ən son nazil olan “Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə 

olan nemətimi başa çatdırdım. ...” mənasındakı ayəyə ziddir. Sizin sözünüz “İslamda fənn, texniki və müsbət 

elmlər  yoxdur.  Bunları  Avropadan  götürməyə  və  öyrənməyə  ehtiyacımız  vardır.  Deməli,  bu  yöndən  İslam 

əskikdir” mənasını verər ki, bu, fərqinə varmadan “Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan 

nemətimi başa çatdırdım, maddi və mənəvi heç bir əskiklik və qüsur buraxmadım” buyuran Cənabı-Haqqı 

təkzib etmək mənasını verər və əlbəttə, səhvdir. Doğrusu isə, maddi və müsbət elmlərin də qaynağı Qurandır 

və  bu  gün  qərblilərin  əlindəki  bütün  elmlərin  təməl  əsaslarını  ortaya  qoyan  İslam  alimləri  olmuşdur”,  – 

deyərək müftinin səhvini düzəldir.  

 

 

QEYDLƏR VƏ İZAHLAR 

1.  Bəttani  (Əbuəbdillah  Mühəmməd  ibn  Cabir  ibn  Sinan  əl-Bəttani)  850-ci  ildə  Hərran  bölgəsinin 

Bəttan  şəhərində  doğulmuş  və  929-cu  ildə  Samərra  yaxınlığındakı  Qəsrul-Cis  rayonunda  vəfat  etmişdir. 

Bəttaninin  astronomiyada  ən  çox  məşhur  nailiyyətlərindən  biri  Günəş  İlini  365  gün,  5  saat,  46  dəqiqə  və  24 

saniyə olaraq ölçməsidir. 

Bəttaninin Zic (islami astronomiyada zamanı öyrənmək üçün istifadə olunan tablolar) adı verilən çalışması 

İohann  Kepler  (1571-1630),  Tixo  Brahe  (1546-1601)  kimi  avropalı  astronomlar  üzərində  böyük  bir  təsir 

qoymuşdur.  Nikolay  Kopernik  (1473-1543),  Zic  üç  dəfə  latıncaya  tərcümə  edilməsinə  baxmayaraq,  ondan 

təxminən 700 il əvvəl yaşamış Bəttani nə yazmışdırsa, əsərlərində təkrar etmişdir. 

Bəttani,  Suriyada  Rəqqə  və  vəfat  etdiyi  şəhər  Şamda  fəaliyyət  göstərmişdir.  Bəttani,  Ptolemeyin  bəzi 

səhvlərini  düzəltmiş  və  yeni  Günəş  və  Ay  tablolarında  toplamışdır.  Uzun  müddət  elm  dünyasında  nüfuzlu 

olmuşdur.  Günəşin  perigeyik

8

  hərəkətlərini  kəşf  etmiş,  göy  sferinin  xətləri  üzərində  çalışmalar  aparmış  və 



ehtimala əsasən V əsrdə yaşamış hindli astronom Aryabhatadan müstəqil olaraq, sinusun və qismən tangensin 

hesablamadakı  istifadələrini  açıqlamış  və  beləcə  modern  triqonometriyanın  təməlini  qoymuşdur.  Bəttani 

bunlardan başqa astronomiyada gecə-gündüz bərabərliklərinin fırlanma hərəkətlərinin qiymətlərini və ekliptik 

mayilliyi  çox  yaxın  bir  nisbət  taparaq  hesablamışdır.  Bəttani,  tablolarında  hərəkət  üçün  arası  kəsilməyən 

bərabər bölüşdürmə/paylaşdırma dəyərləndirmələrindən istifadə etmişdir. 

Onun  ən  önəmli  çalışması  olan  Zic,  yaxud  nizamlı  astronomik  tablolar,  Tivolili  Platon  tərəfindən  1116-cı 

ildə “Ulduzların hərəkəti ilə” adı ilə latıncaya tərcümə edilən 57 bölmədən ibarət olan «əz-Zicus-Sabi» adlı 

əsəri Avropa astronomiyasında böyük təsir qoymuşdur. Zic, bir az hind təsiri görünən Ptolemeyin nəzəriyyəsi 

üzərində yaradılmışdır. Bu əsərin yeni bir nəşri 1645-ci ildə Bolonyada ortaya çıxmışdır. Kopernik, Kopernik 

İnqilabının  başlanmasına  səbəb  olan  “Göy  cisimlərinin  fırlanması  haqqında”  adlı  kitabında  Bəttaniyə  olan 

minnətini dilə gətirmiş və bir çox yerdə ondan iqtibas etmişdir.  

Bəttani riyaziyyatda triqonometriyada müasir zamanda istifadə olunan formullar kəşf etmişdir:  

tan = sin a 

Həmçinin sin x = a cos x bərabərliyini kəşf etmişdir. Formul: 

Bəttani,  əl-Mərvəzinin  tangens  fikrini,  tangens  və  kotangens  hesablamaları  məqsədi  ilə  tənliklər  inkişaf 

etdirmək üçün mövzu haqqındakı riyazi tablolarını toplayaraq istifadə etmişdir. Bundan başqa sekans (sec) və 

kosekansın  (cosec)  qarşılıq-birgəlik  funksiyalarını  kəşf  etmiş  və  “Kölgələrin  tablosu”  olaraq  adlandırdığı 

kosekanslar haqqındakı ilk riyazi tablonu 1-dən 90-a qədər hər bir dərəcəni əhatə edəcək şəkildə hazırlamışdır. 

Aydakı “Albategnius” kraterinin (vulkan çökəkliyi) adı onun adına ithafən verilmişdir. 

2.  Qiyasəddin  Cəmşid  əl-Kaşi  (Qiyasəddin  Cəmşid  ibn  Məsud  ibn  Mühəmməd  əl-Kaşi  (Kaşani).  d. 

1380, Kaşan, İran – ö. 22.06.1437, Səmərqənd). XIV yüzilliyin son yarısında Kaşanda doğulmuş bir həkim, 

riyaziyyatçı və astronomdur.  

Doğulduğu  və  öldüyü  tarix  dəqiq  olaraq  bilinmir.  Təhsilini  Kaşanda  bitirmiş,  Uluğ  Bəyin  dəvəti  ilə 

Səmərqəndə getmiş və fəaliyyətini orada davam etmişdir. Riyaziyyat və astronomiya sahələrində fəaliyyətləri 

                                                 

8

 Perigey – Günəş orbitinin Yerə ən yaxın nöqtəsi  




 

13 


olan  əl-Kaşi  arifmetikada  onluq  sistemdən  ilk  istifadə  edən  şəxs  olmuşdur.  Marağa  Rəsədxanasında  aparılan 

müşahidələri  ehtiva  edən  “Zicul-İlxani”  (“Elxani  astronomik  cədvəli/təqvimi”)  adlı  astronomik  təqvimdəki 

tabloları  yenidən  hesablayaraq  “Zicul-İlxani”ni  tamamlayan  “Zicul-Xaqani”  (“Xaqani  astronomik 

cədvəli/təqvimi”)  adlı  əsərini  yazmışdır.  “Sulləmus-Səma”  (“Səmanın  nərdivanı”)  adlı  əsərində  isə  göy 

cisimlərinin uzaqlığı haqqında danışmışdır. 

Qiyasəddin  Cəmşid  əl-Kaşinin  ən  önəmli  əsəri,  Orta  Əsrlər  İslam  Dünyasındakı  riyaziyyat  bilgisini  bütün 

yönləri  ilə  izah  etdiyi  “Riyaziyyatın  Açarı”  adlı  kitabıdır.  Bu  əsərinin  bir  bölümündə  onluq  kəsrləri  nəzəri 

yöndən  araşdırmış  və  bu  kəsrlərlə  toplama,  çıxma,  vurma  və  bölmə  kimi  arifmetik  əməliyyatların  necə 

aparılması  lazım  olduğunu  misalları  ilə  göstərmişdir.  Bu  kitabda  verdiyi  məlumatlar  daha  sonra  XVI  əsrdə 

məşhur  osmanlı  riyaziyyatçılarından  və  astronomlarından  olan  Təqiyyəddin  Əbubəkr  Mühəmməd  ibn  Məruf 

Əş-Şami  əs-Sədi  tərəfindən  istifadə  edilmiş,  triqonometriya  və  astronomiyada  tətbiq  edilərək  inkişaf 

etdirilmişdir. 

Metoda uyğun sin 1

o

-ni müəyyənləşdirmək üçün Qiyasəddin Cəmşid əl-Kaşi aşağıdakı həlli tapmış, sonralar 



XVI əsrdə Fransa riyaziyyatçılarından Fransua Viyet tərəfindən tez-tez istifadə olunmuşdur. 

sin 3 = 3 sin - 4 sin 

Əsərləri:  

1. “Kitabu zicil-xaqani” (əsər farsca yazılmışdır); 

2. “Əl-Əbad vəl-əcram” (“Məsafələr və göy cisimləri”); 

3.  “Nuzhətul-Hədaiq”  (“Bağlarda  İstirahət/Gəzinti”);  Kaşani  bu  əsərini  m.  1416-cı  ildə  (h.  q.  818-ci  il  10 

zilhiccə)  yazmış  və  o  əsərində  özü  tərəfindən  ixtira  olunmuş  və  ulduzların  uzunluğunu  hesablamaq  üçün 

istifadə olunan “Təbəqul-Mənatiq” (“Bölgələrin vəziyyəti”) adlı cihazı şərh etmişdir. Bu cihazın köməkliyi ilə 

Ayın, Günəşin və o vaxta qədər tanınımış beş planetin yerini, həmçinin onlardan hər biri ilə Yer arasında olan 

məsafəni və digər bir planetin bəzi parametrlərini öyrənmək mümkün idi. 

4.  “Ər-Risalətul-Muhitiyyə”  (“Çevrə  haqqında  traktat”);  Bu  əsərdə  dairənin  çevrəsinin  diametrinə  olan 

nisbətinin, yəni “P” ədədinin təyin olunma keyfiyyəti haqqında danışılır. 

5. “Risalətul-Ceyb vəl-Vətər” (“Sinus və hipotenuz haqqında traktat”); Kaşi bu kitabı sin 1

o

-ni hesablamanın 



keyfiyyəti haqqında yazmışdır. 

3. Əl-Xarəzmi (Əbuəbdillah ibn Musa əl-Xarəzmi; d. 780, ö. 850) Xarəzmdə (indiki Özbəkistanın Xivə 

şəhərində)  doğulub  Bağdadda  yaşamış  məşhur  riyaziyyatçı,  münəccimlik  və  coğrafiya  sahələrində  fəaliyyət 

göstərmiş  müsəlman  alimdir.  Riyaziyyat  sahəsindəki  çalışmaları  müasir  cəbr  elminin  inkişafına  böyük  təkan 

vermişdir. 

İbtidai  təhsilini Xarəzmdə alan Xarəzmi, gəncliyinin  ilk illərində Bağdaddakı  müasir və inkişaf  etmiş  elm 

atmosferinin  varlığını  öyrənir.  Elmi  mövzulara  hədsiz  dərəcədə  bağlı  olan  Xarəzmi  bu  mövzuda  çalışma 

idealını  həyata  keçirmək  üçün  Bağdada  gedir.  Dövründə  alimlərin  himayəsi  ilə  məşhur  olan  Abbasi  xəlifəsi 

Məmun  Xarəzmidəki  elmi  qabiliyyətdən  xəbərdar  olunca  onu  özü  tərəfindən  Qədim  Misir,  Mesopotomiya, 

Yunan  və  Qədim  Hind  mədəniyyətlərinə  aid  əsərlərlə  zənginləşdirilmiş  Bağdad  Saray  Kitabxanasının 

idarəçiliyi  vəzifəsinə  təyin  edir.  Daha  sonra  da  Bağdad  Saray  Kitabxanasındakı  başqa  dillərdə  olan  əsərlərin 

tərcüməsini  etmək  məqsədi  ilə  qurulan  bir  tərcümə  akademiyası  olan  «Beytul-Hikmət»də  vəzifələndirilir. 

Beləcə Xarəzmi Bağdadda araşdırma apara bilmək üçün lazım olan bütün maddi və mənəvi imkanlara qovuşur. 

Burada bütün həyati problemlərdən uzaq olaraq riyaziyyat və astronomiya ilə əlaqədar araşdırmalara başlayır. 

Bağdad  elm  atmosferi  içərisində  qısa  müddətdə  məşhurlaşan  Xarəzmi,  Şamda  olan  Qasiyun  Rəsədxanasında 

fəaliyyət  göstərən  elmi  heyətin  üzvü  və  Yer  kürəsinin  bir  dərəcəlik  meridian  qövsünün  uzunluğunu  ölçmək 

üçün Sincar ovasına gedən elmi heyətin üzvü olduğu kimi Hind riyaziyyatını araşdırmaq üçün Əfqanıstan yolu 

ilə Hindistana gedən elmi heyətə başçılıq da etmişdir. 

Riyaziyyat  sahəsindəki  fəaliyyətləri  cəbr  elminin  təməlini  formalaşdırmışdır.  Bir  dövr  olduğu  Hindistanda 

sayları  ifadə  etmək  üçün  hərflər,  ya  da  hecalar  yerinə  mərhələli  say  sisteminin  istifadə  olunduğunu 

müəyyənləşdirmişdir.  Xarəzminin  bu  mövzuda  yazdığı  kitabın  “Algoritmi  de  numero  İndorum”  adı  ilə  latın 

dilinə  tərcümə  edilməsi  nəticəsində,  simvollardan  meydana  gələn  bu  sistem  və  “sıfır”  XII  yüzillikdə  qərb 

dünyasına  təqdim  olunmuşdur.  “əl-Müxtəsəru  fi  hisabil-cəbr  vəl-müqabələ”  (“Cəbr  və  tənlik  haqqında 

müxtəsər  kitab”)  adlı  kitabı  riyaziyyat  tarixində  birdərəcəli  və  ikidərəcəli  tənliklərin  sistematik  həll 

olunduqlarının yer aldığı bir əsərdir. Buna görə də Xarəzmi Diofont ilə birlikdə “cəbrin atası” olaraq tanınır. 

Nəticəyə gətirib çıxaran göstərişlər və hərəkətlər ardıcıllığı olan alqoritm sözü də Xarəzminin latınca qarşılığı 

olan  “Algoritmi”dən  törəmişdir.  Xarəzmi  ədədlər  üzərində  hesab  əməllərinin  yerinə  yetirilmə  qaydalarını 

müəyyənləşdirmişdir. 



 

14 


Əl-Xarəzmi  astronomiyada  böyük  nüfuza  malik  şəxsiyyətlərdən  olmuşdur.  Coğrafiya,  riyaziyyat  və 

astronomiyaya  aid  kitablarında  məntəqənin  coğrafi  enliyi  və  uzunluğunun  dəqiq  müəyyən  edilməsi  coğrafiya 

tarixində  təqdirə  layiq  sayılmışdır.  Əl-Xarəzmi  coğrafiya  ilə  əlaqəli  “Kitabu  Surətil-Ərz”də  (“Yerin 

mənzərəsi kitabı”), Yerin 2402 məntəqəsinin koordinatlarını müəyyən etmişdir. 



4. İbn Heysəm müsəlman fizik, riyaziyyatçı və filosofdur. 965-ci ildə Bəsrədə doğulmuş və 1038-1040-cı 

illər arasında Qahirədə vəfat etmişdir.  

Təhsilə  Bəsrədə  başlamış,  zamanının  yüksək  din  və  texniki  elmlərini  burada  öyrənmişdir.  Təhsilinin  bir 

hissəsini  tamamladıqdan  sonra  Bağdada  gedərək  ələlxüsus  riyaziyyat,  fizika,  mühəndislik,  astronomiya, 

metallurgiya  kimi  texniki  elmləri  öyrənib  şöhrət  qazanmışdır.  Öyrəndiklərini  tətbiq  etmək  üçün  çox  səy 

göstərmişdir.  Bir  çox  önəmli  nəticələr  və  müvəffəqiyyətlər  əldə  etmişdir.  O  zaman  cahillik  içində  olan  və 

qaranlıq  günlər  yaşayan  Avropaya  və  digər  yerlərə  İslam  dünyasındakı  elm  və  mədəniyyət  işıqlarını  təqdim 

edən minlərlə alimdən biri də İbn Heysəm olmuşdur. 

İbn Heysəm, Biruni və İbn Sinanın müasiri idi. Fövqəladə qəti bir görüş, anlayış, mühakimə və zəka sahibi 

idi. Aristotel və Ptolemeyin əsərlərini incələyərək onların səhvlərini göstərmişdir. Bunları xülasələşdirərək ərəb 

dilinə  tərcümə  etmişdir.  Tibb  elmində  də  dərin  bilgiyə  sahib  olmuş,  həndəsi  və  ədədi  metodlarını  inkişaf 

etdirmiş və praktiki tətbiq sahələrinə işarə etmişdir. Həndəsə və riyaziyyatın inşaat sahəsində tətbiq olunmasına 

xidmət etmişdir. Keçmiş mədəniyyətlərdən gələn riyaziyyat, həndəsə və astronomiya elmlərini araşdıraraq elmi 

tənqidlərini ortaya qoymuş və bu sahələrdə öz nəzəriyyələrini inkişaf  etdirərək  elm aləminə təqdim  etmişdir. 

Məsələn,  Aristotel  və  Ptolemeyə  aid  olan  dünyanın  kainatın  mərkəzi  olduğu  fikirləri  üzərində  şübhə  və 

tərəddüdlərini  ifadə  etmiş,  mərkəzi  dünya  olan  bir  kainat  sisteminin  qətiyyən  olmadığını,  kosmosda  başqa 

sistemlərin  də  ola  biləcəyini  və  Günəş  sisteminin  mövcud  olduğunu  söyləmişdir.  Necə  ki  İbn  Heysəmdən 

yüzlərlə il sonra əvvəl İbn Şatir və Batruci, sonra Nyuton və Kepler, Günəş sistemi nəzəriyyəsini qəbul etmiş və 

Yer kürəsinin bu sistemin içində olduğunu söyləmişlər. 

İbn  Heysəmin  yüzdən  çox  olan  əsərlərinin  ən  məşhuru  və  ən  əhatəlisi  “Kitabul-Mənazir”  (“Mənzərələr 

kitabı”)-dır. Əsər yeddi bölmədən (hissədən) meydana gəlmişdir. 

İkinci bölmədə görünə bilən şeylər, görməni meydana gətirən səbəblər, görmənin necə baş verdiyi, gözün bu 

şeyləri bir-birindən necə fərqləndirdiyi 

Üçüncü  bölmədə  gözdə  və  görmədə  meydana  gələn  yanılmalar  və  bunların  səbəbləri,  gözün  yanılmasıyla 

əlaqədar bilgidə meydana gələn yanılmalar, düşüncə və tədqiqatlarda meydana gələcək xətalar 

Dördüncü  bölmədə  parlaq  cisimlərdən  işığın  əks  olunması  yoluyla  gözün  bunları  görməsi,  gözdə  bunların 

görüntülərinin meydana gəlməsi 

Beşinci bölmədə alınan görüntülərin, xəyalların yerləri 

Altıncı bölmədə işığın əşyalardan əks olunması yolu ilə görmədə meydana gələn yanlışlıq (səhv) və xətalar, 

bunların  səbəbləri,  müstəvi  güzgülərdə,  kürəvari  (kürəşəkilli)  qabarıq  güzgülərdə,  silindirşəkilli  (silindrik) 

qabarıq güzgülərdə, konusvari qabarıq güzgülərdə, kürəşəkilli çökük güzgülərdə, silindrik çökük güzgülərdə və 

konusvari  çökük  güzgülərdə  işıqların  əks  olunması  və  bütün  bunlara  görə  görmədə  meydana  gələbiləcək 

yanılmaları və müxtəlif görüntüləri 

Yeddinci  bölmədə  işığın  şəffaf  cisimlərdən  keçməsi,  işığın  (və  ya  işıq  dəstəsinin)  düzxətt  boyunca 

yayılması,  şəffaf  cisimlərin  içindəki  qatı  cisimlərə  təsadüf  edən  işıq  dəstəsinin  qırılması  və  əks  olunması, 

qırılma hadisəsinin incələnməsi və necə meydana gəldiyi, bundan meydana gələn xətalı görüntülər və ya yanlış 

görmə hadisələri haqqında söhbət gedir. 

İbn  Heysəmin  bu  məşhur  əsəri,  orta  əsrdə  beş  dəfə  latın  dilinə  təçrcümə  olunub  bütün  Avropa 

universitetlərində və elm mərkəzlərində yeganə müraciət qaynağı olmuşdur. Əsər 1572-ci ildə Risner tərəfindən 

“Opticae Thesaurus Alhazeni Arabis Libri” adı altında latın dilinə tərcümə edilərək İspaniyanın Bale şəhərində 

nəşr  olunmuşdur.  Kəmaləddin  Farisi  adlı  bir  müsəlman  alimi  bu  əsəri  açıqlayaraq  genişləndirmiş  və  ona 

“Tənqihul-Mənazir”  adını  vermişdir.  “Kitabul-Mənazir”  1948-ci  ildə  Kəmaləddin  Farisinin  yazdığı  şərhlə 

bərabər Hindistanın Heydərabad şəhərində nəşr olunmuşdur. İbn Heysəmin fizika, astronomiya, Günəş və Ay 

sistemləri  ilə  əlaqədar  o  qədər  çox  əsəri  vardır  ki,  bunların  bəzilərindən  nəşr  olunaraq  hazırlanan  kitablar 

xristian və yəhudi dünyasında dərs kitabı olaraq istifadə edilmişdir. Müxtəlif elm sahələrində ortaya qoyduğu 

terminlərdən  bu  gün  də  istifadə  olunur.  Astronomiyada  modern  nailiyyətlərin  qaynağı  İbn  Heysəmin  parlaq 

görüş və nəzəriyyələrinə dayanır. 

5.  Cabir  İbn  Həyyan  (Əbumusa  Cabir  ibn  Həyyan)  Abbasilər  dövründə  yaşamış  və  İslam  elminin 

təməlini atmış kimyaçıdır. 721,  yaxud 722-ci ildə Xorasanda doğulmuş, 808, yaxud 815-ci ildə Kufədə vəfat 

etmişdir.  Cabir  ibn  Həyyan  ilk  dəfə  kimyada  eksperimental  metodları  tətbiq  etmiş  və  müasir  kimya  elmində 

indi də geniş şəkildə istifadə olunan bir sıra mühüm kimyəvi prosesləri kəşf etmişdir. Bunlardan xlorid və nitrat 




 

15 


turşularının  sintezini,  kimyəvi  məhsulların  distillə  edilməsi  və  kristalizasiya  kimi  kimyəvi  prosesləri  misal 

göstərmək  olar.  Bundan  əlavə  Cabir  ibn  Həyyan  təkvin  –  laboratoriya  şəraitində  canlıların  süni  yolla 

yaradılması kimi yüksək, mütərəqqi və o dövr üçün ağlasığmaz ideyanı da irəli sürmüş və üzərində çalışmışdır. 

Müasir dünyada atomla əlaqədar ilk çalışmaların ingilis fizik Con Dalton (1766-1844) tərəfindən aparıldığı, 

uranın nüvəsinin parçalana biləcəyi fikrinin də alman kimyaçı Otto Hahn (1879-1968) tərəfindən ortaya atıldığı 

fikri məşhurdur. Halbuki onlardan 1000 il əvvəl yaşamış və dövrün ən böyük elm mərkəzlərindən olan Hərran 

Universitetində  rektorluq  etmiş  Cabir  ibn  Həyyan  maddələrin  atom  quruluşunu  göstərən  sübutlar  ortaya 

qoyaraq reaksiyalarda müəyyən kütlələrin müəyyən kütlələrlə reaksiyaya girdiyini söyləmişdir. Atom haqqında 

yalnız əsrlər sonra başa düşülə biləcək bu sözləri söyləmişdir: “Maddənin ən kiçik parçası olan “əl-cuzu la 

yətəcəzza”da (parçalanmayan hissədə, yəni atomda) intensiv bir enerji vardır. Yunan alimlərinin dediyi 

kimi bunun parçalana bilməyəcəyi deyilə bilməz. Atom parçalana bilər. Parçalanınca da elə böyük bir 

güc yaranar ki, bir anda Bağdadın altını üstünə çevirə bilər. Bu, Allah-Taalanın qüdrət nişanəsidir”. 

Beləliklə  görünür  ki,  İbn  Həyyan,  Dalton  və  Hahndan  yüz  illər  əvvəl  bu  kəşfləri  gerçəkləşdirmişdir. 

Distilyatonu inkişaf etdirmiş və ortaya atdığı “əsas məfhumu” (turşularla birləşəndə duz əmələ gətirən kimyəvi 

birləşmə) ilə kimyanın inkişafına böyük xidmətlər etmişdir. Cabir ən zəhərli maddə olan arsen tozunu kəşf edən 

şəxsdir. 

Əsərlərindən XII yüzildə latıncaya çevrilmiş olan “Kitabul-Kimya” adlı əsəri, simya və kimya kəlmələrinin 

kökü  olmuşdur.  Cabir  ibn  Həyyanın  bir  alim  kimi  formalaşmasında  müəllimi  Cəfər  Sadiqin  misilsiz  rolu 

olmuşdur. Onda kimyaya olan sonsuz marağı başlıca olaraq məhz İmam Cəfər əs-Sadiq oyatmışdır.   



 

Mütərcim və tərtibatçı: XƏYYAM QURBANZADƏ  

Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə