Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   ...   4   5   6   7   8   9   10   11   12

 

istifadə etdikləri rəqəmlər kimidir. Qədim yazıda istifadə etdiyimiz rəqəmlər isə şərq müsəlmanlarının istifadə 



etdikləri rəqəmlərdir. Buna görə də avropalıların istifadə etdikləri rəqəmlərin sahibi də müsəlmanlardır. 

Bir  az  da  irəliyə  doğru  gedirəm.  Qarşımızda  bizi  zəif  hesab  edib  lovğalanan  insanların  hesablamalar 

apararkən istifadə etdikləri metodları onlara verənlər də müsəlmanlardır. Bu necə olmuşdur? Baxın, şərqşünas 

gəlib  bizə  deyir  ki,  müsəlmanlar  qədim  hindlilərdən,  misirlilərdən  və  yunanlardan  elm  öyrənmişdir.  Bu  necə 

öyrənmədir  ki,  qədim  Yunanıstanda  rəqəmlər  60-dan  daha  böyük  deyildi,  çünki  qədim  yunanların  neçə  hərfi 

vardırsa, o qədər də rəqəmləri vardı, yəni hərflər bitir, rəqəmlər də bitir. Müsəlmanlar gəlib deyirlər ki, “bizim 

geniş üfüqümüzə sizin bəsit kitablarınız kifayət etməz”. Biz yeni bir rəqəm sistemi quracağıq. Məsələn, “bir” 

rəqəmini götürək. Bunu belə, (1) işarəsi ilə ifadə edəcəyik. Bunu belə yazıb qarşısına bir nöqtə qoysanız, bu o 

zaman  (10)  olacaq,  iki  nöqtə  qoysanız,  (100)  olacaq,  üç  nöqtə  qoysanız,  (1000)  olacaq,  –  deyib  bugünkü 

“onluq” (“əşəri”) sistem dediyimiz sistemi kəşf edirlər.  

Bununla sonsuz sayı ifadə etmək mümkün olur. Ardı var. Bu onluq sistemi kəşf etməklə bugünkü toplama, 

çıxma və bölmənin də prinsiplərini ortaya çıxarırlar. Halbuki qədim yunanlar toplama, çıxma, vurma və bölmə 

əməliyyatlarını həyata keçirə bilməzdilər, çünki onların rəqəm sistemləri buna imkan vermirdi. Bu cür toplama 

və  çıxmaları  yerinə  yetirmək  üçün  çubuqlarla  işləyirdilər.  Müxtəlif  ölçülərdə  çubuqları  uc-uca  düzməklə 

hesablamalar  aparırdılar.  Nəhayət,  müsəlmanlar  bunların  etdiklərini  araşdırdılar.  Yetərsiz  görüb  bu  onluq 

sistemi gətirdilər. Bu onluq sistem insanlıq üçün edilən ən böyük xidmətdir. …   

Müsəlmanlar “biz hər şeyi sizə veririk, amma yalnız bizim onluq sistemimizi özümüzə qaytarın” – desələr, 

ortada  Avropaya  aid  heç  bir  şey  qalmaz,  lakin  bəylər  gəlib  deyirlər  ki,  bu  sizin  müsəlmançılıq  dediyiniz  şey 

köhnəpərəstlikdir.  Biz  bu  köhnəpərstliklə  razıyıq,  lakin  bizim  mallarımızı  bizə  qaytarın,  qarşımıza  çıxıb 

“uzaqgörənik  deyə  artıq  biz  onluq  sistemdən  istifadə  etməyəcəyik”,  –  deyin.  Yeni  bir  hesablama  metodu 

gətirin,  görək  sizi.  Bu  cür  hesablama  metodlarını  gətirən  və  bu  cür  elmləri  insanlığa  hədiyyə  edən 

müsəlmanlardır,  lakin  biz  özümüzü  tanıya  bilmirik.  Baxın,  müsəlmanların  gördükləri  işlər  bu  qədər  də  bəsit 

deyil. Müsəlmanlar cəbr elmini də kəşf etmişlər. Cəbr elmi dediyimiz bu elm nədir? Cəbr elmi sözü əl-Cabir

3

 



adlı  İslam  alimindən  gəlir.  Avropalılar  da  buna  əl-Cabir  deməyə  dilləri  dönmədiyi  üçün,  bunun  oxunmasını 

bacarmadıqları  üçün  əl-Cabir  adını  Alqebra  deyə  oxuyurlar.  Bu  gün  İngiltərədə  və  Almaniyada  nəşr  olunan 

bütün  cəbr  kitablarının  üzərində  Alqebra  deməklə  əl-Cabirin  adına  nisbətlə  bu  elmi  liseylərdə  cəbr  deyə 

oxuyuruq. Bunları kim kəşf etmişdir? Əlbəttə, müsəlmanlar kəşf etmişlər. Yaxşı, bu Cabir nə etmişdir? Cabir 

qədim  yunanların  və  hindlilərin  etdiklərini  araşıdrmışdır,  lakin  şərqşünasların  dediyi  kimi  onlara  sahib 

çıxmamışdır.  Bəs  nə  etmişdir?  Onların  araşdırdıqları  məsələlərə  baxmış,  bəzi  cəbr  məsələlərini  üçbucaqlarla, 

həndəsi şəkillərlə həll etdiklərini görmüşdür, çünki cəbr elmi qədim Yunanıstanda, Misirdə və Hindistanda yox 

idi.  Cabir  bəzi  böyüklükləri  hərflərlə  göstərərək  bugünkü  cəbrin  əsaslarını  ortaya  qoymuşdur.  Bu  gün 

təkəbbürlə  qarşımızda  söylədikləri  bu  elmin  sahibi  də  Cabirdir…  Yəni  cəbrin  sahibi  də  müsəlmanlardır.  Bir 

bərabərliyin  iki  tərəfinə  eyni  miqdar  əlavə  edilərsə,  çıxılarsa,  vurularsa  və  ya  bölünərsə,  bu  bərabərlik 

pozulmaz,  –  deyən  Cabirdir.  Cabir  nə  etmişdir?  Öz  kitabında  birdərəcəli  və  ikidərəcəli  tənliklərin  həllini 

göstərmişdir… 

Eyni  zamanda  üçdərəcəli  tənliklərin  həllini  vermişdir.  Ayrıca  kvadrat  kökü  oxuyan  tələbələrimizin  çoxu 

üçdərəcəli tənlikləri həll edə bilmirlər, lakin Cabir, yəni müsəlmanların elmləri inkişaf etdirdiyi dövrün böyük 

bir alimi olan əl-Cabir, üçüncü dərəcəli tənlik həll etməyi göstərmiş və həm də bütün bunların yanında kub kök 

almağı  da  göstərmişdir.  Bunlar  elə  böyük  məsafələrdir  ki,  bu  məsafələri  keçmiş  bəsit  vəziyyətindən  alıb 

aparmaq  yalnız  müsəlmanların  fərasəti  ilə  mümkün  olmuşdur.  Peyğəmbərimiz  buyurur  ki:  “Möminin 

fərasətindən qorxun. Onlar Allahın nuru ilə baxırlar”. Bu baxış yalnız mənəvi sahədə olmamışdır, maddi 

sahədə  də  olmuşdur.  İslam  alimlərinin  bu  elmlərə  gətirdikləri  qayda-qanunları  araşdırdığımız  zaman  insan 

heyran  qalır.  Bunlar  bu  böyük  nüfuzu,  bu  böyük  intizamı  necə  qurmuşlar,  –  deyə  heyrət  edərsiniz,  çünki 

qədimdə çubuqlarla, şəkillərlə bu məsələlərin həll edilməsi haradadır? Bu gün on əsr keçməsinə baxmayaraq, 

hələ də Cabirin gətirdiyi elmin yerinə daha yaxşısını gətirmək mümkün olmamışdır. Haydı uzaqgörənlik edin 

görək sizi … Bizim cəbrdə istifadə etdiyimiz sıfır məfhumunu da müsəlmanlar gətirmişlər. Bugünkü cəbrin ən 

yüksək qisimlərini göstərən limit hesabları vardır. 

Müsəlmanlar həm də loqarifmi kəşf etmişlər.  Loqarifm cədvəllərini və loqarifm məfhumunu ilk  dəfə kəşf 

edən əl-Xarəzmi

4

 adlı  İslam  alimidir. Müsəlmanlar bütün  bu riyazi  kəşflərlə  kifayətlənməmiş, həmçinin tarix, 



fizika  və  kimya  sahəsində  də  yeniliklər  yaratmışlar.  Yaxşı  müsəlmanlar  fizika  sahəsində  nə  etmişlər? 

Şərqşünasın  dediyi  kimi  qədim  yunan  filminin  göstərdiyini  dərhal  əxz  etməmişlər.  Bir  misalla  bunu  başa 

                                                 

3

 Burada Cabir ibn Həyyan yox, Cabir ibn Əfləh İşbili nəzərdə tutulur. 



4

 “Qeydlər və izahlar” bölməsinə baxın. 




Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə