İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 0,71 Mb.
səhifə14/34
tarix12.10.2018
ölçüsü0,71 Mb.
#73443
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

ONUNCU HİSSƏ

Talaq (boşanma) haqqı (1)


Bizim əsrdə olduğu kimi heç bir əsrdə ailə münasibətləri və onun dağılmasına bais olan səbəblərə bu qədər diqqətsizlik edilməmişdir. Eyni zamanda, bizim dövrümüzdə insanlar həmin çətinlik və problemlərlə daha çox üzləşməli olmuşlar. Qanunları müəyyən edənlər (qanunverici orqanlar), hüquqşünaslar, psixoloqlar - onların hər biri ixtiyarlarında olan imkan və vasitələrlə ailə və evlilik təməllərinin möhkəm və sarsılmaz olmasına çalışmışlar, amma bununla belə, həmin çətinliklər getdikcə artmağa başlamışdır. Eyni zamanda, statistik məlumatlar da talaq və boşanma, həmçinin, əksər ailələrin dağılmasına səbəb olan problem və məsələlərin ildən-ilə artması hallarının hər tərəfə kölgə saldığını göstərir.

Adətən, cəmiyyətdə hansısa bir xəstəliyin artması müşahidə edilib diqqəti çıkdiyi zaman, bütün maddi və mənəvi qüvvələrdən istifadə edərək onun kökünün kəsilməsi və tələfatının azaldılmasına çalışılır. Amma talaq xəstəliyi həmin məsələnin əksinə olaraq günbəgün artmaqdadır.


Yeni hәyatda (әsrdә) talaq vә boşanma hallarının artması


Keçmiş zamanlarda talaq və onun mənfi təsirləri, oun yaranma və artmasına səbəb olan amillər, eyni zamanda, talaq

səh:221


və boşanmanın baş verməsinin qarşısının alınması yolları barədə düşünmək bir qayda halını almışdı. Bu səbəbdən talaq halları çox az müşahidə edilir və çox az ailələr bir-birindən ayrılırdı. Dünənki günlə bugünkü günün fərqi talaq və boşanma səbəbləri və sayının həddən artıq artmasıdır. Hazırda ictimai həyat elə bir şəkil və formaya düşüb ki, onda boşanma səbəbləri, ailələrin dağılması və təfriqə və münaqişələr artmağa başlamış və bu barədə alim və xeyirxah insanların fikir və düşüncələri indiyə qədər də təəssüflər olsun ki, bir nəticə verməmişdir. Gələcəkdə bu kimi məsələlərin daha da fəsadlı və təhlükəli bir şəkil alacağı qaçılmazdır.

“Günün qadını” jurnalının yüz beşinci sayında “Nyuz vik” (həftəlik xəbərlər) jurnalından “Amerikada talaq və boşanma” adlı maraqlı bir məqalə dərc edilmişdir. Həmin məqalədə belə yazılır: “Amerikada boşanmaq taksi tutmaqdan da asan bir məsələdir. Amerikadakı camaat arasında talaq və boşanma ilə bağlı olan iki zərbül-məsəl digər məsəllərdən daha çox məşhurdur. Həmin məsəllər belədir: “Kişi və qadın arasındakı ən çətin maddəli saziş və müqavilələr belə, talaq və boşanmadan daha yaxşıdır. Bu məsəli Migel De Servantes adlı bir şəxs dord yüz il əvvəl dilinə gətirmişdir. İkinci məsəl Sami Kahen tərəfindən XX əsrin ikinci yarısında söylənilmişdir. Həmin məsəl birinci məsəlin tamamilə əksinə olan bir şüar şəklindədir. O məsəldə deyilir: “İkinci eşq daha çox ürəyəyatandır.”

Məqalənin mətnindən ikinci məsəlin Amerikada öz işini görərək təsir qoyduğu anlaşılır. Çünki ardınca belə qeyd edilmişdir: “Talaq və boşanma ilğımı təkcə yeni evlənənləri deyil, əksinə daha əvvəl evli olan ər və arvadı özünə tərəf çəkməkdədir. Qeyd edək ki, Amerikada talaq və boşanmanın sayı ildə dörd yüz minə çatmışdır və onun qırx faizini on il və on üç faizini isə iyirmi illik evliliklər təşkil edir. Amerikada boşanan iki milyon qadının orta yaşı qırx beşdir. Talaq verilmiş qadınların altmış iki faizi ayrılan zaman, on səkkiz yaşdan az olan övladlara sahib olmuşlar. Ayrılan qadınlar, hıqiqətdə, xüsusi bir nəsli təşkil edir. Talaqdan sonra boşanamış qadınlar

səh:222


özlərini azad hiss edirlər. Amma orta və cavan yaşlı boşanmış qadınlar özlərini heç də şad və xürrəm hesab etmirlər.

Bu məsələni çoxlu sayda psixoloqlara müraciət edən, özünə qəsd edərərk intihara əl atan, içki və digər məsələlərə pənah aparan qadınların hallarından da anlamaq mümkündür. Boşanmış qadınlar arasında dörd nəfərdən biri içkiyə qurşanır və intihar edərək özünü öldürənlər isə evli qadınların üç bərabərini təşkil edir. Başqa bir ifadə ilə desək, məhkəmədən talaq almaq qələbəsi ilə xaric olan amerikalı qadın talaqdan sonrakı həyatın heç də özünün zənn etdiyi kimi, cənnətə bənzəmədiyini başa düşür. Təbii olaraq evlilik münasibətləri ilə möhkəmləndirilən həyatda bu cür səhvlərə yol verən və ayrılan qadınlar barədə yaxşı düşüncəyə malik olan və ikinci dəfə onlarla evlənmək istəyən insanlar həddən artıq azlıq təşkil edir. Belə qadınlara cəmiyyətdə yaxşı münasibət bəslənilməsi, onlara ehtiram edilməsi və hətta, qibtə edilməsi də mümkündür. Amma çətin ki, öz xoşbəxtliyini axtaran bir şəxs həmin səadəti bu qadınlarda görə bilsin.

Bu məqalələrdə kişi və qadın arasındakı talaq və boşanma hallarının yaranmasına anlaşılmazlıqlar, münaqişə və əxlaqi çatışmamazlıqların olmasının səbəb olduğu, yoxsa, digər məsələlərdən qaynaqlandığı barədəki suallara cavab verilərək belə bildirirlir: “Yeni evli olan cavanların boşanması amilinə anlaşılmazlıqları misal gətirsək, onda, köhnə evlilərin ayrılıq və boşanmasını necə izah edə bilərik?

Amerikada boşanmış qadınlara verilən imtiyaz və hüquqları təmin edən qanuna nəzər saldıqda, ayrılıq və talaq hallarının anlaşılmazlıq və uyğunsuzluqlardan meydana gəlmədiyi, əksinə tərəflərin həmin çatışmamazlıqlara tab gətirmək meyil və istəyinə malik olmadığı, daha çox ləzzət axtarışı və kam almaq ardınca olmasından yarandığı məlum olaraq anlaşılar.

Bizim əsrimizdə hamiləlik hallarının qarşısını almağa xidmət edən dərmanlardan istifadə edilməsi və qadınlarda cinsi həssasiyyətlərin artırılmasına çalışmaq qadınlar arasında cinsi ləzzət və istəklərin ödənməsinin ailə təməlləri və onun qorunmasından müqəddəm və öncə olması əqidəsinin meydana çıxmasına səbəb

səh:223


olmuş və şiddətlənmişdir. Bəzən uzun illərlə birlikdə yaşayaraq qəm və kədərlərini bir-biri ilə bölüşmüş ər və arvadları müşahidə etmək mümkündür ki, gözlənilmədən qadın onun maddi və mənəvi həyatında heç bir dəyişiklik olmadan (mənfi mənada) boşanmaq və talaq verilmək fikrinə düşür. Buna səbəb, onun dünənə qədər ailədəki eyni səviyyəli və yorucu məsələlərə tab gətirə bilmək dözümü və səbrinin olması, amma bu gün isə həmin məslələlərə dözə bilməməsidir. Amerikanın bugünkü qadınları dünənin qadınlarından daha artıq kam almaq axtarışı və ardıncadır, eyni zamanda, onlar uyğunsuzluq və çatışmamazlıqlara dözmək və səbir baxımından, öz nənələrindən də səbirsizdirlər.”

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə