Islamda qadinla kishinin ferqi



Yüklə 226,52 Kb.
səhifə3/5
tarix08.01.2018
ölçüsü226,52 Kb.
#19993
1   2   3   4   5

3. Üzünü örtmek barede Suyutiden bele revayet edilir: «Sol gözden basqa bütün üz örtülmelidir». Ebu Heyyan bele deyir: «Ispaniyada da adet Suyutinin revayet etdiyi kimi idi. Qadin bütün üzünü örtür, yalniz tek gözü bayirda qalirdi. (Ebu Heyyan, 3-cü cild, seh 372).

4. Abdurrezzaq ve bir camaatin revayetine göre Peygemberimizin (s.e.s) zövcesi ve mö'minlerin anasi Ümmu Seleme (Allah ondan razi olsun) bele demisdir: «Bu ayenin enisinden sonra Medine qadinlari qara çadralara büründüler, sanki haminin basina qarga qonmusdu» (Cessas, 3-cü cild, seh. 372).

Ser'i örtülmenin sertleri


Ser'i örtülmenin zeruri sertleri vardir ki, bunlari bele siralamaq olar:

1. Örtük bütün vücudu örtmelidir. Çünki, Allah teala ayede qadinlara: «Cilbablarini geyinsinler» buyurmusdur. Cilbab bütün bedeni örten geyim demekdir. Ayedeki «Yudnina» kelmesi «idna» kökünden gelen bir fe'ldir. Idna örtüyü asagiya buraxmagi, ye'ni bütün bedeni örtmeyi gösterir. Celebib deyende bunun tek çadra yox, ye'ni bas, üz lazimi qaydada baglanandan sonra, bedenin cizgilerini belli etdirmeyen palto, manto, plas ve s. bu kimi geyimler basa düsülür.

2. Örtük, altdaki geyimi gösterecek qeder nazik olmamalidir. Çünki, hicab örtmekde meqsed bedeni gizletmekdir. Nazik örtük ise altdaki paltar ve beden cizgilerini gizlede bilmez. Baxislara da mane ola bilmez. Bir defe Ebu Bekrin (r.a.) qizi Esma (r.a.) ince bir paltarda Resulullahin (s.e.s) qarsisindan keçdikde Resulullah (s.e.s) ondan üzünü çevirmisdir». (Bu hedisi ebu Davud «Libas», Tirmizi «Fiten» (seh. 24) kitablarinda qeyd edibler).

3. Örtüyün özü bir zinet esyasi ve rengli qumaslardan olmamalidir. Çünki, Allah teala deyir: «Zinet yerlerini göstermesinler». Demeli, eger qadin ber-bezekli ve rengli örtük örtürse bu da yadlarin nezerini celb edirse, buna hicab demek olmaz ve bu örtük ile örtülmeye icaze verilmir. Çünki, örtülmekde meqsed zinet yerlerinin basqalari terefinden görünmesinin qarsisini almaqdir.

4. Örtük vücud xetlerini belli edecek ve fitneye sebeb olacaq qeder dar olmamalidir. Çünki, Resulullah (s.e.s) «Görmediyim iki sinif insan vardir ki, onlar cehennemin ehlidirler. Ineklerin quyruguna oxsayan deyenekle insanlari döyenler ve geyinmis lakin çilpaq görünen, pisliye meyl eden ve meyl etdiren, baslari xorasan devesinin eyri güveclerine benzeyen qadinlardir. Bu sinif insanlar Cennete girmeyecek, heç qoxusunu da duymayacaqlar». Basqa bir hedisde revayet olunur ki, «Cennetin iyi bes yüz illik mesafeden geldiyine baxmayaraq, bu insanlar onu duymaz». (Müslim, «Cennet van-Ner» 2-ci cild, seh. 128). Bu hedisi-serif Resulullaha (s.e.s) Allah teala terefinden gösterdiyi bir möcüzedir. Çünki, özünden 1400 il sonra gelen bir seyi açiqlayib basa salmisdir.

5. Örtükden gözel qoxu gelmemelidir. Çünki, gözel qoxu kisileri cezb edir ve onlarda sehvet hissi oyadir. Resulullah (s.e.s) «Harama baxan göz ve gözel etir vurub kisilerin arasina çixan qadin zina etmisdir» demisdir. Diger bir revayetde: «Bir qadin gözel qoxu sürtüb kisilerin arasindan keçer ve kisiler bu qoxunu duyarlarsa, o qadin zina etmis sayilir» (ebu Davud, Tirmizi-edeb, Ehmed ibn Henbel, Müsned 400-4). Musa bin Yesardan bele revayet edilmisdir: «Gözel etir sürtmüs bir qadin keçirdi. Ebu Hureyre (r.a.) ona: «Ey Cabbarin anasi hara gedirsen» — deye sorusdu. Qadin: «Mescide» cavabini verdi. O zaman ebu Hureyre (r.a.): «Evine dön. Qoxu gedene qeder yuyun». Çünki, men Resulullahdan (s.e.s): «Allah teala, sürtdüyü qoxunu etrafa yayaraq, mescide geden bir qadinin namazini, eve dönüb yumayana qeder qebul etmez» dediyini esitdim. (Tercib veTerhib, 3-cü cild, seh. 85).

6. Qadin ne kisi paltari geymemelidir, ne de geydiyi paltar kisi paltarina benzemelidir. Çünki ebu Hureyre (r.a.) «Resulullah (s.e.s) kisi paltari geyen qadini le'netlemisdir» — buyurmusdur. (ebu Davud, Libas 4098) Diger bir hedisde ise Resulullah (s.e.v) «Allah özlerini qadinlara benzeden kisiler ve özlerini kisilere benzeden qadinlara le'net etmisdir» deye buyurmusdur. Bütün gösterdiyimiz aye ve hedisler gösterir ki, qadinin örtünmesi vacibdir. Bu örtünme bütün sübheli yollari kesir. Qadin ve kisilerin qelbine seytanin vesvese vermesine imkan vermir. Qadinlarin namus ve izzetlerinin qorunmasini temin edir. Eyni zamanda onlara eziyyet edilmesine de mane olur. Qadin ve kisiler Allah tealanin dininden, Resulullahin (s.e.s) yolundan uzaqlasdiqca, insanlara belalar gelir. Cemiyyetde pozgunluq yaranir. Kisiler evlenmir, qadinlar ere getmir. Evlenenler de, az müddet yasayib ayrilirlar. Çünki, onlarin dünyaya mehebbetleri, axiret-cennet mehebbetinden daha güclüdür. Bu cür qadinlar dünyanin keçici ber-bezeyini, naz-ne'metini, axiretin ebedi heyatindan üstün tuturlar. Heqiqeten de, eger qadin eri üçün yox, yadlar üçün bezenib-düzenirse, o qadin kime lazimdir. Mö'min qadin ise ancaq eri üçün bezener. Bu barede gözel hedis var. «Dünya keçici ne'metlerle doludur. En gözel ne'meti saleh qadindir. Ona baxanda seni ferehlendirir. Emr edende yerine yetirir. Evde olmayanda namus, izzet ve malini qoruyur» (Sehih bir senedle revayet olunub).

Son söz evezi

Bir et parçasi asib, onu örtmeyende ona çoxlu milçek qonub, onu bulasdirib murdar edir. Qadin da açiq gezib bedenini yadlara gösterende, yad nezerler o qadina sehvet hissi ile baxib, ondan hezz alanda, bu baxislar da o qadini hemen et parçasi kimi çirklendirib murdarlayir. Murdar et parçasini heç kes almaz, deyilmi? Bu cür qadinlarla da heç kes evlenmez. Bu cür qadinlar cemiyyet üçün de qorxuludur. Çünki, bu qadinlarin beyninde ancaq bezenib-düzenmek, özünü kimese göstermek fikri oldugu üçün, onlar ne erlerini, ne de övladlarini fikirlesirler. Ondan törenen usaqlar da nezaretsiz qalib, avara adamlara qosulub, içki içib, narkomanliq edib cemiyyetimizi murdarlayirlar. Cemiyyetimiz de bax belece pozulur. Unutmayin «Qadin incidir. Inci sedef içinde olar. Qadinin sedefi ise onun örtüyüdür». Alah milletimize elm ve hidayet nesib etsin ki, memleketimizin bezi qadinlari çilpaqlasib hem özlerini, hem de diger imandan zeifleri arxalarica Cehenneme apara bilmesinlar.

Kamil orpek

*Baş, sachların gorunmediyi şekilde sade, sıxma-boğmaya salmadan ve munasib baş ortuyu ile, (yadları yamsılayan şekilde deyil!) muselman qadına yaraşan şekilde, boyunu ve qulaqları ortecek hedde ortulmelidir.

*Bedeni orten orpek bedenin chıxıntıları sezilmeyeceyi qeder gen olmalıdır.

*Eyni zamanda libasın rengine, tikiliş formasına, bichimi ve debine diqqet edilsin ki, namehremi celb etmesin.

*Bedene geyilen paltar dar olmamasından elave, chox nazik de olmamalıdır.

*Hemchinin geyim "barmaqla gosterilen"-"meşhur geyimler" qisminden olmamalıdır

*Hemchinin, boyalanıb chole chıxmaq da orpeksizliyin başqa bir novunden hesab olunur.

Eziz bacı, Allahın sozunu ezizle ki, senin ozunu dunya ve axiretde ezizlesin.

Onun itaeti yolunda hech bir danlaq ve tenqidden chekinme, sebir ve mucahide et.

Son aqibet ve xeyirli sonluq teqvalılarladır.

Chashmayin


Bezen gorursen ki, bezi xanımlar ortunmuşler, amma ayaqları achıqdır.

Bu mesele bezen momine xanımları chaşdırır.

Eziz bacılar, qadına namazda ayağı topuğa qeder achıq saxlmağa icaze verilse de, ona ictimaiyyete, namehrem muqabiline bele şekilde chıxmağa icaze verilmir.

Yekun orpek sadece zahiri ortunmek deyil.

Evde qalacagam?
Bezen valideynler, yaxud orpek bağlamaq ezminde olan bacılarımızı ere getmek problemi narahat edir.

Goresen orpek "evde qalmaq" sebebidirmi?.

Goresen orpekden qachanların hamısı vaxtında evlene bilirmi yaxud Allahın qanunundan ere getmek behanesile qachanlar xoşbext aile sahibi olurlarmı?! Bu, heqiqeten de imanın zeifliyinden başqa bir şey deyil.

Butun alemin Allahın irade ve idaresi altında olduğuna inanan muselman nece ola biler ki, Allahın nedese -Allaha penah- aciz olduğunu qebul edir?!

Bilirik ki, butun qelbler, hemchinin qelblerde her-hansı bir deyişiklik yaratmaq yalnız Allahın elindedir.

Ne chox olur ki, bir choxları ozlerini elden salaraq muxtelif hiylelerle camaata xoş gorunmek, qelblerde meqam, hormet qazanmaq istedikleri halda, bunun tam eksi ile qarşılaşırlar.

Yaxud buna nail olsalar da, muveqqeti, kechici olur, esl neticeye yetişmirler.

Buna sebeb İlahi iradenin nufuzudur.

Eziz bacılara meslehet gorerdik ki, dahi exlaq ve irfan muellimi Seyid Ruhullah Musevinin "40 hedisin şerhi" kitabından "Riya" bolmesini diqqetle oxusunlar.

Evde olarken


Qadın oz evinde, heyat yoldaşının, qardaşının, emi-dayının, bir sozle mehremlerinin yanında olarken tam serbestdir.

Bu zaman orpek gerek deyil.

Oz erinin yanın da ise tam serbestdir.

Bu zaman istediyi şekilde geyinmek, bezenmek, deyib-gulmekde azaddır.

Allah qadını gozel, cazibedar yaratmışdır.

Bu olmasaydı, yer uzunden insan nesli kesilerdi.

Bu gozellik ve cazibedarlıq Allahın beyendiyi şekilde ve Onun emr etdiyi yol ile meqsedine chatmalıdır.

Bax orpek, bunun en munasib teminatchısıdır.


Nece ortunek?
El ve uzden başqa bedenin her bir yeri ortulmelidir.

Ozu de bu zaman sadece ortunmek şert deyil.

Bele ki, qeyd etdiyimiz uzvler ele şekilde ortulmelidir ki, bedenin qabarıq hisseleri nezere charpmasın.

Bu barede de alimlerimiz yekdil fikirdedir. Maraqlanan tedqiq ede biler.

Once dedik ki, orpeyın en muhum hikmetlerinden biri qadının ozunu namehremden qorumasıdır.

Buna esasen, orpeklı ve imanlı qadın namehrem muqabilinde ele davranmalı, danışmalı, baxmalı, gulmeli, yerimeli, geyinmelidir ki, namehremin diqqetini ozunden yayındırsın.

Bu chox muhum meseledir.

Teessuf ki, son zamanlar beden ezalarını sezdiren ve rengareng hicab-orpek geyimleri deb şeklini alıb.

Goresen islami orpek, kamil ornek olan Fatimeyi-Zehra geyimi budurmu?!

Goresen bizim imanlı bacılarımız ozlerine o xanımı ornek almışlarmı? Olmasın ki, diqqetsizlik ucbatından zehmetlerimiz semeresiz qalsın.

Bezilerinin "İslam dini mutereqqi, sivil dindir" "indi hansı zamandır", "dunyayla ayaqlaşmalıyıq", "her zamanın oz hokmu var" kimi hay-kuylu şuarları momine bacılarımızı chaşdırır.

Guman olunmasın ki, dindar bir qadın digerlerinden sadece namaz, oruc ve zahiri geyimlerile ferqlenir, qalan meselelerde ise, cemiyyete qarışmaq lazımdır.

Xeyr, dindar oz heyatının butun sahelerinde, gundelik fealiyyetlerinde Allahın razılığını gudmeli, Onun qanunu yerine yetirmeli, itaetinde durmalıdır. Onun cemiyyetdeki davranış ve reftarları da ele Rebbinin gosterişleri esasındadır.

Buna zamanların deyişmesi, cemiyyetin her-hansı bir istiqamete yonelmesi tesir ede bilmez.

İslam dini Allahın qoyduğu qanunlar cherchivesinde hem azadlıq himayedarı, hem de sivil dunyanın teminatchısıdır, saxta, vehşi azadlığın, dunyaperestlik, şehvetperestliyin deyil!

Kişi və qadın ünsiyyəti İslam baxımından


Ümumiyyətlə, kişi və qadın ünsiyyəti barədə üç müxtəlif baxış mövcuddur:

1) İfratçı baxış:

Bu ifratçı baxışda qız və oğlan, yaxud qadın və kişi arasında hər növ ünsiyyətin yaranması tamamilə qadağandır. Yalnız çarəsiz və zəruri hallarda, o da müxtəsər bir şəkildə, ünsiyyət yaratmağa icazə verilir.

Bu baxışa əsasən, qadınla kişinin və ya qızla oğlanın ünsiyyəti, odla pambığın ünsiyyətinə bənzəyir və ağlın hökmünə görə, onlar mümkün qədər bir-birindən ayrı saxlanılmalıdır. Çünki bu iki əks cins arasında yaranan hər növ ünsiyyət, qığılcım törədib, şöləsaçan bir alova bais ola bilər.

Bundan əlavə inkarolunmaz bir həqiqətdir ki, naməhrəmin səsini eşitmək və onunla söhbət etmək insanın ruhunda bir sıra mənfi təsirlər qoyur.

Bu baxışın tərəfdarları öz nəzərlərinin doğruluğunu sübuta yetirmək üçün bir sıra hədisləri məqsədlərinə uyğun tərzdə izah və şərh ediblər. Məsələn, Həzrət Fatimədən (ə.s) bu hədisi nəql ediblər: «Qadın üçün ən yaxşısı budur ki, o, heç bir kişini görməsin və heç bir kişi də onu görməsin» (Hürr Amuli, «Vəsailuş-şiə», 14-cü cild, «Əbvabun müqəddəmatin-nikah» fəsli, 129-cü bölüm).

Bu baxışda aşağıdakı səhv cəhətlər mövcuddur:

a) Əksər şəriət alimlərinin nəzərincə, İslam şəriətinin təyin etdiyi çərçivə daxilində qadınla kişinin ünsiyyəti, məsələn, salamlaşıb, hal-əhval tutmaq, qadağan deyildir. Qadın və kişi aşağıdakı şərtlərlə bir-birinin səsini də eşidə bilər.

Birincisi: qadın, səsini incələşdirib, gözəlləşdirməməli adi bir tərzdə söhbət etməlidir.

İkincisi: qadınla kişi bir-birindən ləzzət almaq məqsədilə söhbət etməməlidirlər.

Şəhid Mütəhhərinin nəzərincə, dini qaynaqlardakı zahirən qadının cəmiyyətdən təcrid olunmasını yetirən hədislər bir növ əxlaqi tövsiyələrdir. O öz fikrini belə izah edir: «Bu hədislərdə bildirilir ki, qadınlar və kişilər qarşılıqlı münasibətlərində mövcud olan bir sıra xətərlərdən agah olmalıdır».

Daha sonra Şəhid Mütəhhəri deyir: «Burada belə bir sual ortaya çıxır ki, bəs nə üçün şəriət alimləri kişi və qadın ünsiyyətini yasaq edən mövcud hədislərə əsaslanıb, bu barədə fətva (qəti qərar) verməyiblər? Cavabı budur: çünki Quran ayələri, yüzlərcə hədislər və hətta, məsumların həyat tərzi, bu ifratçı baxışı təsdiq etmir. Başqa sözlə desək, bu məzmunlu hədislər, əxlaqi tövsiyələr kimi qəbul olunur və şəriət hökmü verməyə əsas götürülmür» (Şəhid Mütəhhəri, «Hicab məsələsi», 548-ci səh, «Sədra» nəşriyyatı, Qum şəhəri, 1379-cu hicri-şəmsi ili).

Bu məzmunlu hədislərin düzgün izahı, kişi və qadın arasında sağlam ünsiyyəti yasaq etmir, əksinə onun yaranmasını təmin edir.

b) Əlbəttə, qız və oğlan, qadın və kişi arasında qeyri-sağlam münasibətlərdən yarana bilən fəsadları heç kim inkar etmir. Lakin bu o demək deyildir ki, bu iki əks cins arasında hər növ sağlam ünsiyyət qadağandır. Hətta, bəzi hallarda sağlam ünsiyyət sayəsində əldə olunan ümumi xeyiri də nəzərə almaq lazımdır.

2) Təfritçi baxış:

Bu təfritçi baxışa əsasən, qadınlarla kişilərin ünsiyyətini məhdudlaşdırmaq və qadağalar qoymaq, onları bir-birinə daha da həssas və meyilli edir.

«Əl-insanu hərisun əla ma mənəə». Yəni, insan qadağa qoyulan şeyə qarşı daha da həris olur. Buna görə də yaxşı olar ki, qadınların bir-birilə ünsiyyəti azad olduğu kimi, kişi və qadın ünsiyyəti də azad olsun və onlara heç bir qadağa qoyulmasın.

Bundan əlavə, müasir dünyada insan cəmiyyətlərinə hakim olan vəziyyət, kişi-qadın ünsiyyətini məhdudlaşdırmağı qeyri-mümkün edib. Müasir dövr, müxtəlif mədəniyyətlər, dinlər və məzhəblər arasında əlaqələrin genişlənməsi dövrü olduğundan, bu dövrdə insan ünsiyyət, cinsiyyət, irq, rəng, din və məzhəb hüdudlarından azad olmalıdır.

Bu baxışın isə yanlış cəhətləri aşağıdakılardır:

a) Əvvəla, bu baxış, bir çox Quran ayələri, hədislər və şəriət alimlərinin fətvaları ilə uyğun gəlmir.

İffəti qorumaq, o cümlədən qadının naməhrəm kişi ilə xəlvət bir yerdə tək qalmaması, evdən xaricdə bəzənib, özünü nümayiş etdirməməsi və s. barədə bir çox Quran ayələri və hədislər mövcuddur. Deməli, İslam baxımından qadın və kişi ünsiyyətində məhdudiyyətlər mövcuddur.

İslam dini subay qız və oğlanlara evlənməyi təkidlə tövsiyə edir və evliliyi, dini qorumaq üçün lazım olan amillərdən biri olaraq tanıtdırır. Bu onu bildirir ki, subay qız və oğlan ciddi təhlükələr ilə üzbəüzdürlər.

Doğrudur ki, İslam dinində qadın və kişiyə müəyyən çərçivə daxilndə ünsiyyət yaratmağa icazə verilir, lakin sərbəstliyə əsla yol verilmir. Hədislərin birində nəql olunur ki, Allahın Rəsulu (s.ə.v) «Peyğəmbər məscidin»də qadınların giriş-çıxış qapısını ayırdı və buyurdu:

«Yaxşı olar ki, bu qapını qadınlara məxsus təyin edək» (Sicistani, «Əbu Davudun Sünəni», 1-ci cild, 19-cu səh).

Həmçinin, Həzrət Peyğəmbər (s.ə.v), qadınlarla kişilər arasında qarışıqlıq yaranmasın deyə, göstəriş verdi ki, kişilər yolun ortası ilə, qadınlar isə yolun kənarı ilə hərəkət etsinlər (Kuleyni, «Usuli-Kafi», 5-ci cild, 51-ci səh).

b) Bu baxışda bildirilir ki, kişi və qadın ünsiyyətinə müəyyən qadağalar qoymaq, onlarda qarşılıqlı marağın daha da artmasına səbəb olduğundan, cinsi ehtirasları cilovlamaq və intim maraqları azaltmaq üçün kişi və qadın ünsiyyəti azad buraxılmalıdır.


Lakin bu iddia, nə əldə olunan təcrübə və həqiqətlərlə, nə də insan psixologiyası ilə uyğun gəlmir. Görəsən, qərb dünyasında qadın və kişi ünsiyyətinə azadlıq verildikdən sonra orada cinsi təcavüzlər, qeyri-qanuni cinsi əlaqələr və əxlaqsızlıqlar azaldı?! Yoxsa əxlaqa zidd şəkillər və kinolentlər rövnəqdən düşdü?! Yoxsa uşaqsalma və ya qeyri-qanuni yolla dünyaya gələn uşaqların sayı azaldı? Sizcə bu azadlıqdan sonra orada qeyri-qanuni cinsi əlaqələr və həmcinsbazlıqlar artmadımı?

Şəhid Mütəhhəri bu barədə deyir: «Fedrid və onun kimi düşünənlərin səhvi bundadır ki, onların nəzərincə, intim hissləri və cinsi ehtirasları cilovlamağın tək yolu, onları qane etməkdir... Onlar mövzuya birtərəfli yanaşıblar və diqqət yetirməyiblər ki, məhdudluq və qadağa, cinsi ehtirası çılğın və həris etdiyi kimi, onu azad buraxmaq, onun istəklərinə tabe olmaq və bu hissləri oyadan amilləri icad etmək də bu hisslərin həddinin aşmasına səbəb olur. Bizim nəzərimizcə cinsi ehtirası ram etmək üçün iki amilə ehtiyac var: onlardan biri, bu hissləri özünün təbii həddində qane etmək, digəri isə onu təhrikedici amillərdən qorumaqdır. Şübhəsiz ki, insanın bir sıra təbii ehtiyacları vardır və bunlar özünün təbii həddində təmin olunmalıdır. Əks təqdirdə onu bir neft quyusuna bənzətmək olar. Yəni, yeraltı qazlar bir yerə cəm olub, sıxılaraq partlayışa səbəb olduğu kimi, insanın da təbii ehtiyacları təmin olunmadığı vaxt təhlükələr yarada bilər».

«Əl-insanu hərisun əla ma mənəə» (yəni, insan, qadağa qoyulanlara qarşı həris olur) ifadəsi barədə qeyd etmək lazımdır ki, insan həm qadağa qoyulanlara qarşı, həm də təhrik olunanlara qarşı həris olur. Başqa sözlə desək, insanda müəyyən bir istəyi oyatdıqdan sonra bu istəyə yetişməyi ona qadağan etmək, sizcə nə deməkdir?... (Şəhid Mütəhhəri, «Hicab məsələsi», səh.260-261)

q) «Bizim dövrümüz, beynəlxalq əlaqələrin genişləndiyi bir dövrdür və hal-hazırki dövrdə qadın-kişi münasibətləri və s. bu kimi məsələlər artıq öz həllini tapıb» - deyənlər isə insanları çaşdırırlar. Çünki, birincisi:

Beynəlxalq əlaqələrin genişlənməsi ilə şəriət hökmlərinin aradan qalxması arasında heç bir tənasüb yoxdur. Görəsən, müasirlik bəhanəsi ilə bəşəri və əxlaqi dəyərləri, ədəb-ərkan qaydalarını tapdalamaq olarmı? Yaxud beynəlxalq əlaqələrin genişlənməsi və sərhədlərin açılmasını bəhanə edərək, evin içində baş verənləri hamıya nümayiş etdirmək olarmı? Bu əsasla pəncərənin pərdələrini və ya otaqların divarlarını qaldırmaq olarmı?

İkincisi, kim iddia edə bilər ki, bu kimi məsələlər hal-hazırkı dövrdə öz həllini tapmışdır? Sizcə, bu qədər əxlaq pozuntuları, qeyri-qanuni cinsi əlaqələr və zorakılıqlar, əxlaqa zidd məzmunlu jurnallar, əxlaqsızlığı kütləvi şəkildə yayan bəzi televizor verilişləri və internet səhifələri və s. zəmanəmizin əxlaqsızlıq bataqlığında çapaladığını nümayiş etdirmirmi?

3) Mötədil baxış:

Mötədil olmaq, yəni hər növ ifrat və təfritdən uzaq olmaq deməkdir. Yəni, qadın və kişi ünsiyyəti elə bir tərzdə bəyan edilməməlidir ki, camaatın nəzərində onlara riayət etmək qeyri-mümkün olsun və bu səbəbdən də məsələyə laqeyd yanaşsınlar.

Bu mövzuda əsas meyar və ölçü, şəriətdir və yalnız bu çərçivə daxilində düzgün və sağlam münasibətləri qurmaq mümkündür.

Qurani-Kərimdə, qadın-kişi münasibətləri barədə bəhs olunduğu vaxt, əksər hallarda «məruf» (bəyənilən) sözü işlənilib. Ümumiyyətlə, «məruf» sözü Quranda 38 dəfə işlənilib və bunun 19-u yalnız qadın-kişi münasibətlərinə aiddir. Deməli, qadın-kişi münasibətlərində əsas şərt «məruf» olmaqdır. Bu söz, əqlin hidayəti, şəritətin hökmü, əxlaqi məziyyətlər, bəşəri dəyərlər və ədəb-ərkan qaydaları kimi mənaları özündə cəmləşdirir. İslam şəriəti də pak insan fitrətinə və xilqətinə əsaslandığı üçün «məruf» deyildiyi vaxt, insanların müsbət dəyərləndirdikləri əməllər nəzərdə tutulur. Əlbəttə ki, «insanlar» - dedikdə də, pak fitrətindən və vicdanının səsindən uzaq düşməyən insanlar nəzərdə tutulur.

Verilən bu şərhə əsasən qadın və kişi münasibətlərində əsas meyar, əqlin, şəriətin və fitrətin hidayətinə tabe olan insanların baxışıdır.

Beləliklə, bəzən müəyyən bir şəraitdə, müəyyən bir əməl bəyənilir, lakin başqa bir şəraitdə həmin əməl bəyənilmir. Yaxud bir məkanda bəyənilir, lakin başqa bir məkanda bəyənilmir. Məsələn, qadınla kişinin və ya qızla oğlanın elmi-dini, ictimai, siyasi mövzular ətrafında, hətta ailə qurmaq və gələcək həyatları barədə qərar tutmaq üçün söhbət etmələrinin şəriət baxımından heç bir maneəsi yoxdur. Lakin ləzzət və zövq almaq məqsədilə söhbət etmək, ehtiraslı və mənalı baxışlarla baxmaq, naməhrəm qarşısında şəriət və əxlaq normalarına uyğun olmayan geyimlər geyinmək, mənasız söhbət edib, gülmək və s. bu kimi rəftarlar təbii ki, həm şəriət baxımından, həm də camaat tərəfindən bəyənilmir.

İstər qadın, istərsə də kişinin bədən biçimini nümayiş etdirən və onu daha da cazibədar göstərən dar geyimləri geyinməsi, şəriət baxımından düzgün hesab olunmur, eləcə də camaat tərəfindən bəyənilmir. Bəzən elə olur ki, bir qızla oğlan elmi, mədəni, siyasi, hətta dini mövzular ətrafında söhbət edirlər, lakin danışıq və hərəkətlərində şəri ölçülərə və qaydalara riayət etmirlər. Deməli, bu ünsiyyət də həm şəriət baxımından, həm də camaatın nəzərində düzgün hesab olunmur.

Xülasə, İslam baxımından qadın və kişi ünsiyyəti əsasən və öz-özlüyündə qadağan deyildir. Cəmiyyətin yarısını qadın cinsi və yarısını kişi cinsi təşkil etdiyi üçün bu iki əks cins arasında müəyyən əlaqələrin yaranması təbii haldır. Başqa sözlə desək, cəmiyyət, qadınlar və kişilərdən təşkil olunur. Onu kişi və qadın cəmiyyətlərinə bölmək qeyri-mümkündür. Beləliklə, cəmiyyətə qədəm qoyan qadın və kişi bir-birinin şəxsiyyətinə hörmətlə yanaşmalıdırlar. Yəni, kişi ətrafındakı qadınlara ismət və iffət rəmzi kimi baxmalıdır. Qadın da öz növbəsində rəftarlarına diqqət yetirməli, qadınlıq hörmətini və dəyərini gözləməlidir. Qadın, yalnız bu yolla, kişinin gözündə ucala bilər.

Qadın nə qədər mətanətli, vüqarlı, iffətli olsa və özünü yad kişilərə nümayiş etdirməkdən çəkinsə, onun hörməti bir o qədər də yüksələr.

İslam şəriətində, naməhrəm qadın və kişinin bir-birindən cinsi ləzzət almasına, əsla yol verilmir. Çünki intim maraqları ailə çərçivəsindən xaric etmək, ictimai fəaliyyətlərin zəifləməsinə səbəb olur və cavanlar arasında qanuni nigahın azalmasına birbaşa təsir qoyur.

Təbii ki, intim maraqlar azad buraxılsa, evlilik və nikah, azad və hədsiz cinsi ləzzətlərin qarşısında maneəçilik törədəcəkdir. Bu halda isə ailə həyatı və evlilik, ağır bir məsuliyyət və məhdudluq kimi anlaşılacaq.

Cinsi ləzzətlərdən bəhrələnməyi yalnız ailə çərçivəsində qanuni hesab edən cəmiyyətlə, bu marağın azad buraxıldığı bir cəmiyyəti müqayisə etdikdə görürük ki, nikah, birinci növ cəmiyyətdə intizar və məhrumluğun sonu, ikinci növ cəmiyyətdə isə məhrumluq və məhdudluğun başlanğıcı hesab olunur. Çünki nikah, cavan qız və oğlanların azadlığına son qoyur və onları bir-birinə vəfalı olmağa məcbur edir.

Qadın və kişi ünsiyyətinin şəri hökmləri

Burada qadın və kişi ünsiyyəti mövzusuna daxil olan mühavirə, geyim, baxmaq və toxunmaq kimi bir sıra məsələlərin şəri hökmlərini izah etməyi lazımlı bilirik.

1) Mühavirə və danışıq

Aydındır ki, iki nəfər arasında ünsiyyət ilk növbədə söhbət etmək və danışmaqla yaranır.

Şəriət baxımından naməhrəm qadınla kişinin danışmağı, əsasən qadağan deyil. Onlar istər gündəlik və ümumi məsələlər barəsində, istərsə də elmi, siyasi, dini və s. bu kimi məsələlər barəsində söhbət edə bilərlər. İmam Xomeyni (r.ə) buyurur:

«Ehtiyat vacib budur ki, əgər zövq almaq məqsədi olmasa, naməhrəm kişi qadını dinləyə bilər. Bəzi alimlər kişiyə naməhrəm qadını dinləməyi, eləcə də naməhrəm kişilərin eşidə biləcəyi tərzdə, qadının uca səslə danışmağını haram hesab edirlər. Lakin bu, zəif nəzərdir.

Sözsüz ki, ehtirası oyadan tərzdə naməhrəm kişilərlə söhbət etmək qadına haramdır. Yəni qadın, xəstə qəlbləri tamaha salan bir tərzdə səsini incələşdirib, gözəlləşdirməməlidir».

«Urvətul-Vusqa» kitabının müəllifi də İmam Xomeyninin nəzərinə uyğun şəkildə fətva vermişdir (Yəzdi, «Bita», 2-ci cild, 39-cu məsələ).


Yüklə 226,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə