İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 0,71 Mb.
səhifə6/34
tarix12.10.2018
ölçüsü0,71 Mb.
#73443
1   2   3   4   5   6   7   8   9   ...   34

ÜÇÜNCÜ HİSSӘ

Qadın vә ictimai azadlıq Taleyi seçmәkdә azadlıq


Qorxmuş və narahat halda olan bir qızcığaz peyğəmbərin (s) yanına gələrək:

-Ey Allahın Rəsulu! Atamın əlindən....

-.....Atan sənə nə əziyyət edib ki?

-Onun bir qardaşı oğlu var və fikrimi soruşmadan məni onun əqdinə (nikahına) keçirmişdir.

-Atan belə etdiyi üçün doğru olduğunu düşün və əmin oğlunun zövcəsi ol.

-Ey Allahın peyğəmbəri! Mən əmim oğlunu sevmədiyim halda, necə onun zövcəsi olum?

-Əgər onu sevmirsənsə, onda heç. İxtiyarın öz əlindədir. Kimi sevirsənsə, onu özün üçün ər olaraq seç.

-Həqiqətdə, mən elə əmim oğlunu sevirəm və atam mənim nəzərimi soruşmadan bu işi etdiyi üçün, mən bilərəkdən yanınıza gəldim ki, sizdən bu barədə soruşum və bütün qadınlara ataların qızlarından xəbərsiz olaraq onları ürəkləri istəyən adama ərə vermək haqlarının olmadığını elan edim.

Bu rəvayəti Şəhid Sani və Cəvahir sahibi (sahibi-cəvahir) kimi fəqihlər “Məsalik” və “Cəvahirul-kəlam” kitabında ümumi olaraq nəql etmişlər.

səh:69


Ərəbin cahiliyyət dövründə atalar öz qızları, ana və bacılarının mütləq ixtiyar sahibi olduğunu düşünür və onların ər seçimində azad və ixtiyara malik olduqlarını qəbul etmirdilər. Qərar vermək baxımından ata, oğul və onlar olmayanda da əmi mütləq şəkildə haqq sahibi idi. Bu iş o yerə qədər irəliləmişdi ki, atalar hələ qız uşaqları dünyaya gəlməmiş və analarının bətnində olduğu zaman, qabaqcadan onları başqa bir kişinin əqdinə keçirirdilər və bu yolla qız uşağı dünyaya gəldikdən və böyüdükdən sonra, həmin şəxs onu özü ilə apara bilmək haqqına malik olurdu.

Dünyaya gәlmәmiş qızı әrә vermәk


Peyğəmbər (s) yerinə yetirdiyi son həcc zamanı (həccətül-vida) atına mindiyi və əlində qamçı olduğu halda, yoluna davam edirdi. Bir nəfər o həzrətin yolunu kəsərək “şikayəti olduğunu” dedi. Peyğəmbər (s) onu dinlədiyini buyurduğu anda həmin şəxs sözə başladı:

-Uzun illər öncə cahiliyyət dövründə mən və Tariq ibn Mürqə döyüşlərin birində iştirak edirdik. Döyüşün ortasında, birdən Mürqə nizəyə ehtiyaclı olduğunu söyləyərək fəryad etdi və “kim mənə nizə gətirsə, ona əvəzində mükafat verəcəyəm” - dedi. Mən ona nəyi mükafat verəcəyini soruşdum. Cavabında : “Söz verirəm ki, dünyaya gələn ilk qız övladımı sənin üçün böyüdəcəyəm” - dedi. Mən qəbul edərək öz nizəmi ona verdim. Döyüş başa çatdı. İllər ötdükdən sonra, mən onun evində ərə getməli bir qızının olduğu xəbərini aldım. Onun yanına gedərək mənə olan borcunu ödəməsini tələb etdim. Amma o, əhdinə vəfa etmək istəməyib məndən ikinci dəfə mehriyyə istədi. İndi, ey Allahın peyğəmbəri, sizin yanınıza gəldim görüm mən haqlıyam, yoxsa, o?

-Peyğəmbər (s) soruşdu: “Onun qızının neçə yaşı var? “

-Qızı böyükdür, hətta, saçında ağarmış tükləri də var.

-Əgər məsələnin doğrusunu bilmək istəyirsənsə, nə sən haqlısan, nə də Tariq. Öz işinlə məşğul olmağa çalış və həmin biçarə qızı rahat burax.

səh:70


O kişi çox təəccübləndi və heyrətdən donaraq peyğəmbərə (s) baxa-baxa qaldı. Öz-özünə fikrə qərq olaraq bunun necə bir qəzavət olduğunu və “bəyəm atalar qızlarının ixtiyar sahibi deyilmi?” - deyə düşünməyə başladı. Görəsən, nə üçün qızın atasına yenidən mehriyyə verməyim və o, öz razılığı ilə qızını mənə təslim etsə, bu iş düzgün deyil? Həzrət peyğəmbər (s) onun düşüncə və fikirlərini oxuyaraq buyurdu: “Əmin ol ki, mənim bu şəkildə hökm etməyimlə nə sən, nə də dostun Tariq günahkar olmayacaqsınız.”

Qız vә ya bacıların qarşılıqlı olaraq (bir-biri әvәzindә) dәyişdirilmәsi


“Şiğar” adlı nikah da ataların qızları üzərində mütləq ixtiyar sahibi olmasının digər bir göstəricisi idi. “Şiğar” nikahı - qızların qarşılıqlı və bir-biri əvəzində (qız verib qız almaq kimi) dəyişdirilməsi deməkdir. Evində iki ərlik qızı olan hansısa bir şəxs digər bir çəxs ilə qızlarını əvəz-əvəz olaraq dəyişirdi. İslam bu evlilik adətinin batil olduğunu elan edərək onu ləğv etmişdir.

Peyğәmbәr-әkrәm (s) öz qızı Zәhranı (ә) әr seçmәkdә sәrbәst qoyur


Peyğəmbərin (s) özü neçə qız köçürtmüşdü. Bununla yanaşı, heç vaxt onların iradə və ixtiyarlarını əllərindən almamışdı. Həzrət Əli (ə) xanım Zəhraya (ə) elçilik üçün peyğəmbərin (s) yanına gəldikdə, o həzrət deyir: “İndiyə kimi səndən əvvəl bir neçə şəxs də elçilik üçün gəlmişdi və mən (s) həmin məsələni, şəxsən, Zəharayla (ə) müzakirə etdim və o, öz narazılığını üzünü çevirərək bildirdi “ İndi də sənin gəldiyini ona xəbər verərəm. Həzrət peyğəmbər (s) əziz və sevimli qızı Zəhraya (ə) məsələni bildirdiyi zaman, o, əvvəlkilərdən fərqli olaraq bu dəfə üzünü çevirmədi və sükut etməklə öz razılığını bildirdi. Təkbir(

Allahu əkbər) dediyi halda, peyğəmbər (s) xanım Zəhranın (ə) yanından qayıtdı.


Qadının islami inqilabı (hәrәkatı) ağ idi


İslam qadın cinsinə nisbətdə ən böyük xidmətini

səh:71


göstəmişdir. İslam təkcə ataların mütləq ixtiyarını aradan qaldırmadı, qadına tamamilə istiqlaliyyət verərək müstəqil düşüncə, təffəkkür və şəxsiyyət azadlığı bağışladı və onun təbii olan hüquqlarını rəsmi olaraq tanıdı. Amma İslamın qadın hüquqları istiqamətində atdığı addım Qərbdə mövcud olan və digərlərinin təqlid etdikləri ilə iki əsaslı fərqə malikdir:

Birincisi, qadın və kişinin psixoloji xüsusiyyətləri baxımındandır. İslam bu sahədə möcüzələr yaratmışdır. Biz bu mövzu ilə əlaqədar gələcək məqalələrimizdə bəhs edəcəyikk və siz həmin nümunələrlə tanış olacaqsınız.

İkinci fərq İslamın qadına hürriyyət və şəxsiyyət verə və onları insanlıq hüquqları ilə tanış edərək müxalif cinsə - kişilərə - qarşı və onlara nisbətdə bədbin, üsyankar olmağa təhrik və məcbur etməməsindədir.

Qadının islami hərəkatı qara, qırmızı, bənövşəyi deyil, ağ idi, belə ki, qızların yanında ataya hörməti və qadın yanında ərə ehtiramı aradan aparmamış, ailənin təməllərini sarsıtmamış, qadınları ərləri və övladalrına qarşı bədbin və bədgümün və subay, müftə şikar axtarışında olan və cinsi ehtiyaclarını ödəmək istəyən tamahkar kişilərə faydalanmaq vasitəsi etməmiş və qızları ata qayğısından, qadınları ərlərindən ayıraraq pullu və varlı kişilərə təhvil verməmişdir. Bir sözlə, İslam atalara etimadın aradan qalxması, ailə təməllərinin sarsılması baxımından, fəryad və ah-nalələrin göyə ucalması və “bütün bu fəsadlarla necə mübarizə aparaq?”, “qırx faiz təşkil edən zinadan yaranmış, siqt olan və abort edilən uşaqlarla nə edək?” - deyilməsinin qarşısını almışdır.

Atası məlum olmayan və anası tərəfindən istənilməyərək dünyaya gətirilən uşaqlar qadınlar tərəfindən uşaq evləri və yetimxanalara verilir və bundan sonra həmin valideynlər heç vaxt onların dalınca bir dəfə də olsun getmir və maraqlanmırlar.

Bizim ölkəmizdə də qadınlarla bağlı islami hərəkata ehtiyac var, amma ağ - şəhvətpərəst və nəfsinə tabe kişilərin əli yetişməyən və dəxalət edə bilmədikləri, həqiqətdə, İslamın ali və yüksək qanunlarından yararlanan və birinci növbədə İslam

səh:72

adlandırılan və onda cəmiyyət üçün məntiqli olaraq hansı işlərin görüldüyünü aydınlaşdıran islami hərəkata, nəiki, Avropaya mənsub qara - ictimai qanun dəyişikliyi etməklə islami qanunların dəyişdirilməsinə çalışılan hərəkata.



Əgər Allahın izni ilə yazdığımız məqaləni başa çatdıra bilsək, İslam hərəkatının qadınlarla bağlı nəzərdə tutduğu məsələləri əhatə edən praşuraların hazırlanması və yayılmasına çalışacağıq. O zaman iranlı qadın yaradacağı inqılabın bütün dünya tərəfindən bəyəniləcəyi və məntiqli olduğunu, həm də on dörd əsrlik bir fəlsəfədən qaynaqlanaraq əlini Qərbin dünənki köhnə dünyasına uzatmadığını daha yaxşı anlayacaqdır.

Atanın "icazә vermә" mәsәlәsi


Qızlar barəsində atanın vilayəti ilə bağlı bəyan olunan məsələ birinci dəfə evlənmək istəyən bakirə qızların atalarından icazə almalarının şərt olub-olmaması məsələsidir. İslamın nəzərində, aşağıdakı bir neçə şey aydın şəkildə izah edilib:

Oğlan və qızın iqtisadi baxımdan müstəqilliyi. Əgər oğlan və qız həddi-büluğ, aqil və yetkin olarsa, yəni ictimai cəhətdən lazımı qədər fikri inkişifa malik və şəxsən, öz var-dövləti və malını mühafizə və qoruya bilərsə, bu zaman onların var-dövlətini özlərinin ixtiyarında qoymaq lazımdır. Ata, ana, qardaş və ya digər şəxslərin onlara nəzarət və işlərinə dəxalət etməsinə haqları yoxdur.

Aydın olan digər məsələlərdən biri də evlilik və izdivac məsələsidir. Əgər oğlan uşaqları yetkin və normal əqlə sahib olsalar, onların özləri özlərinin ixtiyar sahibidir və kimsə onların işlərinə qarışa bilməz. Amma qızlara gəldikdə isə, əgər onlar bir dəfə ər görmüş (evlənmiş), hazırda isə duldurlarsa (ərsizdilərsə), qətən, kiminsə onların işlərinə dəxalət etmək ixtiyarı yoxdur və bu məsələdə oğlanlarla eyni haqqa malikdirlər. Əgər bakirə və birinci dəfə olaraq evlilik peymanı bağlamaq istəsələr necə?

Əlbəttə, atasının onun mütləq ixtiyar sahibi olmaması və qızının razılığı olmadan onu ürəyi istədiyi şəxsə ərə vermək

səh:73

haqqının olmaması barədə hansısa bir sözümüz yoxdur. Bu məsələni əvvəldə qeyd etdiyimiz və peyğəmbərin (s) özündən xəbərsiz və razılığı olmadan onu başqa bir şəxslə evləndirmək istəyən qızın atası ilə əlaqədar dediyi sözlərlə (əgər istək və meylin yoxdursa, başqa biri ilə evlənə bilərsən) izah edə bilərik.



Fəqihlər arasında ixtilaflı məsələ “atasının razılığını cəlb etmədən bakirə qızların evlənmə haqqına malik olmaması” və ya atanın razılığının onların evlənmələrinin düzgün olmasında (evliliyin düzgünlüyündə) heç bir əhəmiyyət kəsb etməməsi” məsələsindədir.

Əlbəttə, aydın və qəti olan digər mətləb atanın səbəbsiz olaraq qızının evlənməsinə razılıq verməkdən imtina etməsinin atanın haqqının aradan qalxmasına bais olması və belə olan halda, əksər İslam fəqihlərinin  fikir birliyinə əsasən, qızın ər seçməkdə tamamilə azad və müstəqil olması məsələsidir.

Atanın razılığının şərt olub-olmaması barədə fəqihlər arasında fikir ayrılığı və ixtilaf vardır və əksər fəqihlər, xüsusən, son zamanların fəqihləri atanın razılığını şərt hesab edirlər, amma bir dəstə də bunun əksini düşünür. Bizim ictimai qanun ikinci dəstənin nəzərini - ehtiyyata müvafiq olaraq atanın razılığını şərt bilməyi - əsas götürmüşdür, çünki məsələ aydın olan bir islami məsələ deyil, yəni onu islami cəhətdən deyil, ictimai cəhətdən müzakirə etməyi lazım bilirik. Mənim (Şəhid Mütəhhəri) şəxsi nəzərim ictimai qanunun bu istiqamətdə kor-koranə addım atmasıdır.

Kişi şәhvәtin, qadın isә mәhәbbәtin әsiri olan mәxluqdur


Bakirə qızların atalarının razılığını istəmələrinin zəruriliyi - ən azı, bunun yaxşı və bəyənilən olması - fəlsəfəsi qızların ctimai cahətdən kişilərə nisbətdə daha gec inkişaf etdiyini düşünmək və onların qüsurlu olduğunu hesab etməkdən qaynaqlanmır. Əgər bu baxımdan olsaydı, onda on altı yaşlı dul qadının atasından icazəyə ehtiyac duymaması, amma on səkkiz yaşlı bakirə bir qızın isə atanın razılığına ehtiyaclı olması arasında nə fərq olardı? Əlavə olaraq, əgər qız öz işlərinin idarəsində hansısa qüsura

səh:74


malikdirsə, onda nə üçün İslam yetkin və həddi-büluğ olan qıza iqtisadi müstəqillik verir və onun neçə milyon məbləğ dəyərindəki müamilə və ticarətini atası, qardaşı və ərinin rizayətinə ehtiyac duymadan düzgün hesab edir? Bu məsələnin ayrıca bir fəlsəfəsi var və biz onun fiqhi baxımdan dəlillərinə göz yumaraq ictimai qanunu hazırlayanlara “afərin” deyə bilmərik.

Bu məsələnin qadının əqli inkişaf, düşüncə və yetkinlik baxımından qüsurlu olmasına aidiyyatı yoxdur, əksinə qadın və kişinin psixoloji xüsusiyyətlərinə dəxaləti var. Yəni, bir tərəfdən kişinin şikarçı olması, digər tərəfdən də qadının onlara (kişilərə) nisbətdə tez inanan, sədaqətli və vəfalı olması məsələsi ilə bağlılıq və irtibatı vardır. Kişi şəhvətin, qadın isə məhəbbətin əsiri olan məxluqdur. Kişini titrədərək lərzəyə gətirən və taqətdən salan məsələ şəhvət məsələsidir. Psixoloqların nəzərincə, qadınlar bu baxımdan (şəhvət) kişilərdən daha dözümlü və səbirlidirlər. Amma qadınları taqətdən salan, əldən-ayaqdan düşməsinə və kişiyə əsir olmasına səbəb olan məsələ kişilərin eşq və məhəbbətdən dəm vurmasıdır. Qadının tez inanması da elə, bu yerdədir. Bakirə qızlar reallıqları müşahidə etmədən, kişilərin məhəbbət nəğmələrinə aldanır və onlara çox tez inanırlar. Mən sizin məşhur Amerika psixoloqu professor Rikin “Günün qadını” jurnalının doxsanıncı sayında “Dünya kişi və qadın üçün eyni deyil” adı altında verilən nəzəriyyələrini oxuyub-oxumadığınızı bilmirəm.

O deyir: “Kişinin qadına dediyi ən yaxşı cümlə və ifadə “Əzizim, mən səni sevirəm”dir.” Davamında Rik qeyd edir ki, qadın üçün xoşbəxtlik “kişinin qəlbini ələ gətirə bilməsi və onu ömrü boyunca qorumağı bacarmasıdır.”

İslam peyğəmbəri (s) bir ilahi psixoloq olaraq on dörd əsr əvvəl həmin məsələyə toxunaraq belə buyurmuşdur: “Kişinin qadına “Səni sevirəm” - deməsi, heç vaxt qadının qəlbindən və yaddaşından silinməz. “Şəhvətpərəst və qadın ovçusu kişilər daimi olaraq qadının bu hissiyyatından sui-istifadə edir. Qadınları ovlamaq və tələyə salmaq üçün “Əzizim, mən sənin dərdindən dəli-divanəyəm və ölürəm” - deməsi ən yaxşı

səh:75

vasitədir. Son zamanlarda Cavad adlı bir kişi tərəfindən aldadılaraq intihar etmək və özünü öldürmək istəyən Əfsər adlı bir qadının məsələsi dillər əzbərinə çevrilmiş və onların işi məhkəməyə düşmüşdür. Həmin şəxs qadını aldatmaq üçün yuxarıda işarə etdiyimiz düsturdan istifadə etmişdir. “Günün qadını” jurnalına müsahibə verən qadın belə danışır: “Onunla danışmamağıma baxmayaraq, qəlbimdə tez-tez onunla görüşmək və hər saat, hər an onunla birlikdə olmaq istəyirdim. Ona aşiq olmamışdım, amma mənə qarşı göstərdiyi münasibətə ruhən ehtiyacım olduğunu duyurdum. Bütün qadınlar belədir. Əvvəlcə, məhəbbəti duymaq əvəzinə, onlar aşiqə vurulurlar. Mən də həmin qaydadan istisna olmadım.”



Bu qadın hələ təcrübəli olanlardan biridir. Onda, vay təcrübəsizlərin halına!

Belə yerdə təcrübəsiz qızların kişilərin xüsusiyyətlərindən agah olan ataları ilə məşvərət etməsi - istisna hallardan başqa, bütün atalar qızlarının səadət və xoşbəxtliyini istəyirlər - və onların rəyi ilə müvafiq olmaları və razılıqlarını ələ gətirmələri məsləhətdir.

Burada qanun, ümumiyyətlə, qadını təhqir edərək kiçik saymamış, əksinə öz himayə əlini ona tərəf uzatmışdır. Əgər oğlanlar iddia edərək “nə üçün qanun bizim ata və ya anamızın razılığını cəlb etməyimizi zəruri hesab etmir?” - desə, bu məsələ heç də qızlara atalarının rizayətini ələ gətirməsi məsələsinə görə etiraz edənlərin əməllərindən məntiqsiz deyil. Mən tez-tez qızların başına gələn xoşagəlməz hadisələrlə rastlaşan, bu barədə eşidib bilən kəslərin bir daha qızları valideynlərinə qarşı etinasız olmağa çağırması və dəvət etməsindən çox təəccüblənirəm.

Zənnimcə, belə məsələlər günümüzdə qadın ovçusuna çevrilənlərlə yalandan qadınlara qarşı ürəyi yandığını deyənlər arasında bir növ, saziş və anlaşmadır. Bu tip və xarakterli şəxslər qadınları ov timsalında görür və onları şikarçılara (kişilərə) tərəf yönəldə və hürküdərək canlı hədəfə çevirirlər.

“Qırx təklif”in müəllifi “Günün qadını” jurnalının səksən səkkizinci sayında belə yazır:

“1043-cu maddə həddi-büluğ və yetkinliklə bağlı olan bütün

səh:76

qanunlara müxalif və naqis, eyni zamanda, insanların əsil azadlığı və millətlərin vəhdəti ilə ziddir.... “



Elə bil, müəllif xatırladılan qanunun ataların qızlarını istədikləri kəsə verə bilmək haqqının olması və ya heç bir səbəb olmadan öz qızlarının evlənmələrinə mane ola bilməsinə xidmət etməsi təsəvvüründədir.

Əgər evlənmək ixtiyarının qızların öz əlində olduğunu və atanın razılığının da evliliyin düzgünlüyündə şərt - atanın öz qızı barəsində onun zərərini və evliliyinə mane olmaq istəmədiyini nəzərə almaqla - hesab edildiyini qəbul etsək, onun insan azadlığı ilə nə ziddiyyəti və nə eybi var? Bu, qanunun ehtiyyata müvafiq olaraq təcrübəsiz qızları xətərdən qoruması üçün atdığı addım və kişi təbiətinə etdiyi sui-zəndən qaynaqlanan məsələdir.

“Qırx təklif”in müəllifi yazır: “Qanunu məyyən edən kəslər hələ fikri cəhətdən düzgün inkişfa malki olmayan on altı yaşındakı qızı evliliyin, zövcə olmaq və ərə sahib olmanın nə olduğunu dərk etmədiyi halda, evlənə bilmək səlahiyyətinə malik olmasına icazə verirlər. Onlar bu xüsusiyyətlərə sahib olan bir qız uşağına evlənmək icazəsi verir, amma iyirmi beş və ya qırx yaşında olan, universitet bitirmiş, ali təhsilli və yüksək səviyyəli bir qıza savadsız atası və ya babasının razılığı olmadan evlənməsinə icazə vermirlər.”

Birincisi, qanunun hansı hissəsindən on altı yaşlı qızın atasının icazəsi olmadan evlənə bilməsi, amma iyirmi beş və qırx yaşlı ali təhsilli bir qızın isə əksinə, evlənə bilməməsi anlaşılır?

İkincisi, atanın icazə verməsi şərti kişilərin xüsusiyyətlərini bilmək və qızına bu sahədə yardımçı olmaq baxımından, müəyyən hallarda lazımlıdır, əgər qızın evlənməsinə maneə şəklini alarsa, heç bir etibar və əhəmiyyətə malik deyil.

Üçüncüsü, indiyi qədər hansısa bir hakimin meydana çıxaraq ictimai qanunda qızın evlənməsi üçün düşüncə və əqli inkişafının şərt olmadığını və müəllifin dediyi kimi, evlilik və ərə getmənin nə olduğunu anlamadığı halda, evlənməsinə icazə verilməsinin mümkünlüyünü iddia etdiyini güman etmirəm.

səh:77

Mülkiyyət qanunun 211-ci maddəsində belə yazılır: “Müamilə edən tərəflərin səlahiyyətli hesab edilə bilməsi üçün onların aqil və yetkin olmaları lazımdır.” Qanunda müamilə edən tərəflər (mutəamiləyn) kəlməsinin işlədilməsinə baxmayaraq, evlilik bir müamilə deyil və qanunu tərtib edənlər onun ardının 181-ci maddədən başlanmasını nəzərdə tutaraq ümumi başlıq altında (əqd, müamilə və s.) qeyd etmiş və 211-ci maddəni (əql və yetkin olmanı) yuxarıdakı məsələlərin hamısı üçün “ümumi xüsusiyyətlər” kimi vurğulamışlar.



Bütün qədimi sənədlərdə kişi və qadının adını “baliğ”, “aqil” və “yetkin” sözlərindən sonra qeyd edirdilər. Belə olduğu halda, ictimai qanunla bağlı məqalə yazan müəlliflər bu məsələdən necə qəflət etmişlər?!

Qanunu təyin edənlər fikri dəyişikliyin bu həddə qədər gəlib çıxacağını və nikah maddəsinə yenidən nəzər salaraq əql, yetkinlik və inkişaf məsələsi ilə əlaqədar yenidən diqqət etməli olacaqlarını gözləmirdilər.

İctimai qanuna şərh verənlərdən biri (doktor Seyid Əli Şayqan) 1064-cü maddədə deyilən “Əqdi oxuyanın həddi-büluğ, aqil və iki tərəf arasında evlilik rabitəsini bərqərar etmək niyyətində olması vacibdir” cümləsinin evlənən tərəflərə şamil olduğunu və yetkinliyin şərt olaraq qeyd edilmədiyini düşünərək, onun 211-ci maddə ilə ziddiyyət təşkil etməsini qeyd edir və ardınca izaha başlayır. Halbuki, o, 1064-cü maddədə qeyd edilənlərin əqdi oxuyana (aqidə) aid olduğunu nəzərdən qaçırmışdır və əqdi oxuyanın (aqidin) yetkin olması lazım deyil.

Bu bəhsdə etiraz olunmalı məsələ İran camaatının əməlidir, nəinki, islami və ictimai qanun. Bizim camaatın əksəriyyəti hələ də cahiliyyət dövründəki kimi, özünü qızlarına nisbətdə mütləq ixtiyar sahibi hesab edir və onların müqabilində gələcək övladlarının atası və həyat yoldaşı ünvanında seçim etdərək nəzərlərini bildirməsini həyasızlıq və nəzakətdən xaric olan bir əməl kimi qiymətləndirir və İslami cəhətdən də, qızların aydın olaraq nəzərdə tutulan fikri inkişaflarını görməzdən gəlirlər. Qızların fikri inkişafını nəzərə almadan həyata keçirilən izdivacların çoxu batil və faydasızdır.

səh:78

Əqdi oxuyanlar qızların inkişaf və yetkinliyini araşdırmadan, onların həddi-büluğ olması ilə kifayətlənirlər. Amma hamımıza böyük alimlərdən qızların inkişaf, əql və yetkinliklərini imtahan edib yoxlamaqla bağlı hansı məsələrə daha çox riəyət etmələri ilə əlaqədar məlumatlar gəlib çatmışdır. Alimlərdən bəziləri qızların dini baxımdan inkişafını şərt bilmişlər. Onlar əqd və evliliyi sadəcə qızın üsulid-dindən (tövhid, nübuvvət, imamət, ədalət və məad) anlayışı olduğu zaman düzgün hesab edirdilər, amma təəssüflər olsun ki, indiki valideynlər, əqd oxuyanlar və kəbin kəsənlər həmin məsələlərə riayət və diqqət etmirlər.



Əlbəttə, camaatı tənqid atəşinə tutmaq niyyətində olmadıqları üçün, bütün eyibləri ictimai qanunda görərək çanağı onun başında çartladır və bütün insanların diqqət və düşüncələrini onun üzərinə yönəldirlər.

Mənim nəzərimcə, ictimai qanunun 1064-cü maddəsinə tutulan irad yerli iraddır. Həmin maddədə deyilir: “On beş yaşında olan qızlar on səkkiz yaşına çatmayana qədər, atalarının icazəsi olmadan evlənə bilməzlər.”

Bu maddəyə əsasən, on beş və on səkkiz yaş arasında olan qızlar (dul olsa da belə) atasının icazəsi olmadan evlənə bilməzlər, halbuki, nə əqli, nə də şiə fiqhi baxımdan, bir dəfə ərə gedən (dul) və həddi-büluğ və yetkinlik şərtlərinə malik bir qızın ikinci dəfə evlənmək istədikdə, atasının icazə və razılığını cəlb etməsinə ehtiyac yoxdur.

səh:79


səh:80

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə