İslama əsasən ciNSİ HƏyat



Yüklə 152,94 Kb.
Pdf görüntüsü
tarix18.02.2018
ölçüsü152,94 Kb.
#27150


www.muselmanlar.com

 

 



 

 



 

İSLAMA ƏSASƏN CİNSİ HƏYAT 

Müəllif:

 

Ali Rza Dəmircan



 

Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov 

(fəlsəfə doktoru: 

fəlsəfə və ilahiyyat elmləri) 

 

V FƏSİL 


ΕVLƏNMƏK TƏBİİ BİR 

EHTİYAC, DİNİ BİR ÖHDƏLİKDİR 

 

 

 



 

 

www.muselmanlar.com



 

 



 

Quran mesajları

 

“Ünsiyyətdə  rahatlıq  tapasınız  deyə,  sizin  üçün 



özünüzdən  zövcələr  yaratması,  aranıza  məvəddət  (seksual 

cazibə)  və  rəhmət  (sevgi)  salması  Onun  varlığının 

dəlillərindəndir.  Həqiqətən,  bunda  düşünən  bir  xalq  üçün 

alınmalı olan ibrətamiz dərslər vardır.” 

(Rum, 30/21) 

Evlənmək fitri-təbii bir ehtiyac, dini bir öhdəlikdir

 

İstər  kişi,  istərsə  də  qadın  olsun,  həddi-büluğ  dövrünə 



çatan hər bir insan seksual hislərə malik olur. Ruh və bədənin 

sağlamlığından  asılı  olaraq  həmin  hislər  artıb  azalır.  İnsan 

aldığı  tərbiyə  və  yaşadığı  şəraitdən  asılı  olaraq  bu  hislərini 

aşkara çıxardır və onları ödəməyə cəhd edir. 

Ciddi  bir  müsəlman  və  yaxud  da  insanın  anadangəlmə 

malik  olduğu  əxlaq  xüsusiyyətini  qoruyub  saxlaya  bilən  hər 

bir  insan  üçün  cinsi  ehtiyaclarını  ödəyib  doyuma  çatmağın 

yeganə yolu evlənməkdir. Məhz buna görə də evlilik ilk insan 

cəmiyyətlərindən 

indiyədək 

mövcudluğunu 

davam 


etdirmişdir. 

Evlilik  həqiqi  qiymət  və  müqəddəsliyinin  ifadəsini 

peyğəmbərlərin  yolundan  gedən  cəmiyyətlərdə  tapsa  da, 

seksual  anarxiya  şəraitində  belə,  öz  varlığını  qorumuşdur. 

Bunun da öz növbəsində 2 əsas səbəbi var: 

a) Evlənmək, başqa sözlə desək, ailə hissi insanda fitridir. Yəni, 

yaradılışdan irəli gəlir. 



www.muselmanlar.com

 

 



 

b)  Evlənmək  həzrəti  Muhəmməd  (əs)  də  daxil  olmaqla  bütün 



peyğəmbərlər tərəfindən mələhət görülüb əmr olunmuşdur.

 

İnsanları  xəlq  edən  Uca  Allah  kişini  qadına,  qadını  da 



kişiyə meylli və möhtac yaradıb. Allah kişilərdə qadın və oğul 

sevgisi  yaradıb.  Kişiyə  mayalandırmaq,  qadına  da  doğmaq 

güc-qüvvəsi bəxş edib. Beləliklə, kişi ilə qadının arasında uşaq 

sahibi  olmaq  kimi  bir  nəticəyə  varan  çox  güclü  bir  cazibə 

qüvvəsi  xəlq  edib.  Eyni  zamanda  ər-arvada  övlad  məhəbbəti 

və  bununla  yanaşı,  onu  böyüdüb  boya-başa  çatdırmaq  üçün 

lazım  olan  fədakarcasına  zəhmət  çəkmək,  səbr  və  mərhəmət 

etmək kimi hisləri bəxş edib. 

Yuxarıda  qeyd  etdiyimiz  bu  xüsusiyyətlər  hər  bir  insanın 

varlığına  yaxşı-yaxşı  yerləşdirildiyinə  görə  onlar  qadın-kişi, 

cavan-qoca  və  alim-cahil  olub  olmamağından  asılı  olmayaraq 

evlənməyə meylli, istəkli və təşəbbüskar olublar. 

Allahın  bəşəriyyətə  göndərdiyi  axırıncı  ilahi  nizam-

intizam  olan  İslamın  idarəsindən  məhrum  qalan  insanlığın 

evliliyi qoruyub saxlamağının sirri də elə budur: Yaradılışdan 

irəli gələn evlənmək ehtiyacı. 

Uca Allah insanları evlənib ailə qurmağa meylli və möhtac 

yaratdığı 

kimi, 

onların 


arasından 

seçib 


göndərdiyi 

peyğəmbərlərin  vasitəsilə  də  evlənməyi  əmr  etmişdir. 

Həqiqətən  də,  bəşəriyyət  üçün  böyük  liderlər  olan 

peyğəmbərlər 

insanlara 

mütəmadi 

olaraq 

evlənməyi 



aşılayıblar.  Özləri  də  buna  şəxsən  nümunə  olublar.  Beləcə, 

insanlar  görüblər  ki,  yaradılışdan  etibarən  malik  olduqları 

www.muselmanlar.com

 

 



 

evlənmək  istəyi  Allahın  xüsusi  buyuruqları  ilə  müqəddəs 



hesab  olunur.  Nəticə  etibarilə  bu  amil  də  onları  evlənməyə 

həvəsləndirmişdir.  Beləliklə,  evlənib  ailə  qurmaq  bəşər 

mədəniyyətinin əsas təşkilatına çevrilmişdir.  

Yeri 


gəlmişkən, 

insanın 


fitri-təbii 

quruluşu 

eyni 

xüsusiyyəti mühafizə edir. İslam dini ilə yanaşı, təhrif edilmiş 



səmavi-ilahi  dinlər  də  öz  təsirini  davam  etdirir.  Bu 

səbəblərdən  ailə  öz  mövcudluğunu  qoruyub  saxlayır. 

Gələcəkdə də saxlayacaqdır. 

İslam dini evlənməyi əmr edir

 

Məlumdur  ki,  cinsi  həyat  fitri-təbii  bir  ehtiyacdır;  əgər 



mane  olan  fiziki  və  maddi  bir  zərurət  yoxdursa,  onu  təxirə 

salmaq  ancaq  seksual  məzmunlu  haramlara  səbəb  olur.  Buna 

görə  də  Uca  Allah  həzrəti  Muhəmmədin  (əs)  vasitəsilə 

göndərdiyi  İslam  dinində  möminləri  evlənib  ailə  qurmağa 

təşviq etmişdir. 

Evlənmək  məsələsi  İslam  dininin  iki  əsas  mənbəyi  olan 

Quran  və  Sünnədə  xüsusi  olaraq  vurğulanıb.  Buna  əsasən 

demək  olar  ki,  ilahi qanunların  əksəriyyəti  onun  ətrafında  bir 

yerə cəm olub. 

Qurani-Kərimdə evlilik

 

Evlənib  ailə  qurmaq  məsələsi  Qurani-Kərimdə  başda 



Bəqərə,  Nisa,  Nur  və  Təlaq  surələri  olmaqla  demək  olar  ki, 

bütün  surələrdə  birbaşa  və  dolayı  yolla  ifadə  edilir.  Çünki 

boşanma,  vərəsəlik  (miras),  nəsəb-süd-evlilik  qohumluğu, 



www.muselmanlar.com

 

 



 

vəsiyyət,  örtünmək,  ata-ana  və  qohum-əqrəbaya  yaxşılıq, 



seksual  xarakterli  haramlara  dair  bəzi  cəzalar  və  sairə  kimi 

məsələlər evliliklə əlaqədardır. 

Qurani-Kərimdə  qayda-qanunların  insanların  evli-ailəli 

olması  prinsipinə  əsasən  qoyulduğunu  belə,  deyə  bilərik. 

Çünki  evlilik  demək  olar  ki,  Quranın  hər  bir  surəsinə  nüfuz 

etmişdir.  Quranda  əsir  müsəlman  qadınlarla  evlənmək  əmri 

(Nisa,  4/25)  ilə  yanaşı,  “Evlənin!”  buyuruğunun  açıq  şəkildə 

Nisa  surəsinin  3-cü  ayəsində  sadəcə  olaraq  bir  dəfə,  o  da 

birdən  artıq  qadın  almaq  icazəsi  ilə  əlaqədar  olaraq  verilməsi 

yuxarıda qeyd etdiyimiz həqiqətin sübutudur. 

Nəticə olaraq belə deyə bilərik: 

Quranda:  “Evlənin!”  və:  “Evləndirin!”  kimi  tapşırıqlar 

xüsusi  olaraq  bir  dəfə  qeyd  edilir,  lakin  bütün  Quran  evlənib 

ailə qurmağa istiqamətləndirir. 

Sünnədə evlilik

 

Qurani-Kərimin  izahı  olan  Sünnədə  isə  evlənib  ailə 



qurmaq  açıq-aydın  formada  məsləhət  görülür.  Hətta  təkrarən 

əmr olunur. 

Biz burada Muhəmməd peyğəmbərin (əs) insanları evlənib 

ailə  qurmağa  istiqamətləndirən  buyuruqlarını  üç  qrupa 

ayırmaqla izah edəcəyik: 

a) Evlənməyə həvəsləndirən ümumi prinsiplər; 

www.muselmanlar.com

 

 



 

b)  Övlad  sahibi  olmaq  üçün  evlənməyə  həvəsləndirən 



düsturlar; 

c)  Seksual  məzmunlu  haramlardan  qorunmaq  məqsədilə 

evlənməyə istiqamətləndirən qaydalar. 

Evlənməyə həvəsləndirən ümumi prinsiplər

 

İslami  yaşayış  tərzini  evlənib  ailə  qurmağın  üzərində 



quran  və  Quranda:  “Evləndirin!”  və:  “Evlənin!”  əmrlərini 

verən  Uca  Rəbbimiz  yoldaşlardan  hər  birini  digərini 

tamamlayan  və  bütöv  hala  gətirən  mənasında  “zövc” 

adlandırıb.

1

 Onun  elçisi  olan  əziz  peyğəmbərimiz  həzrəti 



Muhəmməd  (əs)  də  insanları  bu  çərçivədə  evlənməyə 

istiqamətləndirib.  Həzrəti  Muhəmməd  (əs)  subaylıq  və 

dulluğun  mənəvi  cəhətdən  kasıblıq  olduğuna  toxunmuş  və 

belə demişdir: 

Subaylıq kasıblıqdır 

 

               



 

 

 



 

           

 

 

 



                                                 

1  Nur, 24/32; Nisa, 4/3, 25; Rum, 30/21. 




www.muselmanlar.com

 

 



 

“Arvadı  olmayan  kişi  çox  mal-mülk  sahibi  olsa  da,  kasıbdır, 



kasıbdır, kasıbdır. Əri olmayan qadın da varlı-hallı olsa da, kasıbdır, 

kasıbdır, kasıbdır.”

2

 

Peyğəmbər  (Allah  şanını  ucaltsın  və  ona  sadiq  olanları 



artırsın)  digər  bir  hədisində  evlənib  ailə  qurmağın  onun 

özünün  və  o  biri  peyğəmbərlərin  yolu  olduğunu  belə  izah 

etmişdir: 

Evlənmək peyğəmbərlərin yoludur

 

“Nikah  (evlənmək)  mənim  sünnəmdir;  əmrimdir,  həyata 



keçirdiyim  bir  işdir.  Sünnəmə  əməl  etməyən  mənim  həyat  yolumda 

deyil.  Evlənin.  Çünki  mən  digər  ümmətlərə  qarşı  sizin  çox 

olmağınızla  fəxr  edirəm,  edəcəyəm.  Elə  isə  imkanı  olan  evlənsin. 

Evlənə bilməyən oruc tutsun. Oruc oruc tutan üçün qoruyucudur.” 

“Utanmaq,  gözəl  ətir  vurmaq,  dişləri  təmizləmək  və  evlənmək 

bütün peyğəmbərlərin xüsusiyyət və tövsiyələrindəndir.”

3

 

Evlənib ailə qurmaqda ruzi var



 

Peyğəmbərlərin  əmr  etdikləri  və  fitrətin  lazım  bildiyi 

evlənmək  məsələsində  kasıblıq  ümumən  bir  maneə  hesab 

olunur. Bu səbəbə görə Rəbbimiz Quranın Nur surəsinin 32-ci 

ayəsində  “Kasıb  evlilərin  ehtiyaclarını  ödəyəcəyini  və 

onların rahatlığa çatacağını” vəd edib. 

                                                 

2 Məcməu-z-zəvaid, 4/252. 

3 Tirmizi, Nikah, 2 (hədis nömrəsi 1080; ət-Tac, 2/287; Məcməu-z-zəvaid, 4/252. 

www.muselmanlar.com

 

 



 

Peyğəmbərimiz  də  Qurana  müvafiq  olaraq:  “Ruzini 

evlilikdə 

axtarın”, 

deyə, 


insanları 

evlənməyə 

istiqamətləndirmiş  və:  “Kasıblıqdan  qorxub  evlən(dir)məyənlər 

bizim (yaşayışımız) kimi deyillər”, - demişdir.

4

 

Biz belə hesab edirik ki, islami şüurla evlənib ailə qurmağı 



qarşısına  məqsəd  qoyan  və  dolanışıq  qayğılarını  öz  öhdəsinə 

götürən şəxs daha həssas hərəkət edir. Beləcə də, daha çalışqan 

və  təşəbbüskar  olur.  Əgər  məsələyə  bu  cür  yanaşsaq, 

peyğəmbər (əs) tərəfindən verilən istiqamət və xəbərdarlıqları 

həqiqi mənada dərk edə bilərik. 

Evli insan Allahın dərgahında daha qiymətlidir

 

Evli  bir  şəxsin  Allahın  dərgahında  daha  üstün  bir 



mövqedə  olacağını  fikirləşmək  də  mümkündür.  Çünki  evli 

şəxsin  yerinə  yetirəcəyi  (dolanışıq  xərclərini  ödəməkvə  oğul-

uşaq böyütmək kimi) ilahi əmrlər subay və dulla müqayisədə 

daha  çox  olur.  Eyni  zamanda  o,  seksual  xarakterli 

haramlardan  daha  yaxşı  qoruna  bilir.  Beləliklə  də,  Allahın 

gözəl  bir  bəndəsi  olur;  yəni,  o,  bu  mövqeyə  daha  çox 

yaxınlaşır. 

Onun 


öhdəlik, 

məsuliyyət 

və 

ailədaxili 



problemlərinin  arasında  öz  əql  və  qəlbini  hazır  hala  gətirib 

yerinə  yetirdiyi  ibadətlər  də  təbii  ki,  ona  daha  çox  savab 

qazandırır. Elə buna görə də Allahın elçisi evlənməyə təşviq və 

həvəsləndirmə  kimi  qiymətləndirdiyimiz  bir  hədisində  belə 

demişdir: 

                                                 

4  Müntəxəbu kənzi-l-ummal, 6/390-391. 



www.muselmanlar.com

 

 



 

   



   

 

   



 

 

“Evlinin 2 rükət namazı subayın 70 rükət namazından üstün və 



savablı olacaq mövqedədir.”

5

 



“Allah  bir  bəndəsinə  imanlı,  ibadət  edən  və  əxlaqlı  bir  qadınla 

ruzi  versə,  ona  dininin  yarısında  kömək  etmiş  olur.  O  biri  yarısı 

üçün  də  özünü  Allahın  əmr  və  qadağalarına  zidd  düşməkdən 

qoruyub saxlasın.”

6

 

Övlad  sahibi  olmaq  üçün  evlənməyə  həvəsləndirən 



düsturlar

 

Bəşəriyyətin  həyatını  çoxalma  qanunundan  asılı  hala 



gətirən  və  biz  insanlara  mayalandırmaq  və  mayalanmaq 

(dölləmək  və  döllənmək)  qabiliyyəti  bəxş  edən  Rəbbimiz 

Quranda  uşaq  və  nəvələri  şükrlə  qarşılanmalı  olan  nemətlər 

kimi təqdim edir. O, buyurur ki, Onun qəza-qədər ssenarisi ilə 

müəyyənləşdirdiyi övladları məhz Ondan şifahi və əyani dua 

olan  əlaqə  ilə  istəyək.  Misal  üçün,  məhsul  götürülən  əkin 

sahəsinə  oxşatdığı  qadınlarla  -  həyat  yoldaşlarımızla  onların 

təbii  döllənmə  dövrləri  olan  aybaşı  (heyz)  halından  sonra 

əlaqədə olmağımızı tapşırır. 

Tədqiq edildikcə məlum olur ki, Qurandakı nizam-intizam 

övlad  sahibi  olmaq  məqsədi  güdən  evlilik-ailə  üzərində 

qurulub.  Bütün  həyatı  Qurandan  ibarət  olan  Muhəmməd 

                                                 

5 Yenə orada. 

6 Eyni mənbə, 6/389, 396; İbn Macə, hədis nömrəsi, 1846. 

www.muselmanlar.com

 

 

10 



 

peyğəmbər  (əs)  də  Qurana  müvafiq  olaraq  insanları  öz 

hədisləri  ilə  evlənməyə  istiqamətləndirdiyi  kimi,  uşaq  sahibi 

olmaq məqsədilə evlənməyi də xüsusi vurğulamışdır.

7

 

Bərəkətli qadınlarla evlənin



 

Məqil ibn Yəsar (ra) nəql edir: 

Bir nəfər Allahın elçisinin (əs) yanına gəlib belə bir əhvalat 

danışdı: 

-Ya  Rəsulallah!  Mən  gözəl  və  əsilzadə  bir  qadınla  evlilik 

məsələsində  razılığa  gəldim.  Məsələ  burasındadır  ki,  həmin 

qadın  uşaq  doğa  bilməz  (sonsuzdur).  Sizcə  mən  onunla 

evlənimmi? 

Rəsulullah cavab verib dedi ki, xeyr, evlənmə.

8

 



Həmin  adam 2-ci  dəfə  gəldi  və eyni  sualı bir  də  soruşdu. 

Allahın elçisi (əs) ona dedi ki, xeyr, o qadınla evlənmə. 

Sonra  o  şəxs  bir  də  peyğəmbərin  (əs)  yanına  gəldi.  Eyni 

sualı  təkrar  etdi.  Allahın  elçisi  ona  əsaslandırılmış  bir  cavab 

verdi:  

                                                 

7  Ətraflı  məlumat  üçün  kitabın  VI  fəslinin  “Qorunma  tədbirlərinə  müraciət 

etmək”qisminə baxın. 

8 Bu  kimi  hədislərdə  gördüyümüz  qadağa  peyğəmbərin  sonsuz  dul  qadınla 

evlənməyi  haram  etdiyini  göstərmir.  Düzünü  Allah  bilir,  bu,  uşağı  olmadığı  halda 

sonsuz  bir  dul  qadınla  evlənməyə  üstünlük  verilməməsini  məsləhət  bilən  bir 

qadağadır. 




www.muselmanlar.com

 

 



11 

 

   



   

 

 



-(Zənci olsa da) ərini sevə bilən bərəkətli (doğurgan) qadınlarla 

evlənin. Mən başqa ümmətlərə qarşı sizin çoxluğunuzla fəxr edirəm.

9

 

Əziz  peyğəmbərimiz  (əs)  müsəlmanları  ümumiyyətlə 



övlad sahibi olmağa həvəsləndirməklə kifayətlənmir, görüşüb 

söhbət etdiyi əshabələrini xüsusi olaraq da uşaq sahibi olmağa 

təşviq edirdi. 

Övlad sahibi olmaq üçün cinsi əlaqəyə davam et

 

Həzrəti Cabir (ra) nəql edir: 



Mən  (bir  dəfə)  hərbi  səfərdə  peyğəmbərin  yanında  idim. 

Mədinəyə qayıdış başladığı vaxt yavaş-yavaş yola davam edən 

dəvəmi sürətləndirmək istədim. Elə oldu ki, arxamdan bir atlı 

gəlib mənə çatdı. Bir də kimi görsəm, yaxşıdır?! Allahın elçisi 

mənimlə üzbəüz dayanıb! (Aramızda belə bir söhbət oldu): 

-(Ey Cabir!) Niyə belə tələsirsən? 

-Mən təzə evlənmişəm. 

-Bakirə ilə evlənmisən, yoxsa dulla? 

-Dul qadınla. 

-Gərək sənin onunla, onun da səninlə sevişib oynaşağı bakirə bir 

qızla evlənəydin!

10

 



                                                 

9 Əbu Davud, Nikah, 4, hədis nömrəsi 2050. 

10 Buxari, Nikah, 121. 

www.muselmanlar.com

 

 

12 



 

Həzrəti Cabir rəvayətinə bu sözlərlə davam edir: 

Biz  Mədinəyə  qayıtdığımız  vaxt  evlərimizə  dağılışmağa 

başladıq. Allahın elçisi bizə xəbərdarlıq etdi: 

                                                                                                        

Bakirəliyin əhəmiyyəti 

Biz  burada  bu  hədisin  vasitəsilə  bakirəliklə  əlaqədar  müəyyən  məlumatları 

verməyi münasib hesab edirik: 

Belə  ki,  Uca  Allah  insanı  mükəmməl  surətdə  yaradıb.  İnsanın  bədənində 

lazımsız və funksiyası olmayan bir orqan yoxdur. Elmi sübutlara əsasən qadın bədəni 

cinsiyyət  üzvü  yolu  ilə  yoluxan  xəstəliklərə  qarşı  ancaq  həddi-büluğ  dövrünə 

çatdıqdan  sonra  müqavimət  göstərə  bilir.  Məsələyə  bu  baxımdan  yanaşdıqda 

bakirəliyin  qoruyucu  xüsusiyyəti  olduğunu  da  başa  düşmək  olar.  Bədənin 

sağlamlığının ruhun sağlamlığı üçün vacibliyi isə açıq-aydın bir həqiqətdir. 

İslam  dini  psixoloji  və  seksual  cəhətdən  münasib  olmaq  və  doğurqanlıq  kimi 

səbəblərə əsasən xüsusilə subay kişilərə bakirə qızlara üstünlük verməyi tövsiyə edir. 

Bununla belə, bakirəliyin əsas əhəmiyyəti aşağıdakılardan irəli gəlir: 

-  Bakirəlik  İslam  hüququna  əsasən  cəzalandırılmalı  olan  bir  qəbahətin 

törədilmədiyini sübut edir; 

-  Bakirəlik  hamiləlik  kimi  nəslin  qarışmasına  səbəb  olan  bir  hadisənin  baş 

vermədiyini göstərir; 

-  Bakirəlik qadının  xəstəliyə  səbəb  olan  mikroblardan qorunduğuna dair  bioloji 

bir sənəd rolunu oynayır. 

Bu fikirləri başqa sözlərlə də ifadə etmək olar: 

Bakirəliyin  ülviliyi  ərə  təqdim  olunmalı  olmasından  çox  Yaradana  qarşı 

bəndəliyin  yerinə  yetirmək,  eləcə  də,  zina  kimi  böyük  bir  haramdan  qorunmaq 

vasitəsi  olmağından  irəli  gəlir.  Buna  görə  də  qəza  keçirən  və  yaxud  təcavüzə  məruz 

qalan,  nəticədə  də  bakirəliyini  itirən  qız  İslamın  ictimai  mühakimə  məntiqi 

baxımından  öz  dəyərini  itirimir.  Lakin  vəlisi  və  ya  özü  tərəfindən  bakirə  olduğu 

deyilən  və  kəbini  kəsilən  qızın  bakirəliyi  sübuta  yetirilə  bilməsə,  əri  tərəfindən  ona 

qarşı kəbini ləğvetmə (evliliyə xitam vermək) iddiası qaldırıla bilər. 



www.muselmanlar.com

 

 



13 

 

-Evlərinizə  getmək  məsələsində  axşama  qədər  tələsməyin.  Belə 



edin ki, saçları pırtlaşıq qadın daransın, əri yanında olmadığına görə 

(bir müddətdir) özünə fikir verməyən qadın da bədənini təmizləsin. 

Sonra peyğəmbər (əs) şəxsən Cabirə belə tapşırdı: 

-Ey Cabir! Uşaq sahibi olmaq üçün lazım olanı et! Cinsi əlaqəyə 

davam et!

11

 



Seksual  məzmunlu  haramlardan  qorunmaq  və  doyuma 

çatmaq məqsədilə evlənməyə istiqamətləndirən düsturlar

 

Uca  Rəbbimiz  seksual  haramlardan  çəkinib  özünü 



qoruyanları  mədh  etmiş,  onlara  böyük  mükafatlar  vəd 

vermişdir (Muminun, 23/5-6; Əhzab, 33/35). Rum surəsinin 21-

ci  ayəsində  isə  bizim  üçün  öz  cinsimizdən  yoldaşlar 

yaratmağının  və  aramızda  seksual  cazibə  və  məhəbbət  xəlq 

etməyinin  fiziki  (bədənlə  əlaqədar)  və  mənəvi  rahatlığa 

çatmaq  məqsədi  daşıdığını  ifadə  etmişdir.  Beləliklə  O, 

çoxcəhətli doyumun vacibliyinə işarə vurmuşdur. 

Bütün  həyatı  canlı  Quran  olduğuna  görə  Muhəmməd 

peyğəmbər  (əs)  insanları  uşaq  sahibi  olmaq  üçün  evlənməyə 

                                                 

11 Buxari, Nikah, 121. 

Həzrəti  peyğəmbərin  (əs)  müsəlmanları  övlad  sahibi  olmağa  həvəsləndirən  bu 

və bu kimi hədislərini əsas tutan həzrəti Ömər belə demişdir: 

“Mən öz nəfsimi cinsi əlaqəyə məcbur edirəm. Çünki Allahın mənim nəslimdən 

Onu  zikr  edəcək  bir  bəndə  yaradacağına  ümid  edirəm.”  Müntəxəbu  kənzi-l-ummal, 

6/319. 


www.muselmanlar.com

 

 



14 

 

həvəsləndirdiyi kimi, seksual haramlardan qorunmaq, fiziki və 



mənəvi doyuma çatmaq üçün də evlənməyi təşviq edib.

12

 



O  (Ona  Allahın  salamı  olsun),  haramlardan  qorunmaq 

üçün  evlənməyə  istiqamətləndirmə  kimi  qiymətləndirdiyimiz 

hədislərində belə deyir: 

Allah qorunmaq üçün evlənənə kömək edir 

       

 :

   



 

 

   



 

 

   



 

 

“Azadlığına  qovuşmaq  üçün  müəyyən  edilən  məbləği  ödəmək 



məqsədilə  işləyib  çalışan  müharibə  əsirinə,  Allah  yolunda  döyüşən 

şəxsə  və  seksual  haramlardan  qorunmaq  üçün  evlənmək  istəyən 

insana, bəli, bu 3 təbəqəyə Allah mütləq kömək edəcəkdir!”

13

 



Qadın  seksual  məzmunlu  haramlardan  qorunmaq 

məqsədilə alınır 

“Allah  ictimai  mövqeyindən  istifadə  etmək  üçün  bir  qadınla 

evlənən  kişinin  ancaq  ləyaqətsizliyini,  mal-dövlətini  istifadə  etmək 

üçün evlənən kişinin kasıblığını, təkcə gözəlliyi üçün evlənən kişinin 

                                                 

12 Şübhəsiz  ki,  evlənməyin  əsas  məqsədi  nəslin  çoxalmağıdır.  Bununla  belə, 

yoldaşlarımızın  yaradılış  məqsədi,  evlənməklə əlaqədar  dini  buyuruqların  sonsuzları 

da  əhatə  etməsi,  əzlin  (qorunmaq)  bəzi  İslam  alimləri  tərəfindən  caiz  hesab  edilməsi 

və bu fəsildə təqdim etdiyimiz bəzi hədislər təkcə haramlardan qorunmaq və seksual 

doyuma çatmaq məqsədilə evlənməyin mümkünlüyünü də izah edir. 

13 Ət-Tac, 2/279; Tirmizi, hədis nömrəsi 1655; Nəsai, hədis nömrəsi 3120. 




www.muselmanlar.com

 

 



15 

 

də  ancaq  alçaqlığını  artırır.  (Amma  evlənəcəyi)  qadınla  gözünü 



şəhvani  baxışlardan  qorumaq,  cinsiyyət  üzvünü  haram  əmələ 

düşməkdən  saxlamaq  və  ya  qohumluq  yaradıb  davam  etdirmək 

məqsədilə  evlənən  kişi  üçün  Allah  (o  evlilikdə  həm  kişiyə,  həm  də 

qadına) xeyir-bərəkət yaradır.”

14

 

Evlənmək  insanı  həqiqətən  də,  haramlardan  qoruyub 



saxlayır 

“Ey  cavanlar!  Evlənin!  Çünki  evlənmək  gözü  şəhvani 

baxışlardan  çox  qoruyur,  cinsiyyət  üzvünü  (haram  əmələ 

düşməkdən) çox saxlayır. 

Sizin  aranızdan  evlənə  bilməyənlər  isə  oruc  tutmağa  davam 

etsin.  Şübhəsiz  ki,  oruc  oruc  tutanı  (şəhvət  hücumlarından) 

qoruyan bir qalxandır.”

15

 



Yuxarıda  təqdim  olunan  peyğəmbər  hədisləri  seksual 

məzmunlu  haramlardan  qorunmağın  vacibliyini,  evliliyin  bu 

məqsədlə  həyata  keçirilməli  olduğunu,  eləcə  də,  onun  xeyir-

bərəkətini izah edir. 

Aşağıdakı hədislər isə evlənməyin haramlardan qorunmaq 

qədər  seksual  doyum  məqsədi  daşıdığını,  daha  doğrusu, 

sonuncunun da vacib olduğunu göstərir. 

 

                                                 



14 Məcməu-z-zəvaid, 4/252. 

15 Tirmizi, Nikah, 1; Müxtəsəri səhihi Müslim, hədis nömrəsi 648. 

www.muselmanlar.com

 

 



16 

 

Haramlardan qorunmaq kimi, seksual doyum da məqsəd 



olmalıdır 

Yuxarıda  da  qeyd  edildiyi  kimi,  əziz  peyğəmbərimiz  (əs) 

həzrəti  Cabirə:  “Gərək  sənin  onunla,  onun  da  səninlə  sevişib 

oynaşağı  bakirə  bir  qızla  evlənəydin”,  -  deyib.  Aşağıdakı  hədis 

eynilə  bunun  kimi,  evlənməyin  seksual  doyum  məqsədilə 

həyata keçirilməli olduğunu vurğulayır: 

“Bakirə  qızlarla  evlənin.  Çünki  onlar  cavan  olduqlarına  görə 

daha bərəkətlidirlər (doğurqan). Daha şirin dodaqlı/dillidirlər. (Cinsi 

əlaqədə  və  pul  xərcləməkdə)  aza  daha  çox  qənaətkardırlar. 

Onların cinsiyyət üzvləri daha aktivdir.”

16

 

Qadında  seksual  həzz  və  ləzzət  mərkəzi  olan  və  əsas 



funksiyası  orqazmı  təmin  etmək  olan  klitorun  yaradılması  da 

seksual  doyumun  bir  məqsəd  kimi  qəbul  edilməli  olduğunu 

vurğulayır. 

Peyğəmbərimizin  (əs)  Qurana  müvafiq  şərhlərinə  əsasən 

insanı  Cəhənnəmə  aparan  günahların  əsas  hissəsi  cinsiyyət 

üzvü  ilə  baş  verir.  Deməli,  belə  hesab  etmək  olar  ki,  insan 

Cənnətə  həmin  günahlardan  qorunmaqla  daxil  ola  biləcək. 

Buradan  da  belə  başa  düşülür  ki,  seksual  doyum  məqsədi 

güdən  evlilik  iman  məsələsində  kamilləşmək  deməkdir. 

Muhəmməd peyğəmbər (əs) yəqin buna görə belə buyurur: 

                                                 

16 Məcməu-z-zəvaid, 4/254. 




www.muselmanlar.com

 

 



17 

 

“Evlənən insan (seksual  məzmunlu  haramlardan  qorunub) 



imanının yarısını kamilləşdirir. O biri yarısı üçün də özünü Allahın 

əmr və qadağalarına zidd düşməkdən qoruyub saxlasın.”

17

 

Quran və Sünnədə evləndirməklə əlaqədar hökmlər 



Xədimləşmək  və  subaylıq  kimi  vasitələrlə  cinsi  həyatdan 

kənara çəkilməyi qadağan edən İslam dini Quran və Sünnənin 

buyuruqları ilə insanları evləndirməyə həvəsləndirir.  

Evlənib  ailə  qurmaq  əksər  hallarda  mənəvi  dəstək  və 

maddi  kömək  tələb  edir.  Buna  görə  də  möminlər  Quran  və 

Sünnə  tərəfindən  başqalarını  evləndirməyə  və  evlənmək 

istəyənlərə kömək etməyə istiqamətləndirilirlər. 

Quran və Sünnədə evləndirmə öhdəliyi 

Quranda evləndirməyə təşviq 

Uca  Allah  Maidə  surəsinin  2-ci  ayəsində  İslam  dininin, 

eləcə də, müştərək ağlın lazım bildiyi bütün müsbət sahələrdə 

köməkləşməyi əmr edir. Evləndirmək formasındakı köməyi isə 

xüsusi  olaraq  vurğulayır  və  Nur  surəsinin  32-ci  ayəsində 

möminlərə belə bir tapşırıq verir: 

“Öz aranızdakı azad subay və dulları, kişi əsirləriniz və 

qadınlarınızdan (müsəlman və ya kitab əhli olub) məsuliyyəti 

öz  üzərinə  götürə  bilənləri  evləndirin.  Əgər  kasıbdırlarsa, 

Allah  onları  Öz  lütfü  ilə  yoxsulluqdan  xilas  edib  varlı  hala 

                                                 

17 Müntəxəbu kənzi-l-ummal, 6/389. 

www.muselmanlar.com

 

 



18 

 

gətirər.  Allah  (ruzini)  bol-bol  verən  və  hər  şeyi  çox  yaxşı 



biləndir.” 

İslam  alimləri  belə  hesab edirlər  ki,  bu  ayədə  əmr  olunan 

evləndirməyin  mənası  evlənənlərə  maddi  və  mənəvi  kömək 

etmək  deməkdir.  Kömək  etmək  öhdəliyi  olanlar  da  bütün 

möminlər,  İslami  dövlət  idarəsi  və  vəlilər  olmaqla  3  qrupa 

bölünür: 

a) Bütün möminlərin köməyi 

Bütün  möminlərin  köməyi  isə  çoxcəhətlidir:  Subaylığa 

qarşı mənfi münasibət bəsləyib evlənməyə istiqamətləndirmək 

və  bu  mənada  vasitəçilik  etmək,  zəkat  vermək  və  Allah 

yolunda könüllü qaydada maddi kömək etmək. 

b) İslam dövlətinin köməyi 

İslam  dövlətinin  bu  məsələdəki  köməyi  maddi  və  hüquqi 

olmaqla 2 yerə bölünür: 

1) Maddi kömək 

Əsas  idarə  prinsiplərini  Quran  və  Sünnə  qaydalarından 

ibarət  olan  İslam  dövləti  dövlət  qulluqçusu  və  işcilərinə  əgər 

subaydırlarsa, evlənmək  üçün  kömək edir.  Bu  kömək  Allahın 

elçisinin  (əs)  də  əmr etdiyi  bir  kömək növüdür. O,  bu  məsələ 

ilə əlaqədar olaraq belə demişdir: 

“Bizim  sərəncamımızda  olan  İslam  dövlətimizdə  dövlət 

qulluqçusu  və  ya  işci  olan  şəxs  (subaydırsa,  Beytu-l-mal  olan 

dövlət büdcəsindən kömək alıb) evlənsin. Xidmətçisi yoxdursa və 



www.muselmanlar.com

 

 



19 

 

buna  ehtiyacı  varsa,  xidmətçi  də  alsın.  Bu  ianəni  aldıqdan  sonra 



xəyanət edən şəxs xaindir, cəmiyyətin oğrusudur.”

18

 



İslam  dövləti evlənmək və  ya  kimi  isə evləndirməyə  görə 

borca  düşən  və  sonra  borcunu  qaytara  bilməyən  şəxsə  zəkat 

büdcəsindən  köməklik  edir.  Zəkat  İslamda  dini  səciyyəli 

dövlət vergisidir. Bu vergi dövlət tərəfindən varlılardan alınır 

və  başda  kasıblar  olmaqla  dövlət  xətti  ilə  Quranda  müəyyən 

edilən 8 təbəqəyə verilir.

19

 

Həmin  8  təbəqədən  biri  də  borcu  olanlardır.  Dövlətdən 



yardım  alan  əsas  borclular  isə  yuxarıda  qeyd  etdiyimiz  kimi, 

evlənmək  və  ya  kimi  isə  evləndirməyə  görə  borca  düşən  və 

onu ödəyə bilməyən möminlərdir.

20

 



2) Hüquqi yardım 

İslam  dövləti  mehri-misil  verənlər  olduğu  halda  dinə 

müvafiq və məntiqli olmayan müxtəlif səbəblərlə qızlarını ərə 

verməyən  valideynləri  hüquqi  yolla  buna  məcbur  edir.  Vəlisi 

olmayan  qız  və  qadınlara  isə  o  bölgənin  səlahiyyətli 

hakimlərinin vasitəsilə vəlilik etdirir.

21

 

                                                 



18 Mişkatu-l-məsabih, hədis nömrəsi 3751. 

19 Baxın: Tövbə, 9/60. 

20 Yusuf Qaradavi, fiqhu-z-zəkati, 2/623. 

21  Bəqərə,  2/232;  Ömər  Nəsuhi  Bilmən,  Hüquqi  islamiyyə  və  istilahati  fiqhiyyə 

külliyatı (İslam hüququ və fiqh (islam hüququ) terminləri külliyatı),

 İstanbul, 1985, 2-ci cild, 

s. 48, 57. 

www.muselmanlar.com

 

 

20 



 

c) Vəlilərin köməyi 

Vəlilərin  yardımı  isə  bundan  ibarətdir:  Hazırkı  tələbləri 

tədqiq  etmək  və  maddi  yardım  göstərib  evləndirməyə 

çalışmaq. Atalar bir vəli kimi uşaqlarının evlənməyinə kömək 

etməlidirlər.  Onların  belə  bir  öhdəlikləri  var.  Eynilə  bunun 

kimi,  övladlar  da  dul  qalan  atalarının  evlənməyinə  kömək 

etməlidirlər. Onların da bu cür bir cavabdehlikləri var.

22

 

Sünnədə evləndirməyə təşviq 



Aşağıdakı  hədislərə  əsasən  Allahın  elçisi  (əs)  də  Qurana 

(Nur,  24/32)  müvafiq  olaraq  möminləri  evləndirməyə  təşviq 

edib: 

“Oğlan və qız uşaqlarınızı evləndirin. 



Kim  onları  Allahın  razılığını  qazanmaq  məqsədilə  evləndirsə, 

Allah onu (Cənnətdə) hökmdarlıq tacı ilə şərəfləndirər.”

23

 

Peyğəmbərimiz  bildirir  ki,  bizim  öz  övladlarımızın 



qarşısında  belə  bir  öhdəliyimiz  var:  Onlara  İslam  etiqadının 

əsaslarını, bu dinin vacib hesab etdiyi işləri və qadağan etdiyi 

söz və əməlləri öyrətmək. Eyni zamanda şəraitdən asılı olaraq 

onları evləndirmək/ərə vermək, yaxud da buna kömək etmək. 

Biz  bunu  peyğəmbərimizin  (əs)  aşağıdakı  hədislərindən 

öyrənirik: 

                                                 

22 İslam fiqhi ensiklopediyası (Türk dilinə tərcümə, 10/124). 

23 Müntəxəbu kənzi-l-ummal, 6/393; Əbu Davud, Ədəb, babun fi-l-vaqar. 



www.muselmanlar.com

 

 



21 

 

“Dini  etiqad  və  əxlaqlı  yaşayış  tərzi  baxımından  müsbət 



yanaşdığınız bir nəfər yanınıza gəlib (vəlisi  olduğunuz  qız  və  ya 

bacınız kimi bir qadınla evlənmək istəsə) onu evləndirin. 

Əgər  belə  etməsəniz,  bu  hərəkətiniz  yaşadığınız  cəmiyyətdə 

fitnə-fəsad, ictimai problem və nizam-intizamsızlığa səbəb olar.” 

Peyğəmbərimiz  (əs)  bu  sözləri  dediyi  vaxt  əshabələr  belə 

soruşdular: 

-Ya  rəsulallah!  Əgər  evlənmək  istəyən  o  şəxs  kasıb  və 

sıravi bir adamdırsa, nə edək? 

O da bu suala eyni sözləri ilə cavab verdi: 

 

   



   

   


“Dini  etiqad  və  əxlaqlı  yaşayış  tərzi  baxımından  müsbət 

yanaşdığınız bir nəfər yanınıza gəlib (vəlisi  olduğunuz  qız  və  ya 

bacınız kimi bir qadınla evlənmək istəsə) onu evləndirin.” 

Allahın elçisi (əs) bunu 3 dəfə təkrar etdi.

24

 

Bununla  belə,  əziz  peyğəmbərimiz  (əs)  kimi  isə 



evləndirdikdə,  yaxud  da  evlənməyinə  kömək  edildiyi  vaxt 

evliliyin  seksual  və  psixoloji  doyuma  çatmaq  məqsədinin 

həyata  keçib  keçməyəcəyi  məsələsinə  xüsusi  diqqət  yetirmək 

lazım  olduğunu  da  bildirib.  Bu  da  tərəflərin  fiziki  və  mədəni 

                                                 

24 Tirmizi, Nikah, 3, hədis nömrəsi 1085. 

www.muselmanlar.com

 

 



22 

 

cəhətlərdən  bir-birinə  uyğun  olub  olmamasına  fikir  vermək 



deməkdir. O, bununla bağlı olaraq belə demişdir: 

“Övlad  sahibi  olmaq  üçün  həyat  maddəsini  axıdacağınız 

qadınları  axtarıb  seçin.  Öz  tayınız  olanlarla  evlənin.  Bir-birinə  tay 

olanları evləndirin.” 

O,  Quranın  qadınların  yetimləri  kimi  səciyyələndirdiyi 

(Nisa,  4/3,  127)  uşağı  olan  dulların  ərə  verilməyini  də 

tapşırmışdır: 

“Uşaqlı dulları da ərə verin.”

25

 

Əziz  peyğəmbərimiz  (Allah  onun  şanını  ucaltsın) 



kasıblıqdan  qorxub  uşaqları  öldürməyi/abort  etdirməyi 

qadağan  edən  Qurana  müvafiq  olaraq  (Ənam,  6/151)  belə  bir 

xəbərdarlıq etmişdir: 

 

 



 

 

     



“Kasıblıqdan  qorxub  evləndirməyənlər  bizim  yolumuzda 

deyillər.”

26

 

 



 

                                                 

25 Məcməu-z-zəvaid, 4/258. 

26   Bu  və  bundan  əvvəlki  hədisin  mənbəyi  üçün  baxın:  Müntəxəbu  kənzi-l-

ummal, 6/390, 393-394. 



www.muselmanlar.com

 

 



23 

 

İslamda  evlənib  ailə  qurmağı  asanlaşdırmaq  da  bir 



öhdəlikdir 

Buraya qədər Quran və Sünnədə möminlərin evlənmək və 

evləndirməyə 

istiqamətləndirildiklərini 

bir-birini 

püxtələşdirən ayə və hədislərlə izah etdik. 

İndi isə qeyd etməliyik ki, İslam dini möminləri evlənmək 

və  evləndirməyə  həvəsləndirdiyi  vaxt  bu  məsələlərin 

asanlaşdırılmasını da əmr edir. 

Həqiqətən də, evliliyin qarşısında duran əsas maneələrdən 

biri də qadına məhkəmə vasitəsilə dolayı yoldan, ancaq kişiyə 

birbaşa verilən boşama haqqının müqabilində qadına verilməli 

olan və bir kompensasiya da adlandıra biləcəyimiz mehiri çox 

istəməkdir.  Belə  ki,  hazırkı  dövrdə  heç  mehir  sözünü 

işlətmədən  sanki  mehir  şərti  qoyurlarmış  kimi,  çoxlu  qızıl-

zinət  əşyaları və  sairə  tələb  olunur.  Təbii  ki,  bu hal evlənmək 

və kimi isə evləndirmək istəyənlərin qarşısında bir maneə kimi 

durur.  Halbuki,  Muhəmməd  peyğəmbər  (əs):  “Mehrin  ən 

xeyirlisi ən asan və ən az olanıdır”, - deyir.

27

 



                                                 

27 Kəşfu-l-xəfa, hədis nömrəsi 1237. 

Mehir  İslam  ailə  hüququnda  işlədilən  bir  termin  kimi  qadının  həyat  yoldaşı 

(arvad) olmaq müqabilində aldığı pul, daşınan-daşınmaz əmlak və ya mədəni yardımı 

ifadə edir. 

Peyğəmbərimizin xanım və qızlarının mehiri orta hesabla 400-500 dirhəm (1200-

1500 qram gümüş, 170-210 qram qızıl) olub. Ancaq bu, yükləyəcəyi dolanışıq xərcləri 

öhdəliyinə  görə  çoxuşaqlı  Ümmü  Sələmə  anamızda  olduqca  simvolik  bir  məbləğə 

qədər endirilib. Baxın: Enbiya Yıldırım, həzrəti peyğəmbərin albomu, s. 100-125. 

www.muselmanlar.com

 

 

24 



 

Həyata  keçirilməli  olan  evlilikdir.  Çünki  subaylıqda  hər 

cür  seksual  məzmunlu  yoldançıxma  baş  verə  bilər.  Bu 

səbəbdən evliliyə mane olmaq olmaz; əksinə, onu dəstəkləmək 

lazımdır.  Peyğəmbərin  (əs)  bu  sahədə  gördüyü  işlər 

evlənənlərə dayaq olmaq üçün ən sadə vasitələrin belə, nəzərə 

alındığını  göstərir.  Buna  dair  çoxlu  misal  var.  Evlənənlərə 

həmçinin  Allahın  kömək  edəcəyinə  dair  müjdə  verilmişdir. 

Özü də peyğəmbər tərəfindən! 

Aşağıdakı  hədis  evlənmək  məsələsinə  mehir  baxımından 

nə  cür  bir  məntiqlə  yanaşmalı  olduğumuzu  reallığa  əsasən 

izah edən bir misaldır: 

Mehir verməyə bir şeyin var? 

Səhl ibn Səd (ra) nəql edir: 

Bir qadın Allahın elçisinin (əs) yanına gəlib dedi: 

-Mən  özümü  sənə  hədiyyə  edirəm.  Mehirsiz  olaraq  sizin 

xanımınız olmaq istəyirəm. 

Həmin  qadın  bunu  dedikdən  sonra  orada  xeyli  vaxt 

dayandı.  Peyğəmbər  (əs)  ona  bir  cavab  vermədi.  Bu  vaxt 

möminlərdən biri ondan belə bir xahiş etdi: 

-Ya  rəsulallah!  Əgər  siz  bu  qadını  öz  nikahınıza  daxil 

etmək istəmirsinizsə, mənimlə evləndirin. 

Allahın elçisi (əs) o adamdan soruşdu: 

-Səndə ona mehir verəcəyin bir şey var? 




www.muselmanlar.com

 

 



25 

 

Adam cavab olaraq: “Yanımda təkcə üstümə sarıdığım (öz 



geyindiyim)  izarım var”, - dedi. 

Peyğəmbər  (əs):  “Əgər  izarını  ona  versən,  özün  izarsız 

qalarsan. Vermək üçün bir şey axtar tap”, - dedi. 

Həmin  adam  bir  şey  tapa  bilməyəcəyini  dedikdə 

peyğəmbər  (əs)  ona:  “Dəmir  üzük  olsun,  (bir  şey)  axtar  tap”,  - 

deyə, tapşırıq verdi. 

Adam  getdi.  Ancaq  heç  bir  şey  tapıb  gətirə  bilmədi. 

Məsələni belə görən peyğəmbər (əs) ondan soruşdu: 

“Sənin əzbər bildiyin Quran surələri var?” 

-Bəli, ya rəsulallah, var. Filan-filan surələri əzbər bilirəm. 

Muhəmməd əleyhissəlam axırda belə dedi: 

“Elə  isə  əzbər  bildiyin  surələri  bu  qadına  öyrət.  Bunun 

müqabilində səni onunla evləndirdim (onu sənə ərə verdim).”

28

 



 

                                                 

28 Buxari, Nikah, 40 (6/134-135). 

O vaxt dəmir üzük taxmaq halal idi. Sonradan qadağan olundu. Yeri gəlmişkən, 

İslam  alimlərinin  bir  qismi  belə  hesab  edir  ki,  bəzi  Quran  surələrini  öyrətməyin 

müqabilində  nikah  müqaviləsi  bağlamaq  düzgündür  (caiz).  Bu  halda  əlavə  olaraq 

mehirə  ehtiyac  yoxdur.  Onlar  bu  fikriləri  bu  və  buna  oxşar  hədislərə  əsasən  irəli 

sürürlər. 



Yüklə 152,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə