Ислам вя елм



Yüklə 466,03 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix15.07.2018
ölçüsü466,03 Kb.
#55980
1   ...   4   5   6   7   8   9   10   11   12

 

salmağa çalışaq; Bugünkü fizikanın yaradıcısı İbn Heysəmdir.



5

 Kimdir bu İbn Heysəm, – desəm, əlbəttə ki, heç 

birimiz tanımırıq, – deyəcəksiniz. Çoxumuz liseydə oxuduq və ali təhsil aldıq, lakin İbn Heysəmin adı belə bizə 

öyrədilmədi.  Amma  İbn  Heysəm  fizikanın  yaradıcısı  və  atasıdır.  İbn  Heysəm  həmçinin  bugünkü  atom  və 

molekul  nəzəriyyəsini  aşkar  edən  insandır.  İbn  Heysəm  bu  atom  və  molekul  nəzəriyyəsinə  əsasən  sınma 

qanunlarını kəşf edən insandır. Qədim yunanlardan, məsələn, Evklid sınma qanunu haqqında demişdir ki, işıq 

bir  prizmadan  sınaraq  digər  tərəfə  keçir.  Evklidə  görə  işıq  prizmanın  bir  tərəfindən  digər  tərəfinə  keçərkən 

işığın sürəti kəsilir və bu kəsilən sürət aradakı bucaqlarla mütənasibdir. İbn Heysəm Evklidin səhv düşündyünü, 

əslində  bucaqların  özləri  ilə  deyil,  sinusları  ilə  mütənasib  olduğunu  irəli  sürür.  Bu  sürətlərin  qırılması  bu 

materialların  ardıcıllıqları  ilə  mütənasibdir,  –  deyir.  Və  bu  materialların  içərisindəki  molekul  nəzəriyyəsinə 

istinadən bu hesablamaları aparıb ortaya çıxarır. 

Kimya  elminin  yaradıcısı  da  müsəlmanlardır.  Cabir  ibn  Həyyan

6

  kimya  elminin  qurucusudur.  O  ilk  dəfə 



atomun  parçalana  biləcəyini  söyləyən  və  hicrətin  II  əsrində  yaşamış  böyük  bir  alimdir.  Əsri-səadətdən  dərhal 

sonra  kimya  elminə  aid  ikinci  araşdırmaları  ilə  tanınan  Cabir  ibn  Həyyan  müəzzəm  bir  insandır.  Atom 

nəzəriyyəsini  ortaya  çıxarmışdır.  Cabir  ibn  Həyyan  bu  gün  bizə  kimya  dərslərində  öyrədilən  Lavuazye 

prinsipini  tədqiq  edib  üzə  çıxarmışdır.  Nyuton  prinsipini  ortaya  qoymuşdur.  Neçə  əsr  əvvəl?  Avropalılardan 

təqribən  on  əsr  əvvəl.  Cabir  ibn  Həyyan  VIII  əsrin  insanı.  Halbuki  Nyuton  prinsipindən  ancaq  XIX  əsrdə 

Avropada  danışılmışdır.  Cabir  ibn  Həyyan  cazibə  qüvvəsi  qanunlarını  da  ortaya  çıxarmışdır.  Bunu  haradan 

bilirsiniz? Bu  yaxınlarda Almaniyada 4  cildlik bir kitab nəşr ediləcək. Cabir ibn Həyyanın kitabı fotosurətləri 

ilə yayılacaq. O kitabın içərisində hər bir kəs bunu biləcək və görəcək. Avropalılar Cabir ibn Həyyanın kitabını 

XIV  əsrdə  tərcümə  etmişlər,  lakin  XVI  əsrdə  nə  olduğunu  başa  düşmüş  və  beləcə  Lavuazye  prinsipi  ortaya 

çıxmışdır. XVII əsrdə digər söylədiklərini başa düşmüşlər. Gey Lussak prinsipi yaranmışdır. XIX əsrdə cazibə 

qanununu başa düşmüşlər, beləcə Nyuton qanunu ortaya çıxmışdır, lakin Cabir ibn Həyyan bunları artıq on əsr 

əvvəldən  ortaya  qoymuşdu.  Cabir  ibn  Həyyan  bütün  elm  tarixində  ilk  dəfə  laboratoriya  quran  və  ilk  dəfə 

müşahidə  və  təcrübə  metodunu  elmə  gətirən  insandır.  Hətta  öz  laboratoriyasında  ilk  süni  hüceyrə  yaratmış 

insandır  ki,  avropalı  bu  gün  belə  onun  səviyyəsinə  çata  bilməmişdir.  Təbii  ki,  bunları  oxuduqca  insan  inana 

bilmir. Lakin İbn Həyyan hicrətin II əsrində kimya elmini bu nöqtəyə çatdıran bir insandır. Bu gün Almaniyada 

Cabir  ibn  Həyyanın  əsərləri  üzərində  doktorluq  fəaliyyətləri  aparılır,  lakin,  çox  təəssüflər  olsun  ki,  biz  öz 

şəxsiyyətlərimizi  və  onların  kəşf  etdikləri  elmləri  Qərbdən  aldığımız  üçün  və  qərblilər  də  müsəlmanların 

kitablarını özlərinə ötürərkən ad qeyd etmədikləri üçün biz öz böyük şəxsiyyətlərimizi tanıya bilmirik.  

Müsəlmanlar tarix və coğrafiya elmlərinin də yaradıcısı hesab olunurlar. Qədimdə tarix hekayələrdən ibarət 

idi.  İlk  dəfə  İbn  Xəldun  “Müqəddimə”  adlı  əsərində  tarixin  bir  hekayə  elmi  olmadığını,  bütün  insanların  və 

millətlərin  yaşayışlarını  səbəb  və  nəticələri  ilə  araşdıran,  bunların  təhlilini  verən  bir  elm  olduğunu 

müəyyənləşdirdi  və  ilk  tarix  kitabını  yazdı.  İlk  dəfə  coğrafi  xəritəni  çəkən  də  müsəlmanlar  olmuşlar.  Hətta 

Amerika da ilk dəfə müsəlmanlar tərəfindən kəşf olunmuşdur. Müsəlmanların xəritələrində Amerikanın varlığı 

göstərilirdi.  Biz  bilirik  ki,  Amerikanı  Xristafor  Kolumb  kəşf  etmişdir.  Nə  üçün  belə  bilirik?  Çünki  biz 

məlumatlarımızı  avropalılardan  alırıq.  Baxın,  Xristafor  Kolumb  haqqında  aparılan  yeni  araşdırmalar  nəyi 

göstərir;  Xristafor  Kolumb  Venesiyalıdır,  yəni  ticarət  gəmiləri  ilə  İslam  aləmi  ilə  ən  çox  təmasda  olan 

yerdəndir.  Kitablar  daha  çox  Venesiyada,  Genuyada  tərcümə  edilərək  Avropaya  ötürülmüşdür.  Xristafor 

Kolumb Venesiyada müsəlman kitablarından qərbə doğru gedilərsə, yeni qitələrə çıxmağın mümkün olduğunu 

oxumuş və öyrənmişdir. Buna görə də özü bu işlə maraqlanmış və mən də gedib bunu görüm, – demiş və ilk 

dəfə  Atlantik  okeanına  çıxmaq  cəsarətini  göstərmişdir.  Xristafor  Kolumb  aylarla  Atlantik  okeanında  gedir, 

lakin quru torpaqları heç cür tapa bilmir. Hətta elə bir nöqtəyə gəlir ki, gəmisinin içərisindəki insanlar böhran 

keçirdikləri üçün üsyan etməyə qalxırlar. Qayıdacağıq, – deyirlər. Sən bizi bilmədiyin bir yerə aparırsan, bunun 

sonu  yoxdur,  –  deyirlər.  Aparılan  araşdırmalar  göstərir  ki,  o  gəmidə  olan  bəzilərinin  xatirə  dəftərindəki 

qeydlərdən  başa  düşüldüyünə  görə  Xristafor  Kolumb  bu  sözləri  söyləyərək  üsyanı  yatızdırır:  “Belə  qarşı 



çıxmayın,  belə  deyinməyin.  Mən  həmişə  Qərbə  gedildiyi  zaman  yeni  qitələrə  rast  gəlinəcək  fikrini  və 

məlumatını müsəlmanların kitablarından oxumuşam. Bu torpağa mütləq çatacağıq, çünki müsəlmanlar 

yalan danışmazlar”. Necə ki səbir edib yollarına davam edirlər. Nəhayət, qarşılarına Amerika qitəsi çıxır. 

Müsəlmanların  tarix,  coğrafiya,  fizika,  kimya,  riyaziyyat  və  cəbr  elmlərinə  etdikləri  xidmətlərin  ardı-arası 

kəsilməmişdir.  Buna  görə  də  bu  elmlərin  daim  inkişaf  etməsində  müsəlmanların  böyük  rolu  olmuşdur.  Bəs 

avropalılar  bu  elmləri  müsəlmanlardan  necə  əxz  etdilər?  Bir  az  da  bu  barədə  danışaq:  avropalılar  xaç 

yürüşlərini  başladılar  və  müsəlmanlardakı  bu  elmləri  yavaş-yavaş  öz  dillərinə  tərcümə  edib  öyrənməyə 

                                                 

5

 “Qeydlər və izahlar” bölməsinə baxın.  



6

 “Qeydlər və izahlar” bölməsinə baxın. 




Yüklə 466,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə