Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   2   3   4   5   6   7   8   9   ...   12

 

doludur,  halbuki  bunun  əsli  dolu  deyil.  Bəs  nədir?  Boşluqdur.  Lakin  nə  boşluq?  Əfəndim,  maddə  dediyimiz 



şeyin içərisində bir elektron, bir də proton vardır. Və bunların arasında da Yer ilə Günəşin arasındakı boşluqdan 

on  dəfə  böyük  boşluq  vardır.  Biz  bunu  dolu  zənn  edirik.  Bəli,  kənardan  baxdıqda  dolu  zənn  edirik,  çünki 

içərisini görə bilmirik. Görmə qabiliyyətimiz çatmır. Bunun içərisində boşluq var. 

İndi  bu  Amerikan  laboratoriyasında  o  hesablamaları  ilə  bizim  qarşımızda  lovğalanan  insanı  gətirib 

mikroskopla bu boşluğun içərisinə salanda və “Bəy əfəndi, bayaq hesablamalarında maddə haqqında danışdın. 

O  halda  haradadır  bu  maddə?”  –  deyə  soruşanda  həmin  insan  bu  boşluğun  içərisinə  girib  itir,  çünki  bunun 

içərisindəki  elektron  və  protonun  özü  də  əslində  bir  ağırlıq  və  hər  hansı  bir  predmeti  olan  bir  əşya  deyildir. 

Dünyadakı bütün qızılların hamısını əgər atomların içindəki boşluqları doldura biləcək qədər sıxa bilsək, yalnız 

bir üsküyün içərisini doldurar. Dünyadakı bütün qızıllar bir ucu Lissabonda olan, digər ucu Sibirə qədər uzanan 

bir  qatarı  doldurar.  Düşünün,  bütün  Avropanı  başdan-başa  qət  edəcək  bir  qatarı  doldurar.  Bax,  bu  qatarın 

içərisini dolduran bütün dünyadakı qızıl maddənin molekulu ilə atomu arasındakı məsafəni sıxdığımız zaman 

bütün bu qədər qızılı bir üsküyün içinə sığışdırmaq mümkündür, yəni bizim gördüyümüz qızıl kimi ən ağır bir 

maddə belə böyük boşluqlardan meydana gəlir. İşin içərisinə daxil olduğumuz zaman ortada maddə deyilən bir 

şey qalmır. Hətta deyilir ki, “Əfəndim, bu kənardakı elektron əslində yoxdur”. Yaxşı, bəs nə vardır? Belə bir 

şey vardır; Yeni modern düşüncələrə görə burada elektron yoxdur. Belə bir dalğa vardır. Bu dalğa beləcə dönür. 

Bir maddə  yoxdur – deyirlər. Necə bir dalğa? Məsələn, bu salonun bir küncündən bura qədər bir ip tutsaq və 

həmin ipə buradan bir dalğa ötürsək, bu dalğa o məsafəyə qədər hərəkət edəcəkdir. Bax, siz elektron fırlanır – 

deyə qəbul edirsiniz. Halbuki əslində fırlanan elektron deyil. Bəs fırlanan nədir? Fırlanan bu dalğadır. Maddə 

deyilən bir şey yoxdur. 

O  zaman  düşünürük  ki,  Qərb  ölkələri  bəzi  hesablamalar  aparır  və  yeni  ixtiralar  edir.  Lakin  əslində  onlar 

özlərinin istifadə etdiyi anlayışların nə olduğunu özləri də bilmir. Bu gün Qərbdəki insan maddənin, enerjinin 

və qüvvənin nə olduğunu heç də tam dərk etmir. 

Nə üçün bu mövzunun üzərində bu qədər dayanırıq? Möhtərəm qardaşlarımız, bu mövzuya şüurlu şəkildə 

dərk etmək üçün çox vaxt ayırıq. İndi mövzunu bir az da geniş şəkildə izah edək

Müsəlman  qardaşlarımız  qərb  elmlərini  ala-yarımçıq  oxumuş  insanlarla  qarşılaşdıqları  zaman  onlardan 

həqarət  görürlər.  Bu  insanlar  müsəlmanlara  xor  baxırlar.  Halbuki  özlərinin  hərəkətlərindən  xəbərləri  yoxdur. 

Mən bu axşam müsəlmanlara xor baxan belə insanların özlərinin kiçik insanlar olduğunu sizə sübut etmək üçün 

hüzurunuza  gəlmişəm.  Baxın,  ala-yarımçıq  təhsil  alıb  gəlmiş  belə  adamlar  müsəlmançılığa  xor  baxmağa 

başlayırlar.  Nə  üçün?  Əfəndim,  dünyada  elm  var,  fənn  var  –  deyir.  Sənin  elm  dediyin  nədir?  Bax,  Aya, 

ulduzlara gedirlər. Gəl baxaq Aya və ulduzlara hansı hesablamalarla gedirlər? Onun (yəni natamam təhsil almış 

şəxsin) bunların heç birindən xəbəri yoxdur. Bir an belə bu hesablamalar haradan meydana çıxmışdır? – deyə 

sooruşsanız,  hesablamanın  haradan  yarandığını  bilməz.  Bildiyi  təqdirdə  bura  gəlməyə  məcburdur.  Bəzi 

prinsiplər  vardır  –  deyəcək.  Bu  prinsipləri  biz  təcrübələrlə  sübuta  yetirdik.  Bu  prinsiplərə  inanırıq.  Bu 

prinsiplərə istinad edərək hesablamalar aparırıq. Nədir bu qayda və prinsiplər? Bax, təsir əks təsirə bərabərdir, 

maddə  var  ikən  yox  olmaz,  yoxdan  da  var  olmaz.  Yaxşı,  sənin  bu  maddə  dediyin  nədir?  Enerji  və  qüvvə 

dediyin  nədir?  –  dediyimiz  zaman  qarşımızda  yüksək  bilik  nümayiş  etdirməyə  çalışan  o  insanlar  bunların  nə 

olduğunu izah edə bilmirlər, burada ilişib qalırlar. Nə üçün? Çünki onlar əsl elmin nə olduğunu bilmirlər. Bu 

bəsit tətbiqin elm olduğunu zənn edirlər. Halbuki əslində elm onların ilişib qaldığı yerdən sonra başlayır… Sən 

maddənin  nə  olduğunu  bilmədən  gəlib  bizim  qarşımıza  çıxırsan?  Enerjinin,  qüvvənin  nə  olduğunu  bilmədən 

burada sənin nə işin var? Maddə dediyimiz şey mövcuddur, ya yox? Hələ bunu ortaya çıxarda bilmirsən. Hərə 

bir söz deyir. Biri deyir ki, bəli, maddə vardır. Digəri deyir ki, xeyr, maddə yoxdur, bu bir dalğadır. Bunların ən 

böyük alimlərindən birinin adını eşitmisiniz; Eynşteyn adlı yəhudi alimi. Bu yəhudi alimi olan Eynşteyn illərlə 

bu  məsələlərlə  məşğul  olduqdan  sonra  ömrünün  sonunda  bunları  demişdir:  “Mən  ömrümdə  uzun  müddət, 

həqiqətən, bu maddə, enerji və qüvvə ilə məşğul olub çoxlu hesablamalar apardım, lakin bütün ömrüm 

boyunca  bunların nə  olduğunu  başa  düşə  bilmədim.  Hətta  sizə  bir  şey  deyim.  Əcəba,  biz  hesablamalar 

apararkən  maddə,  enerji  və  qüvvə  kimi  məfhumlardan  istifadə  etməkdənsə,  bunların  yerinə  başqa 

məfhumlardan  istifadə  etsəydik,  görəsən,  daha  asan  hesablamalar  aparardıq?  Bunu  da  bilə  bilmirəm. 

Yalnız hiss etdiyim bir şey var, o da budur ki, enerji, maddə və qüvvə deyilən bir-birindən ayrı üç ayrı 

anlayış yoxdur. Mən bu işdə bir tövhid (vəhdət) olduğunu hiss edirəm. Məncə, bir tək məfhum vardır ki, 

bu  bəzən  enerji,  bəzən  də  qüvvə  vəziyyətinə  düşür,  lakin  bunun  nə  olduğunu  hiss  etdiyim  bir  halda, 

səbəbini  heç cür tapa  bilmirəm”. Necə ki atom parçalandığı zaman maddə enerji halına  çevrilir. Həmçinin 

enerjini  bir  yerdən  toplamaq  mümkün  olduğu  təqdirdə  ondan  da  maddə  meydana  gəlir.  O  halda  maddə 

haradadır? Enerji nədir? Bunların hansı əsl və əsasdır? – deyə soruşduğumuz zaman bugünkü Qərb elmi, onun 

ən  məşhur  alimlərindən  olan,  məsələn,  Eynşteyn  bunun  cavabını  verə  bilmir.  Və  bu  sükutun  qarşısında  öz 




Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə