Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   2   3   4   5   6   7   8   9   ...   12

 

odun nə olduğunu öyrəndi. Bundan sonra insanlar müxtəlif tarixlərdə müxtəlif şeylər öyrəndilər. Öyrənə-öyrənə 



bu  günə  qədər  gəldilər.  İlk  insanın  məlumatını  ilk  çağdakı  insanın  məlumatı  olaraq  söyləməkdən  çəkinirəm, 

çünki  biz  Adəm  əleyhissəlamın  məlumatının  nə  olduğunu  bilmirik.  İlk  insanlar  haqqında  nə  isə  bilirik,  daş 

dövründə yaşayan insanların məlumatını bilirik. 

Əcəba, beş min illik insanlıq tarixində, ilk nöqtədən zamanımıza qədər insanlar bugünkü məlumatlarını necə 

əldə etdilər? Təbii olan izah bu olacaq ki, insanlar bugünkü məlumatlarını zamanla öyrənə-öyrənə, nərdivandan 

çıxa-çıxa əldə etdilər, lakin elmlər tarixində aparılan tədqiqatlar göstərir ki, insanlar ilk bilgilərindən bugünkü 

bilgilərinə  qədər  pilə-pillə  müntəzəm  bir  şəkildə  gəlib  çatmamışlar.  Bəs  necə  gəlib  çatmışlar?  Bunu 

araşdırdığımız  zaman  belə  bir  inkişaf  görürük;  ilk  dövrün  insanları  yavaş-yavaş  elm  sahibi  olmuşlar.  Bir 

nöqtəyə qədər gəlmişlər, bu nöqtədən sonra birdən-birə artım olmuş. Ondan sonra bu artım yenə yavaş-yavaş 

cərəyan  etmişdir.  İnsanlıq  tarixində  məlumatların  birdən-birə  artdığı  başlanğıc  nöqtəsi  haradır?  İki  mühüm 

nöqtə var: “B” və “C” nöqtələri. Bu yerlər haralardır? Bugünkü elmlər tarixi deyir ki, insanların məlumatlarının 

artmağa başladığı birinci nöqtə əsri-səadətdir. Bu nöqtə VII əsrə təsadüf edir. Əsri-səadətdə insanların elmləri 

birdən-birə artmağa başlayır. Hara qədər getmişdir? “C” nöqtəsinə qədər getmişdir. Bu miladi təqvimi ilə XIV 

və XV əsrlərə təsadüf edir (h. q, VII və VIII əsrlər). 

Elm  tarixindəki  araşdırmalar,  insanlığın  bilgisinin  bu  şəkildə  inkişaf  etdiyini  göstərir.  Bu  ilk  nöqtədən  biri 

“B” müsəlmançılığın elmi bütün insanlardan təslim alıb inkişaf etdirməyə başladıqları tarixdir. Digər nöqtə “C” 

xaç  yürüşlərindən  sonra  renessansda  avropalıların  elmləri  müsəlmanlardan  aldıqdan  sonra  idarə  etməyə 

başladıqları tarixdir. Buna əsasən insanlıq tarixində əsri-səadətdən renassansa qədər keçən yeddi əsrlik bir dövr 

vardır  ki,  bu  dövrdə  bütün  insanlığın  elmlərini  müsəlmanlar  inkişaf  etdirirdilər.  Araşdırmalar  göstərir  ki, 

bugünkü insan bilgisinin 60-70%- ni müsəlmanlar inkişaf etdirmişlər. Bunun mənası nədir? Bizim qarşımızda 

lovğalanan,  qarşımıza  çıxıb  müsəlmanları  alçaltmağa  çalışan  insanın  elminin  yarısından  çoxunun  sahibi 

müsəlmanlardır.  O  insan  sadəcə  bunları  bilmədiyi  üçün  bu  cür  davranır.  Əcəba,  həqiqətən,  belədirmi?  Yəni, 

həqiqətən,  müsəlmançılıq  dövründə  bu  elmlərin  inkişafı  bu  dərəcə  yüksəlmişdirmi?  Bunu  araşdırmağa 

keçməmişdən  əvvəl  sizə  bu  iki  nöqtəyə  aid  üç  xüsusiyyət  söyləmək  istəyirəm.  Baxın,  əsri-səadətdə 

müsəlmanların  elmə  etdikləri  xidmət  necə  olmuşdur,  renassansda  avropalıların  müsəlmanlardan  elmi  alması 

necə olmuşdur. 

Bizim qarşımıza çıxan insanlar sadəcə “Qərb elmi deyilən bir şey vardır, sizin bundan xəbəriniz yoxdur”, – 

deməklə kifayətlənməzlər, ayrıca bəzi İslam düşməni şərqşünasların onlara öyrətdikləri bəzi yanlış fikirlərlə də 

doludurlar.  Və  bunlar  bilirsiniz  nə  deyirlər?  Şərqşünasların  bu  sözlərini  təkrar  edirlər:  “Müsəlmanların  elm 

sahəsində  əslində  sizin  böyütdüyünüz  qədər  xidmətləri  olmamışdır.  Onlar  qədim  Yunanıstanda, 

Hindistanda və Misirdə olan elmləri əxz etmiş, öyrənmiş, insan təbiətinə uyğun olaraq bunları bir qədər 

inkişaf  etdirmiş  və  ondan  sonra  onu  təkrarən  bu  sahibi  olan  avropalılara  təslim  etmişlər”.  Bu  fikir 

bütünlüklə yanlışdır. Müsəlmanlar, həqiqətən, qədim misirlilərin, yunanların və hindlilərin elmlərini araşdırıb 

əxz etmişlər, lakin bu alışda üç mühüm xüsusiyyət var: 

1.  Bu  elmi,  bu  bilgini  kimin  kitabından  əxz  etdiklərini  açıqlamışlar.  “Biz  Ptolemeyin  kitabında  oxuduq, 



biz Evklidin kitabında oxuduq, biz Pifaqorun kitabında oxuduq ki, belə deyir”, – deyə daima əxz etdikləri 

qaynaqları açıqlamışlar.  

2.  İslam  alimləri  bu  qədim  dövrlərə  aid  kitabları  oxuyaraq  oradakı  məlumatları  götürərkən  bunları 

əzbərləməmişlər. Bunları dərhal qəbul da etməmişlər. Bu bilgiləri təshih etmişlər. 

3. İslam alimləri yunanlardan, misirlilərdən, hindlilərdən elmi əxz edərkən özləri yüksək səviyyədə, elmi əxz 

etdikləri  millətlər  isə  aşağı  səviyyədə  idi,  yəni  aşağıdan  yuxarıya  doğru  əxz  etmişlər.  Bu,  nə  deməkdir?  İndi 

bunu  sizə  açıqlamağa  çalışaq.  Üçüncü  xüsusiyyətlə  müsəlmanlar  özündən  əvvəlki  elmi  alarkən  aşağıdan 

yuxarıya  doğru  almışlar.  Buna  qarşılıq  xaç  yürüşləri  başlayıb  avropalılar  müsəlmanlarla  təmasda  olarkən 

onlardan bəzi elmlər əxz etdikləri zaman da üç xüsusiyyət gözə çarpmaqdadır: 

1.  Avropalılar  bu  elmi  kimdən  əxz  etdiklərini  söyləməmişlər.  Müsəlmanların  kitablarını  oxumuşlar,  lakin 

bilgini  kimin  kitablarından  götürdüklərini  öz  kitablarında  qeyd  etməmişlər.  Digər  avropalılar  bu  kitabları 

oxuduqları zaman bunu o müəllifin özünün yazdığını zənn etmişlər. Beləcə yanlış tərbiyə olunmuş bəzi insanlar 

var Avropada. Bu gün bu adlar bizim kitablarımızda da yazılmışdır. Biz elə zənn edirik ki, bu prinsipləri onlar 

kəşf  ediblər.  Halbuki  onlar  bu  prinsipləri  müsəlmanların  kitablarından  əxz  etmişlər.  Doğrudan  da,  belədir? 

Bunları sübuta yetirmək üçün sizə misallar verəcəyəm. Əvvəl bu xüsusiyyətləri müəyyənləşdirək. 

2.  Avropalılar  müsəlmanlardan  elmi  əxz  edərkən  bu  elmləri  başa  düşmədən  əxz  etmişlər.  Bizim  bu  gün 

böyük  gördüyümüz  avropalı  möhtərəm  insanlar  necə  başa  düşməzlər,  bu  necə  olur,  əfəndim?  İndi  misallar 

gətirəcəyəm, siz həqiqətən də onların bunu başa düşmədən əxz etdiklərini görəcəksiniz. 




Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə