Исламда нүмунәÂИ Ãадынлар



Yüklə 1,31 Mb.
səhifə6/33
tarix14.06.2018
ölçüsü1,31 Mb.
#48937
1   2   3   4   5   6   7   8   9   ...   33

Fatimənin (s) atası


Fatimənin (s) atası bəşəriyyətin ən şərəflisi, rəhbəri və müəllimi, hətta ülul-əzm peyğəmbərlərin üstünüdür.

İlk yaranmış o həzrətdir.1 Varlıq aləmi ona xatir xəlq edilmişdir.2 Bütün insanlar, hətta peyğəmbərlər onun rəhmət və kamal bayrağı altındadır.3 Həzrət ilk və son peyğəmbərdir.4

Fatimənin (s) atası o şəxsdir ki, adı və fəziləti aləmi bürümüşdür. Həmin şəxsdir ki, xarkteri sübhan Allah tərəfindən imzalanmışdır. Həmin şəxsdir ki, yaranmış üçün mümkün olan son yaxınlıq dərəcəsinə yüksəlmişdir. Bu həmin məqamdır ki, müqərrəb vəhy mələyi Cəbrəil (ə) onunla yoldaşlığa dözmür və «bir az da yaxınlaşsam qanadların gül olar» deyə e’tiraf edir.5

Fatimənin anası


Fatimənin anası qaranlıq cahiliyyət şəraitində islam Peyğəmbərinə iman gətirmiş ilk müsəlman qadın idi. O, bütün sərvətini islamın genişlənməsi üçün Peyğəmbərin (s) ixtiyarında qoydu. Həmin bu pak və düşüncəli qadın bütün insanların həqiqətlə vuruşduğu cəhalət və xurafat dövründə risalətə, vəhyə, Qur’ana iman gətirdi. Bu qadının haqqında həzrət Peyğəmbər (s) buyururdu: «Xədicənin misli harada tapılar! O məni elə bir vaxtda təsdiq etdi ki, hamı təkzib edirdi(«Səfinətül-bihar» cild 1). Həmin bu qadındır ki, dünya qadınlarının nümunəvi və böyük xanımlarından biri və Allahın seçilmişi. «Bəhar»-ın 43-cü cildində deyilir: «Sübhan Allah qadınlar arasından dördünü (Məryəm, Asya, Xədicə, Fatimə) seçdi.

Fatimənin (s) vücuda gəldiyi zaman


Məhəmməd (s) kimi ata, Xədicə (s) kimi anadan, Peyğəmbərin (s) həssas nübuvvəti dövründə, yə’ni qırx gün ev və ailədən uzaqlıqdan, ibadətə vardıqdan, qeybi feyzlərdən faydalandıqdan, me’racda behişt meyvələrini daddıqdan sonra Zəhra (s) nütfəsi yoğruldu. Bəli, Zəhra (s) behişt meyvələrindən bir şirədir ki, yer aləminə qədəm qoymuşdur.

Həzrət Peyğəmbər (s) buyurur: «Meraca getdiyim zaman Cəbrail (ə) məni behiştə daxil edəndə behişt xurmalarından daddım. Meyvələr nütfəyə döndü. Yerə qayıtdıqdan sonra Xədicə ilə yaxınlıq etdim Fatimənin nütfəsi yoğruldu. Fatimə insan simasında bir huridir. Behişt qoxusu arzulayanda onu Fatimədən alıram».

Bəli, Fatimə (s) behişt meyvələrinin şirəsidir. Orada meyvələrin qəbulu, burada Fatimənin yaranışı! Həzrət Peyğəmbərin (s) qeybi və ilahi elm və maarifə vardığı həssas bir dövrdə Zəhranın (s) nütfəsi yoğrulur. Bu xüsusiyyətlər dünya qadınlarının tacı olan fərdin tərbiyəsinə şərait yaradır. Bu Fatimə vücudunun özünəməxsusluğudur ki, mə’na aləminə bir belə bağlıdır. Amma Fatimə (ə) xilqətinin həqiqəti və nuru zaman, məkan tanımır.

Fatimənin (s) anadan olması və ya əbədi günəşin doğması


Be’sətdən (peyğəmbərliyə çatandan) beş il sonra Cəmadiüs-sani ayının iyirmisində qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi, Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı. Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömründə bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə «Adəmi üçün yaratdın deyə sual verməzdilər. («Bəqərə» surəsi, ayə 30). Çünki mələklər insan deyildikdə yalnız günahkar və fəsad törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə sayaq uca məqamından xəbərsiz idilər. Qarşısında səcdə qıldıqları Zəhra (s) indi də mələklərin sevimlisidir.

Bu gün söhbət Məhəmməd (s) «kövsərinin» cari olmasından, sahilsiz kamal dəryasının sədasından, nəhayətsiz mələkut rəhmətindən, daim yaşıl qol-budaqlı, dərin kök atmış paklıq şəcərəsinin (ağacının) yüksəlməsindən gedir. «Xoş bir söz kökü yerdə möhkəm olub, budaqları səmaya ucalan gözəl bir ağac kimidir».1 Bütün bəşəriyyət onun səmərəsindən faydalanır.

Zəhranın (s) doğum günü kamil insan simasının parladığı, islamın nümunəvi xanımının doğulduğu gündür. İmamətin on bir parlaq ulduzunun anası odur. Bə’zi rəvayətlərə görə Zəhra Qədr gecəsidir. Ustadların tə’birincə, axı necə də Qədr gecəsi olmasın, məgər on bir natiq, danışan Qur’an bu gecədə (Fatimədə) nazil olmadımı!

Bu gün söhbət fəzilətlər anasının, dünya qadınlarının tacı, Məhəmmədin (s) gözünün nuru, yarı canı, qəlb meyvəsi Zəhranın viladətindən gedir. Həzrət onun haqqında buyurub: «Atan sənə fəda olsun». Bu gün söhbət əbədi parlaq fəzilət günəşindən, imamət ulduzlarının mehvərindəndir. Zəhra nuru zaman və məkana sığmadığından bu doğulmuş hansı il, hansı günə düşdüyünü araşdırmağa ehtiyac görmürük. Bu tarixçilərin işidir. Buna görə də bu viladətlə bağlı yalnız bə’zi nöqtələri xatırlayırıq.


Fatimə necə doğuldu?


İmam Sadiqdən (ə) nəql olunub: Xədicə (s) həzrət Məhəmmədə (s) ərə gedəndə Məkkənin varlı qadınları tərəfindən məzəmmət olundu. Çünki cahiliyyət ən’ənələrinə görə Xədicə kimi varlı bir qadın Məhəmməd (s) kimi kasıb bir şəxsə uyğun deyildi. Bu səbəbdən də Xədicə (s) tənha qaldı.

Xədicə (s) Fatiməyə hamilə oldu. Fatimə ansının bətndə olan vaxtlarda, anası ilə danışardı, onu səbirli olmağa ruhlandırardı. Xədicə bu məsələni həzrət Məhəmməddən gizlətsə də, bir gün həzrət otağa daxil olanda Xədicənin kiminləsə danışdığını gördü. Peyğəmbərin sualı qarşısında Xədicə məsələni açdı. Həzrət (s) buyurdu: «Cəbrail mənə xəbər verib ki, bu körpə qızdır mənim nəslim onun vasitəsi ilə davam edəcək. O, imamların, mənim canişinlərimin anası olacaq».

Hamiləlik dövrü başa çatdıqdan sonra doğum məqamı yaxınlaşdıqda Xədicə bə’zi Qureyş qadınlarından kömək istədi. Amma müsbət cavab almadı. Bu onu kədərləndirdi. Bu vaxt Xədicə dörd qadın müşahidə etdi. Onlardan biri dedi: «Biz sənin bacılarınıqSarə, Asya, Məryəm, Gülsüm (Musanın (ə) bacısı). Allah bizi sənə yardım üçün göndərib». Bəli, dünyanın ən pak qadınları Xədicəyə yardıma gəldi.1

Fatimə (s) doğulanda Məkkənin, eləcə də dünyanın bütün evlərində nuranilik vardı. Zəhra nurunun saçılmadığı guşə yox idi. Əlində teştlər, kovsər dolu qablar on huri otağa daxil oldu. Fatiməni (s) kovsər suyunda çimirib, ağ və ətirli parçalara bürüdülər. Zəhra dilə gəlib, şəhadət kəlmələrini dedi: «Şəhadət verirəm ki, bir Allahdan başqa bud yoxdur atam onun peyğəmbəridir».

Fatimə (s) belə doğuldu. Bir günəş doğdu ki, bütün dünyanı nura boyadı və heç zaman qürub etməyəcək.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə