Islamda qadinla kishinin ferqi



Yüklə 226,52 Kb.
səhifə2/5
tarix08.01.2018
ölçüsü226,52 Kb.
#19993
1   2   3   4   5

Cahiliyyətdə qadının irs hüququ yox idi. İrs yalnız kişilərə məxsus idi. Quran kişilərlə yanaşı qadına irs hüququ verdi.

«Ata, ana və yaxın qohumların qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür.» («Nisa» surəsi, ayə 7).

Cahiliyyət qurluşunda əxlaqi və ilahi dəyərlər o qədər alçaldışmışdı ki, qızların və qadınların iffəti mübadilə əşyasına dönmüşdü. Qurani-kərim bu çirkin işi qadağan etdi: «Fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin».

Bunlar cahiliyyətin Quran tərəfindən puça çıxarılmış adətləri idi. Quran qadın hüquqlarını və qadın şəxsiyyətini ucaltdı. İslam Peyğəmbəri (s) bütün çirkin adətləri rədd etməklə buyurdu: «Sahibinə qaytarılmalı olan əmanətdən savayı bütün cəhalət adətləri mənim ayaqlarım altındadır». İstər xeyrixah olsun, istərsə də günahkar, fərqi yoxdur. Əmanəti sahibinə qaytarmaq islamın insani və beynəlmiləl prinsipidir. Bu adəti yaşatmaq cahiliyyət yox, insani ənənəni yaşatmaqdır. Beləcə, fitrət və ağıla əsaslanan din heç vaxt cəhalətdən savay əsası olmayan adətləri təsdiq etməyəcəkdir.

Günahkar qadınların cəhənnəm əzabları haqda

Bu mübarək hədisi imamzadə Əbduləzim İmam Məhəmməd Təqidən (ə), o, İmam Rzadan (ə), o, İmam Musa Kazimdən (ə), o, İmam Cəfər Sadiqdən (ə), o, İmam Məhəmməd Baqirdən (ə), o, İmam Zeynul-abidindən (ə), o İmam Hüseyn (ə), o da atası imam Əlidən (ə) nəql edir:

"Bir gün mən və Fatimə Allah rəsulunun (s) yanına getdik və o həzrəti (s) ağlayan halda gördük . Soruşdum, ata- anam sənə qurban, ey Allahın peyğəmbəri (s), niyə ağlayırsan?

Allahın rəsulu (s) buyrudu:

- Ey Əli, məni meraca apardıqları gecə ümmətimdən olan bir dəstə qadının cəzalandırılmasını gördüm. Mən onlara verilən əzabın çətinliyindən heyrətə gəldim. Məni ağladan gördüyüm cansıxıcı əzabların təsiridir:

1. Bir qadın saçlarından asılmışdı və başının iliyi qaynayırdı.

2. Bir qadın dilindən asılmışdı və cəhənnəmin qaynar suyunu boğazına tökürdülər.

3. Bir qadını sinəsindən asmışdılar.

4. Bir qadın bədəninin ətini yeyir və odda yanırdı.

5. Bir qadının qıçı qoluna bağlanmışdı, ilan və əqrəblər bədəninə dolaşmışdılar.

6. Bir qadın ayaqlarından yanar təndirə asılmışdı.

7. Bir qadın odda qızarmış qayçı ilə bədənini qabaqdan və arxadan kəsirdi.

8. Bir qadının əl- üzünü yandırırdılar və o, öz bağırsaqlarını yeyirdi.

9. Bir qadının başı it başı, bədəni eşşək bədəni idi və o, min cür əzaba düçar olmuşdu.

10. Bir qadın it şəkilində idi. Cəhənnəm odu onun arxa tərəfindən girib ağzından çıxırdı. Mələklər onun başına, bədəninə od kösəklər vururdular.

Həzrət Fatimə (s) atasından soruşdu :

- Ey Allahın rəsulu (s), onları bu cür ağır və dözülməz cəzalalara düçar etmiş pis əməllərindən məni xəbərdar et.

Allahın rəsulu (s) buyurdu :

- Ey qızım, saçından asılmış qadın saçlarını naməhrəmdən örtmürdü.

Dilindən asılmış qadın həmişə ərini (pis sözlərlə) acılayırdı.

Sinəsindən asılmış qadın sinə və bədənini naməhrəm kişilərə göstərirdi.

Qıçlarından asılmış və odda yanan qadın ərindən icazəsiz evdən çıxırdı.

Bədəninin ətini yeyən qadın özünü naməhrəm kişilər üçün bəzəyirdi.

Əlləri ayaqlarına bağlanmış, ilan və əqrəblər bədəninə dolanmış qadın təmizliyinə diqqət etmirdi (qüsüllü halda qalırdı).

Kar , kor və lal olan qadın zinadan uşaq dünyaya gətirmiş və uşağı ərinin boynuna atmışdi.

Bədənini odlu qayçı ilə qayçılayan qadın, kişilər ona baxıb ləzzət alsınlar deyə, özünü bilərəkdən naməhrəm kişilərə göstərirdi.

Əl-üzü yanaraq bağırsaqlarını yeyən qadın naməhrəm qadın və kişiləri haram iş görmək üçün bir-birinə calayırdı.

Başı it başı, bədəni eşşək bədəni olan qadın söz gəzdirir və çox yalan danışırdı.

İt şəkilində olan, od onun arxasından girib ağzından çıxan qadın günah məclislərində haram mahnılar oxuyub, başqalarına həsəd aparırdı .

Sonra Peyğəmbər (s) buyurdu:

- Vay olsun o qadına ki, ərini qəzəbləndirər! Xoş o qadının halına ki, həmişə əri ondan razı olar".

Əziz müsəlman ana və bacılar, sizdən xahiş edirik ki, həzrət peyğəmbərin (s) Merac hədislərini oxuyub, əməl edəsiniz və onları başqalarına da çatdırasınız .

Fatimə (s) insanlara nümunə



Özü üçün örnək və nümunə seçməyən çox az insan təsəvvür etmək olar. Etiqad, mədəniyyət, dil və milliyətindən asılı olmayaraq, bütün insanlar həyatlarında verdikləri qərarlarının örnək və nümunələrinə uyğun olmasına çalışırlar. Bütün əməllərini hətta geyim, saç düzümü və danışıq tərzlərinin də onların əməl, geyim, saç düzümü və danışıq tərzi ilə həmahəng etməyə çalışırlar. Sanki bu istək, yəni nümunəyə meyillilik insanın fitri tələblərindən biridir. Amma təəssüflər olsun ki, hamı onu düzgün yola istiqamətləndirə biləcək və onun kamilliyinə səbəb olacaq nümunəni tapa bilmir. Çünki bu dünyada belə nümunələrin kənarında azdırıcı və insanın zəlalətinə səbəb olan nümunələr də az deyil. Özümüzə nümunə və örnək seçərkən onun necə şəxs olmasına, rəftar və sözlərinə diqqət yetirməliyik. Çünki kor-koranə seçim bizi məhvə doğru aparar. Bu seçimi etməkdə biz ağıl və ağılın qəbul etdiyi vəhydən kömək almalıyıq. İlk növbədə ağıl, pak insanın nümunə ola biləcəyinə hökm edir. Zəlalət və azğınlıqda olan zəlalət və azğınlığa aparar. Amma hidayət yoluna agah olan, pislikdən uzaq olan və vəhy tərəfindən bizə nümunə kimi tanıtdırılan şəxs isə sözsüz ki, insanları hər iki dünyada səadətə çatdırar. Belə nümunələrdən biri də İslam peyğəmbərinin (s) əziz qızı həzrət Fatimədir (s). Bu yazıda ilk növbədə o həzrətin məsum olması dəlillərini, daha sonra isə onun əxlaq və rəftarlarının bəzi nümunələrini diqqətinizə çatdıracağıq.
Fatimə (s) isməti Quranda
Quran- məcid qadınlar arasında Fatiməni (s) məsum kimi tanıyır. O, ömrü boyunca heç bir günah etməmiş və bütün əsrlərdə hər bir insan, xüsusilə qadınlar üçün nümunə sayılmışdır. Uca Allah Təthir ayəsini əhli-beytin məqam, fəzilət və ismətini təsdiq edən bir sənəd kimi bəşərə təqdim etmişdir: “ Allah hər növ çirkinliyi siz əhli-beytdən uzaqlaşdırmaq istəmişdir ”.( Əl -əhzab, 33 ) Bu ayə əhli-beytin hər növ çirkinlikdən uzaq olduğuna aşkar bir dəlildir. Allah rəsulunun (s) ailəsi sayılan başqa şəxslər bu fəzilətə şərik deyillər. Şiə və sünni rəvayətçilərinin nəql etdikləri hədisdə deyildiyi kimi bu fəzilət yalnız təyin olunmuş şəxslərə məxsusdur. Hətta ənənəyə görə əhli-beyt sayılan şəxslər də bu fəzilətə şərik deyillər. Peyğəmbərin (s) iffətli həyat yoldaşları belə hər iki məzhəbin ( şiə və sünni ) nəql etdikləri hədislərə əsasən bu fəzilətə şərik hesab olunmurlar. Belə rəvayətlərin bəzi nümunələrini aşağadakı bölümdə diqqətinizə çatdırırıq.
Fatimə (s) isməti hər iki məzhəb rəvayətlərində
İmam Baqir (ə) buyurur: “ Allah rəsulu (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) barəsində olan Təthir ayəsi Ümm Sələmənin evində nazil olmuşdur. Bu ayə nazil olan zaman o həzrət Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyni (ə) xeybər əbası altında toplayaraq, belə buyurdu: İlahi, bunlar mənim barələrində vədə verdiyin əhli-beytimdir. Çirkinliyi bunlardan uzaqlaşdıraraq bunları pakla! Bu vaxt Ümm Sələmə dedi: Ey Allahın rəsulu(s) məndə bunlarlayam? Həzrət buyurdu: Səni səadətə çatmağınla müjdələyirəm. Ümm Sələmənin ənənəyə əsasən əhli-beyt sayılmasına baxmayaraq, ayədə adı çəkilən dəstədən hesab olunmur. Bəzi rəvayətlərdə belə nəql olunur: Səni səadətə çatmağınla müjdələyirəm ”.
1 Bu ayə yalnız mənim, qardaşımın, qızımın və Hüseynin (ə) nəslindən olan doqquz övladım barəsində nazil olmuşdur.
Eyni məzmunlu hədis “ Durrul-mənsur ”da nəql olunmuşdur.3 Sünni rəvayətçilərinin nəql etdikləri başqa bir hədisdə Allah rəsulu (s) belə buyurur: “ Ey Fatimə! Allah sənin qəzəblənməyinlə qəzəblənər və sənin razı olmağınla razı olar”.2 Hakim Nişapuri və İbn Həcər Heysəmi bu hədisi nəql etdikdən sonra onun mötəbər olduğunu aşkar şəkildə təsdiq edirlər. Bu hədis yalnız və yalnız Fatimənin (s) məsum olduğu surətdə düzgündür. Çünki Allahın məsum olduğunu nəzərə alsaq, onun öz qəzəb və razılığını qeyri məsumla bir cərgəyə qoymasının əbəs və bihudə olduğunu təsdiq edərik. Allah yalnız məsum şəxsin qəzəblənməyinə qəzəblənər və onun razılığı ilə razı olar. Həm Quran və həm də rəvayətlər Fatimənin (s) məsum və günah və çirkinlikdən uzaq olduğunu təsdiqlədi. İndi isə o həzrətin hamımıza nümunə ola biləcək həyatından bəzi rəftar nümunələrini sizə təqdim edirik. Həzrət Fatimənin (s) sevdikləri İnsan təbiətində olan xüsusiyyətlərdən biri də məhəbbətdir. İnsan həyatdakı bəzi şeylərə məhəbbət bəsləyir. Yaş fərqinə görə insanlar arasında məhəbbət bəslənən şeylərdə müxtəlifdir. Məsələn; uşaq kiçik yaşlarında oyuncağa, bir az böyüdükdən sonra isə kitab-dəftərə daha sonra isə ....... məhəbbət bəsləyir. Bir sözlə məhəbbət bəsləyib nəyəsə əlaqəli olmaq insan təbiətinin ayrılmaz bir hissəsidir. Həzrət Fatimə (s) bu işlərdə də bizə nümunədir. Hədislərin birində o həzrətdən belə nəql olunur: Həzrət Fatimə (s) belə buyurdu: “ Sizin dünyanızdan üç şeyi sevirəm:
1. Quran oxumağı;
2. Allah rəsulunun (s) üzünə baxmağı;
3. Allaha xatir fəqirlərə kömək etməyi.
Həzrət Fatimə (s) ilk növbədə başqalarına dua edir
Dua insanın Allahı çağırmasıdır. Dua etmək İslam dininə məxsus olmayaraq, bütün dinlərdə var. Dua edənlərin əksəriyyəti ilk növbədə özləri barəsində dua edirlər. Amma həzrət Fatimənin (s) əxlaqi xüsusiyyətlərindən biri ilk növbədə başqalarına dua etməsi idi. İmam Hüseyn (ə), qardaşı imam Həsəndən (ə) belə nəql edir: Cümə axşamı anam Fatimənin (s) mehrabda ibadət etdiyini gördüm. O, sabaha qədər ruku və səcdə halında qalaraq, möminlərin bir-bir adlarını çəkərək onlar üçün dua edirdi. Amma bir dəfə də olsun özünə dua etmirdi. Anama belə dedim: Anacan! Başqaları üçün dua etdiyin kimi niyə özünə də dua etmədin? Buyurdu: Ey oğlum! Əvvəl qonşu, sonra ev.
4 Allah rəsulunun (s) razılığını dünya zinətindən üstün tutması
Qadınlar özlərini bəzəmək üçün boyunbağı, üzük və s. kimi zinət əşyalarından istifadə edirlər. Bu işin həm şəriət ( yalnız məhrəm olan kişilərin yanında ) və həm də adət-ənənə baxımından heç bir eybi yoxdur. Maddi durumları yaxşı olmayan qadınlar belə bəzək əşyalarından da məhrumdurlar. İslamın ilk çağlarında camaatın çox hissəsinin maddi durumu yaxşı deyildi. Yalnız müharibə qənimətləri olan zaman belə zinət əşyaları əldə edirdilər. Həzrət Əli (ə) müharibələrin birində qənimət olaraq, bir boyunbağı əldə etmiş və həyat yoldaşı Fatiməyə (s) hədiyyə etmişdir. Fatimə (s) bəzi vaxtlar o boyunbağını boynuna asardı. Bir gün Allah rəsulu(s) bu boyunbağını Fatimənin (s) boynunda gördü. Amma Fatimənin(s) boyunbağını boynuna asmasından xoşhal olmadı. Aşağıdakı hədis bu barədədir: İmam Səccaddan (ə) belə nəql olunur: Əsma bint Omeys dedi: Bir gün mən Fatimənin (s) yanında olarkən, Allah rəsulu (s) qızının evinə gəldi. Fatimə(s) Əlinin müharibə qəniməti kimi əldə etdiyi qızıl boyunbağını boynuna asmışdı. Allah rəsulu (s) buyurdu: Ey Fatimə! Gözlə ki, Məhəmmədin (s) qızının zalımlar kimi paltar geyinməsi camaatın dillər əzbəri olmasın. Fatimə (s) boyunbağını boynundan çıxardaraq, satdı. Onun puluna bir qul alıb, azad etdi. Allah rəsulu (s) bu hadisəni eşitcək sevindi.
5 Qadınlar üçün ən yaxşı zinət
Hər bir işdə insanlar müxtəlif nəzər və fikirlərə malikdirlər. Gündəlik işlərimiz barəsində olan nəzərlərimiz belə fərqlidir. Əgər hamıya “ qadın üşün ən yaxşı şey nədir? ” sualı ilə müraciət etsək, sözsüz ki, onlarla nəzəriyyə və fikirlərlə üzləşəcəyik. Sözügedən sual barəsində Fatimənin (s) xüsusi və qadınlarımıza örnək ola biləcək bir nəzəri var. Həzrət Əlidən (ə) belə nəql olunur: Bir gün Allah rəsulu (s) ilə bir məclisdə əyləşmişdik. O həzrət üzünü məclisdəkilərə tutaraq, belə buyurdu: Qadın üçün ən yaxşı zinət nədir? Məclisdə olanların heç biri bu suala cavab verə bilməyərək oranı tərk etdilər. Mən Fatimənin (s) yanına gəlib bu hadisəni onun üçün nəql etdim. Fatimə(s) buyurdu: Mən bu sualın cavabını bilirəm. Qadın üçün ən yaxşı zinət budur ki, heç bir kişi onu və o da heş bir kişini görməsin. ( Həzrət Fatimənin (s) bu sözü deməkdə əsl məqsədi budur ki, heç bir qadın ona məhrəm olmayan kişilərə baxmasın və məhrəm olmayan kişilər onu görməsin deyə örtük bağlasın. ) Mən Allah rəsulunun (s) yanına gəlib sualın cavabını o həzrətə dedim. O, təəccüblə soruşdu: Sən də o məclisdə idin. Amma bir şey demədin. Cavabı haradan öyrənmisən? Dedim: Bu Fatimənin (s) cavabıdır. Həzrət buyurdu: Həqiqətən Fatimə (s) bədənimin bir parçasıdır.6 Əvvəldə qeyd etdiyimiz kimi bu yazıda həzrət Fatimənin (s) məsum olduğunu və bizlərə örnək olmaq üçün səlahiyyətli olduğunu diqqətinizə çatdırdıq. Bunu da qeyd etmək lazımdır ki, Fatimə yalnız qadınlar üçün deyil, bütün insanlar və bəndəçilik yoluna qədəm qoyanlar üçün bir örnəkdir. İlahi, həqiqi Fatimə (s) yolunun davamçısı olmaqda bizə yardım et!
Qeydlər:


  1. “Nurus-səqəleyn”c. 4, səh. 270 2. “ Müstədrək ”, Hakim Nişapuri, c. 3, səh. 154, “ Əlmocəmul-kəbir”, c. 1, səh. 108 3. “Durrul-mənsur”, c. 5, səh. 198 4. “ Biharul-ənvar ”, c. 43, səh. 81 5. “ Əvvəlki ”, c. 43, səh. 81 6. “ Əvvəlki ”, c. 43, səh. 54 7. “ Fatimə (s) həyat nümunəsi ”, Həbibullah Əhmədi 8. “ Həzrət Fatimənin (s) əxlaqı ”, Məhəmmədmehdi Vaiz

Qadın və şeytanın onu aldatması
Qadın və şeytanın onu aldatması Bu məzmunlu hədislər azdır. Bu növ hədislərdə ilk növbədə Həvva şeytanın aldatmasına uyub və günaha mürtəkib olduğu və daha sonra Adəmin ona aldanıb günah etməsi qeyd olunur. Başqa ifadə ilə desək, şeytan müstəqil şəkildə Adəmi günaha sürükləyə bilmədiyindən ilk növbədə Həvvaya vəsvəsə etmiş və onun əli ilə qadağan olunmuş meyvəni Adəmə yedirtmişdir. Burhan təfsirində bu hədis qeyd olunmuşdur. «Allah İblisi Adəmə səcdə etməkdən imtina etdiyinə görə lənətlədikdə Adəm və Həvvaya Cənnətə daxil olmalarını tapşırıq verdi. Onlara belə buyurdu: Ey Adəm sən və sənin yoldaşın bu Cənnətdə yaşayın və onun istənilən yerindən hər nə qədər istəsəniz bəhrələnin. Yalnız bu ağaca yaxınlaşmayın. Bu ağac həmin ağacdır ki, onun meyvəsindən yeyən hər kəs elm oxuyub öyrənmədən bütün elmlərə nail olar. Şeytan aldatmaq məqsədilə ilk növbədə Adəmə yaxınlaşdı. Amma Adəm onun azdırmasına uymadı. İblis Adəmdən məyus olduqda eyni şəkildə Həvvaya yaxınlaşdı, amma onu aldada bildi. Qadın o ağacın meyvəsindən yedi, sonra isə Adəmin yanına gəlib dedi: Bu ağacın bizə halal olmasını bilmirsənmi? Mən onun meyvəsindən yedim və heç kəs mənə maneçilik törətmədi. Bu zaman Adəm aldanıb xətaya düçar oldu və o meyvədən yedi». (Buhrani, «Əl-burhan», cild 1, səh 79-80) Araşdırma və tənqid İlk növbədə bu hədisin sənədi zəifdir. Bu hədis imam Həsən Əskərinin (ə) təfsirindən nəql olunduğuna görə zəif hesab olunur. Çünki bu təfsirin İmama (ə) nisbət verilməyinin düzgün olmasına dair əlimizdə heç bir açıq-aydın dəlil yoxdur. Digər tərəfdən çoxlu sübutlara əsasən, bu hədisin yəhudilərə aid olduğu məlum olur. Çünki bu hədisin məzmunu tam şəkildə Tövrat kitabında Adəm və Həvvanın hekayəsində deyilən ifadə ilə uyğun gəlir, lakin Qurani-Kərimdə deyilən ayələrlə düzgün gəlmir. Quranda deyilən ayələr yuxarıda deyilən hədisin məzmununa – birinci Həvva yedi, sonra isə Adəmi bu işə sürüklədi – dəlalət etməməsindən əlavə onu açıq-aydın şəkildə inkar edir. Qurani-Kərim Adəm və Həvva hekayəsində şeytanın aldatmasından, vəsvəsəsindən bəhs edərkən hər yerdə şəxs əvəzliyini ikilik olaraq qeyd etmişdir. Yəni, onların hər ikisinin eyni ölçüdə təqsirkar olduqlarını bildirir. Biz Adəmə dedik:
وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلا مِنْهَا رَغَدًا حَيْثُ شِئْتُمَا وَلا تَقْرَبَا هَذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الظَّالِمِينَ
«Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin, yoxsa özünüzə zülm edənlərdən olarsınız». («Bəqərə» surəsi, ayə 35) Lakin şeytan onları azdırıb nemətlər içində olduqları yerdən uzaqlaşdırdı. Həmçinin, bu hədis digər hədislərlə də uyğun gəlmir. İmam Sadiqdən (ə) belə nəql olunub: «İblis Adəmin yanına gəlib belə dedi: Əgər siz bu ağacın meyvəsindən yesəniz, iki mələk olub əbədi Cənnətdə qalacaqsınız. Əgər belə etməsəniz, sizi Cənnətdən çıxaracaqlar. O, dediyi sözün doğru olduğuna dair and içdi. Adəm onun dediyi sözü qəbul etdi. Nəticədə hər ikisi bu meyvədən yedilər. (Buhrani, «Əl-burhan», cild 1, səh 80; Huveyzi, cild 1, səh 59-61)
Qadinin en yaxsi xisusiyyetleri
Dəyərli əxlaq ustadı Ustad Hüseyn Məzahirinin nəzərlərinə əsasən
Hədislərin birində oxuyuruq ki, üç xüsusiyyət vardır ki, onların kişilərdə olması yaxşı sayılmaz, ancaq qadınlarda bu xüsusiyyətlər olmalıdır. Biri təkəbbürdür ki, kişilər üçün bu xüsusiyyət çox pis sayılır, ancaq qadınlar üçün yaxşıdır. İkinci xüsusiyyət qorxudur ki, kişilər gərək şücaətli olsunlar, qadınlar üçün isə yaxşı sayılar. Üçüncü isə simiclikdir ki, bu kişilərə yaraşmayan xüsusiyyətdir, ancaq qadının simic olması yaxşıdır.
Gəlin görək bu xüsusiyyətlər qadın üçün niyə yaxşı sayılır?
Bu hədis görəsən onumu deyir ki, qadın başqa qadınlara, həyat yoldaşına təkəbbür etsin, hey mənəm-mənəm desin, ərinə söz qaytarsın?! Təbii ki, yox. Bu saydıqlarımız həmin dediyimiz təkəbbürə aidiyyəti yoxdur.
Qadının qorxaq olması yəni hər hansı bir heyvandan qorxması kimidirmi? Xeyr, bu həmin xüsusiyyətin mənası deyildir. Simic olmalıdır, yəni uşaqlarına o qədər az yemək verməlidir ki, uşaqları aclıqdan əziyyət çəkələr?! Təbii ki, bu da deyil.
İslam deyir ki, sən gərək naməhrəmin qarşısında təkəbbürlü olasan, naməhrəmin qarşısında ciddi olasan. Qurani-Kərim də bu haqda buyurur ki, təqvalı olan qadın, qəlbində xəstəlik olan kimsə tamahlanmasın deyə, gərək yumşaq danışmasın. Hər zaman düzgün danışın. (“Əhzab” surəsi, 32).
Yəni ey xanım, naməhrəm qarşısında təvazökar ol, nazik səslə danışma. Naməhrəm ilə təmasda olan zaman təkəbbürlü ol, yəni ciddi ol, yüngül olma. Həmin nazik səslə danışmağın və yersiz yumşaqlığın sənin ismətini aparacaqdır.
Əgər İslam deyirsə ki, qadın qorxaq olmalıdır, mənası budur ki, yəni qadın ehtiyatla yol getməlidir, qorxa-qorxa yol getməlidir ki, onun səsi naməhrəmə çatmasın. Naməhrəmin qarşısında qorxaq olsun. İffəti üçün qorxmalı. Bunu ona bənzətmək olar ki, bir adamın bahalı bir dürrü, daş-qaşı vardır və həmin adam bilir ki, bu daşın qiyməti milyonlarla ölçülə bilməz, çox qiymətlidir. Ona görə də o, heç vaxt bu daşı cibində gəzdirmir, əgər başqa yerə aparmaq istəsə, onu möhkəm yerə qoyar. Yəni qadının iffəti bu daş-qaşa bənzəyir, o, çox dəyərlidir. O, sənin şəxsiyyətin deməkdir, hər nə qədər iffətin az olsa, şəxsiyyətin də azalar, alçalar və sən şəxsiyyətsiz olarsan. Ona görə də bu bahalı daş-qaşı əldən verməmək üçün qorx, ehtiyatlı ol
Həmçinin simic ol. Yəni iffətində simic ol, yəni ki, Allah eləməmiş, bir dəfə elə bayıra çıxarsan ki, paltarın münasib olmaz, və ya saçların hicabından çıxar və sən ona əhəmiyyət verməzsən və ya naməhrəmlərin nəzərini cəlb edən zinət taxarsan ki, onun səsi və görünüşü naməhrəmləri özünə cəlb edər. İslam deyir ki, bütün bunların hamısı səhv hərəkətdir. Öz iffətində simic ol, yəni həmin daş-qaşına görə simic ol. Yad insana bir təbəssümdə belə simic ol, çünki Allah etməmiş bu təbəssüm sənin iffətinə zərbə vurar və bu zaman abır-həyan aradan gedəcəkdir, ailə düzənin aradan gedəcəkdir və nəhayət bir təbəssüm ilə dünyanı əldən verə bilərsən. Bu zaman təkcə özünü deyil, bütün tayıfanın, nəslinin abrını aradan apara bilərsən. Ona görə çox ehtiyatlı ol.
Böyük ariflərdən biri əxlaq bəhslərinin birində buyurmuşdu ki, insan qırx yaşına çatanda deməli qəbrin başında dayanıbdır və qırx yaş tamam olanda hədislərdə də oxuyuruq ki, mələklərə deyilir ki, onlara qarşı tələbkar olun. Qırx yaşı olmuş qadın və kişi gərək ehtiyat əsası ilə yol getsinlər, yəni hər bir hərəkətlərinə diqqət etsinlər, gərək özlərini qəbrin astanasında hiss etsinlər və əməllərini də buna uyğun etsinlər.
Bu xüsusiyyətlər Fatimeyi-Zəhranın (ə), Xədicənin (ə), Zeynəbin (ə) xüsusiyyətləri olubdur və onlar bu xüsusiyyətlərlə kamala çatıblar, ona görə də kamala çatmaqda bizə yardım edəcək bu xüsusiyyətlərə ciddi fikir verək və onlara əməl etməkdə heç nəyi əsirgəməyək.
İmam Əli (ə): “Hər kim iffətli olsa, günah yükü yüngülləşər və Allahın yanında məqamı yüksələr”.

Allah Təala cəmi möminələri iffət əhlindən qərar versin!

Qadının gözelliyi – hicab
«Mö'min qadinlara de ki, gözlerini haram buyurulmus seylerden çevirsinler (namehreme baxmasinlar), ayib yerlerini (zinadan) qorusunlar, öz özlüyünde görünen (el ve üz) istisna olmaqla, zinetlerini (zinet yerleri boyun, bogaz, qol, ayaq, ve s. namehreme) göstermesinler. Bas örtüklerini yaxalarinin üstüne çeksinler (boyunlari ve sineleri görünmesin). Zinet yerlerini erlerinden, yaxud öz atalarindan, yaxud erlerinin atalarindan, yaxud öz ogullarindan, yaxud erlerinin ogullarindan, yaxud öz qardaslarindan, yaxud qardaslarinin ogullarindan, yaxud bacilarinin ogullarindan, yaxud öz (müselman) qardaslarindan, yaxud sahib olduqlari cariyelerden, yaxud kisiliyi qalmamis xidmetçilerden, yaxud qadinlarin merhem yerlerini hele anlamayan usaqlardan basqasina göstermesinler. Gizletdikleri bezek seylerini (xalxallarini) göstermek üçün ayaqlarini (yere ve bir-birine) vurmasinlar. Ey mö'minler! Yalniz Allaha tövbe edin ki, belke nicat tapasiniz» (Qur'ani Kerim, Nur suresi 31-ci aye). «Ya peygember! Zövcelerine, qizlarina ve mö'minlerin övretlerine de ki, (evden çixdiqda cariyelere oxsamasinlar deye, bedenlerini basdan ayaga gizleden) çarsablarini örtsünler. Bu onlarin taninmasi (cariye deyil, azad qadin olduqlarinin bilinmesi) ve onlara eziyyet verilmemesi üçün daha münasibdir. Allah bagislayan rehm edendir» (ezhab, 59).

Örtünmenin bütün qadinlara ferz (vacib) olmasi haqqinda


Artiq bu ayeler sübut edir ki, islamda olan her bir müselman qadin bu ayelere tabe olub, öz üst geyiminden elave basina hicab örtmelidir. (Hicab örtünmek demekdir) Çünki, Allah teala Peygemberin zövcelerine, qizlarina ve mö'minlerin qadinlarina özlerini yad nezer ve namehremden qorumaq üçün hicab örtmelerini emr edir. Bu emr kafir qadinlara aid deyil. Bizim onlarin islerine qarismaga haqqimiz yoxdur. Hicab (örtünme) bir ibadetdir. Çünki, bunda Allah tealanin emrini yerine yetirmek var. Demeli, örtünme müselman bir qadina namaz, oruc kimi vacib emeldir. Demek, her hansi bir müselman qadin Allah tealanin emrini yerine yetirmirse, artiq o qadin mürted olur, ye'ni dinden çixmis sayilir. Lakin bir müselman qadin bunlari inkar etmir, lakin pozgun cemiyyetlere qosulub onlarin yolu ile gedirse bu qadin mürted deyil. Allaha qarsi asilik etmis olur ki, bu hereketi ile de Qur'ani Kerimin ayelerine qarsi müxalifet etmis olur. Bu cür qadinlar üçün Allah teala Ezhab suresinin 33-cü ayesinde bele deyir: «Evlerinizde qerar tutun. Iakin cahiliyyet dövründeki kimi açiq-saçiq olmayin (Ber-bezeyinizi taxaraq evden çixib özünüzü, gözelliyinizi, yad kisilere göstermeyin). Namaz qilin, zekat verin, Allaha ve Resuluna itaet edin». Müselman olmayan qadinin cemiyyeti pozacaq sekilde ortaliqda gezmesi de düzgün deyil. Çünki, ele ictimai edebler var ki, bunlara müvafiq emel etmek her bir insan üçün vacibdir. Cemiyyeti bu cür edebsizliklerden qorumaq hem müselmanlarin, hem de qeyri-müselmanlarin borcudur. Bu cür ictimai edebler Islamin seriet siyasetidir ki, bunlari her bir müselman ölkesinde tetbiq etmeklazimdir. Müselmanlarin daha basqa bir borcu da 10 yasina giren qiz usaqlarinin baslarini örtmeye alisdirmaqdir. Bu da terbiye baximindan gereklidir. Çünki, namazda da beledir. Emr bin Sueyb (r.a.) Resulullahdan (s.e.s) bele revayet etmisdir: «Artiq her valideyne vacib oldu ki, oglan ve qiz usaqlarini 7 yasinda namazi öyretsinler. 10 yasa çatdiqda ise eger itaet etmezlerse onlari buna mecbur etsinler». (Buxari, imam Ehmed, ebu Davud. Hedis sehihdir)

Örtülmenin sekli

Allah teala mö'min qadinlara izzet ve sereflerini qorumaq üçün yad kisilerin qarsisina çixdiqda uzun bir örtük ile paltarlarinin üstünden örtülmelerini emr etmisdir. Bu örtülme barede alimler bir neçe fikir söylemisler.

1. Teberi ibn Sirinden bele revayet edir. Abidee-s-Selmaniyeden (Allah ondan razi olsun) bu aye baresinde sorusanda, o, böyük bir çadra götürerek onunla bütün vücudunu örtdü. Basini da qaslarina qeder örtdü. Üzünü de örtdü, yalniz sol gözünü açiq qoydu. Belece ayeni tefsir etdi. (Teberi).

2. Teberi ve ebu Heyyam ibn Abbasdan (Allah ondan razi olsun) bele revayet edirler: «Qadin çadrasini alninin üzerine endirer ve oradan sixar, altdan da burnunun üzerine qeder örter. Yalniz gözleri çölde qalar. Üzünün qalan hissesi ile sinesini tamamen örtmelidir». (ebu Heyyam 7-ci cild, seh. 250).


Yüklə 226,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə