Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   2   3   4   5   6   7   8   9   ...   12

 

yazar. Bu yazdığı düsturda “t” bərabərdir yazar. Əslində bunun istifadə etdiyi H=1/2GS2 düsturu olduğu üçün 



S=2M/G (kvadrat kökdür) şəklində bir düstur yazar və bu düsturda deyər ki, əfəndim, daşı on metrdənmi aşağı 

atırsınız? O halda bura 10 yazıb 2-yə vuracağıq, 20 alınacaq. Cazibə qüvvəsi 9,81-dir. Buna böldüyümüz zaman 

2  alınacaq.  Kvadrat  kökü  aldığımız  zaman  1,41  alınacaq.  Bu  daş  10  metrlik  bir  yerdən  sərbəst  şəkildə 

buraxılarsa,  1,41  saniyədən  sonra  aşağıya  düşəcək.  Həqiqətən,  pəncərədən  bir  daşı  yerə  atdığımız  zaman 

əlimizdə bir xronometr tutsaq, daşın aşağıya tam 1,41 saniyədə düşdüyünü görərik. Əlbəttə ki, biz bu mənzərəni 

gördükdə  “Vay  canım,  bu  adam  bu  işi  bilir”  –  deyirik.  Yaxşı,  bu  adamın  bildiyi  nədir?  Bunu  sübut  etməyə 

çalışsaq,  sadə  bir  şeydir.  O  da  budur:  Bu  hesablanarkən  “Bu  hesabı  necə  apardınız?  Bu  hesabı  haradan 

çıxardın?” – deyə soruşsaq, bizə deyiləcək ki, bu daş buradan aşağıya doğru düşərkən hər hansı bir anda daşı 

yer  özünə  doğru  çəkir.  Deməli,  bir  cazibə  qüvvəsi  var.  Cazibə  qüvvəsi  deyilən  bir  şey  haqqında  danışılacaq. 

Sonra deyiləcək ki, əfəndim, daş aşağı doğru düşərkən bir təcil aldı. Bu təcilə görə daşın bir ətalət qüvvəsi var. 

Daş  aşağı  doğru  enərkən  yerin  çəkmiş  olduğu  bu  güc  yuxarıya  doğru  mövcud  olan  ətalət  gücünə  bərabərdir. 

“Nə  üçün  bərabərdir?”  –  soruşduğumuz  zaman  deyiləcək  ki,  daima  hər  yerdə,  harada  qarşılaşırsa-qarşılaşsın 

təsir əks təsirə bərabərdir. Doğrudan da, elədirmi? Bizə misallar veriləcək. Deyiləcək ki, baxın, mən bunu bir 

kilo ilə belə itələyərəmsə, o da bir kilo ilə məni bu tərəfə doğru itələmiş olacaq. Hara gedirsən gedək, təsir əks 

təsirə  bərabərdir.  İndi  bu  gün  bütün  dünyada  hər  sahədə  aparılan  çalışmalarda,  həqiqətən,  bu  hesablamaların 

sonunda,  məsələn,  bu  hesablamada,  bizə  əsas  bərabərliyi  verən,  “təsir  əks  təsirə  bərabərdir”  –  deyilən  bir 

prinsipdir. Təsir əks təsirə bərabərdir, yəni hər hansı bir güc daim qarşısındakı başqa güclərlə tarazlıqdadır. Bu 

cür  hesablamaları  apardığımız  zaman  bir  daşın  düşməsində  “təsir  əks  təsirə  bərabərdir”  –  prinsipindən 

faydalanırıq.  Başqa  hesablamalarda  faydalana  biləcəyimiz  digər  tədqiqat  üsulları  da  vardır.  Bu  metodlardan 

önəmli  olanlardan  biri  də  “maddə  yoxdan  var  edilməz,  var  da  yox  edilməz”  prinsipidir  (buna  maddənin 

qorunması  deyilir).  Digər  prinsip  isə  “enerji  yoxdan  var  edilməz,  var  da  yox  edilməz”  –  prinsipidir.  Bu  gün 

bütün dünyada texnika sahəsində aparılan fəaliyyətlərin hamısında nəticədə istifadə olunan əsl fikri mahiyyət, 

fikri mühakimə, əsl düsturda hesabın təməlini təşkil edən düşüncə əslində bu üç fikirdən ibarətdir. Bu gün heç 

bir  fizika,  kimya  və  mexanika  məsələsi  yoxdur  ki,  bu  üç  prinsip  vasitəsi  ilə  hesablanmamış  olsun.  Bunun 

xaricində başqa bir əqidə, başqa bir baxış yoxdur. O halda bizim qarşılaşdığımız hər hansı bir qərbli elm adamı 

bir hesablama aparıb bizə bir mərifət  göstərdiyi zaman bilməliyik ki, bu  mərifət və qabiliyyətin mahiyyətində 

və  arxasında  yatan  əsl  insan  oğlunun  fikir  dünyası  və  düşüncəsi  dayanır.  Onun  hesablamalarının  hamısını 

sıxsaq, yerə üç damcı düşər; biri “təsir əks təsirə bərabərdir” – prinsipi, ikincisi “maddə yoxdan var olmaz, var 

da  yox  olmaz”  –  prinsipi,  üçüncüsü  isə  “enerji  yoxdan  var  olmaz,  var  da  yox  olmaz”  –  prinsipidir.  Bütün  bu 

hesablamalar bu üç prinsipə əsasən aparılır.  

İndi bu hesablamaları aparıb bəzi nəticələri ortaya qoyan alimə “Əfəndim, sən bu hesablamaları apararkən, 

bəzi ifadələrdən istifadə edirsən. Qüvvə, maddə, enerji – deyirsən. Bu dediklərin nədir belə?” – desək, qərbli 

elm adamı bütün bu hesablamaları apardığı halda, qüvvənin, enerjinin və maddənin nə olduğunun tərifini bizə 

verə bilmir. Bu məfhumlardan istifadə edir, lakin bunlar nədir – deyə soruşduğumuz zaman başa sala bilmir, 

göstərə bilmir. Nə üçün göstərə bilmir? Axı məsələn maddə dediyimiz vaxt insan maddəni göstərməyə bilərmi? 

Nədir maddə? Bax, buradakı masa, sütun və s. Görür ki, maddə, bax, budur. Məsələ elmi baxımdan yanaşıldığı 

zaman  bu  qədər  də  sadə  deyil.  Maddə  nədir  dedikdə,  məsələn,  bu  masadır  –  deyə  bizə  göstərildiyi  təqdirdə, 

görəsən,  bu  masa  nədir?  –  deyə  araşdırmağa  başlasaq,  masanın  üzərinə  çox  böyük  bir  mikroskopla 

yaxınlaşmağa  başlayaq.  Maddənin  nə  olduğunu  başa  düşmək  üçün  öncə  masanın  üst  səthində  bəzi  çıxıntılar 

görürük.  Sonra  bu  çıxıntıların  içərisinə  girdiyimiz  zaman  ayağı  bitkidən  hazırlanmış  taxta  bir  masadırsa,  bu 

bitkinin  hüceyrələrini  görürük.  Bu  hüceyrələrin  tərkibini  yavaş-yavaş  öyrəndiyimiz  zaman  hüceyrənin  öz 

daxilində bəzi üzvi maddələr olduğunu və bu üzvi maddələrin də bəzi molekullardan ibarət olduğunu görürük. 

Bu molekulların daxilinə bir elektron mikroskopu ilə baxsaq, bir də görürük ki, maddənin içindəki bu ən kiçik 

hissə  dediyimiz  molekul  atomlardan  meydana  gəlmişdir.  Atom  nədir  –  deyə  atomun  tərkibini  araşdırdığımız 

zaman  görürük  ki,  atom  bizim  Günəş  və  ətrafında  fırlanan  planetlərə  bənzəyən  bir  quruluşa  sahibdir. 

Mərkəzində eyni ilə Günəş kimi bir mərkəzi hissəsi vardır. Buna proton deyilir. Bunun ətrafında dünyanın və 

digər ulduzların fırlanması kimi bəzi elektronlar fırlanır. Eyni ilə dünya və digər planetlər Günəş ətrafında necə 

fırlanırsa, bu masanın içərisindəki hər bir atomda da bu fırlanmalar vardır.  

Yaxşı,  bu  atom  dediyimiz  şey  necə  bir  şeydir?  Elektron  mikroskopu  ilə  bunun  daxilinə  nüfuz  etdiyimiz 

zaman Günəşi dünyadan çox uzaqlarda gördüyümüz kimi atomun protonu ilə elektronu arasında da çox böyük 

bir boşluğun olduğunu görürük. Belə ki biz dünya ilə Günəşin arasına on min dənə dünya qoysaq, Günəşə çata 

bilərik. Halbuki atomun içərisindəki elektron ilə protonun arasına, yəni oradakı dünya ilə Günəşin arasına yüz 

min ədəd dünya  qoyduğumuz zaman Günəşə çata bilərik.  Bunun mənası  budur;  Biz buradan maddə  deyə hər 

tərəfini dolu olaraq gördüyümüz cismin içərisinə daxil olduğumuz zaman boşluqda qalırıq. Biz zənn edirik ki, 




Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə